Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə90/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   86   87   88   89   90   91   92   93   ...   321
Firuzə Məmmədli 
212 
İfa tərzindəki bənzərsizliyi, musiqinin fəlsəfi qatlarındakı 
gəzişmələri, səsinin imkanlarından maksimum bəhrələnmə, 
dinləyicilərin qəlbini fəth etmə baxımından yuxarıda adları çə-
kilən müğənnilərlə bərabər, Əbülfət Əliyev, Arif Babayev
Əlibaba Məmmədov, Alim Qasımov, Xumar Qədimova ifaçılıq 
sənətinin Everest zirvələri sayılmalıdır. Bu sənətkarlar Azər-
baycan xalqına Tanrı məhəbbətinin zərif ruhi təcəssümüdür. 
Fikrimcə, hazırki musiqi ifaçılığında Elnarə Abdullayeva və 
Xumar Qədimova ifası zamanın döyünən nəbzidir. 
Hər bir xalqın tarixi onun mədəniyyət tarixindən başlanır. 
Odur ki, mədəniyyətin qorunması inkişafı, milli kökdən uzaq-
laşmadan yeniləşməsi dövlət siyasətinin mühüm tərəflərindən 
biri hesab olunur. 
Belə düşünməsinlər ki, mən keçmişdən qopa bilmirəm. 
Keçmiş nədir? Mənim üçün keçmiş yoxdur. Bir halda ki, bütün 
ömrüm boyu gördüklərim, bildiklərim mənimlədir, mənlə birgə 
yaşayır. Heç vaxt məni tərk etmir. Bilirsinizmi, qəribə olsa da, 
deməliyəm ki, bəzən mən gördüyüm və münasibət saxladığım 
adamların dünyadan köçəndən sonra da səslərini eşidirəm. 
Adlarını sadaladığım müğənnilərimiz günlərlə, aylarla beynim-
də mənimçün konsert verirlər. Öz səsləri ilə eşidirəm onların 
bir vaxt oxuduqları mahnıları. Məsələnin xırdalıqlarına varma-
dan, bunu şüuraltı da adlandırmaq olar. Amma nə olursa-olsun, 
bunun özü mənim üçün keçmiş deyiləni bugünlə bağlayan bir 
haldır və bu məni təmin edir. 
Əlbəttə mən indinin incəsənətini, söz sənətini inkar et-
mək, görməməzliyə vurmaq fikrində deyiləm. Poetik tapıntılar, 
oxucunu heyrətləndirən şeir nümunələri bu gün də yaranır. 
Gənclərin şeirlərindəki poetik ruh, bədii kəşflər, obraz ye-
nilikləri, sənətkarlıq axtarışları çox yaxşı təsir bağışlayır. Belə 
gənclərə ayrı-ayrılıqda qayğı göstərərək, bəyənildiklərini onla-
ra çatdırmaq, onları qorumaq və yetişdirmək qayğısına qalmaq 
biz yaşlıların borcudur. Lakin zamanın soyuqluğu və sərtliyi ilə 
yoğrulan, bəzən erotik, bəzən ironik, bəzən poeziyadan uzaq 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin