VIII FƏSİL
KONSULLUQ HÜQUQU
8.1. Konsul münasibətlərinin yaradılması
və konsul nümayəndəliklərinin təsis edilməsi
Diplomatik münasibətlər dövlətlər arasında əlaqələrin bütün
müxtəlifliyini əhatə etmir. Bu prosesdə dövlətlərin xaricdə təsis
etdikləri spesifik müəssisələr kimi konsulluqları özünəməxsus yer
tutur
1
.
Konsulluqlar digər dövlətin razılığı ilə onun ərazisində
fəaliyyət göstərən, öz dövlətinin, onun vətəndaşlarının və hüquqi
şəxslərinin hüquq və maraqlarını qoruyan dövlətin xarici əlaqələrinin
daimi xarici orqanıdır
2
.
Konsul institutu daimi səfirliklərin yaranmasından çox daha
əvvəllər yaranmışdır. Bu institutun yaranmasının ilkin xüsusiyyətləri
hələ quldarlıq dövründə özünü göstərirdi. Onun yaranması
beynəlxalq əlaqələrin, xüsusilə də ticarət və gəmiçiliyin inkişafı ilə
bağlı idi
3
.
Elmi ədəbiyyatlarda üstünlük təşkil edən fikrə əsasən, konsul
institutları ilk dəfə Yunanıstan və Romada yaranmışdır. Yunanıstanda
heç bir hüququ olmayan xaricilər himayədarlıq üçün şəhərin tanınmış
adamlarına –proksenlərə müraciət edirdilər. E. ə. V əsrdə proksenlik
artıq müqavilə ilə qanuni şəkil almağa başlamışdır. Qədim Romada isə
227
1
Лапин Г.Э. Консульская служба М.: Международные отношения, 2002, с. 5
2
Плотникова О.В. Консульские отношения и консульское право.
М.: Норма ИНФРА, 1998, с. 12
3
Павлов О. Консульская деятельность. Международная жизнь,
№10, М.: Знание, 1986, с. 157
226
proksenlərin funksiyalarını patronlar həyata keçirirdilər. Bir çox
müəlliflər, o cümlədən, Q.İ.Tunkin qeyd edirlər ki, bu qədim konsul
müəssisələri, xüsusilə də Qədim Yunanıstandakı proksenlər müasir
konsulluq hüququ üçün örnək olmuşdur
1
.
Konsul nümayəndəlikləri hal-hazırda dövlətin mühüm daimi
xarici əlaqə orqanlarıdır. Onlar dövlətlər arasında iqtisadi, mədəni,
ticarət əlaqələrinin inkişafına xidmət edir. 1994-cü il martın 1-dən
qüvvəyə minmiş Azərbaycan Respublikası Konsul Nizamnaməsinin
1-ci maddəsində deyilir ki, konsulluqlar xarici dövlətlərdə
Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi
şəxslərinin hüquq və mənafeyini müdafiə edir. Konsulluqlar
Azərbaycan Respublikasının başqa dövlətlərlə dostluq münasi-
bətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət, ticarət,
idman, turizm və digər əlaqələrinin genişləndirilməsinə yardım
göstərir.
Konsul nümayəndəliklərinin, onun personalının üzvlərinin
fəaliyyətini tənzimləyən, onların statusunu, funksiyalarını, hüquq və
vəzifələrini müəyyən edən beynəlxalq hüququn prinsip və
normalarının məcmusu konsulluq hüququ adlanır.
Beynəlxalq hüquq ədəbiyyatlarında və praktikada bu
orqanların adlandırılması üçün “konsulluq”, “konsul müəssisələri” və
“konsul nümayəndəlikləri” kimi terminlərdən istifadə olunur.
Konsulluqlar da nümayəndəlik xarakterinə malik olub bü-
tövlükdə dövlətin adından çıxış edir. Lakin səfirlikdən fərqli olaraq
onlar universal xarakter daşımır və yerləşmə dövləti ilə
münasibətlərin siyasi tərəflərinə toxunmur. Yalnız dövlət müəyyən
səbəblərdən diplomatik nümayəndəliyə malik olmadıqda yerləşmə
dövlətinin icazəsi ilə konsula diplomatik funksiyalar da həvalə oluna
bilər. Bu müddəa Azərbaycan Respublikasının Konsul
Nizamnaməsinin 7-ci maddəsində və Konsul əlaqələri haqqında
1963-cü il Vyana Konvensiyasının 17-ci maddəsində əks
olunmuşdur.
K.K.Sandrovskiy səfirlik və konsulluqların bir sıra oxşar və
fərqli xüsusiyyətlərini aşağıdakı şəkildə qeyd etmişdir. Ümumi tərəf
ondan ibarətdir ki, hər ikisi nümayəndəlik xarakterli orqanlardır.
Lakin səfirlik hər zaman yeganədir və o yerləşmə dövlətinin
paytaxtında yerləşir. Ondan fərqli olaraq hər hansı bir dövlətin
yerləşmə dövlətində olan konsulluqlarının sayı bir neçə ola bilər və
onlar paytaxtdan başqa müxtəlif məntəqələrdə yerləşə bilərlər.
Bundan başqa səfirliklərin səlahiyyətlərinə yerləşmə dövlətinin bütün
ərazisində akkreditiv dövlətin hüquq və maraqları ilə bağlı olan hər
cür məsələ aiddir. Konsulluqlar isə geniş olsa da müəyyən xüsusi
səlahiyyətlərə malik olurlar və yerləşmə dövlətinin bütün ərazisində
deyil, yalnız onlara ayrılmış konsul dairəsi hüdudlarında fəaliyyət
göstərirlər.
Buradan daha bir fərq ortaya çıxır- səfirliklər yerləşmə
dövlətinin mərkəzi hakimiyyəti ilə (hökumət, xarici işlər nazirliyi)
əlaqə saxlayırlar, konsulluqlar isə yalnız yerli hakimiyyət orqanları
ilə, yəni öz konsul dairələrinin hakimiyyəti ilə əlaqə saxlamaq
hüququna malikdirlər.
1
Onlar arasında daha bir ümumi cəhət ondan ibarətdir ki,
diplomatik və konsul münasibətlərinin qurulması və bu nüma-
yəndəliklərin təsis edilməsi üçün kontragent dövlətlərin qarşılıqlı
razılığı tələb olunur. Burada fərqli xüsusiyyət ondan ibarətdir ki,
səfirliklərin təsis edilməsi üçün diplomatik münasibətlərin mövcud
olması şərtdirsə, konsulluqların fəaliyyət göstərməsi üçün bu vacib
deyil. Bundan başqa, diplomatik münasibətlərin kəsilməsi halında
əksər hallarda dövlətlər arasında konsul münasibətləri saxlanılır.
Konsul əlaqələri haqqında 1963- cü il Vyana Konvensiyasının 2-ci
maddəsinin 3-cü bəndində deyilir ki, diplomatik münasibətlərin
kəsilməsi ipso facto konsul münasibətlərinin də kəsilməsini nəzərdə
tutmur. Belə ki, konsulluqlar dövlətlər arasında münasibətlərin siyasi
tərəflərinə cavabdeh deyillər və onların belə şəraitdə mövcud olması
praktiki məsələlərin həllinin vacibliyi ilə izah olunur.
Digər tərəfdən konsulluqlar normal diplomatik münasibətlərin
olmaması halında belə təsis olunduqları üçün diplomatik
münasibətlərin qurulmasına olan razılıq, əgər başqa qeyd-şərt
olunmayıbsa eyni zamanda konsul münasibətlərinin qurulmasına
razılıq deməkdir. Bu norma 1963-cü il Konvensiyasının 2-ci mad-
dəsinin 2-ci bəndində öz əksini tapmışdır.
1
Тункин Г.И. Международное право. М. Юридическая литература,
1982, c. 14
1
Сандровский К.К. Право внешних сношений. Киев: Вища школа,
1986, с. 282-283
228
229
Konsul münasibətlərinin qurulması üçün dövlətin de- yure
tanınmasına ehtiyac yoxdur, bunun üçün onun de-fakto tanınması
kifayətdir. Digər tərəfdən konsul münasibətlərinin qurulması faktının
özü həmin dövlətin de-fakto tanınmasını ifadə edir.
Bəzi dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da
konsul xidməti diplomatik xidmətin bir növüdür və konsul xidməti
əməkdaşlarına da diplomatik rütbələr verilir. Əksər dövlətlərdə isə
diplomatik və konsul xidmətləri bir-birindən ayrılır və konsul xidməti
əməkdaşlarına xüsusı rütbələr verilir.
Dövlətlər arasında konsul münasibətlərinin qurulması
haqqında razılaşma əldə olunduqdan sonra, hətta ikitərəfli konsul
konvensiyası imzalandıqdan sonra belə konkret olaraq konsulluqların
təsis edilməsi üçün dövlətlər arasında xüsusi razılaşma olmalıdır.
Diplomatiya hüququnda olduğu kimi, burada da konsul
münasibətlərinin qurulması və konsulluqların faktiki təsisi arasında
zaman intervalı ola bilər.
Azərbaycan Respublikasının konsul xidməti – Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin konsul şöbəsindən, xaricdəki
konsulluqlardan, xaricdəki səfirliklərin konsul şöbələrindən, fəxri
konsullardan ibarətdir. Bunların arasında Azərbaycan
Respublikasının xaricdəki konsulluqları xüsusi yer tutur.
Azərbaycan Respublikasının konsulluqları öz fəaliyyətində
Azərbaycan Respublikasının Konstitusiyasını,”Diplomatik xidmət
haqqında” Azərbaycan Respublikasının Qanununu , Azərbaycan
Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan
Respublikasının Konsulluğu haqqında Əsasnaməni, Azərbaycan
Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında Əsasnaməni
və digər qanunları, həmçinin Konsul münasibətləri haqqında 1963-cü
il Vyana Konvensiyasını, Azərbaycan Respublikasının digər
dövlətlərlə ikitərəfli konsul konvensiyalarını, yerləşdiyi dövlətin
qanunlarını və beynəlxalq adətləri əsas götürür.
Konsulluğun açılması, digər dövlətlə imzalanmış müqaviləyə
əsasən konsulun təyin olunması və onun dərəcəsinin müəyyən
olunması məsələləri akkreditiv dövlətin daxili qanunvericiliyi ilə
tənzimlənir.
Azərbaycan Respublikasının Konsulluğu haqqında
Əsasnamənin 3-cü maddəsində deyilir ki, konsulluqlar Azərbaycan
Respublikasının xarici işlər nazirinin təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən təsis edilir.
Konsulluğun yeri, dərəcəsi və konsul dairəsi qəbul edən
dövlətlə razılıq əsasında müəyyənləşdirilir.
Konsulluqlar Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki
diplomatik nümayəndəliyinin başçısının ümumi siyasi rəhbərliyi
altında fəaliyyət göstərir.
Hal-hazırda beynəlxalq praktikada konsulluqların başçılarının
dörd dərəcəsi mövcuddur. Baş konsul, konsul, vitse-konsul və konsul
agenti. Onlar uyğun olaraq baş konsulluqlara, konsulluqlara, vitse-
konsulluqlara və konsul agentliklərinə rəhbərlik edirlər. Konsullar və
vitse-konsullar, həmçinin baş konsulluğun da ştatına daxil ola
bilərlər, vitse-konsullar isə konsulluğun ştatına personalın üzvü kimi
də daxil ola bilərlər. Əksər dövlətlərin praktikasında konsul agentləri
müstəqil konsul müəssisələrinin başçısı qismində təyin olunmurlar.
Məsələn, Belçıka və Braziliyada konsul agentləri konsul vəzifəli
şəxsinin köməkçisidir.
8.2. Konsul missiyasının başlanması və bitməsi.
Konsulluğun personalı, konsul korpusu
Konsul missiyasının başlanması konsulluğun vəzifəli şəxsinin
öz vəzifəsinə başladığı andan müəyyən olunur. Azərbaycan
Respublikasının Konsul Nizamnaməsinin 12-ci maddəsinə uyğun
olaraq “konsulluğun vəzifəli şəxsi”- konsulluğun başçısı da daxil
olmaqla konsul funksiyalarını yerinə yetirmək tapşırığı almış hər bir
şəxs (baş konsul, konsul, vitse-konsul, konsul agenti və konsulluğun
katibi), habelə konsulluqlarda işləməyə hazırlanmaq üçün ezam
olunmuş şəxs (staj keçən) müəyyən olunmuşdur. Konsulluqda
inzibati və ya texniki vəzifələri, yaxud konsulluğa xidmət etməklə
Diplomatik nümayəndəliklərin konsul şöbələrinə isə şöbə
müdirləri rəhbərlik edir, onlar baş konsul və konsul adlanırlar (Bu
şəxslər diplomatik personalın adi üzvləri kimi təyin olunurlar və
diplomatlarla eyni immunitet və imtiyazlardan istifadə edirlər).
Konsulun dərəcəsi müəyyən olunarkən onun üzərinə qoyulan
tapşırıqların həcmi və mühümlüyü, həmçinin ikitərəfli konsul
konvensiyasında müəyyən olunan konsulluğun dərəcəsi nəzərə alınır.
230
231
bağlı vəzifələri yerinə yetirən hər hansı şəxs “konsulluğun
əməkdaşı” kimi müəyyən olunur.
təqdimatı ilə prezident tərəfindən, konsul, vitse- konsul və konsul
agenti isə xarici işlər naziri tərəfindən təyin edilir və geri çağırılır.
Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyalarında isə “konsulluq əməkdaşı” adı altında konsulluqda
yalnız inzibati və texniki vəzifələri yerinə yetirən hər hansı şəxs
nəzərdə tutulur. Konsulluqda xidmət işlərini yerinə yetirən şəxslər isə
“xidmət personalının işçisi” kimi müəyyən olunur.
Konsul müəssisələri öz funksiyalarını konsul dairəsi
hüdudlarında həyata keçirir. Konsulluq dairəsi – konsulluğun
yerləşdiyi dövlətlə razılıq əsasında konsul vəzifələrini icra etmək
üçün ona ayrılan ərazidir. Adətən, belə dairə yerləşmə dövlətinin bir
neçə inzibati-ərazi vahidini əhatə edir. Konsulluq dairəsinin
sərhədləri və konsulluğun yeri dövlətlər arasında razılaşma əsasında
müəyyən olunur.
Nizamnaməyə əsasən “konsul” – konsulluğa başçılıq edən baş
konsul, konsul, vitse-konsul və ya konsul agentidir.
Əksər dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının
praktikasına əsasən konsul nümayəndəliklərinin başçısının təyininə
yerləşmə dövləti tərəfindən qabaqcadan razılıq alınmalıdır.
Baxmayaraq ki, bu müddəa 1963-cü il Konvensiyasında ümumi
norma kimi nəzərdə tutulmur. Konvensiyanın 10-cu maddəsində
sadəcə olaraq göstərilir ki, konsul müəssisələrinin başçıları təmsil
edilən dövlət tərəfindən təyin olunur və yerləşmə dövləti tərəfindən
funksiyalarını yerinə yetirməyə buraxılırlar. Buradaca qeyd olunur ki,
konsulların təyin olunması və vəzifəsinin icrasına başlamasına icazə
verilməsi qaydaları göndərən dövlətin və yerləşmə dövlətinin
qanunlarına və adətlərinə uyğun olaraq müəyyən olunur
1
.
Konsulluğun başçısı yalnız konsulluq dairəsinə daxil olan yerli
hakimiyyət orqanları ilə əlaqə yaradır. Yerləşmə dövlətinin mərkəzi
hakimiyyət orqanlarıyla isə o, yalnız öz dövlətinin diplomatik
nümayəndəliyi vasitəsilə əlaqə saxlaya bilər.
Mövcud ümumi qaydaya əsasən, konsul, konsul patenti
adlanan sənəd almalıdır. Konsul patenti – təmsil olunan dövlətin
səlahiyyətli orqanı tərəfindən verilən və həmin şəxsin müstəqil
konsul müəssisəsinin başçısı kimi təyin olunması faktını təsdiq edən
sənəddir. Bu sənəddə konsulluğun başçısının tam adı, vətəndaşlığı,
rütbəsi, konsulluğun yeri və konsulluq dairəsi göstərilir. Azərbaycan
Respublikası Konsul Nizamnaməsinə əsasən, konsul patenti
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilir
(maddə 15).
Azərbaycan Respublikasının ikitərəfli konsul
konvensiyalarında diplomatik nümayəndəliklərin başçıları üçün
alınan aqremana bənzəyən, qabaqcadan razılıq birbaşa nəzərdə
tutulur. Məsələn, Rusiya Federasiyası ilə bağlanmış Konsul
Konvensiyasının 3-cü maddəsi “Konsul başçısının təyin olunması”
adlanır. Bu maddənin 1-ci bəndində deyilir ki, “konsulluq başçısı
təyin edilməzdən əvvəl göndərən dövlət tərəfindən diplomatik və ya
digər müvafiq kanallarla təklif olunan şəxs barədə qəbul edən
dövlətin razılığı alınmalıdır”. Burada, həmçinin qeyd olunur ki, qəbul
edən dövlət hər hansı bir şəxsin konsulluq başçısı sifətində təyin
olunmasına razılıq verməzsə, o, göndərən dövlətə bu imtinanın
səbəblərini açıqlamaq məcburiyyətində deyil.
Adətən, təmsil olunan dövlət öz diplomatik nümayəndəliyi
vasitəsilə yerləşmə dövlətinin Xarici İşlər Nazirliyinə konsul
patentini və ya konsulluq başçısının təyin edilməsi barədə digər
analoji sənədi göndərir. Qəbul edən dövlət bu sənədi aldıqdan sonra
konsulun təyin edilməsi üçün ona formasından asılı olmayaraq
ekzekvatura adlanan icazə sənədi verir. Ekzevatura – konsulluğun
başçısının yerləşmə dövləti tərəfindən tanınması və konsulluq
dairəsində ona konsul funksiyalarını həyata keçirmək hüququnun
verilməsi haqqında sənəddir.
Azərbaycan Respublikasında baş konsul xarici işlər nazirinin
233
Ekzekvaturanın verilməsinin forma və qaydası yerləşmə
dövlətinin daxili hüququ ilə müəyyən olunur. Ekzekvatura dövlət
başçısı, hökumət başçısı və yaxud xarici işlər nazirinin imzası ilə
təsdiq olunur. O ayrıca sənəd formasında və ya konsul patentinə izin
yazısı şəklində verilə bilər. Ekzekvaturanı və ya digər icazəni
verməkdən imtina edən qəbul edən dövlət göndərən dövlətə bu
imtinanın səbəblərini açıqlamaq məcburiyyətində deyil. Bəzən
1
Зубков Н.Г. Международно-правовое положение консульских
представительств и их персонала. Автореферат диссертации на соиска-
ние ученой степени кандидата юридических наук. Дипломатическая
Академия МИД СССР. М.: 1980, с. 15
232
ekzekvaturanın verilməsi gecikdirildikdə yerləşmə dövləti konsul funk-
siyalarının həyata keçirilməsi üçün müvəqqəti icazə verə bilər.
Konsul praktikasında bəzən elə hallara da rast gəlinir ki,
konsulluğun başçısının funksiyasının müvəqqəti həyata keçirilməsi
zərurəti ortaya çıxır. Azrbaycan Respublikası Konsul
Nizamnaməsinin 17-ci maddəsində deyilir ki, ”əgər konsul hər hansı
səbəbə görə öz funksiyalarını yerinə yetirə bilmirsə və ya onun yeri
boşdursa, yeni konsul təyin edilənədək konsul vəzifəsinin icrası bu
konsulluğunun və ya Azərbaycan Respublikasının həmin dövlətin
ərazisindəki digər konsulluğun vəzifəli şəxsinə, yaxud Azərbaycan
Respublikasının oradakı diplomatik nümayəndəliyinin diplomatik
heyəti üzvlərindən birinə həvalə edilir”. Bu zaman da yerləşmə
dövlətindən xüsusi razılıq alınması tələb olunur.
Onu da qeyd etmək vacibdir ki, konsulun təyin olunması üçün
adətən ikitərəfli konsul konvensiyalarında nəzərdə tutulan
qabaqcadan razılıq sorğusu və ekzekvatura istənilməsi eyni şey
deyildir. Razılıq sorğusu qabaqcadan, konsul təyin olunmadan və ona
patent verilmədən öncə diplomatik kanallar vasitəsilə aparılır və bu
konsul agentinin şəxsiyyəti ilə və onun nə dərəcədə qəbulolunan şəxs
olması ilə bağlıdır. Ekzekvaturada isə konsul agentinin şəxsiyyəti
haqqında məsələ yaranmır, belə ki, bu məsələ artıq qabaqcadan həll
olunmuşdur. Ekzekvaturanın mahiyyəti müəyyən konsul dairəsində
konsul fəaliyyəti ilə məşğul olmağa verilən icazədən ibarətdir.
Etimadnamənin dövlət başçısına təqdim olunması ilə başlanan
diplomatik missiyadan fərqli olaraq, konsulun missiyası ekzekvatura
əlavə olunmuş patent konsula qayıtdıqdan sonra başlanmış hesab
olunur. Hər iki sənəd bütün rəsmiyyət bitdikdən sonra konsula
qaytarılır və bu vəzifəni tutduğu müddət ərzində konsulda qalaraq
onun statusunu və funksiyalarını təsdiq edir.
Dövlət başçısına ünvanlanan və ona təqdim olunan
etimadnamədən fərqli olaraq, konsul patentləri konkret şəxsə ün-
vanlanmır. Onlar aşağıdakı formul əsasında təşkil olunurlar: “aid
olan hər kəsə” və ya “bu sənədi görən hər kəsə”.
Konsul dairəsinin hüdudları dəyişdikdə və yaxud konsulluğun
başçısının dərəcəsi dəyişdikdə konsulluğun başçısı yeni patent və
ekzekvatura almalıdır.
Etimadnamənin təqdim olunmasının zamanı kimi,
ekzekvaturanın verilməsi anı da mühüm beynəlxalq-hüquqi nəticələr
yaradır. Ekzekvatura verilən andan konsulun vəzifəsi rəsmi olaraq
başlanmış hesab olunmaqla yanaşı, yerləşmə dövlətinin hər hansı
yaşayış məntəqəsində hər kəsdən öncə ekzekvatura alan baş konsul
konsul korpusunun duayeni olur. Geniş mənada konsul korpusu
yerləşmə dövlətinin müəyyən şəhərində yerləşən bütün xarici
konsulluqların vəzifəli şəxslərinin məcmusudur. Konsul korpusunun
duayeninin funksiyaları diplomatik korpusun duayeni funksiyaları ilə
eynidir.
Ekzekvatura və konsul patenti müstəqil konsul müəssisələrinin
başçıları üçün vacibdir. Diplomatik nümayəndəliyin konsul
şöbələrinin rəhbərləri üçün isə patent və ekzekvatura tələb olunmur.
Konsul personalı işçilərinin təyin olunmasına gəldikdə isə,
akkreditiv dövlət onları sərbəst olaraq müəyyən edir. Burada bir neçə
şərt irəli sürülür:
1)
konsul vəzifəli şəxsi akkreditiv dövlətin vətəndaşı
olmalıdır – yalnız yerləşmə dövlətinin icazəsi ilə onun vətəndaşları
bu vəzifəyə təyin oluna bilər və bu icazə istənilən zaman geri
götürülə də bilər;
2)
yerləşmə dövləti istənilən zaman – yəni şəxs təyin olunub
hələ ölkəyə gəlməmişdən öncə və ya ölkədə öz funksiyalarını yerinə
yetirdiyi zaman onu persona non grata elan edə bilər;
3)
əgər elə olan vəziyyətdə akkreditiv dövlət müəyyən müddət
ərzində həmin şəxsi geri çağırmırsa, yerləşmə dövləti ekzekvaturanı
və ya verilmiş digər razılığı ləğv edə və yaxud onu konsul
personalının işçisi kimi qəbul etməkdən imtina edə bilər.
Bunları nəzərə alaraq göndərən dövlət qabaqcadan həmin
şəxslərin adlarını və dərəcələrini yerləşmə dövlətinə bildirə bilər.
İndi də konsul missiyasının bitməsi hallarını nəzərdən keçirək.
Burada iki vəziyyət yer ala bilər: konsul vəzifəli şəxsinin funksiyalarının
dayandırılması və dövlətin orqanı kimi bütövlükdə konsulluğun
fəaliyyətinin dayandırılması.
Birinci vəziyyət 1963-cü il konsul əlaqələri haqqında Vyana
Konvensiyasının 25-ci maddəsinə əsasən aşağıdakı hallarda yaranır:
a) göndərən dövlət tərəfindən onun funksiyalarının dayandırılması
barədə qəbul edən dövlət xəbərdar edildikdə; b) qəbul edən dövlət
tərəfindən verilmiş ekzekvaturanın və ya digər icazənin ləğv edilməsi
halında; c) qəbul edən dövlət onu konsulluq personalı kimi hesab
etmədiyini göndərən dövlətə bildirdiyi halda.
234
235
Konsulluqların dövlətin orqanı kimi fəaliyyətinin bitməsi
halları isə diplomatik nümayəndəliklərlə eynidir.
8.3. Fəxri konsul institutu
İndiyə kimi araşdırdığımız məsələlər, bir qayda olaraq, ştatlı
konsullara aid olan məsələlər idi. Ştatlı konsullar akkreditiv dövlətin
Xarici İşlər Nazirliyində dövlət qulluğunda olurlar.
Lakin bir çox dövlətlər öz praktikasında ştatdankənar (fəxri)
konsul institutundan da istifadə edirlər. Fəxri konsul institutundan
uzun zamandan bəri istifadə olunmasına baxmayaraq, onlar haqqında
məsələ ədəbiyyatlarda hələ tam öyrənilməmişdir. Ayr-ayrı ölkələrin
qanunvericiliklərində və beynəlxalq hüquqda bu instituta aid olan
normalar mövcuddur. Lakin fəxri konsulun ümumtanınmış tərifi hələ
də müəyyən olunmamışdır.
1963-cü il Vyana Konvensiyasında bu cür konsul “fəxri konsul
vəzifəli şəxsləri” kimi müəyyən olunmuşdur. Lakin bu cür təyinin
özündə ziddiyyət mövcuddur. Belə ki, fəxri konsul vəzifəli şəxs ola
bilməz. Çünki onlar dövlət qulluğunda olmurlar. Azərbaycan
Respublikasının fəxri konsullarının fəaliyyətinin hüquqi əsası olan
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında
Əsasnamədə də deyilir ki, Azərbaycan Respublikasının ştatdankənar
(fəxri) konsulu Azərbaycan Respublikasının dövlət qulluğunda
deyildir (1. 2).
K.K.Sandrovski fəxri konsul institutunun xarakterini
araşdırarkən onu ştatlı konsullardan fərqləndirən dörd xüsusiyyəti
göstərmişdir:
1) artıq qeyd etdiyimiz kimi, ştatdankənar (fəxri) konsullar
nəinki diplomatik xidmətdə, akkreditiv dövlətdə adətən,
ümumiyyətlə, dövlət qulluğunda olmurlar;
2) ştatlı konsullardan fərqli olaraq, ştatdankənar (fəxri) kon-
sullar başqa dövlətin vətəndaşı ola bilərlər (Azərbaycan Respublikası
ştatdankənar (fəxri) konsulu haqqında Əsasnamənin 1. 1-ci maddəsi);
3) ştatdankənar (fəxri) konsullar təmsil etdikləri dövlətdən
əməkhaqqı almırlar (əsasnamənin 3. 5-ci maddəsi); Onlar həyata
keçirdikləri konsul əməliyyatlarından gələn gəlirin müəyyən hissəsini
sərəncamlarına keçirə bilər.
4) ştatlı konsullardan fərqli olaraq ştatdankənar (fəxri)
konsullar kommersiya və öz peşə fəaliyyəti ilə məşğul ola bilər
(əsasnamənin 3. 5-ci maddəsi).
II fəsildə ştatdankənar (fəxri) konsullarla əlaqədar bir sıra
məsələləri artıq qeyd etmişdik.
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu
haqqında Əsasnamənin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azər-
baycan Respublikasının ştatdankənar (fəxri) konsulu Azərbaycan
Respublikasının qəbul edən dövlətdəki diplomatik
nümayəndəliklərinin və konsulluğunun təklifi ilə həmin dövlətin
müvafiq hakimiyyət orqanlarının razılığı ilə Azərbaycan
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və
vəzifədən azad edilir. Ştatdankənar (fəxri) konsula patentin və
ekzekvaturanın verilməsi qaydası ştatlı konsullarla eynidir (maddə 2.
2 və 2. 3). 1963-cü il Vyana Konvensiyası 5-ci maddədə konsul
funksiyalarını müəyyən edərkən konsulluğa ştatlı və ştatdankənar
konsulun rəhbərlik etməsi məsələsinə toxunmur. Buna görə də fəxri
konsulun funksiya və
səlahiyyətlərinin həcmi Vyana
Konvensiyasının 5-ci maddəsinin ümumi müddəaları və dövlətlərin
daxili qanunvericiliyi ilə müəyyən olunur
1
. Bu barədə II fəsildə
ətraflı bəhs etmişdik.
Ştatdankənar (fəxri) konsullara aid olan məsələlər dövlətlərin
uyğun ikitərəfli razılaşmaları ilə tənzimlənməlidir. Azərbaycan
Respublikasının Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan və s.
dövlətlərlə bağladığı konsul konvensiyalarında göstərilmişdir ki,
“razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli şəxslərin təyin
olunması barədə razılığa gələrlərsə, onlar fəxri konsul vəzifəli
şəxslərinə tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu
konvensiyanın müddəaları və beynəlxalq ümumi hüququn
normalarına əsasən müvafiq sazişlərin bağlanması məqsədləri ilə
əlaqədar məsləhətləşmələr keçirəcəklər” (maddə 10).
Yeri gəlmişkən, konsul məsələləri ilə əlaqədar məsləhətləşmələr
konsulluq sahəsində əməkdaşlığın yeni formalarındandır. Azərbaycan
Respublikasının konsul münasibətlərinin hüquqi əsasının
formalaşdırılmasında onun digər dövlətlərlə (əsasən MDB
çərçivəsində) konsul məsləhətləşmələri mühüm rol oynayır. Bu
1
Иваненко В.С. Институт почетного консула иностранного госу-
дарства в правовой системе России. // Международное право, 2002, №1
236
237
məsləhətləşmələrdə həmin dövlətlərlə konsul münasibətlərinə aid
müxtəlif mövzular müzakirə oluna bilər (Məsələn, konsul
konvensiyasının, hüquqi yardım haqqında müqavilələrin həyata
keçirilməsi məsələləri, mövcud razılaşmalar əsasında dövlətlərin
vətəndaşlarının sərhədi keçmə məsələləri, onların viza alma məsələləri
və s.).
Fəxri konsullarla əlaqədar isə son olaraq qeyd edək ki,
baxmayaraq ki, fəxri konsul institutu ştatlı konsullara münasibətdə
köməkçi, yardımçı funksiya daşıyır, bu institutdan istifadə
olunmasının dövlətlər üçün müsbət tərəfləri də vardır.
Hal-hazırda Azərbaycan Respublikasının Livanda fəxri
konsulu fəaliyyət göstərir.
Dostları ilə paylaş: |