Həcər Adil qızı Qasımova Elmi redaktor: h e. d., dos. MƏMMƏdov r. F


IX FƏSİL  AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix17.01.2017
ölçüsü6,32 Mb.
#5722
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   42

IX FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN  
9.5. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının gəmi kapitanından gəminin üzmə 
vəziyyəti ilə bağlı məlumat alır. 
AZƏRBAYCAN RESPUBLİKASININ DƏNİZ VƏ HAVA 
GƏMİLƏRİ İLƏ ƏLAQƏDAR FUNKSİYALARI 
 
446
 
447

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin 
və ya konsulluğunun tapşırığı ilə  ştatdankənar (fəxri) konsul 
gəmi heyətindəki dəyişikliklərin qeydiyyatını apara bilər. 
9.6.
 
Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulunun 
a) Azərbaycan Respublikasının dəniz və ya hava gəmisinin dənizə və 
ya hava limanına daxil olmasına, dayanmasına və limandan 
çıxmasına yardım etmək; 
b) gəminin kapitanı  və ya komandiri ilə  gəmi heyəti üzvləri qəbul 
edən dövlətin liman və digər yerli təşkilatları,  şirkətləri polis, 
gömrük və s. idarələri arasında yaranmış mübahisəli 
məsələlərin həll edilməsinə kömək etmək; 
c) gəmi heyətinin istirahəti üçün mədəni və idman tədbirlərinin 
təşkilinə və həyata keçirilməsinə yardım etmək; 
ç) Azərbaycan Respublikası  gəmiləri ilə  əlaqədar deklarasiyaları  və 
digər sənədləri qəbul etmək və bu barədə Azərbaycan Res-
publikasının qəbul edən dövlətdəki diplomatik nüma-
yəndəliyinə  və ya konsulluğuna məlumat vermək hüququ 
vardır. 
9.7. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu lazım 
gəldikdə və Azərbaycan Respublikasının qəbul edən dövlətdəki 
diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud da 
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə 
razılaşdırmaqla dəniz və hava gəmilərinin  şəxsi heyəti 
üzvlərinin, sərnişinlərinin müalicəsini və Azərbaycan 
Respublikasına göndərilməsini təşkil edir. 
Gəmi heyəti üzvləri və ya Azərbaycan Respublikasının 
vətəndaşı olan sərnişin öldükdə Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulu Azərbaycan Respublikasının 
diplomatik nümayəndəliyini və ya konsulluğu, yaxud da 
bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə 
razılaşdırdıqdan sonra mərhumun cəsədinin, sənədlərinin və 
şəxsi  əşyalarının Azərbaycan Respublikasına göndərilməsi 
üçün tədbirlər görür. 
9.7.
 
Azərbaycan Respublikasının gəmisinin batdığı, qəzaya uğ-
radığı halda, ştatdankənar (fəxri) konsul Azərbaycan 
Respublikasının qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə 
dərhal məlumat verib sərnişinlərin, heyət üzvlərinin, gəminin 
və yükün xilas edilməsi üçün ondan asılı olan bütün tədbirləri 
görməlidir. 
O, zərərçəkənlərə tibbi yardım göstərilməsini təşkil etməkdə 
adamların Azərbaycan Respublikasına göndərilməsində, dəniz 
protesti aktının və digər sənədlərin hazırlanmasında gəmi 
kapitanına və ya komandirinə lazımi kömək göstərir. 
9.9. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
kapitanın və ya komandirin ştatdankənar (fəxri) konsulun 
dəftərxanasına gəldiyi gün gəniz və hava gəmiləri kapitanı  və 
ya komandirinin xahişinə  əsasən gəminin gəlməsi və getməsi, 
sərnişinlərin sayı və habelə yükün sayı, növü və çatacağı yeri 
göstərən şəhadətnamə vermək hüququna malikdir. 
9.10.  Əgər Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) 
konsulunda olan məlumata  əsasən gəminin hər hansı limana 
daxil olması  təhlükəli, yaxud qeyri-mümkün olduqda, o, bu 
barədə  gəminin kapitanını  və ya komandirini xəbərdar 
etməlidir. 
 
X FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN AVTOMOBİL, DƏMİR YOLU 
NƏQLİYYATI VASİTƏLƏRİ İLƏ ƏLAQƏDAR  
FUNKSİYALARI 
 
10.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
avtomobil, dəmir yolu nəqliyyatı vasitələrinə konsulluq 
funksiyalarını yerinə yetirərkən bu Əsasnamənin III fəslinin 
müddəalarını rəhbər tutur. 
 
 
XI FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN SANİTARİYA MÜHAFİZƏSİ İLƏ 
ƏLAQƏDAR FUNKSİYALARI 
 
11.1. Karantin və başqa yolxucu, xüsusilə tropik, QİÇS və bəzi digər 
yolxucu xəstəliklərin  əvvəllər bu xəstəliklərdən azad olan 
 
448
 
449

KONSULLUQ KORRESPONDENSİYASININ QORUNUB 
SAXLANILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN  
ərazilərdə meydana çıxdığı zaman Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulu xəstəliyin yayıldığı rayonu, 
yoluxma hallarının sayını  və yerli hakimiyyət orqanları 
tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, 
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dərhal bu 
barədə məlumat verir. 
RESPUBLİKASININ ŞTATDANKƏNAR (FƏXRİ)  
KONSULUNUN FUNKSİYALARI VƏ HESABATI 
 
13.1. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulunun 
istifaləsində olan şeylər - Azərbaycan Respublikasının Dövlət 
bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi, konsulluq 
sipəri, rəsmi möhürü və  ştampı, habelə konsulluq arxivi 
Azərbaycan Respublikasının mülkiyyətidir. 
11.2. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasına gəlmək icazəsi almış  şəxslərə 
Azərbaycan Respublikasının  ərazisinə daxil olarkən peyvənd 
olunduğu barədə beynəlxalq sertifikatın və digər müvafiq 
sənədlərin təqdim edilməsi zərurətini bildirir. 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
onların qorunub saxlanması  və toxunulmazlığını  təmin etmək 
üçün tədbirlər görür və bunun üçün şəxsi məsuliyyət daşıyır. 
 
13.2. Konsulluq korrespondensiyaları, Azərbaycan Respublikasının 
ştatdankənar (fəxri) konsulunun xidməti fəaliyyətinə aid olan və 
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 
konsulluğu tərəfindən ona verilmiş  rəsmi kitablar və  nəşrlər 
Azərbaycan Respublikasının mülkiyyətidir. 
XII FƏSİL 
AZƏRBAYCAN RESPUBLİKASININ ŞTATDANKƏNAR 
(FƏXRİ) KONSULUNUN FİTOSANİTARİYA VƏ 
BAYTARLIQ MÜHAFİZƏSİ İLƏ ƏLAQƏDAR  
FUNKSİYALARI 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulunun 
korrespondensiyası Azərbaycan Respublikasının qəbul edən 
dövlətdəki diplomatik nümayəndəliyinin və ya konsulluğunun, 
yaxud da bilavasitə Azərbaycan Respublikasının Xarici İşlər 
Nazirliyinin xüsusi razılığı olmadan çap oluna və ya üçüncü 
şəxsə verilə bilməz. 
 
12.1. Kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyan-
vericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşların 
kütləvi xəstələndikləri hallarda, yaxud insan və heyvanlar üçün 
ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda 
Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə bu barədə 
dərhal məlumat verir. 
13.3. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər il yanvar 
ayının 31-dək özünün ötən ilki konsulluq fəaliyyəti barədə 
hesabat verməlidir. 
12.2. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasına gəlmək icazəsi almış  şəxslərə 
Azərbaycan Respublikasına daxil olarkən aparılan xammal, 
heyvanlar, heyvan mənşəli ərzaqlar barədə baytarlıq sertifikatının 
təqdim edilməsi zərurətini bildirir, toxumların, bitkilərin, təzə 
meyvə  və  tərəvəzlərin gətirilməsi qaydaları haqqında məlumat 
verir. 
İllik hesabatda, xüsusilə, konsulluq dairəsində müvəqqəti və ya 
daimi yaşayan Azərbaycan Respublikası 
vətəndaşları, 
Azərbaycan Respublikasının iştirakı ilə yaradılmış  təşkilat və 
şirkətlər, konsulluq dairəsinə gələn dəniz və hava gəmiləri heyəti 
ilə  əlaqədar Azərbaycan Respublikası  ştatdankənar (fəxri) 
konsulunun fəaliyyəti, görülmüş konsulluq əməliyyatları, qəbul 
edən dövlətin konsulluq fəaliyyətinə dair yeni qanunvericilik 
aktları barədə, habelə konsulluq dairəsinin ticarət, iqtisadi və 
 
XIII FƏSİL 
 
450
 
451

mədəni həyatında baş vermiş hadisələr haqqında məlumatlar 
verilir. 
13.4. Azərbaycan Respublikasının  ştatdankənar (fəxri) konsulu 
Azərbaycan Respublikasının qəbul edən dövlətdən diplomatik 
nümayəndəliyinə  və ya konsulluğuna, yaxud da bilavasitə 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ötən il 
ərzində konsulluq əməliyyatları  və xidmətlərinə görə alınmış 
konsulluq rüsumlarının məbləği, konsulluq əməliyyatlarını 
həyata keçirərkən faktiki xərclər daxil olmaqla, konsulluq 
funksiyalarının icrası ilə əlaqədar xərclər barədə maliyyə hesabatı 
təqdim edir. 
 
 
AZƏRBAYCAN RESPUBLİKASI VƏ  
ÖZBƏKİSTAN RESPUBLİKASI ARASINDA 
KONSULLUQ KONVENSİYASI 
 
Azərbaycan Respublikası və Özbəkistan Respublikası, iki ölkə 
arasında dostluq münasibətləriinin inkişafına yardım etmək, habelə 
öz vətəndaşlarının hüquqlarını  və  mənafeyini daha səmərəli 
qorumağa səy göstərərək, 24 aprel 1963-cü ildə Vyanada imzalanmış 
konsulluş  əlaqələri haqqında Vyana Konvensiyasını inkişaf etdirmə 
məqsədilə konsulun münasibətləri yerinə yetirmək üçün əlavə 
müddəalar müəyyən etmək arzusu ilə  aşağıdakılar barədə razılığa 
gəldilər. 
 
Maddə 1 
Təriflər 
 
Bu Konvensiyada işlədilən terminlər aşağıdakı mənaları daşıyır: 
1.
 
«Konsulluq» hər hansı baş konsulluq, konsulluq, vitse-konsulluq 
və konsulluq agentliyi. 
2.
 
«Konsulluq dairəsi» qəbul edən ölkənin ərazisində konsulluğa öz 
vəzifələrini yerinə yetirmək üçün ayrılmış bölgə; 
3.
 
«Konsulluq başçısı» - konsulluğa rəhbərlik etmək tapşırığı almış 
şəxs; 
4.
 
«Konsulluğun vəzifəli  şəxsi» - konsulluq başçısı daxil olmaqla, 
konsulluq funksiyalarını yerinə yetirmək tapşırığı almış hər hansı 
şəxs; 
5.
 
«Konsulluğun  əməkdaşı» konsulluqda inzibati və texniki 
vəzifələri yerinə yetirən hər hansı şəxs; 
6.
 
«Xidtmət personalı  işçisi» - konsulluqda xidmət işlərini yerinə 
yetirən şəxs; 
7.
 
«Konsulluğun işçiləri» - yəni konsulluğun vəzifəli  şəxsləri, 
konsulluq əməkdaşları və ya xidmət personalı işçiləri; 
8.
 
