2.Kirpiklər (Cilium): Sərbəst olaraq yaşayan tək hüceyrəli canlıların hərəkətində və ya bir yerə tutunan epitel hüceyrələrinin sərbəst sahələrində olan və suyun daşınmasında vəzifə daşıyan qıl kimi üzantılardır. Hüceyrə səthində 200-300 ədəd ola bilən eukariot hüceyrələrindəki kirpiklər 7-10µm uzunluğunda, 0,2µm diametrindədir. Kirpiklər plazma membranının alt təbəqəsində olan bazal cismciklərindən (kinetosomlar) mənşəyini alır. Kinetosomların plazma membranı səviyyəsinin altında hüceyrə daxilində qalan hissəsinin hər birisi triplet mikroborucuqdan (A,B,C mikroborucuqları) ibarət olan doqquz mikroborucuq qrupundan meydana gəlmişdir. Kirpiyin hüceyrədən çıxdığı yerə gəldikdə doqquz mikroborucuq üçlüsünün C mikroborucuğu sonlanır və kirpik daxilində doqquz mikroborucuq ikilisi davam edir. Bu səfər eyni nöqtədən mərkəzi mikroborucuq ikilisinin başladığı və kirpik boyunca uzandığı görülmüşdür. Beləliklə kirpiyin uzanan hissəsi mərkəzdə bir cüt və ətrafda doqquz cüt mikroborucuqdan ibarət olur ki, bu quruluşa aksonema adı verilir. Ətraf mikroborucuq cütləri neksin körpüləri ilə bir-birilərinə birləşirlər. Dinein qollar isə ATF aktivliyinə sahibdirlər və mikroborucuğun sürüşməsi üçün lazımlı enerjinin yaradılmasından məsuldurlar.