2 Film Fiction


Film Fiction | Aprel, №13



Yüklə 5,69 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix31.01.2017
ölçüsü5,69 Mb.
#6966
1   2   3   4

 

Film Fiction | Aprel, №13 

20 

 

 



Kəskin sujet xəttinə görə baxılmalı olan 20 film: 

 

1. İnside man (Spike Lee) 



2. Law Abiding Citizen (Feliks Qeri Qrey) 

3. The Negotiator (Feliks Qeri Qrey) 

4. The Game (Devid Finçer) 

5. Das Experiment (Oliver Xirşbigel) 

6. The Next Three Days (Pol Xaqqis) 

7. The Lincoln Lawyer (Bred Ferman) 

8. The Usual Suspects (Brayan Sinqer) 

9. The Departed (Martin Skorseze) 

10. Seven (Devid Finçer) 

 

 



 

 

 



 

 

11. Shutter İsland (Martin Skorseze) 



12.The Ghost Writer (Roman Polanski) 

13. The Life of David Gale (Alan Parker) 

14. El Secreto De Sus Ajos (Xuan Xose Kampanelya) 

15. Hodejegerne (Morten Tildum) 

16. Oldboy (Park Çhan Vuk) 

17. Butterfly on a Wheel (Mayk Barker) 

18. Gone baby Gone (Ben Afflek) 

19. Benny's video (Mixael Haneke)  

20. Infernal Affairs (Alan Mak və Endry Lau) 

 

 



 

 

 



 

 

28 


 

Film Fiction | Aprel, №13 

DEAD POETS SOCİETY 

 

Film: Ölü Yazarlar Dərnəyi 

Rejissor: Peter Weir 

 

Hələ vaxt varkən tumurcuqları topla 



Zaman hələ də uçub gedir 

Və bu gün hələ də gülümsəyən bu çiçək 

Sabah ölə bilər* 

 

Eyni adlı əsərdən çəkilmiş və  rejissoru Peter Weirolan “Ölü 



Şairlər Dərnəyi” filmini izlədim. Filmi izləməyən gənc yəqin 

ki, qalmayıb. Filmdə, Velton oğlan akademiyasına yeni 

gələn və  ədəbiyyat müəllimi olanCon Kiting (Robin 

Uilyams) yenilikçi, digər müəllimlərdən fərqli adamdır. 

Film irəlilədikcə Cənab Kittingin xeyri simvolizə etdiyini 

düşünməyə başlamışdım. Tələbələri ilə elə ilk günlərdən 

münasibəti çox yaxşı olan, onlara aysberqin həmişə digər 

üzünün də olabiləcəyini diqqətə almağı və anın dəyərini – 

capre diemi - öyrədən müəllim, tələbələri tərəfindən sevilir. 

7 tələbə müəllimin köhnə albomunu tapır. Hər şey də elə 

buradan başlayır. Albomda “Ölü Şairlər Dərnəyi” adını 

görən tələbələr müəllimdən bu barədə soruşur. Cənab 

Kiting, dostları ilə əvvəl yaratdığı və indi olmayan 

dərnəkdən tələbələrinə danışır vətələbələr “Ölü Şairlər 

Dərnəyi”ni yenidən qurmağa qərar verirlər. Hər axşam 

akademiyanın yaxınlığında yerləşən mağaraya gedir, orada 

şeir gecəsi keçirirlər. Bir-birlərinin yazdıqları şeirlərlə 

birlikdə müəllimlərindən öyrəndikləri şairlərin də 

şeirlərini oxuyurlar.  

