Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə19/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   15   16   17   18   19   20   21   22   ...   28
N 16


Məzhəb islahatı

Orta əsrlərdə Katolik kilsəsini məhvə və uçuruma doğru aparan bəzi problemlər və çatışmamazlıqlar mövcud idi. Belə çirkin və pis işlərdən ən rəzilinin Simoni olduğunu desək yanılmarıq. 1 Simoni ruhani mənsəblərinin və kilsə imtiyazlarının pulla satılması mənasını





  1. “Simony” “Cadugər Simonun adından götürülmüşdür və o Həvarilərin möcüzə qüdrət və bacarığını pulla onlardan almaq istəyirdi (Həvarilərin işləri 8:9-24)

245


kəsb edirdi. Bundan əlavə, Papalar, yepiskoplar və keşişlər demək olar ki kilsənin üzərinə düşən və həyata keçirdiyi bütün işləri öz in-hisarlarına keçirmişdilər və ümum insanlara o qədər də hörmətlə ya-naşmırdılar, onları din və iman məsələləri sahəsində nadanlıq, cəhalət içərisində saxlamağa daha çox üstünlük verirdilər.
Qeyd etmək lazımdır ki, son əsrlərdə də kilsələrdə islahat işləri həyata keçirilmişdir. Bu islahat işlərindən bəzisi Papaların qüdrət ba-şına gəlməsi ilə eyni zamanda kilsənin hörmətini aşağı salmış pis əməllərin və pozğunluqların islah edilməsindən ibarət idi. Bəziləri Ka-tolik kilsəsini qəbul etmirdilər və əsil xristyan həyatı yaşamaq üçün təqvalı olmağa çalışırdılar. Elə bu səbəbdən də, belə dəstələrin ara-sında bəzən elə bir yeni düşüncə tərzləri və əqidələr meydana çıxırdı. Bu yeniliklərin klassik kilsə adət-ənənələri ilə düz gəlmirdi və sonda həmən şəxslərin kafir elan olunmaları ilə nəticələnirdi. Kilsə və döv-lət əl-ələ verərək dində olan belə bidətləri və yenilikləri çox vaxt dəh-şətli yollarla aradan götürməyə səy göstərdi.
26-1. Qədim qiyamlar
Kilsəyə qarşı həyata keçirilimiş ən məşhur qiyamlar aşağıdakı-lardır:


  • Boqomillər qiyamı (10-cu əsrdən 12-ci əsrədək Balkanda)




  • Elbicilər (12-ci əsrdən 13-cü əsrə qədər Fransanın cənubunda)




  • Valdilər (12-ci əsrdən hal-hazıra qədər İtaliyanın şimalında)




  • Vayklif (14-cü əsrdə İngiltərədə baş vermişdir)




  • Hus (15-ci əsrdə Buhimiyada baş vermişdir)

1232-ci ildə dində yaranan yeniliklərlə və bidətlə mübarizə apar-maq üçün İnkvizisiya məhkəməsi təsis olundu və bu məhkəmə icraçı-ları azğın və dindən çıxmış insanları tövbə etmədikləri təqdirdə eda-ma məhkum edirdilər.



246


26-2. Martin Lüter
Kilsə icraçılarının bir çoxunun insanları dinlərini islah etməyə çağırdıqları halda “Əfvnamə” məsələsinin meydana çıxması qərb kil-səsində mövcud parçalanmanı qətiləşdirdi. Məsələ belə idi ki, kilsədə moizə deyən insanlardan bir neçəsi Avropanın müxtəlif bölgələrini gəzərək insanlara “hər bir kəsin kilsəyə müəyyən miqdarda pul ödə-məklə cəzadan azad ola və həyatlarını yenidən satın alaraq cəzadan xilas ola bilərlər” sözlərini çatdırmağa başladılar. Həmin dönəmdə Martin Lüter (1546-cı ildə vəfat etmişdir) qiyam etdi və 1517-ci ildə


  1. tezisdən ibarət sənədini çap etdirmişdir və bu sənəddə katoliklərlə olan ixtilafını açıq şəkildə bəyan etmişdir. Həmin tezislərdən bəziləri bunlardır:




    • Xilas olmaq yalnız iman yolu ilə əldə oluna bilər




    • Xristyan imanının yeganə mənbəyi müqəddəs kitabdır




    • Müqəddəs sonuncu şam yeməyi mərasiminin qurbanlıq olma-sına inanmaq olmaz




    • Onun üçün nəzir etmək və rahiblik etmək səhvdir




    • Ruhani olmayan insanlar ibadət mərasimlərində və dinin rəh-bərlik işlərində daha aparıcı rol oynamalıdırlar




    • Yerli kilsələr Roma kilsəsindən ayrılaraq müstəqil fəaliyyət göstərməlidirlər

    • Katoliklərə aid bəzi dini əməllər, o cümlədən həcc1, oruc2 və günahı etiraf etmək kimi əməlləri tərk etmək lazımdır.




    • Qeyri-qanuni işlərlə, o cümlədən Əfvnamələrin və ruhaniyyət məqamlarının satışı ilə mübarizə aparmaq lazımdır.

Lüter kilsəni müqəddəs kitabın əsas təlimlərinə uyğun olaraq is-lah etməyə yaxın idi. (Elə bu səbəbdən də, onun başçılıq etdiyi hərə-



  1. Qədimdə xristyanlar ziyarət üçün Urşəlim şəhərinə gedərdilər və Xaç yürüşləri də elə bu bəhanə ilə başlamışdır.




  1. Xrsityanlar Pasxa bayramından qabaqdan oruc tuturdular. Xristyanlar oruc tutarkən gün ərzində bir dəfə yemək yeyirlər. İçkilər, müxtəlif kokteyllər, yüngül qəlyanaltı xristyanların orucunu batil etmir. Xristyanlığın bəzi firqələrində susmaq orucu da mövcuddur. Yəni şəxs gün ərzində danşmaqdan imtina edir.

247


kat “İncil islahatı” adlandırılırdı) O eləcə də, ilkin xristyan cəmiyyə-tində mövcud olan imana qayıtmağı təkid edirdi. Martin Lüter Alma-niya hökümdarlarını Papa səltənətini qəbul etməməyə və səhv bilmə-yə, insanları İncil islahatını qəbulu sahəsində məcbur etməyə çağırır-dı. Hal-hazırda İncil islahatına aid kilsələr Şimali Avropa ölkələri arasında, o cümlədən Almaniya, Norveç, İsveç, Danimarka və Fin-liandiyada geniş yayılmışdır.
26-3. Digər islahatçılar
Az müddətdən sonra Martin Lüter tərəfdarlarının arasında bəzi iman məsələləri və dəstələrə bölünmə sahəsində anlaşılmazlıqlar meydana çıxdı. Belə fikir ayrılıqları sonda İncil islahatı hərəkatının dağılması ilə nəticələndi və onun davamçılarından bəziləri özünə-məxsus kilsələr və firqələr yaratmağa başladılar. Zvinqli (Zwingli, 1531-ci ildə vəfat etmişdir) İsveçrədəki din islahatı hərəkatının rəh-bərliyini öz üzərinə götürdü və Həzrət Məsihin Sonuncu Şam yeməyi dini mərasimində iştirak etməsi məsələsinə görə Lüterdən ayrıldı. Eləcə də, ən tanınmış islahatçılardan olan Jan Kalvin (Calvin, 1564-cü ildə vəfat etmişdir) ruhanilik məfhumunun səhv olduğunu bildir-mişdir və xilas olmaq sahəsindəki “ilkin seçim” təfəkkürünü xrist-yanlığa daxil etmişdir. Onun ən çox təsir göstərdiyi ölkələr İsveçrə, Hollandiya, Fransa və Şotlandiya olmuşdur. “Anabatistlər” yəni, xaç suyunda qüslün yenilənməsinin tərəfdarları vahid hərəkat yarada bil-məmişdilər, əksinə bir neçə protestant firqəsi əmələ gəlmişdir. Onlar uşaqların xaç suyuna salınması məsələsini qəbul etmirdilər və insanın öz dünya görüşünə əsasən İsanı xilaskar qəbul etməsi məsələsinə tə-kid göstərirdilər. Bu sektalar batini paklığa, xristyan şəxsdə olan mü-qəddəs ruh əməlləri, sadə yaşamaq, sülhsüvərlik, kobudluqdan uzaq-laşmaq, kilsə səltənətinin və ölkə hakimiyyətinin ləğv edilməsi kimi məsələləri irəli sürürdülər. Belə əqidə və düşüncə tərzi üzərində quru-lan kilsələr və firqələr bunlardır: Kvikelər, Muravilər, Menunilər və Qüsl alanlar. Kvikerləri “Dostlar” (Friends) yaxud “Dostlar dini birli-yi” də adlandırırlar.

248


26-4. İngiltərədəki islahatlar
İngiltərədəki Protestan islahatı Səkkizinci Henrinin zamanında meydana çıxmış parçalanmadan sonra başlamışdır. Katolik əqidəsinə malik olan Səkkizinci Henri Papanın iqtidara malik olması məsələsini qəbul etmirdi və hal-hazırda da İngiltərə kilsəsi bu xüsusiyyətinə gö-rə seçilir və bir neçə ölkənin kilsələri ilə birlikdə “Anqlikan” kisələ-rini yaratmışdır. Səkkizinci Henrinin qızı olan Birinci Yelizavetanın zamanında bir çox Protestant əqidəsi İngiltərə kilsəsinə daxil oldu. İngilislərin özünəməxsus dini islahatları meydana çıxdı. Anqlikan kilsəsini Kalvin və onun davamçılarının metodu ilə təmizləmə çalışan “Puritanlar”, Con Vezlinin (Jhon Wesley) səyləri ilə meydana çıxmış Metodistlər (Methodists) hərəkatı İlahi kəlamlar üzərində qurulmuş imanla mübarizə aparmaq üçün batini paklığa təkid göstərirdilər.
Qeyd etmək lazımdır ki, bütün bu Protestantizm dalğaları Ame-rika Birləşmiş Ştatlarına təsir etdi və hal-hazır dünyanın ən böyük ölkələrindən biri olan bu ölkə əhalisinin əksəriyyətini Protestantlar təşkil edirlər. Protestantizm dalğaları eləcə də Avstraliya, Zellandiya-ya, cənubi Afrika Respublikasına da təsirini göstərmişdir və missio-nerlər bu firqəni Asiyaya, Yaxın Şərqə və Afrika ölkələrinə də apara bilmişlər.
26-5. Qarşılıqlı islahat
Katolik kilsəsi sonda çarəsizlikdən islahatçıların irəli sürdükləri ittihamların bəzilərini etiraf etdi. Kilsə davamçılarının əksəriyyəti is-lahatçıların irəli sürdükləri ittihamların doğurdan da mövcud olma-sını bildirdilər və bu qanunsuzluqların tezliklə aradan götürülməsini istədilər. Digər tərəfdən də, katoliklər islahatçıların öz islahatçı dü-şüncələrinə görə xristyan imanının əsasını təşkil edən bəzi məsələləri unutduqlarını müşahidə etdilər. Bu düşüncə tərzinə əsasən katolik kilsəsinin daxildən təmizlənməsi üçün çalışan yeni hərəkat meydana çıxdı. Bu hərəkat “Qarşılıqlı islahat” adlandırıldı və Papanın 1545-1563-cü illərdə İslahat şurasını çağırması qeyd etdiyimiz sahədə atıl-mış ilk addım oldu. Bu şura keçirildiyi şəhərin adı ilə yəni, Trent Şu-

249


rası adlandırıldı və Ortodokslarla Protestantlar bu şurada iştirak et-mədilər.

Adı çəkilən şura islahatçıların tənqid etdiyi bütün pozuntulara son qoydu və onların düşüncə tərzlərini əzmək üçün klassik katolik təlimlərinin yenidən dirçəldilməsi məsələsinə təkid etdi. Qarşılıqlı is-lahatların aparılmasında ən çox səy göstərən dəstələrdən biri də yeni yaradılmış “Kapuçilər” və “Jezuitlər” rahibliklərinin üzvləri idilər. Onların hamısı Papanın iqtidarından istifadə etməklə və ona qarşı çıxmamaqla Katolik kilsəsinin daxildən təmizlənməsini istəyirdilər. Qarşılıqlı islahat fəaliyyətləri əhalisinin əksər hissəsi katoliklər olan ölkələrdə, o cümlədən İspaniya, İtaliya, Polşa və İrlandiyada həyata keçirilirdi.


26-6. Ortodoksların reaksiyası
Bizans imperatorluğu dövründə Ortodoks kilsəsində ilahiyyatın araşdırılmas məsələsi çiçəkləndi və antik adət-ənənələrdən mənşə alan bu çiçəklənmə Konstantinopolun fəth olunduğu zamanadək da-vam etdi. Ortodokslar 16-cı əsrdə katoliklərlə protestanların mübari-zəsi qarşıdurması barəsində öz nəzərlərini bəyan etməyin lazım oldu-ğu bildilər. Konstantinopol patriarxlarından olan Lukarisin (1638-ci ildə vəfat etmişdir) Kalvininin nəzərini qəbul etməsini qeyd etməsinə baxmayaraq bir çox məsələlərdə klassik xristyan adət-ənənəsinə sa-diq olduğunu və katolik kilsəsinin mövqeyini dəstəklədiyini bildirdi.
27. Xristyanlıqda axirət məsələləri

Xristyanlıqda mövcud olan axirət məsələləri Yəhudilikdən xrist-yanlığa miras qalmışdır və İslam dinində olan qayıdış və qiyamət məsələləri ilə tam üst-üstə düşür.


Xristyanlıq yəhudilərin Məsihanın intizarında olmaq təfəkkürləri üzərində qurulmuşdur və Həzrət İsa Məsihın (ə) getməsindən sonra

250


xristyanlar daim günlərini O Həzrətin yenidən qayıtması üçün böyük çətinliklərlə keçirmişlər. Həzrət İsa Məsihin (ə) zühuru sahəsində mövcud olan həyəcan 1000 və 2000-ci illərdə ən pik həddə çatmışdır. Hal-hazırda xristyanlar 2000-ci ili geridə qoymuşlar, amma Məsih hələ də gəlməmişdir. Onların bir qrupu isə O Həzrətin çarmıxa çəki-lərək öldürülməsi və yenidən dirilməsi ilini nəzərə alaraq və üzərinə 2000 ili gələrək Məsihin 2030-cu ildə gələcəyinə ümid bəsləyirlər. Qeyd olunan bu qrupun nəzərincə O həmən zamanda göydən yerə enəcək və yer üzərində qiyamət gününü başladacaq. Sonra insanları mühakimə edəcək və bir dəstəni cənnətə və digər dəstəni cəhənnəmə göndərəcək. Xristyanlıqda məadın və axirət dünyasının ruhi olması məsələsi irəli sürülür. (Matta 22:30)
Xristyan cəmiyyəti ilk əvvəllər Həzrət İsanın (ə) tez bir zamanda tam əzəmətlə qayıdacağına inanırdı və elə bu səbəbdən də, bu cəmiy-yət səbirsiz halda sonuncu günün, yəni qiyamət gününün intizarında idilər. Xristyanların intizarda olmaları və Məsihin yenidən qayıtması Əhdi-Cədidin qədim hissələrində, o cümlədən Salonikilərə birinci və ikinci məktubda öz əksini tapmışdır. Amma, sonuncu risalələrdə, o cümlədən Timofeyə birinci və ikinci məktubda, Titusa məktubda və Petrosun məktubunda bu dünyada xristyan cəmiyyətnin və həyatının təşkil edilməsinə təkid edilmişdir.

Xristyanlar yeni mükaşifə kitabları yazmışlar, eləcə də, yəhudi-lərin də bəzi vəhy kitablarını dəyişdirdilər və xristyan amallarına uy-ğun olaraq yeniləşdirdilər. Əhdi-Cədidin sonunda yerləşən Yuhanna kitabı xristyanlar üçün böyük əhəmiyyət kəsb edir. Xristyanların nə-zərincə Həzrət İsanın (ə) ən azyaşlı Həvarisi olan Yühənna qocalıq yaşındakı yuxusunu bu əsərdə şərh edir və sonda yazır:


O, bu məsələlər şahiddir və belə deyir: “Mən tezliklə gələ-cəm.” Amin. Gəl ey Xudavənd İsa Məsih. Bizim Xudavəndimiz İsa Məsihin feyzi sizin hamınızla olsun. Amin. (Yühənnanın vəhyi, 22:20-21)”
Yühənnanın vəhyi kitabında qarışıq və rəmzlərlə yazılmış məsə-lə olduqca çoxdur. Belə ki, Yühənnanın yazıları bu 2000 il ərzində

251


bir çox insanları çətinliklərlə üzləşdirmiş və xristyan esxatologiyasını yaratmışdır.

Xristyanların əksəriyyətinin zaman ötdükcə Məsihin qayıtmaq məsələsinin tezliklə baş verməyəcəyini başa düşməsinə baxmayaraq bəzi xristyan sektaları öz əqidələrini və inamlarına sadiq qalaraq O Həzrətin tez bir zamanda qayıdacağına inamlarını itirmədilər. Onlar Yühənnanın vəhy kitabındakı xeyirlə şər arasındakı müharibə məsə-ləsini ləfzi formada açıqlamışlar və elə bu səbəbdən də, Həzrət İsanın (ə) tez bir zamanda qayıdacağına, min illik hökumət yaradacağına, bu hökumətin hesab və ədalət gününə qədər davam edəcəyinə inanırdı-lar. Lap qədim zamanlardan “Advintistlər” adlı xırda dəstələr meyda-na çıxdı və bu dəstə üzvləri bütün güclərini səfərbər edərək özlərini Həzrət İsanın (ə) gələcəyi günə və dünyanın sonuna hazırlayırdılar. Bu sahədə saysız-hesabsız dini terminlər mövcuddur. İndi həmən ter-minlərdən bir neçəsinin diqqətinizə çatdıracağıq:




  • İsanın yenidən qayıtması (The second coming of Jesus)




  • Məsihanın intizarı və yaxud Messianizm (Messianism)




  • Hökümdarın və yaxud Tanrının günü (The day of the Lord)




  • Mükaşifə və yaxud Apokalipsis (Apocalypse)




  • Möhnət və bədbəxtlik (Tribulation)




  • Zühur (Epiphany)




  • Hüzur (Parousia)




  • Cazibə və ekstaz (Rapture)




  • Qəza və qədərə inanma (Dispensationalism)






    1. Həzrət İsa Məsihin (ə) qayıdış həyəcanı

Xristyanların bir qrupu Həzrət İsa Məsihin (ə) qayıdışını çox istədiklərinə görə özlərindən müxtəlif təvəhhümlər yaratdılar və O Həzrətin geri qayıtması üçün tarixlər müəyyən etməyə başladılar. Bu


252


öncədən xəbər vermələr digər dinlərdə olan analoji hallar kimi səhv olurdu və elə bu səbəbdən də, dini liderlər onları belə işlərdən uzaq olmağa çağırdılar. Bu müddət ərzində bir çox “Advintist” firqələr meydana çıxdı və onların əsası belə təsəvvürlər üzərində qurulmuş-dur. Məsələn, 1840-ci ilin əvvəllərində Vilyam Miller adlı şəxs Həz-rət Məsihin (ə) 1843-1844-cü illərdə gələcəyi proqnozunu verdi. Onun proqnozu həyata keçmədi və o bir daha belə proqnoz verməyə-cəyinə söz verdi. Amma buna baxmayaraq adı çəkilən şəxsin proq-nozlarına əsasən “Yeddinci günün adventistləri” (The seventh-day Adventists) firqəsi yarandı və bu firqə hal-hazırda da mövcuddur.
Anabaptistlərdən olan bir qrup 16-cı əsrdə Həzrət İsa Məsihin (ə) min illik hakimiyyəti üçün münbit şərait yaratmaq üçün baş qal-dırdılar və bəzi şəhərləri müəyyən müddət ərzində ixtiyarlarına gö-türdülər. Amma onların qiyamları qəddarlıqla yatırdıldı. “İrvingilər” (İrvingites) Həzrət İsa Məsihin (ə) zühurunu tezləşdirmək üçün on iki nəfər Həvari təyin etdi. Amma onlar bu işləri ilə heç bir nəticəyə çata bilmədilər və həmən Həvarilər bir-birinin arxasınca vəfat etdilər. On-ların bir qrupu, yəni “Neo-İrvinqilər” (Neo-İrvingites) həmən Həvari-lərin canişinlərini təyin etdilər və bu fəaliyyətlərini sonralar da davam etdirdilər. “Yəhvənin Şahidləri” (Jehovah’s witnesses) qrupu Həzrət İsa Məsihə (ə) və O Həzrətdən öncə mövcud olan peyğəmbərləri qarşılamaq üçün Amerikada hündür mərtəbəli bina hazırlamışlar. “Mormonlar” (Mormons) və “Kristadelfienlər” (Christadelphians) və xristyan dinində mövcud olan başqa qeyri-adi firqələr Həzrət İsa Mə-sihin (ə) zühurunu tezləşdirmək məqsədilə belə işlərə əl atmışlar. Qeyd etdiyimiz kimi Sionizmin əsası hələ qoyulmamışdan öncə belə bəzi xristyan sektaları Həzrət İsanın (ə) gəlməsi üçün və dünyanın so-nunun yaxınlaşması üçün Yəhudilər Fələstinə qayıtmalıdırlar.
Mənbə


  1. Aryan, Qəmər, “Fars ədəbiyyatında Məsih obrazı”, Tehran 1990




  1. Elder, Con, “Kilsə terminləri tarixi”, Tehran, 1947




  1. Emerson, Heri, “Martin Lüter”, tərcüməçi:Firidun Bədrei, Tehran 1989

253


  1. Müqəddəs kitabın təffsirli tərcüməsi, Londin 1995




  1. Tennir, Muhəmməd Tahir, “Kilsə məzhəblərindəki bütpərəstlik əfsanə-ləri”, tərcüməçi: Əbdürrəhim Xəlxali, Tehran 1984

  2. Toyunbi, Arnold, “Xristyanlıq və dünya dinləri”, tərcüməçi: Hüseyn Tofiqi, Qum 2003

  3. Tisen, Henri, “Xristyan ilahiyyatı”, tərcüməçi: T.Mikailiyan




  1. Hikmət, Əli Əsğər, “Dinlər tarixi”, Tehran 1966




  1. Ramyar, Mahmud, “Xristyan və yəhudi peyğəmbərliyinin bir hissəsi”,




  1. Danilo, Jan, “Ölü dəniz sənədlərindəki xristyanlıq kökləri”, tərcüməçi: Əli Mehdizadə, Qum 2004

  2. Robertson, Arçibald, “İsa: əfsanə yaxud tarix”, tərcüməçi: Hüseyn To-fiqi, Qum 1999

  3. Rosten, Leo, “Amerikan məzhəblərinin şərhli lüğəti”, tərcüməçi: Mu-həmməd Bəqayi, tehran 1997

  4. Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1996




  1. Süleymani Ərdistani, Əbdürrəhim, “Allahın oğlunun hər iki Əhddə və Qurani Kərimdəki rolu, Qum 1999

  2. Filson, Floid, “Əhdi Cədidin açarı”, tərcüməçi: Məsud Rəcəbniya, Tehran 1954

  3. Müqəddəs kitab, London 1904




  1. Qridi, Coan. O, “Xristyanlıq və bidətləri”, tərcüməçi: Əbdürrəhim Süleymani Ərdistani, Qum 1998

  2. Muhəmmədiyan, Bəhram, “Müqəddəs kitab ensklopediyası”, Tehran 2002

  3. Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990




  1. Mulend, Eynar, “Xristyan dünyası”, tərcüməçi: Məsih Muhaciri və Muhəmməd Baqir Ənsari, Tehrab 1989

  2. Mişel, Tomas, “Xristyan kəlamı”, tərcüməçi: Heseyn Tofiqi, Qum 1998




  1. Miler, Vilyam, “Qədim kilsələrin tarixi”, tərcüməçi: Əli Noxostin, Tehran 1981

  2. Nas, Con.B, “Dinlərin ümumi tarixi”, tərcüməçi: Əli Əsğər Hikmət, Tehran 1991

  3. Volf, keri, “İncillərin məfhumu”, tərcüməçi: Muhəmməd Qazi, Tehran 1969

  4. Haks Amrikayi, “Müqəddəs kitabın lüğəti”, Tehran 1998




  1. Hordren, Vilyam, “Protestan ilahiyyatı, Tehran 1989

254


  1. Hyum, Robert. A, “Yaşayan dünya dinləri”, tərcüməçi: Əbdürrəhim Qovahi, Tehran 1994

  2. Arberry,A.J(ed), “Religion in the Middle Eas” Cambridge 1969




  1. Cross,F.L. (ed), “The Oxford Dictionery of the Christian Church”, London 1974

  2. Küng, Hans, “Christianity” New York? 1995




  1. McManners, John (ed), “The Oxford Illustrated History of Christia-nity”, Oxford 1992

  2. Noll, Mark A, “A History of Christianity in the United Stetes and Canada”, Michigan 1992

  3. Peters, F.E, “Judaism, Christianity and İslam” New Jersey 1990




  1. Rahner, Karl, “Theological Investigations” London 1974




  1. Van Voorst, Robert, E. “Redings in Christianity” Belmont, CA 1997

255



10. İslam və digər dinlər1

Nur və zülmət

Dinlər iki qrupa bölünürlər: tövhidi və qeyri-tövhidi dinlər. Qey-ri-tövhidi dinlər Tövhid, nübüvvət (peyğəmbərlik) və məad (axirətə və insanların yenidən qayıtmasına inam) baxımından İslam dini ilə heç bir oxşarlığa malik deyillər. Onlar tövhidin əvəzinə şirkə, nübüv-vətin əvəzinə hikmətə (qeyd etmək lazımdır ki, bu hikmətbütpərəstli-yi alqışlayır)2 və məadın əvəzinə ruhların yeni bədənlərdə yerləşməsi məsələsinə inanırlar. İslam dininin belə dinlərlə müqayisə olunması mənasızdır və məntiqlə üst-üstə düşmür.


Tövhidi dinlərdə (Yəhudilik, Xristyanlıq, Zərddüştlük və İslam) isə hər üç əsas prinsipi, tövhidi, nübüvvəti və məadı qəbul edirlər və



  1. Bu fəsldə İslam dini ilə digər dinlər arasında müqayisələr aparmaq məqsədilə yal-nız nümunələr göstərməyə üstünlük verəcəyik.

  2. Brahmalar (yəni Hindlilər) nübüvvətin səhv olduğunu təsdiq etmək məqsədilə belə iddia edirlər ki, peyğəmbərlərin təlimləri ya ağılla üst-üstə düşür, ya da ağılla uyğun-laşmır və bu sahədə üçüncü yol mövcud deyildir. Peyğəmbərlərin təlimləri ağılla üst-üstə düşərsə bizim öz ağlımız bizim üçün kifayət edər və peyğəmbərlərə ehtiyac yox-dur. Amma, ağılla üst-üstə düşməzsə biz onu qəbul etmərik. Çünki bizim ağılla üst-üstə düşməyən təlimlərə ehtiyacımız yoxdur. Peyğəmbərliyə və nübüvvətə inananlar isə üçüncü yol nəzərdə tutaraq belə iddia edirlər ki, “Peyğəmbərlər (ə) təlimləri ağıl-dan daha üstündür.”

256


elə bu səbəbdən də bir-biriləri ilə qohumluq əlaqələrinə malikdirlər. (Hindistan dinləri də bir-biriləri ilə qohumluq və yaxınlıq əlaqələrinə malikdirlər) Amma, xristyanlıqdakı tövhid “Müqəddəs üçlük” və Zərdüştlükdəki tövhid “Sənəviyyət” (Müqəddəs ikilik) üzərində qu-rulmuşdur. Bu iki dinin hər birisi, yəni istər Xristyanlıq, istərsə də Zərdüştlük bütün vasitələrdən istifadə etməklə özləri ilə əsil tövhid arasında ahəngdarlıq yaratmaq istəyir. Onların bu sahədə lazımi də-rəcədə ahəngdarlıq yaratma dərəcələri müxtəlif insanların nəzərindən müxtəlif şəkildə dəyərləndirilir: Məsələyə yüngül yanaşan insanlar onların ahəngdarlıq yaratmaq sahəsindəki səylərini qiymətləndirərək qəbul edirlər, amma məsələyə daha dəqiq yanaşanlar isə onların bütün açıqlamalarını qəbul etmirlər və Qurani Kərimdə buyurulduğu kimi “müqəddəs üçlük” küfrün nişanəsidir. (Maidə surəsi, ayə 72-73)

Şübhəsiz ki, bütün tövhidi dinlərin arasında İslam bilikləri və mərifəti nöqteyi nəzərindən İslam dininə ən yaxın din Yəhudilikdir. Qeyd etmək lazımdır ki, İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanından indiyədək müsəlmanlarla yəhudilərin arasında yaranan qarşıdurmalar və anlaşılmazlıqlar onların dini əqidələrinə görə deyil düzgün olmayan davranışlarına görə olmuşdur. Amma bun baxama-yaraq Allahın Qurani-Kərimə qarşı çıxan ilk kafirlərin yəhudilər ol-masını bildirmişdir (Bəqərə surəsi, ayə 41)


Elə bu səbəbdən də, İslam alimləri “َﻦﻴﱢﻟﺎﱠﻀﻟا ﺎَﻟَو ﻢِﻬْﻴَﻠَﻋ بﻮُﻀْﻐَﻤْﻟاِ ﺮْﻴَﻏِ” “Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!”1 ayəsinin təfsirində “Qəzəbə düçar olmuşların” Yəhudi və “Azmış-ların” Nəsrani olduqlarını bildirirlər. Halbu ki, hər iki xüsusiyyəti hər iki dəstəyə aid edə bilərdilər. Bu parçalanmanın və ikiyə bölünmənin belə qeyd olunmasının əsas səbəbi bundan ibarətdir ki, Fatihə surəsi “ummul kitab” yəni kitabın anasıdır və başqa sözlə “Qurani Kərimin xülasəsidir”. Bu ilahi kitabın mətninə müraciət etdikdə Yəhudilərin törətdikləri cinayətlərə və gördükləri pis işlərə görə Allahın onlara



  1. Fatihə surəsi, ayə 7

257


qəzəblənməsinin şahidi olarıq.1 Xristyanları isə “müqəddəs üçlüyə” inandıqlarına və Həzrət İsa Məsihi (ə) İlahi kimi qəbul etdiklərinə gö-rə haqq yolundan azmışlar kimi adlandırmışdır.2 Eləcə də, Yəhudilər-lə müşrikləri müsəlmanların ən pis düşməni kimi qeyd edir, amma xristyanları müsəlmanların ən yaxşı dostu kimi vurğulayır.3 Beləliklə də, mübarək Fatihə surəsinin son ayəsi bu qeyd olunanlara əsasən təf-sir olunmuşdur.
Qurani-Kərim səhv əqidələrin Yəhudilərə aid olmasını qeyd et-mişdir və onları belə əqidələrə malik olduqlarına görə danlamışdır: 1. Üzeyir Allahın oğludur4; 2. Allah yoxsuldur və biz varlıyıq5; Allahın əlləri bağlıdır6. Yəhudilər bu məsələlərin hər üçünü təkzib edirlər və elə bu səbəbdən də, Quran təfsirçiləri belə bir nəzəri irəli sürmüşlər ki, bu sözlər bəzi yəhudilərin sözləri idi. Amma digərlərinin də bu məsələyə razılıq göstərmələrinə görə Allah onların hamısına şamil etmişdir7. Hər halda yəhudilər bu üç səhv əqidələrinə (eləcə də, gizli şəkildə onlara işarə olunan Cəbrayil (ə) ilə olan düşmənçiliklərinə gö-rə)8 bəraət qazanmağa çalışırlar və elə bu məsələlər kifayət qədərdir.
Digər tərəfdən Qurani-Kərim xristyanların da bəzi səhv əqidə-lərə malik olmalarını vurğulayır və onları belə yalnış əqidələrə malik olmalarına görə danlayır: 1. Məsih Allahın oğludur9; 2. Allah Məryə-min oğlu Məsihin özüdür10; 3. Allah üçündən biridir11. Xristyanlar bu məsələlərin hər üçünü qəbul edirlər və bunların düzgünlüyünə təkid



  1. Bəqərə surəsi ayə 61, 90; Ali İmarn surəsi, ayə 112; Maidə surəsi ayə 60; Əraf surəsi, ayə 152




  1. Nisa surəsi, ayə 171; Maidə surəsi, ayə 17, 72,73, 77, 116; Tövbə surəsi 30-32

  2. Maidə surəsi, ayə 82

  3. Tövbə surəsi, ayə 30

  4. Ali İmran ayəsi, 181

  5. Maidə surəsi, ayə 64

  6. Əl Mizan təfsiri, Tövbə surəsi, ayə 30

  7. Bəqərə surəsi, ayə 97




  1. Tövbə surəsi, ayə 30

  2. Maidə surəsi, ayə 17, 72

  3. Maidə surəsi, ayə 73

258


edirlər. (Onlar yalnız Həzrət Məryəmin (ə) ilahilik məsələsini1 qəbul etmirlər)
Yəhudilik dininin üç əsas prinsipi olan tövhid, peyğəmbərlik və məaddan əlavə bəzi dini əhkamlar nöqteyi-nəzərindən də İslam dini-nə yaxındır. Belə ki, bəzi mələklərin, o cümlədən Cərayıl və Mikayı-lın adları İbrani dilində Qurani-Kərimdə qeyd olunmuşdur2.
Qurani-Kərimdə eləcə də, müşriklərə xitabən belə buyurulmuş-dur ki, Qurani-Kərim təlimləri ilə Bəni-İsrail alimlərinin biliklərinin üst-üstə düşməsi onun düzgün olmasını təsdiqləyir3. Bundan əlavə, biz müsəlmanlar Qurani-Kərimin bəzi ayələrini təfsir edərkən Bəni-İsrailin düzgün və səhv əqidələrini tanımalıyıq və belə məsələlərdən xəbərdar olmalıyıq. Çünki, Qurani-Kərimdə Həzrət Musanın (ə) adı


  1. dəfə qeyd olunmuşdur və Bəni-İsrailin bir çox işlərinə işarə etmişdir.

Hər halda Yəhudilik, Xristyanlıq və Zərdüştlük dininin davamçı-ları İslam dininin kölgəsi altında sakit həyat yaşadılar və buna görə də, bir çox müsəlman ölkələrində, qdları çəkilən dinlərin davamçıla-rına o cümlədən İran İslam Respublikasında öz hüquqlarını müdafiə etmək və ölkə konstitusiyasının tənzim edilməsində Məclisdə öz nü-maəndələrini təyin etmək icazəsi verildi.


    1. Yüklə 1,01 Mb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin