2
Film Fiction | Aprel, №13
Aprel №13 / 2013
Üz qabığındakı sima: Andrey Tarkovski
REDAKTOR: Şahin Xəlil
DİZAYN: Ferat (Fuad Alqayev), Rəsul Həsənov
YAZARLAR: Məcid Məcidov, Ferat (Fuad
Alqayev), Şahin Xəlil, Elmidar Süleymansoy,
Mətləb Muxtarov
TƏRTİBAT: Ferat (Fuad Alqayev)
e-mail: film.fiction@box.az
facebook səhifəsi: facebook.com/filmfictionjurnali
twitter hesabı: twitter.com/filmfiction
Jurnaldakı məqalələrdən istifadə edərkən müəllif
hüquqlarını qorumaq mütləqdir. Hər bir yazıya görə
müəllif özü məsuliyyət daşıyır.
Film Fiction © 2011-2013
İNFORMASİYA DƏSTƏYİ
3
Film Fiction | Aprel, №13
BU SAYIMIZDA
Səhifə 4 / Rejissor: Andrey
Tarkovski
Müəllif: Aysel Şıxıyeva
Səhifə 12 / Aktyor: Philip Seymour
Hoffman
Müəllif: Məlahət Qurbanəliyeva
Səhifə 17 / Aktrisa: Charlize
Theron
Müəllif: Fuad Alqayev
Səhifə 19 / Beynəlxalq İstanbul
Film Festivalı
Müəllif: Nurlan Həsənli
Səhifə 21/ Müsahibə: Aleksandr
Sokurov
Müəllif: Aysel Şıxıyeva
Səhifə 26/ Müasir kinematoqrafiya-
da “astagəl” film estetikası
Müəllif: Elmidar Süleymansoy
Səhifə 27 / 20
Müəllif: Şahin Xəlil
Səhifə 28 / Film: Dead Poets
Society
Müəllif: Leyla Nənə
Səhifə 31 / Film: Prayers for Bobby
Müəllif: Nərmin Məmmədli
Səhifə 32 / 17 An: Mətləb Muxtarov
Hazırladı: Şahin Xəlil
Səhifə 34 / Film: Samsara
Müəllif: Fuad Alqayev
Səhifə 35 / Jim və Jarmusch
Müəllif: Fuad Alqayev
4
Film Fiction | Aprel, №13
Андре́й
Тарко́вский
Uşaqlıq və gənclik dövrü. İvanovski əyalətinin Yuryeveski rayonunun Volqa sahilində, Zavrajye kəndində (hazırda
Kostromski əyalətinin Kadıyski rayonunun Zavrajye kəndi) ədəbiyyatçı ailəsində dünyaya göz açmışdır. Atası – Arseniy
Aleksandroviç Tarkovskiy əslən Yelisavetqraddan (1907-ci ildə bu şəhər Rusiya imperiyasının Xersonski quberniyasına daxil
idi, hazırda Ukrayna ərazisidir) olan şair və tərcüməçi olmuşdur. Anası – Mariya İvanovna Vişnyakova Moskvada dövlət ali
ədəbiyyat kurslarında təhsil alsa da, bu kursu bitirməmişdir.
5
Film Fiction | Aprel, №13
1937-ci ildə Arseniy Aleksandroviç ailəsini tərk edir, 1941-ci ildə isə könüllü olaraq cəbhəyə gedir və burada ağır yaralanaraq
bir ayağını itirir. Mariya İvanovna Moskvada İlk Nümunəvi Nəşriyyata korrektor vəzifəsinə işə düzəlir və təqaüdə çıxana qədər
bu vəzifədə çalışır.
1939-cu ildə Andrey Moskvada 554 saylı məktəbə (hazırda 1060 saylı məktəb) daxil olur, lakin müharibə yenə də onu erkən
uşaqlıq dövrünü keçirtdiyi yerə geri qaytarır. Anası Andreyi və onun kiçik bacısını qohumlarının yanına Yuryeves əyalətinə
aparmalı olur. ”Bu, çox çətin bir dövr idi. Həmişə atamın yoxluğunu hiss edirdim. Atam bizi tərk edəndə mənim üç yaşım vardı.
Həyat sözün əsl mənasında çox çətin idi. Amma buna baxmayaraq mən həyatda çox şeyə nail olmuşam. Həyatdakı bütün
nailiyyətlərimə – rejissor olmağıma görə anama borcluyam”– deyə Tarkovski gəncliyini belə xatırlayırdı. Mariya İvanovna buz
üstə çaya gedir, uzaq kəndlərdən kartof daşıyırdı.
1943-cü ildə Tarkovski ailəsi Moskvaya, Andrey isə Andrey Voznesenski ilə birgə təhsil aldığı köhnə məktəbinə qayıdır.
Andrey uşaqlıq illərini nənəsi, anası, kiçik bacısı ilə birgə Zamoskvoreçyada Şipkovski döngə 1-də taxta evdə keçirir. Əsasən
ömrünün çox hissəsini Moskvada yaşamasına baxmayaraq, erkən uşaqlıq dövrünü keçirdiyi, hazırda Tarkovskinin ev
muzeyinin açıldığı Yuryevskidəki evini ata evi hesab edir. Qırx il sonra o, uşaqlıq xatirələrinin–atanın evdən getməyi,
çətinliklər, köçürülmə, məktəb, iki uşaq qucağında ana obrazının əks olunduğu “Güzgü” filmi ilə tamaşaçıların qarşısına çıxır.
Andrey Tarkovskinin Kinomotoqrafiya arxivində saxlanılan məktəb atestatı onun heç bir fənnə həddən artıq aludə
olmamasından, həqiqi elmlərə maraq göstərməməsindən, humanitar elmləri məcburi öyrənməsindən xəbər verir. Andrey
ənənəvi incəsənət tərbiyəsi almışdır. Səkkiz yaşından o, rayon musiqi məktəbinin fortepiano sinfinə getmiş, yeddinci sinifdə
isə incəsənət məktəbinin rəssamlıq sinfinə daxil olmuşdur.
1951-1952-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunun ərəb dili fakültəstravması aldıqdan sonra təhsildən uzaqlaşmışdır.
”Təhsil aldığım zaman düşünürdüm ki, sənət seçimində tələsik qərar vermişəm, -deyə Kinomotoqrafiyaya təqdim etdiyi
tərcümeyi-halında Andrey belə yazırdı, -mən hələ həyatı yaxşı öyrənməmişdim”. Təhsilini yarımçıq qoyaraq o, Ümum Rusiya
Əlvan Metallar və Qızıl Elmi-Tədqiqat institutunda, 1953-cü ilin mayında isə Krasnoyarsk əyalətinin ucqar Turuxanski
rayonunun NİQRİZ Qızıl institutunun elmi-tədqiqat ekspedisiyasında kollektor vəzifəsində çalışır. Burada o, bir ilə yaxın
Kureyka çayı sahilində işləyir, yüzlərlə metr tayqa boyunca gəzir və sonradan Niqrizoloto arxivinə təqdim etdiyi rəsmlərini
burada çəkir.
6
Film Fiction | Aprel, №13
7
Film Fiction | Aprel, №13
«Bütün bunlar mənim kinorejissor olmaq qərarımı
qətiləşdirdi», — deyə o, elə həmin tərcümeyi-halda yazırdı.
Lakin həyatının bu qeyri-adi səhifələri-tayqa təəssüratları,
ekspedisiya və onula əlaqəli romantika Dövlət
Kinemotoqrafiya İnstitutundakı elmi işlər istisna olmaq
şərti ilə, onun rejissor yaradıcılığında birbaşa əksini
tapmamışdır.
Dövlət Kinemotoqrafiya İnstitutu.
1954-cü ildə
ekspedisiyadan qayıtdıqdan sonra Tarkovski sənədlərini
Dövlət Kinemotoqrafiya İnstitutuna verir və
müvəffəqiyyətlə rejissorluq fakültəsinə qəbul olur
(M.İ.Romun rəhbərlik etdiyi bölmə). ”Bu, şüurlu deyil,
təsadüfi seçim idi”, – deyə sonralar Tarkovski tez-tez təkrar
edərdi. Lakin,təhsilə başladıqdan sonra Tarovski
incəsənətin yeni formaları ilə maraqlanmağa başlayır.
Tarkovskinin təhsil aldığı illər və eləcə də onun erkən
yaradıcılıq dövrü incəsənətdə yenilənmə – Xruşovski
dövrünə təsadüf edir. Bu dövrə qədər kinorejissorluq
fakültəsi böyük imkanlar vermirdi – illik kino istehsalı çox
az olub, yalnız ustad sənətkarlara çatırdı. 1953-cü ildə film
istehsalını artırmaq barədə sərəncam verilir. Tarkovskinin
Dövlət Kinemotoqrafiya İnstitutuna sənəd verdiyi 1954-cü
ildə isə illik kino istehsalının sayı 45-ə,1955-ci ildə isə 66-
ya çatır. Film istehsalının əhəmiyyətli dərəcədə artması
faktından başqa, Tarkovskidən az əvvəl hərbi nəslin
instituta gəlməsi də onun yaradıcılığında mühüm rol
oynayır. Məhz bu amil “Dövlət Kinemotoqrafiya İnstitutu”
fenomenini formalaşdırır. Bu zaman gənc olmasına
baxmayaraq artıq müharibədə iştirak etmiş, həyat
təcrübəsinə və bu təcrübəni şüurlu şəkildə incəsənətdə əks
etdirmək niyyətinə malik insanlar ədəbiyyata, kinoya,
teatra qədəm qoyur. Məhz onlar 1950-1960-cı illərdə
xaricdə təsirlilik, ifadəlilik mövzusunu və vasitələrini,
incəsənətin həyati müşahidələrini və qəhrəmanlar barədə
təsəvvürlərini yeniləməli olur. 1956-cı ildə gənc rejissorlar,
ssenari müəllifləri, operator, aktyorlardan ibarət böyük bir
qrup ilk çıxışını-debyut edir. Gənc rejissorlar iki il (1955-
1956) ərzində 50-ə yaxın film çəkmişlər.
Tarkovskinin sevimli filmləri:
“Kənd ruhanisinin gündəliyi”
«Priçastiye (xristian din ayinlərindən biri)»
“Həsrətində olduğum”
“Çiyələk tarlası”
“Böyük şəhərin işıqları»
“Yağışdan sonra tutqun ayın hekayələri»
«Yeddi samuray»
«Persona»
“Muşet”
«Qumdakı qadın»
1956-cı ildə SovİKP-nin XX qurultayından sonra Stalin
şəxsiyyətinə pərəstiş dövrünü ifşa edən “mülayimləşmə”
dövrü başlayır. “Mülayimləşmə” dövrü gənclərə təsir
edərək qərb ədəbiyyatı və musiqisini,xarici müəllif
kinemotoqrafları, italyan neorealizmini və fransız “yeni
cərəyanı”nı onlara tanıdır. Dostu və həmmüəllif olduğu
Andrey Konçalovski ilə birgə Tarkovski Belıy Stolbda
8
Film Fiction | Aprel, №13
Qosfilmofondun arxivinə gedərək Kurosava, Bunyuel, Berqman, Bresson, Midzoquti kimi rejissorların filmlərini izləyir. Xarici
kino tənqidçilərinin artıq qəbul etdiyi “oter” (fransızca auteur) terminini – filmin söz və obraz yaradıcısı olan və ssenaridən
tutmuş montaj işinə kimi kino istehsalının bütün aspektlərinə nəzarət edən filmin yeganə müəllifi anlayışını Tarkovski
yaradıcılığın vacib şərti kimi qəbul edir.
Təhsil aldığı illərdə Tarkovskinin müəllimi bir çox kinorejissorlar yetişdirən Mixayil Rom olmuşdur. Təhkiyyə və janr
rejissoru, bir çoxlarının inkar etdiyi və tənqidi yanaşdığı 1930-cu illər sosrealizmini öz tələbələri üçün müəyyən mənada
təcəssüm etdirən Rom tələbələrinə yaradıcılığa fərdi yanaşma və özünün haqlı olduğuna inam fikri aşılayan bir müəllim idi. O,
onlara borc pul verir, çətin vəziyyətdə köməyə gəlir, kinostudiyalarda onları himayə edir, bəzən hətta onun yaradıcılığını
təkzib edən işlərini belə müdafiə edirdi.
Tarkovskinin ilk rejissor işi – kurs işi olan qısametrajlı “Qatillər” filmi 1956-cı ilin payızında Heminqueyin hekayəsi əsasında
Aleksandr Qordon və Mariko Beyku ilə birgə ekranlaşdırılır. Rom bu işi yüksək qiymətləndirir. Bu filmin ardınca Tarkovskinin
geoloji qrup ilə təcrübəsini əks etdirən, lakin zəngin mənzərəli etüdü yalnız kağız üzərində qalan orta metrajlı “Bu gün heç kim
qovulmayacaq” (1957) və “Konsentrat” (1958) filmləri işıq üzü görür.
Üçüncü kursda ikən Tarkovski o zaman rejissorluq fakültəsinin birinci kursunda təhsil alan Andrey Konçalovski ilə montaj
otağında rastlaşır. Elə həmin vaxtdan onların yaradıcılıq dostluğu və həmmüəllifliyi başlayır. Onlar kinematoqraf baxışlarında
bir çox ortaq nöqtələrin olduğunu və eyni – A.Dovjenko, L.Bunyuel, A.Kurosava kimi rejissorları bəyəndikləri faktını aşkar
edirlər.
A.Konçalovski xatırlayır:
Biz Tarkovski ilə birgə kinematoqrafiyada olan bir çox anlayışları inkar
etmək fikri ilə böyümüşdük. Elə düşünürdük ki, əsl kino çəkməyin sirrini
bilən bizik. Əsl həqiqət fakturadır ki, orijinallığı-daşı, qumu, divardakı
çatı görmək olsun. Dərinin əsl quruluşunu gizlədən qrim, suvaq
olmamalıdır. Geyimlər yuyulmamış, ütüsüz olmalıdır. Biz nə Hollivud,
nə də Stalin estetikasını nəzərə alırdıq. Düşünürdük ki, dünya
ayaqlarımız altdadır, dəf edə bilməyəcəyimiz heç bir maneə yoxdur .
9
Film Fiction | Aprel, №13
Birlikdə onlar bəzi hissələrinin “Moskovski komsomol” qəzetində dərc olunduğu “Antarktida-uzaq diyar” (1959) ssenarisini
yazırlar.Tarkovskinin “Lenfilm”studiyasında ssenarini ekranlaşdırmaq təklifi rədd edilir. Bundan sonra onlar “Vərdənə və
skripka” (1960) ssenarisini hazırlayıb, ”Mosfilm”də yenicə yardılmış “Gənclik” birliyinə müvəffəqiyyətlə satırlar. Bu filmin
uşaqlara xas sentimental süjeti skrikada ifa edən balaca oğlanın vərdənə (maşın) sürücüsü ilə qısa sürən dostluğundan danışır.
Tarkovskiyə “Vərdənə və skripka” ssenarisini diplom işi kimi ekranlaşdırmağa icazə verirlər. O, gənc operator Vadim Yusova
bu qısa metrajlı filmi çəkməyi təklif edir. Bu filmin konsepsiyası Tarkovski və Konçalovun fransız rejissoru Alber Lomarisin
filmlərinə, xüsusilə onun 1956-cı ildə Kann kinofestivalında Qran Pri və Oskar qazanmış qısa metrajlı “Qırmızı şar” filminə
olan sonsuz marağının təsri ilə formalaşmışdır. Tarkovski və Yusovun ilk müştərək yaradıcılıq məhsulu olan və sərbəst
kamera və təsirli işıq elementləri ilə vurğulanan bu film 1961-ci ildə Nyu-Yorkda keçirilmiş tələbə film festivalında
Tarkovskiyə ilk mükafatı qazandırır. 1960-cı ildə Tarkovskiy Dövlət Kinematoqrafiya İnstitutunu fərqlənmə diplomu ilə bitirir.
Ömrünün son illəri.
1982-ci ildə “Nostalji” filminin çəkilişləri üçün Tarkovski İtaliyaya yollanır. 1984-cü ildə film çəkilişləri
başa çatdıqdan sonra rejissor vətənə dönməmək qərarına gəlir. Bu dövrdən sonra o, yalnız bir film çəkmışdir –
“Qurbanvermə” (İsveçdə çəkilmişdir, Avropa ölkələrinin müştərək işi). Onun planında antroposofiya banisi Rudolf Şteynerin
əsəri əsasında “Beşinci Yevanqeliya” filmini çəkmək idi.
Tarkovski 1986-cı ildə 54 yaşında Parisdə ağ ciyər xərçəngindən vəfat etmişdir. 1990-cı ildə ölümündən sonra “Lenin”
mükafatına layiq görülmüşdür.
1988-ci ildə Lvov şəhərində Tarkovskinin yaradıcılığına həsr olunmuş və 300-dən çox nümayəndənin (tənqidçilər,
kinoşünaslar, filosoflar, mədəniyyətşünaslar, Tarkovski çəkiliş qrupunun üzvləri, kinoklub üzvləri və s.) iştirak etdiyi ”Baxış”
adlı Ümumittifaq Dəyirmi Masası keçirilmiş və ilk dəfə olaraq SSRİ-də və xaricdə Tarkovski yaradıcılığı mütaliə edilmişdir.
Burada Moskvada qərargahı olan “Andrey Tarkovski Birliyi” təsis edilmişdir.
1989-cu ildə rejissorun yaradıcılığına həsr olunmuş sərgilər və festivallar keçirən, eləcə də arxiv işini aparan “Andrey
Tarkovski Fondu” yaradılmışdır. 1993-cü ildən etibarən Moskva beynəlxalq kinofestivalı çərçivəsində “müsabiqə və
müsabiqədən kənar proqramın ən yaxşı filminə” Tarkovski adına mükafat verilir.
Həyat və yaradıcılıq xronikası:
1932 –ci il aprelin 4 –də Zavrajye kəndində (hazırda Kostromski əyalətinin Kadıyski rayonunun Zavrajye qəsəbəsi), Yuryevs
şəhərinin yaxınlığında (hazırda İvanovski əyaləti) Arseniy Aleksandroviç Tarkovski və Mariya İvanovna Vişnyakovanın
ailəsində dünyaya göz açmışdır. Sentyabrda ailəsi vətənə qayıdır.
10
Film Fiction | Aprel, №13
1934 –cü il sentyabrın 3-də bacısı Marina dünyaya gəlir.
1935-ci ildə Arseniy Tarkovski ailəsini tərk edir.
1941-ci ildə anası, nənəsi və bacısı ilə birlikdə Yuryeves
şəhərinə evakuasiya olunur. Orada orta məktəbə gedir.
1943 –cü ilin yayında Moskvaya qayıdır. Sentyabrda 554
saylı məktəbdə təhsilini davam etdirir.
1947 –ci ilin sentyabr ayında 1905 –ci il adına incəsənət
məktəbinə daxil olur. Noyabrda vərəm xəstəliyinə tutulur,
xəstəxanaya salınır.
1948 –ci ildə xəstəxanadan çıxır.
1951 –ci ilin iyun ayında incəsənət məktəbini bitirir.
Moskva Şərqşünaslıq İnstitutunun yaxın şərq fakültəsinin
ərəbşünaslıq şöbəsinə qəbul olur.
1953 –cü ilin qışında institutda təhsilini yarımşıq qoyur.
Yayı Sibirdə- Krasnoyarsk əyalətinin Turuxan rayonunda
Kureyka çayı sahilində geoloji qazıntılar ekspedisiyası ilə
keçirir. Payızda Moskvaya qayıdaraq Niqrizolota
institutunda kollektor vəzifəsində işləməyə başlayır.
1954 –cü ilin aprel ayında də Niqrizolota institutunu tərk
edir. Sentyabrda Dövlət Kinematoqrafiya İnstitutunun
rejissorluq fakültəsinə- Mixail İliç Romun rəhbərlik etdiyi
bölməyə daxil olur.
1956 –cı ildə Aleksandr Qordon və Mariko Beyku ilə birgə
qısametrajlı “Qatillər” filmini çəkir.
1957 –ci ilin aprelində tələbə yoldaşı İrma Rauş ilə ailə
qurur. Yayda A.Qordon ilə birgə “Bugün heç kim
qovulmayacaq” filmi üzərində işləyir.
1959 –cu ildə O.Osetinski və A.Mixalkov – Konçalov ilə
birgə “Antarktida-uzaq diyar” adlı ssenarinin ilkin
variantını hazırlayır.
1960 –cı ilin aprelində A.Mixalkov-Konçarevski ilə birgə
“Vərdənə və skripka” filminin ssenarisini yazır və film
üzərində işləməyə başlayırlar
1962 –ci ildə “İvanın uşaqlığı” filmi Venesiyada
kinofestivalda“Qızıl Şir” mükafatına layiq görülür. 30
sentyabrda oğlu Arseniy dünyaya gəlir
1964 –cü ildə ”Andrey Rublyov” filmi üzərində işə başlayır.
1965-ci ildə ”Rublyov” filminin çəkilişləri zamanı Larisa
Kizilova ilə tanış olur. Ümumittifaq radiosunda U.Folknerin
”Tamamilə dönmə” hekayəsinə radioda quruluş verir.
1966-cı ildə “Andrey Rublyov” filminin çəilişləri bitir.
Dekabrda Kinematoqraflar ittifaqında film ilk dəfə nümayiş
olunur.
1967-ci ildə əvvəl "Etiraf” sonra isə “Bəyaz gün”,sonradan
”Bəmbəyaz gün” (son adı ”Güzgü”) adlı filmin ssenarisi
üzərində işləməyə başlayır.
1968-ci ilin oktyabr ayında Fridrix Qorenşteyn ilə
birgə "Solyaris” layihəsi üzərində çalışır.
1969 –cu ildə “Solyaris” filmi üzərində çalışır.
1970 –ci ildə “Solyaris” filmini çəkir. İyun ayında İrma Rauş
ilə boşanıb Larisa Kizilova ilə evlənir. Avqustun 7-də
onların oğlu Andrey dünyaya gəlir.
1971-ci ildə Mərkəzi Kino Evində “Andrey Rublyov” filmi
təkrar nümayiş olunur. Fridrix Qorenşteyn ilə “Aydın külək”
(Ariel) filminin ssenarisi üzərində çalışır.
1972 –ci ildə “Solyaris” filmini tamamlayır. Ali rejissorluq
kurslarında dərs deyir. Kann festivalına “Solyaris” filmini
təqdim edir və film “Münsiflər heyətinin xüsusi mükafatı”na
layiq görülür.
1973 –cü ildə Moskvanın “Mir” kinoteatrında “Solyaris”
filminin ilk nümayişi olur. ”Bəmbəyaz gün (Güzgü)” filminin
çəkilişləri başlayır.
11
Film Fiction | Aprel, №13
1974 –cü ildə “Güzgü” filminin çəkilişləri bitir.
1975-ci ildə Mərkəzi Kino Evində “Güzgü” filmi ilk dəfə
olaraq nümayiş olunur. ”Hofmaniana” filminə ssenari yazır.
1976 –cı ildə “Stalker” filminə Arkadi və Boris Struqaski ilə
birgə ssenari yazır. Dekabrda Moskva Lenin komsomol
teatrında Şekspirin “Hamlet” əsərinin məşqlərinə başlayır.
1977-1978 -ci illərdə “Stalker” filmini çəkir. Aprel ayında
ürək tutması olur. İlin sonunda Aleksandr Mişarin ilə
birlikdə “Sardor” filminə ssenari yazır.
1979-cu ildə “Stalker” filminin çəkilişləri bitir. Yayda
İtaliyaya gedir. Oktyabrın 5-də anası dünyasını dəyişir.
1980 –cı ildə İtaliyaya gedir. Tonino Querra ilə birgə
”Nostalji” filminə ssenari yazır. 1981-ci ildə İsveçrəyə gedir
və Qərbdə qalmağa çalışır.
1982-ci ilin mart ayında “Nostalji” filminin çəkilişləri ilə
əlaqədar İtaliyaya qayıdır. ”Səyahət vaxtı” adlı sənədli film
çəkir və “Nostalji” filminin çəkilişlərinə başlayır.
1983 –cü ildə “Nostalji” filminin çəkilişləri bitir. Londonda
Kovent-Qardendə Musorqskinin “Boris Qodunov”
operasına quruluş verir. Noyabr ayında ”Qurban vermə”
filminə ssenari yazmağa başlayır.
1984 –cü ildə “Qurban vermə” filminin müzakirələri ilə
əlaqədar Stokholm şəhərinə gedir. İyulun 10 da Milandakı
mətbuat konfransında Sovet İttifaqına qayıtmamaq qərarını
açıqlayır. İlin sonunda Berlinə gedir.
1985-ci ilin qışını Berlində keçirir. Yazda İsveçə yollanır.
"Qurban vermə” filminin çəkilişləri başlayır. İlin sonunda
ona xərçəng diaqnozu qoyulur.
1986 –cı ilin yanvarında Parisdə müalicəyə başlayır.
Yanvarın 19-da oğlu Andrey və qaynanası Anna Yeqorkina
Parisə gəlir. ”Qurban vermə” Kannda nümayiş olunur və
“Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülür.
Dekabr ayının 29-da Parisdə vəfat edir.
Andrey Tarkovskinin heç vaxt görmədiyi üçüncü oğlu
dünyaya gəlir( anası – Berit).
1987-ci il yanvarın 3-də Paris ətrafında Sent-Jenevyev-de-
Bua rus qəbiristanlığında dəfn olunmuşdur. Sonradan
Ernst Neizvestnı onun qəbri üzərində “Mələkləri görmüş
insan” yazısı həkk olunan abidə hazırlamışdır.
Dostları ilə paylaş: |