Bizə deyilən həmişə bir şey olub – “Kitabları cırmaq 

olmaz!”. Dərsdə isə Cənab Kiting, kitabdan uşaqlara şeirin 

nə olduğundan bəhs edən səhifəni oxutdurur. O, şagirdinin  

oxuduğundan yola çıxaraq lövhədə dərsi  başa salır. Uşaqlar 

da bunu lövhədən dəftərə köçürür. Müəllim birdən durur 

və deyir, “Şeirdən danışırıq burada, boru döşəmirik. Cırın o 

səhifələri.”  Beləliklə bu  yenilikçi müəllim yazılanların 

həmişə doğru olduğuna şübhə ilə yanaşmağımızın daha 

doğru olduğunu mesajını verir. Hər yazılan doğrudur deyə 

bir şey yoxdur. Hər kitab da qiymətli deyil. Sözlərin dadını 

hissetməyi öyrənin, deyir. Qəlibləri, bütləri yıxmağımızı 

təklif edir. Doğrudan elədir. Əlbəttə, hər yeni heç də qəbul 

edilməli deyil. Tanpınarın dediyi kimi – “Hər yeni gözəl 

deyil. Amma hər gözəl yenidir. Bunların fərqini bilmək 

lazımdır”. Cənab Kiting, “Özünüz üçün düşünməyi 

öyrənəcəksiniz” deyir. Onun dərdi uşaqlara kitabdakıları 

əzbərlətmək deyil. Tələbələrinin beyinlərini işlətməsini və 

onları qəliblərindən xilas etmək istəyir. Qabaqlarına çıxan 

hər şeyi asan qəbul etməməyi, ancaq istədikləri təqdirdə 

qəbul etmələrinin doğru olduğunu deyir. 

Filmdə qarşımıza “Sizə kim nə deyirsə desin, sözlərin və 

fikirlərin dünyanı dəyişdirmək iqtidarında olduğunu 

unutmayın” deyən romantik idealist ədəbiyyat aşiqi və azad 

ruhlu müəllim çıxır. Cənab Kitingin simasında ədəbiyyatın, 

müəllimin, düşüncənin nə qədər önəmli olduğuna vurğu 

edilir.  

Həyatın mənasını axtaran suallar, 

İnancsızların sonsuz sırası 

Axmaqlarla dolu şəhərlər 

Və bunların arasında  yaşamağın 

Mənası nədir ki, həyat? 

Cavab ver mənə, cavab ver.* 

“Mənsənətçideyil, azad beyinlərin izindəyəm. İnsanlar 

sadəcə xəyallarında azad olur” deyir Kitting. Film boyu bizi 

sehirləyən cənab Kitting sinifdə öz masasının üstünə çıxır 

və deyir: “Masanın üstünə niyə çıxdığımı bilirsiz? Ətrafımı 

daha fərqli görmək üçün”. Doğrudan da belə deyilmi? Hər 

yer fərqli bucaqlardan tamam başqa cür görünür. Bu, dəqiq 

belədir. Biz çox vaxt  aysberqin bir tərəfini gördüyümüzün 

fərqində olmuruq və elə bilirik ki, hər yer elə dayandığımız 

yerdən gördüyümüz kimidir. Bu isə bizə yeni pis vərdişlər 

verir. Bu vərdişlər isə zamanla bizi tənbəlləşdirir,  

 


 

29 


 

Film Fiction | Aprel, №13 

məsələlərin digər tərəflərini görə bilmirik. Əslində isəöz 

səsimizieşitməyəçalışmalıyıq.  

FilmdəkicənabKitingmənə“Azad Yazarlar” (Rejissor: 

Richard LaGravenese. Baş rolda: Hilari Suonk) filmini 

xatırlatdı. Orada mövzu tam başqa olsa da, nəticədə 

tələbələr özlərini eşitməyə nail olurdular. Və hər iki filmdə 

də qarşımızdaki romantik idealist müəllimlərdir.  

Bu akademiyadakıuşaqların bir çoxu valideyinlərinin 

həyatlarını davam etdirirlər. Sərt valideyinlər onların daha 

ciddi statuslarda görmək istəyirlər – həkim, mühəndis, 

vəkil… Amma valideyinləri uşaqlarının doğrudan da kim 

olmaq istədikləri və maraqları ilə maraqlanmır. Məsələn, 

cənab Kittingin və filmin gedişinə təsir edəntələbələrindən 

biri olan Nill teatrı sevir. Aktyor olmaq istəyir. Atası isə 

onun bu istəyini ciddiyə almır və onun həkim olmağını 

istəyir. Hətta zaman-zaman ata və oğulun dialoqlarından, 

bunun atanın əmri olduğunu belə görürük. Müəllim Kitting 

isə tələbəsi Nill ilə söhbətlərində  xəyalını 

gerçəkləşdirməyini, bunun onun haqqı olduğunu deyir.  

Filmin lap başından cənab Kittingin akademiyadaki digər 

müəllimlər tərəfindən fərqli sistemi olduğu üçün xoş 

qarşılanmadığını görürük. Filmin lap başından şərlə xeyirin 

mübarizəsini görürük əslində. Xeyir əlbəttə ki, cənab 

Kittingdir. Şər isə akademiyadanın müdiri və  digər 

müəllimlər. Şər film boyu Xeyiri qəbul etmir. Onda səhvlər 

görür və fürsəti olanda bunu Xeyrin əleyhinə istifadə 

etməyə çalışır. Xeyir isə artıq öz sistemini qurduğu üçün 

Şərə diqqət etmir. Film boyu filmdə onların – Xeyir və Şərin 

mübarizəsi gedir. Kittingin aktyor olmaq istəyən tələbəsi 

Nilli, atasından gizlin teatr klubuna yazılır. Bir müddət 

sonra atası bunu öyrənir və oğluna o klubdan çıxmasını 

əmr edir. Oğlu isə Cənab Kittinglə danışır və xəyalından əl 

çəkmir. Nəhayət bir oyunda səhnəyə çıxır. Tamaşa zamanı 

atası da oğlunu izləməyə gəlir və tamaşanın sonunda 

oğlunu alıb evə aparır. Oğluna əmrlərini verməyə və 

həyatını formalaşdırmağa davam edir. Onu akademiyadan 

çıxardıb, başqa universitetə göndərəcəyini bildirir. Oyun 

kostyumu ilə oturan və başında yarpaqlardan tac olan Nill 

isə atasına cavab qaytara bilmir. Hər kəs öz otağına çəkilir. 

Kamera, gecə atasının yatağa uzanması üçün ayağından 

çıxartdığı ayaqqabıları göstərir. Mistisizmdə ayaqqabı uzaq 

yolu simvolizə edir. Ayaqqabılardan sonra kamera birbaşa 

Nilli göstərir. Nill paltarlarını çıxardır və pəncərəni açır. 

Tacı hələ də başındadır. Gecə qarlı və soyuqdur. Soyuq, 

qaranlıq isə ölümü simvolizə edir. Nillinin paltarlarını  



 

30 


 

Film Fiction | Aprel, №13 

çıxartması, hər şeyini bu diktator ataya buraxdığını və 

xəyalı olan teatrdan qalan tacı ilə pəncərəyə yaxınlaşması 

isə, bu dünyadan ancaq özü ilə xəyalını, arzusunu 

apardığını ifadə edir.  Dünyanı isə pəncərənin yanındaki 

qlobusun simvolizə etdiyini düşünürəm. Doğrudan da 

belədir. Bizə qalan sadəcə içimiz olacaq, öləndə belə. Amma 

Nill özünü atmır və otağından çıxıb qaranlıq dəhlizdən 

pilləkənlərlə aşağı mərtəbəyə düşür – yəni ölümə. Atasının 

iş otağına gedir, rəfdən atasının silahını alır və atasının iş 

masasına oturur. Nillin doğum günündə ailəsi 

Nilləmasaüstü dəst hədiyyəedir. Onun ciddi iş adamı 

olmağını istədiyini  ifadə edir beləcə. Ancaq Nill o hədiyyəni 

əlbəttə ki, bəyənmir və dostu ilə birlikdə yerə atıb sındırır. 

İndi isə Nillin, məhz atasının otağındaki iş masasında 

oturaraq, atasının silahı ilə intihar etməsi, Nillin atasına 

olan etirazıdır. Nill atasının silahı və iş masasında özünü 

öldürərək atasına “Məni öz silahın və öz arzunla (ciddi iş) 

öldürdün!” demək istəyir bəlkə də. Bu yerdə Nillin atası 

yuxudan oyanır. Nillinin özünü pəncərədən atacaq 

təəsuratı yaradan o səhnənin yuxu olduğunu öyrənirik 

beləcə. Evdə  Nilli axtaran valideyinləri onun cəsədini iş 

otağındaki  iş masasının yanında tapır. 

Filmin bu yerindən sonra Xeyirlə Şərin mübarizəsi və Şərin 

Xeyir üzərində qələbəsi adamı narahat edir. Çünki, Nillin 

ölümündən Cənab Kittingi günahkar bilirlər. Şər, Xeyir 

üzərindəki qələbəsini elan etmək  üçün Xeyirin 

tomurcuqlarından (tələbələrindən) istifadə edir. Nillinin 

dostlarından biri filmin sonuna kimi hər kəsdən gizlədilən 

“Ölü Şairlər Dərnəyi” haqqında akademiya müdriyyətinə 

deyir və dostlarını ifşa edir. Bundan sonra tələbələr 

sorğuya çəkilir. Nəticədə Cənab Kittingi akademiyaki 

işindən çıxardırlar. Beləcə film boyu Xeyirlə Şərin 

mübarizəsini və Xeyirin Şər üzərindəki məğlub 

edilməzliyinə sevinən izləyici, Şərin Xeyiri məğlub etdiyini 

sanır. Cənab Kittingin yerinə ədəbiyyat dərsinə müəllim 

kimi akademiyanın müdiri girir. Cənab Kitting isə şəxsi 

əşyalarını götürmək üçün dərs zamanı sinfə gəlir və icazə 

alaraq əşyalarını yığır. Əşyalarını yığanda ikinci Ölü Şairlər 

Dərnəyi üzvü olan tələbəsi ilə göz-gözə gəlir. Tələbəsinin 

üzündə isə peşmanlıq görürük. Cənab Kitting sinifdən 

çıxanda həmin tələbəsi onu çağırır və masasının üstünə 

çıxır -  ilk dərslərdə Cənab Kittingin, öz masasının üstünə 

çıxdığı və onları dünyaya fərqli bucaqlardan baxmağa 

səslədiyi kimi. Sonra bütün tələbələr masaların üstünə 

çıxır. Xeyir, Şəri udur. Qələbəsini çalır. Filmin əvvəlindəki  

şeirdə deyildiyi kimi tumurcuqlar cücərir. Bu tumurcuqlar 

Xeyirin tumurcuğudur. Xeyir heç vaxt itmir, həmişə cücərir

onu zamanında toplamaq lazımdır… 

 

Qeyd: Şeirlər filmdəndir. 



 

31 


 

Film Fiction | Aprel, №13 

PRAYERS FOR 

BOBBY 

 

 

 

Film: Bobby üçün Dualar 

Rejissor: Russell Mulcahy 

 

“Homoseksuallıq günahdır. Homoseksuallar sonsuza 



qədər cəhənnəmdə qalmağa məhkumdur. Dəyişmək 

istədikləri təqdirdə bu pis yoldan çəkinə bilərlər. 

Şəhvətdən uzaq durmaq istəsələr, təkrar əvvəlki kimi ola 

bilərlər. İşə yaramır desələr də, yenə də cəhd etməlidirlər. “ 

Bəli, oğlum Bobby’yə homoseksual olduğunu öyrəndiyim 

zaman tam olaraq bunları dedim. Homoseksual olduğunu 

öyrəndiyimdə dünyam başıma yıxılmışdı. Onu bu 

xəstəlikdən qurtarmaq üçün əlimdən gələn hər şeyi etdim. 

Oğlum 8 ay öncə bir körpüdən özünü ataraq intihar etdi, 

həyatına son verdi.  

Homoseksuallıq barədə olan bilgisizliyimdən dolayı 

çox peşmanam. Əgər mənə öyrədilənləri bir az olsun 

sorğulasaydım, əgər oğlum mənə qəlbini açdığında onu 

dinləmiş olsaydım, bu gün peşmanlıqla dolu olaraq 

aranızda olmazdım. Hər dəfə “Homoseksuallıq sapqınlıqdır,  

 

 



 

 

cəhənnəmlikdir, övladlarımızı onlardan qorumalıyıq,onlar 



lənətlidir” dediyimdə oğlum Bobby’nin qəlbini, 

özünəinamını nə dərəcədə zədələdiyimi bilmirdim. 

Oğlumun bir körpüyə çıxaraq özünü atmağı əminəm ki,  

Tanrının istəyi deyildi. Bu mənim və ətrafımızdakı 

insanların “homoseksual” ifadəsindən qorxmalarının 

nəticəsi idi. Bobby yazar olmaq istəyirdi, onun ümidləri, 

xəyalları əlindən alınmamalı idi, amma alındı. Çox uşaq var, 

Bobby kimi, hamısı da cəmaətlərinizdə, fərqində olmasanız 

da, onlar sizi dinləyir, homoseksuallığa qarşı dediyiniz hər 

amin, hər duanız zaman içərisində onları susdura bilər.     

Homoseksual kəliməsinə duyduğunuz nifrət, qorxu, 

cəhalət onları dua etməkdən belə çəkindirəcəkdir. Bu 

səbəbdən evinizdə və ya ibadət etdiyiniz yerlərdə düşünün 

lütfən, bir uşaq sizi dinləyir.. 



 

 

32 


 

Film Fiction | Aprel, №13 

 

17 AN 

#Mətləb Muxtarov 

 

17 An rubrikasının bu dəfəki qonağı jurnalımızın ilk 

saylarından yanımızda olan, gənc rejissor və yazar 

Mətləb Muxtarovdu. 

 

- Kinoda yeriniz?  

- Hələki yoxdur 



- Kinoda iddianiz?  

- İddiam rejissor olmaqdır. Bu gedişlə çətin ki, nəsə olsun. 

Amma iddia edirəm yenə də. 

- Kinoda arzunuz?  

- Ürəyim istəyən bir filmi çəkmək. İki dənə ssenarim var. 

Onları yaxşı, tam dolğun şəkildə yazsam, məhz o  

ssenarilərə film çəkməkdir arzum. 



- Lent yoxsa rəqəmsal?  

- Lent, amma pul olmayanda rəqəmsalın canı sağ olsun. 



 

33 


 

Film Fiction | Aprel, №13 

- Kinotetrda son baxdığınız film? 

- Hanekenin “Amour”u. Uzun müddətdir ki, kinoteatra 

getmirəm. 

- Üstünlük verdiyiniz janr?  

- Fərqi yoxdur  



- Sevimli rejissor?  

- Çarli Çaplin var, amma onu rejissorlar siyahısına aid 

etmək olmaz, çünki o nəsə başqa müstəvidədir. Bundan 

başqa çox adam bilir ki, mən Tarkovskini bəyənirəm,a mma 

Tarkovskiylə bərabər Antonioni də var. Bu ikisi əsas  

bəyəndiklərimdir. Siyahıya çox rejissoru daxil edərəm, 

amma əsas bu ikisi. Təbii ki,Çaplin başqa müstəvidədir. 

- Sevimli aktyor?  

Yenə də Çaplinin adını çəkərdim. Sonra “Bir dəfə 

Amerikada” filminə görə De Niro, ”Shinging” ə görə Cek 

Nikolson, “Forrest Gump”a görə Tom Henks. Bir də 

Avropanın qüruru var: Mastroyanni. 

-Sevimli aktrisa?  

- Monika Vitti, Marqarita Terexova və Audrey Hepburn. 

Hepburnu sırf gözəlliyinə görə seçirəm. 

Hamının baxmalı olduğu 5 film?  

- Hamının baxmalı olduğu filmləri seçsək, bizim sevdiyimiz 

sənət filmləri bura daxil olmaz. Ona görə hamının baxacağı 

filmlər mənim uşaqlıqdan bu yana sevdiklərimdir. Məsələn: 

”Şouşenkədn qaçış", ”Bir dəfə Amerikada”, ”Forrest Gump”, 

”Həyat Gözəldir”. Məhz dördü düşür yadıma. Amma əsl kino 

sevərlər üçün beşlik “Stalker”, ”Ayna”, ”Fotoböyütmə”, 

”Şirin həyat”, ”Dörd yüz zərbə” filmləridir,amma imkan 

olsaydı daha çox film qatardım. ”Undergorund”, ”Boş ev” , 

”Həyat gözəldir”, sonra Zvyaqinsevin “Qayıdış”ını, 

Karusmyakinin “Keçmişi olmayan insan” filmini. 



- Kino tarixi kimdən başlayır?  

- Mən universitetdə oxuyanda mənə Melyesşünas 

deyirdilər. Mənə görə elə Jorj Melyesdən. 

- Dünya tamaşaçısı hansı yerli filmlərimizə baxmalıdır?  

- “Köpək”, ”Şərikli Çörək”. Başqa yadıma gələni yoxdur. 



- Arzusunda olduğunuz filmə baxmısızmı?  

- Hə, baxmışam. İki-üç ay öncə “Stalker”ə yenə baxdım. 

Məncə bu mənim arzuladığım filmdir. 

- Kino hansı dövrünü yaşayır?  

- Mübarizə dövrünü. İkinci dünya müharibəsindən sonra 

məhz belədir. Kommersiya kinosu ilə Sənət kinosu arasında 

mübarizə gedir. 



- Oskar mükafatı ya Kann, Venesiya, Berlin?  

- Kann, amma Venetsiya və Berlin də bu siyahıdadır. 

                                                                                                                    

- Yaxın beş ilə nə dəyişəcək?  

Belə getsə, yaxın beş ildə sənət kinosunun mövqeyi 

zəifləyəcək. Buna görə maksimum reklam lazımdır. Bütün o  

əjdaha rejissorları reklam eləmək lazımdır. İndi 3D ilə 

çəkilən filmlər və ya komersiya filmləri daha asan həzm 

olunan filmlərdir. Bu da texnologiyanın hər yeniliyi ilə 

özünü müasir dünyada bir az daha rahat hiss edən insan 

üçün yaxşı seçimdir. Çünki, müasir dövrün insanı asan 

həzm olunan film istəyir. Sosial şəbəkələr bizə tənbəlliyi 

öyrətdi, yerimizdən qalxmadan hamı ilə danışırıq, hər kəsə 

öz fikrimizi çatdırırıq. İnsanlar artıq çətinlik çəkmək 

istəmirlər, ancaq komputerin qabağında oturub, bütün 

dünyanın problemlərini həll etmək istəyirlər. Çətinlik 

çəkmək istəməyən insan, onu mənəvi cəhətdən çətinliyə 

salan filmlərə baxmayacaq. Daha dayaz, ötəri filmlərə 

baxacaq. Komersiya filmləri isə ümumiyyətlə sənət 

kinosunu geriyə salır. Bunun üçün nə etmək lazımdır? Yenə 

də deyirəm reklam eləmək. Mən dayaz filmləri sevən insan 

gördükdə ona rejissorlardan danışıram, qızdırsa, ilk olaraq 

Almadovarı tövsiyyə edirəm, oğlandırsa, Kusturiça, Zeki 

Demirkubuzdan film məsləhət görürəm. Əla variantdır. 

Həm də reklam edirəm. Filmlər barəsində çox adama təsir 

elədiyimi bilirəm, təkcə qardaşımdan başqa. Mən onun 

önündə gücsüzəm, yəqin ki o qocalanda da boeviklərə 

baxacaq. 

- Sonluq necə olmalıdır?  

- Sonluq yaxşı olsa, çox bayağı ola bilər. Pis olsa, çox ağır ola 

bilər. Mənə görə ən yaxşı sonluq naməlum sonluqdur. 

Tamaşaçı özü qərar versin.



 

34 


 

Film Fiction | Aprel, №13 

SAMSARA

 

Film: Samsara 



Rejissor: Ron Fricke 

 

Artıq 3 ildir ki, vaxt tapdıqca dostlarla, 



yaxın insanlarla əyləncəyə ayırdığım vaxtımın 

bir hissəsini şəhərin müəyyən kinoteatrlarında 

keçirirəm. Bəzən baxdığımız filmlər animasiya, 

bəzən Hollivud axmaqlıqlarından ibarət 

romantik-komediyalar və s. olur. Bu 3 il ərzində 

kinoteatrda zövq alaraq baxdığım yeganə film 

Nolan`ın "Batman" trilogiyasının son filmi olub. 

Belə filmlər siyahısına keçən ay 28 Cinema`da 

baxdığım bir film də əlavə olundu. 

Samsara...  

Təsəvvür edin, şəhərin ən böyük zalına 

malik olan kinoteatrın ən arxa sırasında 

oturmusunuz və sizinlə birlikdə 5-6 nəfər var. 

Zalın işıqları sönür, arxa fondan bir musiqi səsi 

eşidilir. Siz elə ilk kadrdan artıq filmin sizi hara 

aparacağının fərqindəsiniz... 

Samsara... 

İTəsəvvür edin, siz uzaqlardasınız, 

bəzən Tibetdə, bəzən səhrada, bəzən Tanrının 

belə unutduğu bir afrika tayfasının əhatəsində, 

bəzən dünyanən ən inkişaf etmiş 

meqapolislərindən birində... Bəzən rahibsiniz, 

bəzən səhər zəngləri çalaraq Tanrıları oyadan 

rahib şagirdi, bəzən səhrada sadəcə qum 

zərrəciyi, bəzənsə milyonlarla insanların 

arasında hər günü eyni yaşayan bir vətəndaş... 

Samsara... 

Bu filmdə sözlər yoxdu. Sadəcə musiqi 

var və bu musiqi ilə harmoniya təşkil edən 

kadrlar. "Baraka" filmini bilənlər Ron Fricke`i 

yaxşı tanıyarlar yəqin. Bu onun növbəti işidir. 

Film 25 müxtəlif ölkədə çəkilib. Həyatımda ilk 

dəfə tək və iki dəfə kinoteatrda təkrar baxdığım 

yeganə filmdir. Samsara sözünün özü şərq 

fəlsəfəsində "Doğum, həyat və ölüm dövranı" 

mənasını verir.  

Bir sözlə, iki sözlə, üç sözlə: filmə 

baxmaq lazımdır. 



 

 

 

 

 

 

35 


 

Film Fiction | Aprel, №13 

JİM və JARMUSCH

Jim Jarmusch`a ithafən.... 

 

Onun gözlərində Amerika tamam başqa cürdü. O, hər gün Las Veqas kazinolarında milyonlar qazanan, Florida 



çimərliklərində qızlarla oynaşan, Bostonda şirkət sahibi olan, Missisipidə fermalarda at belində əylənən, Kaliforniyada 

arzularına çatanların ölkəsi deyil. Onun, gözlərində Nyu-York ən yalnızlar şəhəridi, Las-Veqassa ən bəxtsizlər... Mayami bir 

addımlıq xəyalların iki addımlığındadı. Paris daha kədərlidi, Helsinki daha soyuq, Roma... Jarmusch`un dünyasında insanlar 

qaydaları pozmur, qaydalar özlərini pozur, pozulansa insanlar olur. Ən böyük azadlıqlar qəfəslərdə uçmaq arzusundadı.  

İnsanları qaçmaq arzusundadı başqa şəhərlərə, kəndlərə, ölkələrə... İnsanlar qaçmaq arzusundadı özündən. Tanrının 

cənnətindən də yad cənnətlər var, insanları daha kədərli, Tanrısı daha qəddar, qadınları gedişlərə vərdişli, Tanrılarından da 

qəddar. İşdən evə gedərkən yanından keçib getdiyiniz balaca kafelərdə kofelər görüşdürür yalnız insanları. Bir kofe, siqaret 

külləri, bir az da keçmiş qonaq olur masalara. Üzünə boyalardan gülüşlər çəkir həyat. Tanımadığınız insanlar sizə siqaretini 

yandıran alışqan kimi baxır. Jim Jarmusch`un ölkəsində biz heç, ölmüş kimsələrik. Və həyatımız heçlərə bürünüb. İnsan ölmək 

üçün yox, insan əzablara öyrəşmək üçün yaşıyır elə bil. Ən böyük bədbəxtlik səni yaşadanların səni öldürməsidi.    

Sadiqliyinə əmanət edilən bədəninə yeridilən bir neçə qəlpədi. Keçənlər gələnləri, gələnlərsə gedənləri yola salır, sənsə 

eyni nöqtədə, eyni kölgədə və eyni döngədə yanından keçən qadından saatı soruşursan: - Bağışlayın madam, saatı bilmək 



istəmirsiz? Jarmusch filmləri reallığın əksi, Jarmusch personajları isə doğuşdan-ölümə doğru həyat puzzle`nın son hissəciyini 

axtaran marionetka kimidirlər. Son hissəciyin üzərində oturduqlarının fərqində deyillər sadəcə. Bəlkə də fərqindədirlər, lakin 



aldanmaq daha şirin gəlir.  

Yüklə 5,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin