Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə96/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   92   93   94   95   96   97   98   99   ...   321
Firuzə Məmmədli 
220 
salaraq, ... qədim Aranşahları (yerli tayfa başçılarını) guya qo-
naqlığa dəvət etdi. O onlar üçün ölüm yemi hazırlayıb, öz qan-
ları ilə birlikdə onlara yedizdirdi. Onlardan altmışının başlarını 
vurdurdu...” Altmış tirə, tayfa rəhbərini qanına qəltan edən
“Səfir” adı ilə Erməni məkanından Albaniyaya cəsusluq üçün 
göndərilmiş Vardanın xəyanəti və amansızlığı kitabda “ürəyinə 
vəfasızlıq salaraq” kimi yumşaq məzəmmət ilə verilirsə və bu 
rəzillikdən sonra Vardanın Albaniyaya “hakim olması” barə-
sində iftixarla bəhs açılırsa, bu əsərin mətni üzərində erməni 
barmağının gəzmədiyinə qətiyyən inanmaq olmur. Əlbəttə, mə-
sələnin bu istiqamətdə çözümünün sizin məqalənizlə bilavasitə 
bağlılığı olmasa da, ümumən Azərbaycan, onun tarixi keçmişi, 
bu tarixin gedişində onun başına gətirilən bəlalar dil açıb 
danışmaya bilmir.
Belə görünür ki, ümidsizliyə qapılmağa elə də əsasımız 
yoxdur. Dünyanın muzey və arxivləri (“Kitabi-Dədə Qorqud” 
Vatikan və Drezdendən tapılmadımı?!) qədim Azərbaycan ba-
rəsində məlumat və təkzibolunmaz dəlillərlə dolub-daşır. Bu 
məlumatların üzə çıxarılıb bugünkü müstəqil Azərbaycanımıza 
qaytarılması üçün fədakar bir tədqiqatçı, onun səmərəli axtarış-
larının təminatı üçünsə ideal iş şəraiti və yüksək səviyyələrdən 
diqqət və qayğı göstərilməsi vacibdir.
Yurdumuz, elimiz, maddi və mənəvi sərvətlərimiz min 
illər boyu yağmalanıb, yad ellərə daşınıbsa, yandırılıb , izi-tozu 
itirilibsə, bunun səbəbini həm də Azərbaycanın yerləşdiyi coğ-
rafi məkan və bu məkanın əsrlərlə hərbi yürüşlər, ticarət və si-
yasət üçün tranzit rolu oynamasında axtarmaq lazımdır. Əlbət-
tə, “burada öz başımızın hayına qalmaq”, “türk beynəlmiləlçili-
yi”(N.Cəfərov), tayfabazlıq, yerliçilik kimi birliyimizə mane 
olan və sərvətlərimizin əlimizdən qoparılmasına aparıb çıxaran 
amilləri də nəzərdən qaçırmaq olmaz. Üstəlik də tarix boyu bo-
ğazımıza keçmiş xəbis “qonşularımız”... 
«Ədəbiyyat» qəzeti, sentyabr, 2015 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin