Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə101/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   97   98   99   100   101   102   103   104   ...   321
Seçilmiş əsərləri X 
227 
 
 
AZƏRBAYCAN QADINI BU GÜN 
 
Burada qadınlarımızla, ana, bacı və övladlarımızla bağlı 
bir çox problemlərə toxunuldu. Bir çox məsələlərin həlli üçün 
çıxış yolları araşdırıldı, təkliflər verildi. Mən o məsələdən da-
nışacağam ki, bu gün bu barədə ancaq mən danışa bilərdim. 
Çünki haqqında bəhs edəcəyim problem qadınlarımızın nisbə-
tən məhdud dairədə müəyyən bir qrupuna-sıralarında mən də 
olmaqla yaradıcı qadınlara aiddir. 
Sual oluna bilər: Lazımdırmı bu barədə danışmaq? Mən 
deyərdim – lazımdır. Çünki bu gün biz Azərbaycan tarixində 
hələ misli görünməmiş bir cəmiyyət quruculuğunun inkişaf 
yollarını müəyyənləşdiririk. Və tarix bu böyük vəzifəni bizim 
üçün qədərləndirib. Burada heç nə uydurulmamalı, heç kəs 
yaddan çıxarılmamılıdır. 
Azərbaycan qadını bu gün. Kimdir bu gün bu Azərbaycan 
qadını? Müəllim, həkim, aqranom, mühəndis, hüquqşünasdır, 
jurnalistdir, alimdir, fəhlədir, akademikdir, yazıçıdır, bəstəkar-
dır, aktyordur, müğənnidir, rəssamdır. Ən başlıcası isə anadır 
Azərbaycan qadını. Bu isə o deməkdir ki, akademikin də, sər-
kərdənin də... yuxarıda saydıqlarımın hamısının anası, onu 
dünyaya gətirən, pərvazlandıran, həyata hazırlayandır ana. Mən 
sözümü elə burada da qurtarıb, deyə bilərəm ki, analara hörmət 
edin, anaların qayğısına qalın, anaların problemlərinə laqeyd 
olmayın, analara ehtiramla yanaşın, insanlar! Lakin bu şüarları 
biz eşidə-eşidə gəlmişik. Bunlar bəlkə də ana haqqında qoşulan 
şeirlərin ən geniş yayılmışıdır. Şair xalq deyirlər bizə? Niyə 
axı? Təkcə onun üçünmü ki, hamımız şeir yazmağı bacarırıq? 
Əgər yazdıqlarımızın hamısı şeirdisə və biz şair xalqıqsa, bu-
nun üçün kimə minnətdar olmalıyıq? Anaya! O anaya ki, dün-
yanın ilk şairi də, əbədi şairi də odur. O anaya ki, laylalarımızın 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin