Hafizə Hafizə haqqında anlayış. Hafizə mexanizmi haqqında nəzəriyyələr. Hafizənin növləri və tipləri



Yüklə 0,69 Mb.
səhifə5/12
tarix17.05.2022
ölçüsü0,69 Mb.
#58281
1   2   3   4   5   6   7   8   9   ...   12
Hafizə

Hafizənin növləri və tipləri

Hafizənin bütün növləri 3 əsas amillə müəyyən edilir:

Obyektinə görə: surət, hərəkət, emosional və sözlü-məntiqi hafizə.

Məqsədinə görə: qeyri-ixtiyari və ixtiyari hafizə.

Materialın möhkəmlənməsinə görə: qısa müddətli və uzun müddətli hafizə.


Surət hafizəsi - cisim və hadisələrin keçmişdə qazanmış olduğumuz surətlərin yadda saxlanması, hifz edilməsi və yada salınmasından ibarətdir. Buraya ardıcıl surətlər, əyani surətlər və təsəvvürsurətləri aiddir.

Hərəkət hafizəsi - müxtəlif hərəkətlərin və onların sisteminin yadda saxlanması, hifz edilməsi və yada salınmasıdır. Hərəki hafizə demək olar ki, bütün adamlarda vardır, lakin ayrı-ayrı şəxslərdə müxtəlif şəkildə və intensivlikdə təzahür edir.

Emosional hafizə - keçirdiyimiz hisslərin yadda saxlanması və yada salınmasıdır. Hafizənin bu növü insana imkan verir ki, keçirdiyi hisslərin məzmun və xarakterindən asılı olaraq öz davranış və rəftarını tənzim etsin. Bu mənada emosional hafizə insanın mənəvi inkişafının əsas şərtidir.

Sözlü-məntiqi hafizə - fikirlərin, anlayışların yadda saxlanması, hifz edilməsi və yada salınmasından ibarətdir. Yalnız insanlara məxsusdur. Bəzən sözlər olduğu kimi yadda saxlanıla bilər, onun mənasını bilmədikdə, hafizə sözlü-məntiqi deyil, mexaniki səciyyə daşıyacaqdır.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin