4.3. HÜCEYRƏ MEMBRANININ MODİFİKASİYALARI Hüceyrə zarında meydana gələn morfoloji dəyişikliklər hüceyrənin müxtəlif funksiyalarını yerinə yetirməsini və digər hüceyrələrlə bir uyğunluq içində çalışmasını mümkün edir. Bunlar arasında hüceyrələrin sorulma, geri sorulma və hərəkət kimi funksiyalarını yerinə yetirməsini yaradan apikal və bazal modifikasiyaları hüceyrələrin bir-birilərinə bağlanmasını və əlaqə halında qalmasını təmin edən digər modifikasiyalar sayıla bilər.
4.3.1. Hüceyrənin Apikal və Bazal Modifikasiyaları.
Hüceyrənin apikalında (üst tərəfində) meydana gələn dəyişikliklər mikrovilluslar, siller və qamçılar ilə bazal hissəsində meydana gələn dəyişikliklər də bazal qalınlaşmalar olaraq adlandırılır.