Seçilmiş əsərləri X
223
DAġKƏND – ĠLĠN DÖVR FƏSLĠ
Daşkənd xoşbət şəhərdir. Xoşbəxtdir ona görə ki, ilin bü-
tün fəsillərini yaşayır. Daha doğrusu bahar-bahar kimi, yay-yay
kimi, payız-payız kimi, qış-qış kimi duyulur Daşkənddə. Daş-
kəndlilər öz geniş, işıqlı, firavan və bu gün daha abad şəhərlə-
rində, mənzillərində ilin dörd fəslini bu dörd fəslə məxsus ən
təbii duyumlarla yaşayırlar.
Nədədir bu fəsilayrılığı duyumları? Bunu müəyyənləşdir-
mək üçün gəlin bir qədər əvvələ, Daşkəndə ilk gəlişimizə qayı-
daq. Şəhərə yenidən həm də ilk dəfə daxil olaq.
Daşkəndə ilkin qədəm
basanda adama elə gəlir ki, har-
dasa doğma yerlərin uzaq əyalət şəhərində – rayon mərkəzində-
sən. Bu hissi yaradan dil, zahiri oxşarlıq küçə və evlərin salın-
masındakı bənzəyiş,
bir də hələ görmədiyin, hələ tanımadığın,
irəlidə səni heyrətdə qoyacaq, nəhəng, əzəmətli Daşkənddən
bixəbərliyindir.
«1966-cı il zəlzələsindən sonra
Daşkənd şəhəri yenidən
qurulmuşdur.» Daşkənd haqqındakı məlumatlarda belə cümlə-
yə tez-tez rast gəlirik. Lakin bu yenidən qurmanın necə, və nə-
dən ibarət olduğunu bilmək üçün Daşkənddə olmaq, onu dərin-
dərin müşahidə etmək lazımdır.
Elə bil ki, Daşkənd əsrlərcə sinəsində daşıdığı iki-üç mər-
təbəli, çiy kərpicdən tikilmiş köhnə binaların acığına belə uca-
uca binalarla göylərə dirənir.
Elə bil Daşkənd ötən əsrlərdən qalma dar, rütubətli küçə-
lərin acığına küçə qollarını geniş-geniş,
uzun-uzun, bərli-bə-
zəkli açıb sakinlərin ayağı altına sərib.
Elə bil Daşkənd təbii fəlakətə (1966) meydan oxuyur.
«Bir də gəlsən peşman olacaqsan» deyir. «Mən ayaq üstə daha
möhkəm, daha yenilməz dayanmışam» deyir.
Daşkəndin yeni tikililərində
seysmoloji prinsiplərə uyar-
lıq gizli, ilk nəzərdə gözə çarpmayan, ancaq mühəndis-arxitek-