9. Qebala
Yəhudilərin irfanı Qebala (yəni məqbul və qəbul olunan) adlan-dırılır. Yəhudi İrfanı məhsuldar məktəbdir. Bu məktəb Bəni-İsrailin mənəvi həyatında böyük yerə malik olmuşdur və hal-hazırda da ma-likdir. Bu sahədə bəzi kitablar da mövcuddur və onlardan ən mühimi “Zuher” (yəni Parlaq)-dır. Bu kitabın həqiqi müəllifi barəsində fikir ayrılıqları mövcuddur. Qebala elmi İlahi Ərş, İsmi-Əzəm, dünyanın sonunda baş verəcək hadisələr, Məsihanın zühuru, qayıdış və qiyamət barəsində söz açır və Hüruf elmi bu fənn sahəsində olduqca böyük
əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, əbcəd ədədləri eradan əvvəl ikinci əsrdə Yəhudi icması tərəfindən ixtira olundu və sonra xristiyanlığa və İslama keçdi.
“Hesidim” irfani firqəsi 1740-cı ildə İsrail Beel Şem Tub tərəfin-dən təsis olundu və Şərqi Avropada genişlənməyə başladı. Bu Yəhu-dilərin əməli və praktik irfanlarının nümunəsidir. Qeyd etmək lazım-dır ki, bu firqədə Səma rəqsi mövcuddur.
10. Etiqadlar
Yəhudi dini alimi, filosofu və həkimi Musa ibn Meymun (1135-1204) Yəhudi dininə yeni libas geyindirdi və onun üçün 13 əsas prin-sip və etiqad tərtib etdi. Bu etiqad sahələri aşağıdakılardır:
Allahın varlığı
Onun təkliyi
Onun mücərrəd olması
Zamanla məhdudlaşmaması
Bütün işlərdə hikmət sahibi olması
Ədaləti
İbadət yolu ilə ona çatmağın mümkün olması
(Bunların hamısı Allah barəsində idi. Digər məsələlər)
Peyğəmbərliyə inam
Həzrət Musanın (ə) daha üstün olması
Tövratın səmavi kitab olmasına inam
Dini əhkamların dəyişdirilməsinə icazənin olmaması
Məsihanın zühur etməsi
Qiyamət və insan varlığının əbədiliyi
Yəhudilər də digər qövmlər kimi yaşadıqları mühitin təsiri altına düşmüşlər və bəzi sivilizasiyalar ilə təmasda olanda istər istəməz on-ların bir çox düşüncə tərzlərindən və adət-ənənələrindən yararlanmış-
lar. Amma bunu da qeyd etməliyik ki, onlar həmişə bütün sadaladı-ğımız məsələlərə özlərinəməxsus Yəhudi donu geyindirirdilər.
Ümumiyyətlə Yəhudilər dindar və adət-ənənəyə bağlı qövmdür. Digər tərəfdən liberal Yəhudilərin dindarlıqla əlaqəsi yoxdur, hətta onlar Allahı inkar həddinə də çatırlar. Onların Yəhudiliyə olan bağ-lılığı sırf milli, mədəni bağlılıqdır. Liberal Yəhudilərin özlərinin bil-dirdikləri kimi onların bu bağlılıqları milli mentalitetə sahib olmaq üçündür. İsrailin sabiq Baş Naziri Qolda Mayer (Golda Meir, 1969-1974) özü etiraf etdiyi kimi.
Yəhudilikdə təbliğ yoxdur, çünki Yəhudilər öz dinlərini Allahın yalnız Bəni-İsrail nəsli üçün buyurduğu ilahi nemət kimi qəbul edir-lər. Elə bu səbəbdən də, kim özü Yəhudi olmaq istəsə onu qəbul edir-lər.1 Təlmudda belə tövsiyyə olunur ki, kim Yəhudi olmaq istəsə ilk olaraq ona bu qövmün çəkdiyi zilləti anlatmaq lazımdır. Yalnız hə-min şəxs meydana girmək cəsarətini özündə topladıqdan sonra bu di-nə daxil olmaq şansını qazanır. Sonda həmin şəxsin Yəhudiliyə qəbul olunub olunmaması üçün məhkəmə qurulur.2 Nadir hallarda Yəhu-diliyin məcburi qəbul etdirilməsi mövcud olmuşdur.3 Yəhudilər bir sıra hallarda insanları sionizmə dəvət edirlər.
10-1. Yəhudilikdə tövhid məfhumu
Yəhudilik (İslam və xristyanlıq kimi) başlanğıcdan tövhid üzə-rində qurulmuşdur və Yəhudililərin bütün peyğəmbərləri, Həzrət Mu-sadan (ə) başlayaraq bütün çoxlu sayda peyğəmbərlərin hamısı Al-laha şərik qoşmaqla mübarizə aparmışlar. Tövhidi dinlərin davamçı-larının da bəzən öz dinlərindən xəbərsiz olduqları halda şirkə üz tutma-ları halları da meydana çıxır. Amma qeyd etdiyimiz məsələ tədqi-qatçıların bu dinin əsli və əsası barəsindəki nəzərlərini dəyişdirə bilmir.
Bəzi dinlərdə ümumiyyətlə heç kimi qəbul etmirlər. Məsələ Livandakı “Dürzi”lər və İsmaili şiyələrinin bəzi qolları kimi.
Yəhudilər Yəhudiliyi yeni qəbul edənləri “Ger”, yəni “Yad” adlandırırlar.
Məsələn; Qurani-Kərimin Buruc surəsində qeyd olunmuş “Əshabi Uxdud” kimi
Onlar apardıqları araşdırmalardan dinin iki növ olması qərarına gəl-mişlər:
İnsanları müşriklikdən və Allaha şərik qoşmaqdan uzaqlaş-dıran dinlər. (Həzrət İbrahimdən (ə) yaranan dinlər kimi)
İnsanlara müşrikliyi və Allaha şərik qoşmağı aşılayan din-lər. (Şərq dinləri kimi)
Allahın Yəhudilikdəki xüsusi adı “Yahveh”dir, yəni “mövcud və var olan”.Bu adın hörməti olduqca çoxdur və onu Tövrat tilavət edər-kən belə dilə gətirmək haram bilinir. Elə bu qadağaya görə heç kim onun dəqiq tələffüzünü bilmir və bəzən də belə iddialar irəli sürürlər ki, hər kim “İsmi Əzəmin” tələffüzünü dəqiq bilərsə möcüzə edə bilər. Şərqşünaslar çox vaxt ehtiyat məqsədilə bu adı sait səslərsiz “YHWH” formasında qeyd edirlər. Onlar “Yahveh”-i də düzgün sa-yırlar.
Süleyman Məbədin hələ fəaliyyət göstərdiyi 70-ci ilədək Yəhu-dilərin dini rəhbərinin ildə bir dəfə Yəhudi təqviminin aşura günündə (Teşri ayının 10-da, payız fəslinin əvvəllərinə təsadüf edir) həmin məbədin “Qüdsül Əqdas” adlanan yerində bu adı dilinə gətirərək dua edə bilərdi.1 Tövratın tilavəti zamanı bu adın əvəzinə “Adoney”, yəni “mənim Ağam” sözündən istifadə olunurdu və bu sözün sait səsləri həmin sözün samit səsləri üzərinə qoyulurdu. Beləliklə də, bəzən onu Yehuveh və bəzən də Yehuvəh tələffüz edirdilər.2
Allahın adlarından biri də “Əhiyə Əşer Əhiyə”, yəni “Nə varam-sa varam”-dir. Bu ad Xuruc bölməsi 3:14 -də və bəzi İslami dualarda (Ərəfə gecəsinin duasında) istifadə olunmuşdur. Bəzi savadsız katib-lər bu sözü “Ahiyyən Şərahiyyən” kimi qeyd etmişlər.
Həmin şəxslərdən biri bu işi sözün insanların qulağına çatmaması üçün onların ən həyəcanlı və ağlayan vaxtında dilinə gətirmişdi.
Abbasilərin hakimiyyətinin ilk illərində saxta hədis yaymaqla məşğul olan Əbul Bəxtəri ibn Vəhb ibn Vəhb öz saxta hədislərinin birində “Yahuvə”-ni Allahın İsmi Əzəmi kimi qələmə verdi. Sonralar bu saxta söz Sufilərin xoşlarına gəlməsi səbə-bindən onların arasında geniş şəkildə yayılmağa və istifadə olunmağa başladı.(Yahu, Yahuva)
10-2. Yəhudilikdə peyğəmbərlik məsələsi
Yəhudilər peyğəmbərliyə də inanırlar və onların bu sahədə geniş kəlami bəhsləri mövcuddur. Onlar eləcə də, peyğəmbərlik üçün xüsu-si məna meydana çıxarmışlar və bu məna gələcəkdən xəbər verməkdir. Eşeya peyğəmbər, Ermiya peyğəmbər, Hezqiyal peyğəmbər və Huşe peyğəmbər gələcəkdən xəbər verən peyğəmbərlər kimi tanınırlar.
Əhdi-Ətiqdə bir çox peyğəmbərlərin adı qeyd olunmuşdur.1 Eşe-ya, Ermiya, Amus və bəlağətli sözlərilə Bəni-İsraili xəbərdar edərərk onları pis və çirkin əməllərdən uzaqlaşmağa çağırırdılar və düzgün yolu tutmayacaqları təqdirdə gələcəkdə onları zillətli əsirlik həyatının gözləməsindən xəbər verirdilər. Amma Bəni-İsrailin onların qiymətli sözlərinə qəti əhəmiyyət vermirdi və peyğəmbərlərin həbsi, işkəncəsi və qətli işləri sahəsində ciddi addımlar atırdılar. (Qurani-Kərimdə bu barədə ətraflı şəkildə söz açılmışdır). Əhdi-Ətiqin “Peyğəmbərlik” adlanan on yeddi kitabı gələcəkdən verilən bu xəbərlərdən söz açır.
Yəhudilərin nəzərincə vəhy məsələsi eradan dörd əsr əvvəl sona çatmışdır və dünyanı islah edəcək sonuncu şəxsin gəlməsindən sonra yenidən bərpa olunacaqdır.
10-3. Yəhudilikdə Məad məsələsi
Məad məsələsinə nə Tövratda, nədə Əhdi-Ətiqin heç yerində rast gəlmək olmur. (Deməli, axirətin ümumi mənası Təsniyə 8:16 və Ermiyanın mərsiyyələri 4:18 -də “dünyanın aqibəti mənasını kəsb edir). Tövrat nöqteyi-nəzərindən (Levilər 26 və Təsniyə 28) dindarlı-ğın bu dünya nemətlərini əldə etməklə və dinsizliyin dünya nemətlə-rindən məhrum qalmasında birbaşa təsiri vardır.
Digər tərəfdən Təlmud kitabında Məad barəsində geniş şəkildə söz açılmışdır. Şifahi ənənəni, yəni Təlmudu qəbul etməyən və hal-hazırda mövcud olmayan Səduqilər firqəsinin davamçıları qiyamət gününə inanmırdılar. Amma digər firqə olan Ferisilər qiyamət günü-
Bu peyğəmbərlərin bəzilərinin adları Rəcəb ayının on beşinci günü oxunan “Umm Davum” duasında qeyd olunmuşdur.
nə inanırlar və onların ixtilafı qiyamətlə qayıdışın eyni vaxta olacağı barəsindədir. Onlar eləcə də cənnət və cəhənnəmə də inanırlar. Cə-hənnəm İbrani dilində olan sözdür və “Hiyunnəm dərəsi” mənasını verir və bu məkan Urşəlim şəhərinin kənarında yerləşirdi. Həmin mə-kanda Mulek (Molech, Moloch) adınında bir büt var idi və Bəni-İsrail bir zaman onun önündə olan böyük çuxurda və yaxud dərədə od qalayaraq xüsusi bir mərasim çərçivəsində öz uşaqlarını həmin bütə qurban edərək alovun içərisinə atırdılar. (Cəhənnəm Maliki sözü-nündə bu Mulekdən götürülməsi iddia edilir.)
Yəhudilərin ən əsas inanclarından olan, amma bir çox alim və tədqiqatçıların nəzərincə digər xalqalrın dinlərindən götürülmüş inanclardan biri də ölülərin dirilməsinə inamdır. Qədim zamanlarda yaşayan İranlılar xeyir tanrısının şər tanrısı üzərində qələbə çalma-sından və onu məhv etməsindən sonra ölülər diriləcəklər. Amma qeyd etmək lazımdır ki, bu mənəvi və ali təlim Yəhudilərin dini il-hamlarının məhsuludur və İranda olan Muğanların quru və ruhsuz inancları ilə heç bir oxşarlığa malik deyildir. Tədqiqatçıların bildir-diklərinə əsasən ən qədim zamanlardan belə Bəni-İsrail arasında ru-hun əbədiliyi inancı mövcud olmuşdur və müqəddəs kitablarda dəfə-lərlə buna işarə edilimişdir. Amma bu inanc Yəhudilərin Babildən qayıtmalarından sonra Məsihanın qiyamı inancı ilə cəmləşərək ölülə-rin dirilməsi inancını meydana çıxartdı.
Həzrət Musanın (ə) peyğəmbərliyə çatması hekayəsindən bəlli ol-duğu və Qurani-Kərimdə açıq-aydın şəkildə yazıldığı kimi Məad məsələsi o Həzrətin ilk sözlərində və müraciətlərində mövcud idi.
11. Əhkam
Yəhudilərin çoxlu və olduqca qarışıq dini əhkamları mövcuddur. Belə ki, bütün bu dini əhkamların hamısını bir kitabda yerləşdirmək
mümkünsüzdür. Qeyd olunmuş dini əhkamlar murdar, pak, halal və haram yeməklər, digər məsələləri əhatə edir.
Əti halal və haram olan heyvanlar barədə mövcud olan əhkamlar Levilər 11 və Təsniyə 14-də yerləşdirilmişdir. Məsələn; cütdırnaqlı və gövşəyən heyvanların əti halaldır. Dəvə və dovşan gövşəyir, am-ma cütdırnaqlı deyillər. Elə buna görə də onların əti haramdır. Eləcə də, quşlar və dəniz heyvanları barəsində də çoxlu sayda dini əhkam-lara malikdirlər. Yəhudilərin əti halal olan heyvanlar, onların kəsil-məsi, haram və halal yerlərinin bölüşdürülməsi, bişirilməsi, yeməyin saxlanılması və yeyilməsi sahəsində geniş məhdudiyyətləri vardır. Heyvanı kəsən şəxs ya dini alim olmalıdır, yaxud heyvanın kəsilmə qaydalarını dini alimlərin yanında tam öyrənmiş şəxs olmalıdır. Halal və yeyilməyə münasib olan ət Kaşer adlanır.
Yəhudilikdə əti süd və yaxud süd məhsulları ilə yemək də ha-ramdır. Elə buna görə də İsraildə bəzi “Əmr be məruf və Nəyh ən munkər”-lə məşğul olan xüsusi dəstələr yeməkxanalara gedərək müş-tərilərə haram ətin və yaxud ətlə süd məhsullarının verilməməsi iş-lərinə nəzarət edirlər. Yəhudilər üçün çörəyi və bir neçə başqa ye-məyi yemək məqsədilə şəri əl yumaq qaydaları da mövcuddur. Ye-məkdən sonra barmaqların heç olmasa iki qatlanan hissəsini yumaq vacid buyurulmuşdur.
Yuxudan oyandıqdan sonra ibadət etmək üçün əlləri dirsəklərə qədər yumaq və dəstəmaz almaq, eləcə də qola və alına üzərində Tövrat ayələri yazılmış parçaları bağlamaq vacib buyurulmuşdur.
Yəhudilər gündə üç dəfə namaz qılırlar; sübh, əsr yaxud axşam-üstü və axşam namazı. Sinaqoqda namaz qılmaq daha yaxşı bilinir və sinaqoqda ən azı on kişi toplaşdıqdan sonra camaat namazı qılınır. Namaz vaxtı digərlərindən daha yaşlı və İbrani dilini daha yaxşı bilən bir kahin öndə dayanır və İbrani dilində dualar oxuyur, Tövratdan ti-lavət edir və bəzi hallarda rukuya gedir. Yəhudilərin ibadət zamanı ən çox oxuduğu dua Tövratdan götürülmüş Şema (yəni, “Dinlə” de-məkdir) adlanır:
Ey İsrail, dinlə: Bizim Allahımız olan Yahvəh vahid və tək Yah-vəhdir. Onda öz Yahvə Allahınızı bütün gücünüz və bütün ruhuunuzla sevin! (Təsniyə, 6:4-5)1
Yəhudilərin qibləsi Urşəlim şəhəridir. Yalnız Samerilər qiblənin Nablos şəhərinin yanındakı Cerezyem dağı olduğunu bildirirlər.
Yəhudilərin orucu ilin müxtəlif ayları arasında bölüşdürülmüş-dür. Onların ən əsas orucu “Yovmu Kipur”-dur. Bu gün münasibətilə həmin gündən öncəki günün axşamından başlayaraq bir gün müd-dətində oruc tutulur. Bu gün ərzində yemək, içmək, (barmaqları çıxmaq şərtilə) yuyunmaq, daranmaq, ətir vurmaq və digər gözəllik vasitələrindən istifadə etmək, kişilərin öz qadınları ilə cinsi əlaqədə olması, dəri ayaqqabı geymək olmaz və Yəhudilər sinaqoqlara topla-şaraq ibadətlə və istiğfarla məşqul olurlar. Bundan əlavə daha dörd vacib oruc vardır və bunlardan biri İbrilərin Su ayının doqquzuna tə-sadüf edir. Yəhudilər bu günün orucunu eradan əvvəl 587-ci ildə Ur-şəlimin dağdılmasını anaraq “Yovmu Kipur” orucu kimi tuturlar. Da-ha üç vacib və bir neçə müstəhəbbi oruclar da mövcuddur. Məsələn; birinci və dördünçü günlər yemək və içməkdən imtina edərək gün do-ğandan gün batanadək oruc tuturlar.
Urşəlim məbədinin mövcud olduğu 70-ci ilədək Yəhudi kişiləri ildə üç dəfə piyada olaraq ora getmək məcburiyyətində idilər. Bunun biri Fesh bayramına, digəri Həftələr bayramına və üçüncüsü Sukkot bayramına təsadüf edirdi. Sözsüz ki, ondan sonra da Urşəlimə ziyarət səfərləri var idi və İran Yəhudilərinin adət-ənənələrinə əsasən bu zəv-varlara da Hacı adı verirdilər.
İnsanın sünnət edilməsi Yəhudilikdə təkid olunmuş vacib əməl-lərdəndir və Allahın Həzrət İbrahimlə (ə)2 bağladığı əhdə əsasən uşa-
ğın dünyaya gəlişinin səkkizinci günündə Yəhudi ruhaniləri tərəfin-dən həyata keçirilir. Onlar vacib əməl sayılan sünnətə çox böyük əhə-
Qeyd etdiyimzi kimi Yəhudilikdə haram buyurulmuşdur və Yəhudilər kən həmin sözün əvəzinə “Aduney”,
Yaranış 14_9:17
“Yəhvə h” sözündən istifadə etmək qəti şə kildə Tövratı tilavə t edərkən və ibadətlə məşğul olar-yəni “mənim Ağam” sözündən istifadə edirlər.
150
miyyət verdiklərinə görə qeyri-Yəhudi uşaqları da sünnət edirdilər.
Xristyanlıqda və zərdüştlükdə sünnət yoxdur.
Həzrət Musa (ə) və Həzrət Harunun (ə) qəbiləsindən olan Yəhu-dilər Levilər adlanırlar və təxminən İslam dünyasındakı seyyid anlayışını və mənasını verir.1 Haxam Yəhudi alimi və kahin, yaxud
ravvin Yəhudi ruhanisidir. Ravvin Həzrət Harunun (ə) nəslindən, ən aşağısı isə Levilərdən olmalıdır.2
12. Yəhudi bayramları
İbrani təqvimi Şəmsi-Qəməri Təqvimidir.Yəni, bu təqvimin il-ləri şəmsi və ayları qəməridir. Belə ki, aylar sıra ilə 29-30 gündən ibarət olur. Yəhudilər Qəməri aylarını sabit saxlamaq üçün hər üç il-dən bir Adar ayından sonra ilin aylarına Adar Şeni (yəni, ikinci Adar) ayını artırırlar və həmin il 13 aydan ibarət olur. Belə illəri İbbur (yəni, hamilə) adlandırırlar. Onların ili payız fəslindəki Teşri ayından baş-layır və onun birinci yarımilliyinə 4381 və ikinci yarımilliyinə 4382 artırmaqla İbrani tarixi əldə etmiş oluruq. Bu tarixin aləmin yaranı-şından hesablanması fərz olunur.
Yəhudilərin bayramları aşağıdakılardır:
Şənbə günü: Bu gün ailənin bütün üzvləri bir yerdə yemək yeyirlər və bu ziyafət zamanı ailə başçısı əlinə bir piyalə şərab3 alaraq dua oxumağa başlayır və ailə üzvlərinə ötürür. Ailə üzvləri hamısı bir-bir həmin şərabdan içirlər. Şənbə gününün istirahət günü kimi təyin olunması on fərmandan biridir (Xuruc 20:8-11). Tövratda qeyd olunduğu kimi Həzrət Musanın (ə) zamanında bir nəfəri şənbə gü-
İslam dünyasında ata nəsli Həzrət Muhəmmədin (s) babası Haşimə çatan kəs Seyyid adlandırılır. Yəhudilərdəki Lavilər də ata nəsli tərəfindən Musa ibn İmran ibn Qəhat ibn Lavinin nəslindəndirlər.
Qurani Kərimdə və digər İslam mənbələrində Kahin qeybdən xəbər verən şəxs mənasında istifadə olunmuşdur.
Şərab bir çox dinlərdə, o cümlədən Yəhudilikdə və Xristiyanlıqda halaldır, amma şərabdan çox istifadə zamanı yaranan sərxoşluq haram və qəbahətli hesab olunur.
nündə odun topladığı üçün həbs edirlər və O Həzrətin yanına gətirir-lər. O, Allahın əmri ilə onu daşqalaq etməyi buyurdu (Ədədlər 15:32-35). Yəhudilər şənbə günü işləməyi haram və böyük günah bilirlər. Yəhudilər şənbə günü ibadətlə məşğul olurlar, istirahət edirlər və bir-birilərinə baş çəkirlər.1
Ayın başlanğıcı bayramı: İbrani dilində bu bayram “Ruş hu-deş” adlandırılır və tərcümədə mənası ayın başlanğıcı deməkdir.
Yeddinci il və yaxud ayrılma ili: Tövrata əsasən hər yeddi ildən bir bütün borclar və pul ödəmələri bağışlanmalıdır, Yəhudi qul-ları azadlığa buraxmaq kimi insanpərvər işlər həyata keçirilməlidir (Təsniyə 15). Bu ilin İbrani dilindəki adı “Şemita”-dır və tərcümədə “azad olmaq” mənasını kəsb edir.
Yubil ayı: Bu bayram hər əlli ildən bir baş tutur və bu bay-ram münasibətilə bir çox insanpərvər, humanist və əxlaqi işlər həyata keçirilir. (Levilər 25)
Fish (Pesəh və yaxud Pasxa) bayramı: Lüğəvi mənası göz yummaqdır. Firon və onun ətrafındakılara bəlanın nazil olduğu za-man Allahın Bəni-İsraillin ilk övladlarının qətlinə göz yumması mü-nasibətilə belə adlandırılmışdır. Amma bu bayramın belə təntənə ilə qeyd olunmasının əsas səbəbi Bəni-İsrailin Fironun zülmündən xilas olmaları münasibətilədir. Bu bayram Fələstində yeddi və başqa yer-lərdə səkkiz gün keçirilir və bahar fəslinin Nisan ayının on dördündə başlayır. Bu bayram mərasimi Tövratda (Xuruc 12) qeyd olunmuşdur. Fəsh və yaxud Pasxa Yəhudilərin ən böyük bayramıdır və qeyd olun-muş bayram müddəti ərzində fətir çörəklərdən istifadə etməyə icazə verilmişdir. Birinci gecə (İsraildən kənar yerlərdə ikinci gecə də) bayram axşamı süfrəsi açılır və Misirdə keçirilmiş acı günlərin xati-rəsini canlandırmq məqsədilə acı göyərtilər yeyilir. 12-ci əsrdən in-diyədək bəzən Yəhudilər bir uşaq və yaxud yetginlik yaşına çatmış
İbri dilində şənbə “Şabat” kimi tələffüz olunur və bu sözün əsil mənası istirahət et-mək və işdən uzaqlaşmaq mənasını veriri. Ərəb dilindəki “Səbt” sözü də bu mənanı kəsb edir. Fars dilindəki “Şənbə” sözü də Şabat sözündən götürülmüşdür.
insanı qətlə yetirməklə onun qanında bayram fətirinin hazırlanmasın-da istifadə etməkdə günahlandırılmışlar.
Həftələr bayramı: Bu bayram Pasxa bayramından əlli gün sonra, yəni Pasxadan yeddi həftə keçməsi və məhsulların hazır olması münasibətilə keçirilir. Bu bayramın İbri dilindəki adı “Şavuut”-dur.
İlin başlaması bayramı (Yeni İl bayramı): Bu bayram İbrani dilində “Ruş Həşşana” (yəni, ilin başlanğıcı) kimi adlandırılır. Bu gün tövbə ongünlüyü üçün hazırlaşmaq məqsədilə şeypurlar çalınır. Onuncu günün böyük əhəmiyyəti vardır və həmin günü “Yovmu Ki-pur” adlandırırdılar.
Yovmu Kipur: Yəni, Kəffarə günü; Bu çox əhəmiyyətli bay-ramdır Teşri ayının onuncu gününə təsadüf edir. Bu günü “Asura”, yəni “Aşura və yaxud onuncu gün” adlandırırlar. Yəhudilər həmən gündən öncəki günün axşamından bayram gününün axşamınadək gü-nahlarının kəffarəsini vermək məqsədilə oruc tuturlar. Bu günün mü-qəddəsliyi şənbə gününün müqəddəsliyindən daha üstündür və bu bayram günü işləmək tam şəkildə haramdır (Levilər 16:29-34). Yov-mu Kipur bayramında fundamental Yəhudilər köhnə və cındır paltar-lar geyinirlər.
Kölgəliklər və yaxud çadırlar bayramı: Yəhudilər Teşri ayı-nın 22-də Bəni İsrailin Həzrət Musanın (ə) zamanında Sina səhra-sındakı çadırlarda yaşamalarını anma məqsədilə bir həftə çadırlarda və kölgəliklərdə yaşayırlar. İbrani dilində bu bayrama “Sukkot” de-yirlər, yəni (kölgəliklər və yaxud çadırlar).
Açılış bayramı: İbrani dilində bu bayram “Hanuka” adlanır və Yəhudilərin eradan əvvəl 168-ci ildə Yunanıstanlı istismarçılar üzərində qələbə çalması münasibətilə keçirilir. Bu gün Süleyman mə-bədi Yəhud tərəfindən düşmənin pisliklərindən və dağıntılarından paklaşdırıldı. Bu bayram Kölgəliklər bayramından bir həftə sonra ke-çirilir.
Püşk bayramı: İbrani dilində “Purim” adlanır. Bu gün Əhə-məni şahı Xəşayarşanın vəziri Hamanın fitnəsilə Yəhudilərin qətlia-mının baş tutmaması münasibətilə bayram keçirilir. Bu macəra ətraflı
şəkildə Əhdi-Ətiqin Ester kitabında qeyd olunmuşdur. Bayramın Püşk bayramı kimi adlandırılmasının səbəbi bundan ibarətdir ki, Ha-man öz qərarını şaha elan etmək üçün günü püşkatma yolu ilə təyin etmişdi. Bu bayram qış fəslinin axırlarına təsadüf edir.
13. Yəhudi firqələri
Bütün dinlərdə müəyyən müddətdən sonra müxtəlif firqələr meydana çıxmışdır. Firqələr ölkə, şəhər, hətta məhəllə rəhbərliyini ələ keçirmək və fərqli düşüncə tərzlərinin mövcudluğuna görə mey-dana çıxır. Digər məsələlər, o cümlədən qəza, qədər, ixtiyar və sair məsələlər sahəsindəki ixtilaflar isə sonradan meydana çıxır. Firqələ-rin bəzisi güclü və bəzisi zəif olur, eləcə də, azsaylı və çoxsaylı olur. Yəhudilərin Babilistandan geri qayıtmasından sonra bir neçə məşhur firqə əmələ gəldi. Daha qədim firqələr barəsində isə əlimizdə yetərin-cə məlumat yoxdur.
13-1. Ferisilər
Ferisi sözünün İbrani dilində mənası “Xəlvət axtaran” deməkdir. Bu ləqəb onların fərqli və daha böyük imtiyaza sahib olmalarına də-lalət edir. Bu firqə eradan əvvəl ikinci əsrdə meydana çıxdı və in-diyədək də Yəhudilərin əksəriyyəti bu firqənin davamçılarıdırlar. Bu firqənin əsası “Hesidim” (yəni, pərhizkarlar və təqvalılar firqəsi) fir-qəsinə qayıdır. Hesidim firqəsi eradan əvvəl 3 və yaxud 4-cü əsrlərdə Yəhudilər arasındakı bütpərəstliyi və çaşqınlığı aradan götürmək üçün yaradıldı. Onlar Məkabilərin müharibələrində iştirak etmişlər və din yolunda canlarından keçərək şəhid olmuşlar. 18-ci əsrdə Şərqi Avropa Yəhudilər arasında bu hərəkatdan ilham alan Hesidim adlı Yəhudi irfan məktəbi meydana çıxdı.
Ferisilərlə Sədduqilər arasında açıq-aydın ixtilaf var idi. Bu firqə Allahı cismdən və bütün cismani sifətlərdə uzaq bilirdi. Eləcə də, in-
sanın iradəsi və ixtiyarı məsələsi sahəsində orta yol seçmişdi, ölülərin yenidən dirilməsi və İlahi ədalət məhkəməsinin olacağını qəbul edirdi, namaz və s. ibadətlərə olduqca böyük əhəmiyyət verirdi. Ferisilər Yəhudi cəmiyyətində güclü mövqe sahibi oldular və onların əksəriy-yət bu firqənin davamçısı oldu.
Ferisilər yazılı Tövrat olan Əhdi-Ətiqdən əlavə şifahi Tövrata da inanırdılar. Şifahi Tövrat Yəhudi alimlərinin hikmətli sözləri idi və onların nəzərincə bu sözlər Həzrət Musanın (ə) zamanından nəsildən nəsilə keçərək Yəhudi qövmü üçün qorunub saxlanılmışdır. Bu sözlər 2-ci əsrdən başlayar 5-ci əsrə qədərki zaman kəsiyində Təlmud kita-bında bir yerə toplanılmışdır və Bəni-İsrailin düşüncə və etiqadının əsasını təşkil etmişdir.
Ferisilər müxtəlif elm mərkəzləri təşkil edirdilər və vaxtlarını Tövratın mütaliəsinə və müqəddəs kitablarını daha dəqiq anlamala-rına sərf etdilər, bu sahədə yeni-yeni nailiyyətlər qazandılar. Onların nəzərincə Tövratda bir hərf belə əskik və yaxud artıq deyildir, eləcə də, məqsədsiz və mənasız olaraq yazılmamışdır. Əksinə hər bir hərfin və sözün daxilində bizə məlum olmayan sirlər və təkrarolunmaz rəmzlər gizlənmişdir.
Yəhudilərin daxili məsələləri onların Babilistandan geri dönmə-ləri ilə Qüds şəhərinin ikinci dəfə dağıdılması arasındakı zaman kəsi-yində Ferisi və Sədduqi Haxamlarının əlində idi. Eləcə də, onlar Həz-rət İsa (ə) ilə kəskin müxalif idilər və onun çarmıxa çəkilməsi üçün bütün səylərindən istifadə etdilər. Ferisilərin adı dəfələrlə dörd İncil-də qeyd olunmuşdur.
Son əsrlərdə Ferisilər ibadət tərzlərinə, eləcə də, bəzi dini və mə-dəni məsələlərə görə iki dəstəyə bölünüblər: Aşkenazi (Ashkenazi) və Sefardi (Sephardi)1. Birinci dəstə (dünya Yəhudilərinin 80 faizini təşkil edir) Avropa, xüsusən Almaniya Yəhudilərinə və ikinci dəstə İspaniyadan qovularaq dünyanın müxtəlif ölkələrinə səpələnmiş İs-paniya Yəhudilərinin qalıqlarına şamil edilir.
Bu adlar tərtiblə Yaranış 3:10 və Ubedya 20:1-dən götürülmüşdür.
13-2. Sədduqilər
Bu firqənin adı Həzrət Davud (ə) tərəfindən kahin təyin edilmiş Saduq ibn Exitubun adından götürülmüşdür (Samuelin ikinci kitabı 8:17 və 15:24). Həzrət Süleymanının (ə) zamanında da Saduq kahin-likdə qaldı (Padşahların birinci kitabı). Hezqiyal peyğəmbər Bəni Saduq kahinlərini tərifləmiş və onların əmanətdar olmasını alqışla-mışdır (Hezqiyal 15:44).
Sədduqilər namazın yerinə qurban kəsmək məsələsinə daha çox əhəmiyyət verirlər. Süleyman məbədinin bir çox kahinləri və Senhed-rin Haxamları bu firqənin nümayəndələridirlər və onlar ilə Roma hö-kümdarları arasında da yaxşı əlaqə var idi.
Sədduqilər keçmiş adət-ənənələri qorumağı özlərinə vacib bilir-dilər və Ferisilərin öz düşüncələrinə uyğun olaraq təfsir etmələrini qəbul etmirdilər və onların adət-ənənələrilə müxalif idilər. Onlar Al-lahın cismi olmasını bildirirdilər və Allahın yolunda kəsilmiş qurban-ları hər hansı bir şaha verilən hədiyyə və qurbanlarla açıqlamağa, bu-nula da öz əməllərinin düzgünlüyünü təsdiq etməyə çalışırdılar. Səd-duqilər nəfsin əbədiliyinə və qiyamətin baş verəcəyinə inanmırdılar. Onların nəzərincə istər yaxşılığın, istərsə də pisliyin mükafatının bu dünyada veriləcəyini və insanın tam ixtiyara sahib olduğunu bildi-ridilər.
Sədduqilər də Ferisilər kimi Həzrət İsaya (ə) qarşı çıxdılar və onların adı dörd İncildə dəfələrlə qeyd olunmuşdur. 70-ci ildə Urşəli-min dağılmasından sonra bu firqədən əsər əlamət qalmadı.
Dostları ilə paylaş: |