«Konsulluq personalı  işçiləri» - konsulluğun vəzifəli  şəxsləri 
(konsulluq başçısı istisna olmaqla), habelə konsulluğun əməkdaşı 
və xidmət personalı işçiləri; 
9.
 
«Xüsusi ev xidmətçisi» - konsulluq işçisinin yalnız xüsusi 
xidmətində olan şəxs; 
10.
 
«Konsulluq binaları» - kimin mülkiyyətində olmasından asılı 
olmayaraq, yalnız konsulluq funksiyalarını yerinə yetirmək üçün 
ayrılmış binalar və ya bina hissələri, bu binalara və yaxud bina 
hissələrinə aid torpaq sahəsi; 
11.
 
«Konsulluq arxivləri» - konsulluğa aid bütün kağızlar, 
yazışmalar, sənədlər, kitablar, filmlər, vildesəsyazma lentləri, 
konsulluğun reyestrləri,  şifr və kod cədvəlləri, kartotekalar, 
onların saxlanılması və mühafizəsi təmin edilməsi üçün ayrılmış 
ləvazimatlar; 
12.
 
«Göndərən dövlətin hava gəmisi» - hərbi hava gəmiləri istisna 
olmaqla göndərən dövlətdə qeydiyyatdan keçirilmiş bildirici 
işarələrini daşımaq hüququna malik olan hər hansı üçün aparatı 
deməkdir. 
 
Maddə 2 
Konsulluqların açılması 
 
1.
 
Göndərən dövlətin konsulluğu qəbul edən dövlətin  ərazisizində 
yalnız qəbul edən dövlətin razılığı ilə açıla bilər. 
2.
 
Konsulluğun yerləşdiyi ərazi, onun dərəcəsi, konsulluq dairəsi və 
konsulluğun vəzifəli  şəxslərinin sayı göndərən dövlətlə  qəbul 
edən dövlət arasında razılığa əsasən müəyyənləşdirilir. 
3.
 
Konsulluğun yerləşdiyi  ərazidə, onun dərəcəsində  və konsulluq 
dairəsində, yaxud konsulluğun vəzifəli  şəxslərinin sayında 
sonrakı  dəyişikliklər göndərən dövlət tərəfindən qəbul edən 
dövlətin razılığına əsasən həyata keçirilə bilər. 
 
452
 
453

Maddə 3 
4.
 
Baş konsulluq və konsulluq, yerləşdiyi  ərazidə  kənarda vitse-
konsulluq agentliyi açmaq istədiyi halda da qəbul edən dövlətin 
razılığı zəruridir. 
Konsulluq başçısının təyin olunması 
 
1.
 
Konsulluq başçısı  təyin edilməzdən  əvvəl göndərən dövlət 
tərəfindən diplomatik və ya digər müvafiq kanallarla təklif 
olunan şəxs barədə qəbul edən dövlətin razılığı alınmalıdır. 
5.
 
Mövcud konsulluğun tərkib hissəsini təşkil edən dəftərxananın 
onun yerləşdiyi  ərazidən kənarda açılması üçün də  qəbul edən 
dövlətin əvvəlcədən müəyyən razılıq verməsi zəruridir. 
 
2.
 
Qəbul edən dövlət hər hansı bir şəxsin konsulluq başçısı sifətində 
təyin olunmasına razılıq verməzsə, o, göndərən dövlətə bu 
imtinanın səbəblərini göstərməyə borclu deyil. 
3.
 
Göndərən dövlət diplomatik kanallar vasitəsilə  qəbul edən 
dövlətin Xarici İşlər Nazirliyinə konsulluq patentini və ya 
konsulluq başçısının təyin edilməsi barədə digər analoji sənədi 
göndərir. Bu sənəddə konsulluq başçısının tam adı, soyadı, 
vətəndaşlığı, konsulluğun yeri, dərəcəsi və konsulluq dairəsi 
göstərilir. 
4.
 
Qəbul edən dövlət konsulluq patentini və ya analoji sənədi 
aldıqdan sonra konsulluğun başçısının təyin edilməsi üçün ona 
formasından asılı olmayaraq ekzekvatura adlanan icazə  sənədi 
verir. 
Ekzekvaturan və ya digər icazəni verməkdən imtina edən qəbul 
edən dövlət, göndərən dövlətə bu imtinanın səbəblərini göstərməyə 
borclu deyil. 
5.
 
Bu maddənin 6-cı  bəndində  və 4-cü maddədə göstərilən hallar 
istisna olmaqla, konsulluq başçısı yalnız belə ekzekvatura və ya 
digər icazə verildikdən sonra öz funksiyalarını yerinə yetirməyə 
başlaya bilər. 
6.
 
Qəbul edən dövlət ekzekvatura və ya digər icazə  sənədi 
verənədək müvəqqəti olaraq konsulluq başçısına öz 
funksiyalarını yerinə yetirməyə razılıq verə bilər. Bu halda 
hazırkı Konvensiyanın müddəaları tətbiq edilir. 
7.
 
Konsulluq başçısına hətta müvəqqəti olaraq öz funksiyalarını 
yerinə yetirmək icazəsi verildikdən sonra qəbul edən dövlət təcili 
surətdə konsulluq dairəsinin səlahiyyətli hakimiyyət orqanlarına 
bu barədə məlumat verməlidir. Bundan əlavə, qəbul edən dövlət 
konsulluq başçısının öz vəzifələrini icra etməsi və bu 
Konvensiyadan irəli gələn üstünlüklərdən istifadə edə bilməsi 
üçün lazımi tədbirlər görülməsini təmin edir. 
 
 
454
 
455

Maddə 4 
Konsulluq başçısının funksiyalarının müvəqqəti olaraq 
 yerinə yetirilməsi 
 
1.
 
Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə və 
ya konsulluq başçısının vəzifəsi boşdursa, konsulluq başçısının 
funksiyaları konsulluq başçısının vəzifələrini icra edən tərəfindən 
müvəqqəti yerinə yetirilir. 
2.
 
Konsulluq başçısının vəzifələrini icra edən  şəxsin tam adı  və 
soyadı göndərən dövlətin diplomatik nümayəndəliyi vasitəsilə və 
ya göndərən dövlətin qəbul edən dövlətdə belə nümayəndəliyi 
olmadıqda, konsulluq başçısı  tərəfindən, yaxud o bunu etmək 
imkanına malik deyilsə, onda göndərən dövlətin hər hansı 
səlahiyyətli orqanı  tərəfindən qəbul edən tərəfin Xarici İşlər 
Nazirliyinə  və yaxud həmin Nazirliyin göstərdiyi orqana 
bildirilir. Bu bildiriş, bir qayda olaraq, qabaqcadan göndərilir. 
3.
 
Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluq başçısı 
vəzifələrini icra edən  şəxsə yardım göstərir və onu himayə 
edirlər. Konsulluğa rəhbərlik etdiyi müddətdə ona bu 
Konvensiyanın müddəaları müvafiq konsulluq başçısı üçün 
nəzərdə tutulan əsaslarla şamil edilir. 
4.
 
Göndərən dövlətin qəbul edən dövlətdəki diplomatik 
nümayəndəliyinin diplomatik heyət üzvü göndərən dövlət 
tərəfindən bu maddənin 1-ci bəndinin müddəalarına  əsasən 
konsulluq başçısı vəzifələrinin müvəqqəti icraçısı təyin olunarsa, 
o, diplomatik imtiyazlardan və toxunulmazlıqlardan qəbul edən 
dövlətin buna etiraz etmədiyi təqdirdə istifadə etməkdə davam 
edir. 
 
Maddə 5 
Konsulluq heyəti işçilərinin təyin olunması 
 
1.
 
Göndərən dövlət konsulluq heyəti işçilərini 6-cı  və 7-ci 
maddələrin müddəalarında göstərilən istisnalarla, azad şəkildə 
təyin edə bilər. 
2.
 
Göndərən dövlət qəbul edən dövlətin istəyinə uyğun olaraq 7-ci 
maddənin 3-cü bəndində  nəzərdə tutulan hüquqlarını  həyata 
keçirə bilməsi üçün konsulluq başçısı istisna olmaqla, 
konsulluğun vəzifəli  şəxslərinin tam ad və soyadlarını, 
kateqoriyalarını  və  vəzifə  dərəcələrini qabaqcadan qəbul edən 
dövlətə bildirir. 
3.
 
Qəbul edən dövlət konsulluğun bütün işçilərinə  və onların ailə 
üzvlərinə, onların statusuna müvafiq olaraq, konsulluq işçiləri və 
ailə üzvləri sifətində tanıyan şəxsiyyət vəsiqələri verir. 
 
Maddə 6 
Konsulluq vəzifəli şəxslərin vətəndaşlığı 
 
Konsulluğun vəzifəli  şəxsi göndərən dövlətin vətəndaşı 
olmalıdır. 
 
Maddə 7 
«Persona non qrata» elan olunmuş şəxslər 
 
1.
 
Qəbul edən dövlət istədiyi vaxt diplomatik kanallarla göndərən 
dövlətə konsulluğun bu və ya digər vəzifəli  şəxsinin «persona 
non qrata», yaxud hər hansı işçisinin arzu olunmaz şəxs olduğu 
barədə  məlumat verə bilər. Bu halda göndərən dövlət, müvafiq 
olaraq, həmin  şəxsi geri çağırmalı  və ya onun funksiyalarını 
dayandırmalıdır. 
2.
 
Göndərən dövlət bu maddənin 1-ci bəndində göstərilən öhdəliyi 
məqbul müddətdə yerinə yetirməkdən imtina edərsə və ya yerinə 
yetirməzsə, qəbul edən dövlət müvafiq olaraq həmin  şəxsin 
ekzekvaturasını  və ya digər icazəsini ləğv edə, yaxud onu 
konsulluq işçisi kimi tanımaqdan imtina edə bilər. 
3.
 
Konsulluğun işçisi kimi təyin edilmiş  şəxs qəbul edən dövlətin 
ərazisinə daxil olanadək və ya o artıq qəbul edən dövlətdirsə, öz 
vəzifələrinin icrasına başlayarkən arzuolunmaz şəxs elan edilə bilər. 
Hər belə halda göndərən dövlət onun təyinatını ləğv edir. 
4.
 
Bu maddənin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda qəbul 
edən dövlət göndərən dövlətə öz qərarının səbəbini bildirməyə 
borclu deyildir. 
 
Maddə 8 
Təyinolunma, gəlmə və getmə haqqında  
qəbul edən dövlətə bildirilməsi 
 
456
 
457

 
1.
 
Qəbul edən dövlətin xarici işlər nazirliyinə  və ya bu nazirlik 
tərəfindən göstərilən orqana aşağıdakılar barədə bildirilir: 
a) konsulluğun işçilərinin təyin olunması, təyin olunduqdan sonra 
onların konsulluğa gəlmələri, tamamilə qayıtmaları  və ya onların 
funksiyalarının dayandırılması, konsulluqda işlədiyi müddətdə 
onların statusuna təsir göstərən bütün başqa dəyişikliklər barədə; 
b) konsulluq işçisinin onunla daimi yaşayan ailə üzvü, habelə lazımi 
hallarda bu və ya digər  şəxsin üzvlüyünə daxil olması yaxud ailə 
üzvlüyündən çıxması; 
c) xüsusi ev xidmətçilərinin gəlmələri və tamamilə getmələri və 
lazımi hallarda onların xidmətlərinin bu sifətdə dayandırılması; 
d) qəbul edən dövlətdə daimi yaşayan imtiyaz və immunitetlərə 
malik olan şəxslərin konsulluq işçiləri və ya xüsusi ev xidmətçiləri 
qismində əmək fəaliyyətinə cəlb edilməsi, yaxud azad edilməsi. 
2. Gəlmə  və tamamilə getmə barədə bildiriş mümkün qədər 
qabaqcadan verilməlidir. 
 
Maddə 9 
Konsulluq və yaşayış binalarının əldə edilməsi 
 
1.
 
Göndərən dövlət öz adından və ya onun tərəfindən müvəkkil 
edilmiş  hər hansı fiziki və ya hüquqi şəxs vasitəsilə  qəbul edən 
dövlətin qanun və qaydalarına uyğun olaraq və bu dövlətin 
razılığı ilə mülkiyyət şəklində, istifadə üçün, icarəyə götürmək və 
ya hər hansı başqa formada sahiblik üçün aşağıdakıları əldə edə 
bilər: 
a) konsulluq binaları, konsulluq başçısının iqamətgahı, hər bir 
konsulluq vəzifəli şəxsinin, qəbul edən dövlətin vətəndaşı olmayan 
və bu dövlətdə daimi yaşamayan hər bir konsulluq əməkdaşının 
yaşayış binasını; 
b) hər hansı belə konsulluq binalarının və yaşayış binalarının 
tikilməsi üçün tutulan torpaqları; 
2. Bu maddənin 1-ci bəndində göstərilən  şərtlərə uyğun olaraq 
göndərən dövlət eləcə də konsulluq və yaşayış binaları, ya torpaq 
sahələrini yaxşılaşdıra bilər. 
3. Qəbul edən dövlət göndərən dövlətə bu maddənin 1-ci və 2-ci 
bəndində göstərilən hüquqları  həyata keçirməkdə müvafiq 
yardım göstərir və onu himayə edir. 
4. Bu maddədə göstərilən müddəalar qəbul edən dövlətin binaların 
yerləşdirilməsini, tikintisini və habelə şəhər planlaşdırılmasını və 
rayonlaşdırılmasını  tənzimləyən qanun və qaydalarına riayət 
etmək məsuliyyətindən göndərən dövlətin azad edilməsi kimi 
təfsir olunmamalıdır. 
 
Maddə 10 
Fəxri konsulluq vəzifəli şəxsləri 
 
Razılaşan hər iki tərəf fəxri konsulluq vəzifəli  şəxsinin təyin 
olunması barədə razılığa gələrsə, onlar fəxri konsulluq vəzifəli 
şəxslərinə  tətbiq edilən rejimin müəyyən edilməsi məqsədilə bu 
Konvensiyanın müddəaları  və beynəlxalq ümumi hüququ 
normalarına  əsasən müvafiq sazişlərin bağlanması  məsləhəti ilə 
əlaqədar məsləhətləşmələr keçirəcəklər. 
 
Maddə 11 
Konsulluqların, konsulluq işçilərinin müdafiəsi  
və onlara verilən imkanlar 
 
1.
 
Qəbul edən dövlət konsulluğa funksiyalarını yerinə yetirmək 
üçün bütün imkanları təmin edir. 
2.
 
Qəbul edən dövlət konsulluğun vəzifəli  şəxslərinə lazımi 
hörmətlə yanaşır, konsulluğun vəzifəli şəxslərinin və qəbul edən 
dövlətin vətəndaşları olmayan, qəbul edən dövlətdə qanuni 
olaraq daimi yaşayış icazəsi olan əcnəbi statusuna malik olmayan 
digər konsulluq işçilərinin, habelə yuxarıda göstərilən hər hansı 
birinin onlarla birlikdə yaşayan ailə üzvlərinin  şəxsiyyətinə 
azadlığına və ləyaqətinə xələl gətirə bilən halların qarşısını almaq 
üçün bütün lazımi tədbirləri görür. 
 
Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin