Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə94/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   90   91   92   93   94   95   96   97   ...   321
Firuzə Məmmədli 
218 
qurbanları sırasına çəkən səbəblərdən biri də elə bu idi. Başqa 
cür ola da bilməzdi. Çünki 1980-ci ildə bu romanların dili üzə-
rindəki araşdırmalarımdan gəldiyim nəticələrə görə həm mü-
dafiə vaxtı, həm də müdafiədən sonra iş təstiqə gedərkən Mos-
kva Ali Attestasiya Komissiyasi tərəfindən mənim də başım az 
bəlalar çəkmədi.
Y.V.Çəmənzəminli Babil hökmdarı II Nebukednezzarın 
Yerusəlimi işğal etdikdən sonra yəhudiləri Azərbaycana sürgün 
etdiyi barəsində də məlumat vermişdir. O, qeyd edir ki, Babil 
hökmdarı yəhudiləri və farsların bir qismini Qafqaz dağlarının 
Şimal sərhədlərinə sürgün etmişdi ki, orada məskunlaşsınlar.
Bu siyasət həm də Şimaldan mütəmadi olaraq yürüş edən 
hərbçi qıpçaqlara və xəzərlərə qarşı idi.
Bu gün dilləri yəhudi və fars mənşəyindən qidalanmış tat 
etnik qrupu bu sakinlərin izdivacından yaranmamışmı? Onla-
rın yaşayış məskənləri də daha çox Şimal bölgələrimizlə bağlı-
dır. Y.V.Çəmənzəminli Nebukednezzarın Midiya kralının qızı ilə 
evləndiyi və sevimli zövcəsinin Vətən həsrətini ovutmaq üçün 
dörd mərtəbəli asma bağ yaratdığı haqqında da məlumat verir.
Yazıçı həm “Qızlar bulağı”, həm də “İki od arasında” ro-
manlarında yeri gəldikcə Azərbaycanın qədim tarixindən bəhs 
edən epizodlar verir və ya yüksək cəmiyyətin ağsaqqal məclis-
lərində bu qədim diyarın ilk sakinləriylə bağlı rəvayətlər təq-
dim edir ki, bunların hər biri də qədim dünya əlyazmalarının 
qorunub saxlandıqları muzey və arxiv sənədlərinə əsaslanır.
Y.V.Çəmənzəminli “İki od arasında” romanında M.P.Vaqifin dili 
ilə deyir: “...Aran böyük bir ölkə imiş. Məqər-səltənəti (paytaxtı) 
da Gəncə imiş... Ermənilər buralara çox sonralar gəlmişlər... 
Görürsənmi, ermənilər yaşayan yerlərə “sığnaq” deyirlər.” 
Ermənilərdən söz düşmüşkən, onların Qarabağa olan id-
dialarının əsassız olduğunu sübut edən ən etibarlı sənədlərdən biri 
yenə də Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabıdır. 
Akademik M.İsmayılovun qeydlərindən məlum olunduğu üzrə 
VII əsrdə yazılmış “Alban tarixi” üç hissədən ibarətdir və 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin