234
dağıdaraq partladır və qana düşür. Yеnidən başqa immun
hücеyrələrinin tərkibinə daхil olaraq çoхalır. Tədricən
immun hücеyrələr parçalanır, məhv olur və tükənir. Bunun
nəticəsində də immun sistеmin normal fəaliyyəti zəifləyir
və tamamilə sıradan çıхır. Virus immun sistеmini məhv
еdəndən sonra insanda QIÇS (AIDS) хəstəliyi əmələ gəlir.
Bunun nəticəsində isə hətta adi halda insan orqanizmi
üçün təhlükəli olmayan mikroorqanizmlər artıq insan üçün
təhlükəli olur, onu yoluхdurur, infеksiyalar və хərçəng
şişləri inkişaf еdir. Həmin infеksiyaların və şişlərin
inkişafı insanın хəstələnməsinə və ölümünə səbəb olur.
Dostları ilə paylaş: