Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə16/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
N 16


17-2. Həvarilərin işləri
1-ci əsrdə Xristyanlıq Həvarilərinin həyatları barəsində çoxlu kitab qələmə alınmışdır. Amma onlardan biri hamı tərəfindən təsdiq olunaraq rəsmiyyət qazandı.
Həvarilərin işləri (Luka tərəfindən qələmə alınmışdır. O eləcə də, üçüncü incilin müəllifidir və bu kitabında elçilər və xüsusən də Pavlos barəsində məlumat vermişdir)


  1. Müsəlmanların çox diqqət yetirdiyi Barnaba İncilində sonuncu peyğəmbər Həzrət Muhəmmədin (s) gələcəyi barəsində söz açılmışdır, amma bu İncil xristyanlar tərə-findən qəbul olunmur və onu saxta İncil adlandırırlar. Barnaba İncilinin adı Papa Qlasiusun Həzrət Muhəmmədin (s) besətindən öncə çap etdirdiyi kitabın mündərə-catında qeyd olunmuşdur, amma xristyanların nəzərincə həmin İncil itmişdir və hal-hazırda mövcud olan Barnaba İnciliylə heç bir əlaqəsi yoxdur. Qeyd etmək lazımdır ki, Xristyanlarda Barnaba risaləsi adlı bir yazı da mövcuddur və xristyanlar bu yazı-ya hörmətlə yanaşırlar. Amma qeyd etdiyimiz bu risalə Barnaba İncilindən fərqlidir.

207


17-3. Həvarilərin məktubları
Xristyanlığın bəzi Həvariləri öz dövrlərinin xristyan cəmiyyətlə-rinə və böyük şəxsiyyətlərinə məktublar ünvanlayırdılar. Bu məktub-lar yavaş-yavaş böyük əhəmiyyət kəsb etməyə başladı və yeni dövrə daxil oldu. Pavlosdan çıxış yolları, iddialar və öz mübahisələri barə-sində yazılmış on üç məktub mövcuddur. On dördüncü məktubun müəllifi naməlum bir şəxsdir və on beşinci məktubun müəllifi isə Pavlosun düşüncələrini tənqid edən Yaqub adlı bir şəxsdir. Sonrakı məktublar Həvarilərdən sayılan Petrosla Yuhannaya aid edilir və so-nuncu məktubun müəllifi “Yəhuda” adlı bir şəxsdir. Bu məktublar aşağıdakılardır:


  1. Elçi Pavlosun Romalılara məktubu (Roma xalqı)




  1. Elçi Pavlosun Korinflilərə Birinci məktubu (Korinf əhali-sinə)

  2. Elçi Pavlosun Korinflilərə ikinci məktubu




  1. Elçi Pavlosun Qalatiyalılara məktubu (Qalatiya əhalisinə)




  1. Elçi Pavlosun Efeslilərə məktubu (Efes əhalisinə)




  1. Elçi Pavlosun Filipililərə məktubu (Filipi əhalisinə)




  1. Elçi Pavlosun Koloslulara məktubu (Kolos əhalisinə)




  1. Elçi Pavlosun Saloniklilərə birinci məktubu (Salonik əhali-sinə)

  2. Elçi Pavlosun Saloniklilərə ikinci məktubu (Salonik əhalisi-nə)

  3. Elçi Pavlosun Timofeyə birinci məktubu (Şəxs adı)




  1. Elçi Pavlosun Timofeyə ikinci məktubu (Şəxs adı)




  1. Elçi Pavlosun Titusa məktubu (Şəxs adı)




  1. Elçi Pavlosun Filimona məktubu (Şəxs adı)




  1. İbranilərə məktub (Pavlosun və yaxud başqa bir fərdin Yə-hudilərə məktubu)

  2. Yaqubun məktubu (Bütün xristyanlara)




  1. Petrosun birinci məktubu (Bütün xristyanlara)




  1. Petrosun ikinci məktubu (Bütün xristyanlara)




  1. Yuhannanın birinci məktubu (Bütün xristyanlara)

208


  1. Yuhannanın ikinci məktubu (Bütün xristyanlara)




  1. Yuhannanın üçüncü məktubu (Bütün xristyanlara)




  1. Yəhudanın məktubu (Bütün xristyanlara)


17-4. Mükaşifə
Həzrət Məsihin (ə) gəlməsindən öncə Yəhudilər arasında ruhi kəşflər (Apokolipsis) barəsində çoxlu məktublar yayılmışdı və Əhdi-Ətiqdə mövcud olan Danialın kitabı həmin məktublardan hesab edi-lir. Xristyanlar da yeni mükaşifə kitabları yazmağa başladılar. Eləcə də, Yəhudilər bəzi mükaşifə kitablarında dəyişikliklər aparmaqla onarı xristyanların istəklərinə uyğun olaraq tənzimlədilər. Əhdi-Cədi-din sonunda yerləşən Yühənnanın vəhyi kitabında xristyanların inki-şaf edəcəyi barəsində qeybi xəbər verilir və xristyanlar üçün olduqca əhəmiyyətli yazılardan biri kimi hesab edilir. Xristyanların inancına görə Yühənna İsanın (ə) azyaşlı Həvarilərindən biri olmuşdur. O bu əsərdə ahıl yaşlarında gördüyü bir yuxunu şərh edir. Kitab Elçi Yü-hənnanın mükaşifəsi adlanır.
18. Müqəddəs kitabın mötəbərliyi

Müqəddəs kitabın mötəbər olmasını iki yolla araşdırmaq olar:




  1. Kitab əhli nöqteyi nəzərindən




  1. Dindar olmayan alimlər nöqteyi nəzərindən

Müsəlmanların bu sahədəki baxışları bu iki baxışdan fərqlidir və bu baxış onuncu fəsildə geniş şəkildə qeyd olunmuşdur.


18-1. Kitab əhlinin nəzəri
Yəhudilərin və xristyanların Əhdi-Ətiqin düzgün, müqəddəs, eti-barli və ilahi olmasına etiqadı, xristyanların Əhdi-Cədidin düzgün, müqəddəs, etibarli və ilahi olmasına etiqadı və Müsəlmanların Qura-ni-Kərimin düzgün, müqəddəs, etibarli və ilahi olmasına etiqadı ilə

209


tam üst-üstə düşür. Yəni bu üç din davamçılarının öz müqəddəs ki-tablarına olan hörmət və ehtiramı, eləcə də imanı eynidir.

Onlar hər hansı səmavi kitaba uyğun gələn hörmət və ehtiram dolu sözləri Əhdi-Ətiq və Əhdi-Cədid barəsində istifadə edirlər. Yəni onların arasında da müqəddəs kitab, Allahın kitabı və vəhy kimi söz-lərdən öz müqəddəs kitablarını tanıtmaq üçün istifadə edirlər. Müasir yazıçı olan Tomas Mişel yazır:


Xristyanların nəzərincə Allah müqəddəs kitabları insan övlad-larından olan müəlliflərin əli ilə yazır və elə bu səbəbdən də, müqəd-dəs kitabların bir ilahi və bir də bəşəri müəllifinin olmasını bildirilər. Başqa sözlə desək, xristyanların nəzərincə Allah müqəddəs kitabı Müqəddəs Ruhun ilham pərisinin köməkliyi ilə yaratmışdır və bu məqsədlə də onun yazılması üçün bəşər övladlarından seçmişdir. On-ları bu yazıları qələmə almaqda elə istiqamətləndirmişdi ki, ancaq onun istədiyi sözləri və məsələləri qələmə almışdılar.
Müsəlmanların nəzərincə xristyanların bu sahədəki etiqadı İs-lam və müsəlman əqidəsindən fərqlidir. Xristyanların nəzərincə Allah müqəddəs kitabı yer üzərindəki müəlliflərin əli ilə yazmasına baxma-yaraq sonda müqəddəs kitabın sonuncu müəllifi özüdür. Müqəddəs kitabların yer üzərində yaşayan müəlliflərinin hər biri xüsusi bir za-manda yaşamışlar və öz zəmanəsinə uyğunlaşmışlar. Bu müəlliflər digər insanlar kimi dil və elm məhdudiyyətləri ilə üzləşmişlər. Xrist-yanların nəzərincə Allah müqəddəs kitabları insanlara imla forma-sında deməmişdir. Əksinə İlahi kəlamları və düşüncələri çatdırmaq üçün onların hər birisinə xüsusi yazıçılıq üslubu bəxş etmişdir.1
Yəhudilər və Xristyanlar Tövratın birbaşa olaraq Həzrət Musa (ə) tərəfindən qələmə alındığını bildirirlər. Eləcə də, Əhdi-Ətiqin bəzi bölümlərinin başqa peyğəmbərlər tərəfindən qələmə alındığını vurğu-layırlar. Xristyanların nəzərincə Həvarilər və Həvarilərin Həvariləri dörd İncili Həzrət İsadan (ə) çox illər sonra qələmə almışlar. Xrist-yanlığın yarandığı ilk zamanlardan yeganə müqəddəs kitab Əhdi-Əti-



  1. Mişel, Tomas, Xristyan kəlamı

210


qin dildə mövcud olan kitabları sayılırdı, amma sonralar Əhdi-Cədid tədricən Xristyan cəmiyyətlərinə daxil olmağa və müqəddəsləşməyə başladı.
Xristyanların hamısı həmişə və hər yerdə bu fikir üzərində təkid göstərmişlər ki, hal-hazırda mövcud olan İncillər Həzrət İsaın (ə) öz buyurduqları və həyatıdır və Matta, Mark, Luka və Yühənna onları qələmə almışlar. Luka İncilinin başlanğıcında bu sözlər qeyd olun-muşdur:
Bir çoxlarının bizim yanımızda baş vermiş və tamamlanmış, eləcə də lap öncədən kəlamın nəzarətçiləri və xidmətçiləri tərəfin bizə çatdırılmış hadisələrin qələmə alınmasına əl uzatmalarına görə biz onların hamısının diqqətlə əvvəldən sonadək sənə yazmaq qərarına gəldim ey əziz Tivfilos!” (Luka 1:1-3)
Diqqətə layiq məsələlərdən biri də bundan ibarətdir ki, hal-hazırki İncillərdə yalnız O Həzrətin sözləri və hədisləri qeyd olunur və heç zaman öz hikmətli sözlərindən və dini elmlərdən birbaşa İlahi müraciətə əlavə etmirlər. (Halbuki, hal-hazırki Tövratda Həzrət Mu-sanın (ə) həyatı və kəlamlarından başqa digər müraciətlər də möv-cuddur).
Qeyd etmək lazımdır ki, Qurani-Kərimdə buyurulanlara əsasən həqiqi İncil Həzrət İsaya (ə) nazil olmuşdur (Ali-İmaran 3-4, Maidə 46-47, Məryəm 30 və Hədid 27) və həmən İncilin hal-hazırda möv-cud olan İncil kitabı ilə heç bir bağlılığı yoxdur.

Tarixə nəzərə yetirsək görərik ki, Xristyanlar Həzrət İsanın (ə) kitabının olmasına heç vaxt inanmamışlar və İncillərin O Həzrətin həyatından və kəlamlarından söz açdığını bildirmişlər. Tomas Mişel yazır:


İncillər yazılmamışdan öncə şifahi tərz mövcud idi. Xristyanla-rın nəzərincə İsa (ə) 30-cu ildə vəfat etdi və onun davamçıları onu tanımışdılar, etdiyi işləri görmüşdülər, sözlərini eşitmişdilər və onun xatirəsini zehnlərində saxlamışdılar. Xristyanlar ilk dəfə ibadət üçün bir yerə toplaşanda həmin xatirələrini bir-birilərinə danışırdılar. Za-

211


man ötdükcə bu söhbət xüsusi çərçivəyə düşdü və həcmi get-gedə art-mağa başladı.”1

Həzrət İsanın (ə) kitabının olmaması məsələsi heç bir yerdə qeyd olunmur. Çünki, hər bir xristyan üçün bu tam aydın məsələdi və O Həzrətin kitaba sahib olması məsələsi heç bir xristyanın zehninə belə gəlmir. Nadir hallarda müsəlmanlarla aparılan bəhslər zamanı bu mə-sələyə işarə edilir və onlar öz cəmiyyətlərində belə bir inancın olması məsələsini inkar edirlər. Tomas Mişel əlavə edərək yazır:


Xristyanlar heç bir zaman Həzrət Məsihin İncil adlı kitab gə-tirdiyini demirlər. Müsəlmanları Qurani Kərim və Peyğəmbərləri ba-rəsində malik olduğu vəhy etiqadı xristyanlıqda mövcud deyil və Həzrət İsaya (ə) vəhy gəlməsi qəbul olunmur. Xristyanlar İsanı İlahi vəhyin təcəssümü kimi qəbul edirlər və onların əqidəsinə əsasən o heç bir vəhy gətirməmişdir, əksinə o vəhyin özü olmuşdur. Elə bu səbəbdən də, biz xristyanlar İsanın yazdığı və yaxud öz şagirdlərinə yazdırdığı İncili istəmirik və qəbul etmirik.
Xristyanların nöqteyi nəzərindən İsanın Allah kəlamının və vəh-yinin təcəssümü olması məsələsini qəbul etmələrinin aydınlaşma-sından sonra bu məsələni də qeyd etməliyik ki, onların əqidələrinə əsasən incillərin hamısı Onun şagirdlərinin səyi nəticəsində meydana çıxmışdır. Yəni, Onun şagirdləri ilham və Məsihə olan iman yolu ilə onun davamçılarının əksəriyyətində olan iman məfhumunu çatdırdı-lar. Bu dörd İncillərdən hər birisi Məsih barəsində özünəməxsus tərz-də şəhadət verir. İncillərin ümumi baxışdan və bəzi xırdalıqları nə-zərindən bir-birilərindən fərqli olmalarına baxmayaraq hamısı İsa-nın hüviyyəti və şagirdlərinə qədər çatmış İlahi vəhyin mahiyyəti barəsində ümumi nəzərə malikdir. Elə bu səbəbdən də, Xristyanlar bir İncili götürüb digər İncilləri tərk edə bilmirlər. Çünki, onların imanları bu dörd İncilin ümumi təlimləri üzərində qurulmuşdur. Onların nəzərincə İncillərin hər hansı birini kənara qoymaq onların imanlarında naqislik yaradacaqdır.



  1. Xristyan kəlamı, səh 43-44

212


Bu məsələ bizi vəhy məsələsi sahəsində müsəlmanlarla xrist-yanlar arasında olan başqa bir fərqi çatdırır. Xristyanların nə az, nə də çox olmamaq şərtilə dörd İncilə etiqadı vardır və yalnız bu dörd İncilin düzgün olmasını, digər İncillərin səhv olmasını bildirirlər. Çünki, xristyan cəmiyyəti onların Allah tərəfindən olduğunu düşünür-dü. Qeyd etmək lazımdır ki, xristyanların iman və etiqadları İsanın şagird və elçilərinin imanı üzərində qurulmuşdur və öncədən bildir-diyimiz kimi ilk xristyanların nəzərincə Allahın ruhu onların cəmiyyə-tinə (yəni Kilsəyə) hidayət bəxş etmişdir.
Bu məsələdən başa düşürük ki, Allah İncilin yazılı şəkildə olma-dığı və İsanın kəlamlarının və əməllərinin şifahi şəkildə nəql olundu-ğu otuz il ərzində (30-cu ildən 60-cı ilədək)həmin cəmiyyəti hidayət etmişdir. Müqəddəs Ruh göndərdiyi ilhamların və gətirdiyi vəhylərin vasitəsilə İncilləri qələmə alanları Məsihin sözlərini və əməllərini qə-ləmə almaq sahəsində hidayət etmişdir. Müqəddəs Ruhun xüsusi şə-kildə həyata keçirdiyi işlərdən biri də bundan ibarət idi ki, İncil ya-zanların kəlami baxışlarını Allahın istədiyi kimi İsanın həyatına, ölü-münə və yenidən dirilməsinə yönəltmək yolu ilə insanlara çatdır-maqdan, hidayət etməkdən ibarət idi. Sonda ilk xristyan cəmiyyəti Müqəddəs Ruhun bələdçiliyi ilə saysız-hesabsız xristyan yazılarının içindən dörd İncil də daxil olmaqla 27 kitabı seçdi və onların İlahi vəhylə yazılmasını qəbul etdi. Bu yazılar Əhdi-Cədid adlandırılmağa başlanıldı və tarix boyu xristyan etiqadının əsasını təşkil etdi.
Xristyanlıqda qəbul olunan vəhy və müqəddəs kitablarla bu cür anlam İslam dinində bu sahədə mövcud olan anlamlarla fərqlidir. Müsəlmanlar Quran təlimləri ilə meydana gələn ümmətdir. Onların əqidəsinə görə Allah İslam peyğəmbərini göndərdi, Quranı ona vəhy etdi və bundan sonra İslam ümməti meydana çıxdı. Amma xristyan-ların nəzərincə xristyan cəmiyyəti Müqəddəs Ruhun təlimləri, xüsusi iman və İsadakı İlahi vəhylər barəsində yazdıqları öz kitablarının köməkliyi ilə yaranmışdır. Buna görə də, xristyan cəmiyyəti Əhdi-

213


Ətiqin 461 və Əhdi-Cədidin 27 kitabından ibarət olan müqəddəs kita-bı qəbul etdi.

Müqəddəs kitablar barəsində əldə olunmuş bu razılıq cəmiyyətin ümumi səyləri nəticəsində meydana çıxdı. Bu icma tez bir zamanda yarandı və müqəddəs kitabların ilk siyahısı 150-200-ci illərdə hazır-landı. Bir neçə əsr sonra kilsə açıq-aydın tərzdə hansı kitabların mü-qəddəs bilinməsini bildirdi. (1546-cı ildə də Trent şurası belə bir iş görmüşdür) Qeyd etmək lazımdır ki, müqəddəs kitablar sahəsində qəbul olunan ən son qərarlar xristyanların bu sahədəki klassik etiqadlarını təsdiqləməkdən başqa yeni bir şey deyildir.2

Ümumi formada belə qənaətə gəlmək olar ki, xristyanlar müqəd-dəs ruhun köməkliyi ilə öz müqəddəs kitablarını tanıyaraq müəyyən-ləşdirdilər və onların səmavi kitab olmasını sübut etmək məqsədilə üç növ etiqadi baxış irəli sürdülər:




  1. Təmkin: Bu sözün mənası bundan ibarətdir ki, Allah öz sər-hədsiz rəhmətinə görə öz kəlamlarını biz insanların zəif dərəcəsinə uyğun olaraq nazil etmişdir.




  1. İmla: Yəni, Müqəddəs kitabları müqəddəs ruh “İmla etmiş-

dir”.



  1. İlahi yazı: Yəni, Əhdi-Ətiqin və Əhdi-Cədinin sonuncu müəl-lifi Allah özü olmuşdur. Amma bu sözdə Allahın həmin ləfzləri bir-bir yaratması vacibliyi yoxdur və mövcud deyildir.

Sonda ikinci Vatikan Şurası müqəddəs kitab sahəsindəki baxış-larını “Allah Kəlamı” (Dei Verbum) adlı qərarda bəyan edərək hə-mən qərarın 11-ci maddəsində onları səmavi olmasını geniş şəkildə izah etmişdir.
Kitab əhlinin səmavi kitablar barəsindəki etiqadı Qurani-Kərim-də bu tərzdə qeyd olunmuşdur:
يِﺬﱠﻟا بﺎَﺘِﻜْﻟا لَﺰْﻧَأ ﻦَﻣْ ﻞُﻗْ ٍءْﻲَﺷ ﻦِﻣْ ﺮَﺸَﺑٍ ﻰَﻠَﻋ ﻪﱠﻠﻟاُ لَﺰْﻧَأ ﺎَﻣ اﻮُﻟﺎَﻗ ذِإْ ﻩِرْﺪَﻗ ﻖَﺣﱠ َﻪﱠﻠﻟا اوُرَﺪَﻗ ﺎَﻣَو ﻢﻟ ﺎَﻣ ﻢُﺘْﻤﱢﻠُﻋَو اًﺮﻴِﺜَآ نﻮُﻔْﺨُﺗَو ﺎَﻬَﻧوُﺪْﺒُﺗ ﺲﻴِﻃاَﺮَﻗ ﻪَﻧﻮُﻠَﻌْﺠَﺗ سﺎﱠﻨﻠِﻟ ىًﺪُهَو اًرﻮُﻧ ﻰَﺳﻮُﻣ ﻪِﺑ ءﺎَﺟ نﻮﺒﻌﻠﻳ ﻢﻬﺿﻮﺧ ﯽﻓ ﻢهرذ ﻢﺛ ﷲا ﻞﻗ ﻢﮐوﺎﺑﺁ ﻻ و اﻮﻤﻠﻌﺗ



  1. Protestantların nöqteyi-nəzərincə Əhdi-Ətiq 39 kitabdan ibarətdir və qalan 7 kitab Epokrifadır.




  1. Xristyan kəlamı, səh 49-51

214


“Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atala-rınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Al-lah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oy-naya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).”

Nümunə təfsirində qeyd etdiyimiz bu ayə kitab əhlinin Tövrat və İncil barəsindəki baxışlarını açıqlamaq üçün qeyd olunmuşdur.


18-2. Qeyri-din alimlərinin nəzərləri
Müasir elm sahələrinin dinlə olan bütün əlaqələrini kəsmələri və elmin müxtəlif sahələrində, o cümlədən tarix, sosiologiya, arxeolo-giya və s. sahələrində fövqəltəbii qüvvələrə inamın olmaması səbə-bindən alimlər müqəddəs kitabın yalnız antik bir yazı olduğunu və insanlar tərəfindən ərsəyə gətirildiyini bildirirlər. Belə insanlar Yara-danın insanla vəhy yolu ilə saxladığı əlaqənin elm çərçivəsindən kə-nar olduğunu bildirirlər və bu cür anlamların elmlə heç bir bağlılığı olmadığını vurğulayırlar. Onlar hətta Peyğəmbərlərin doğurdan da mövcud olmalarına belə şübhə ilə yanaşırlar. Çünki, tarixi mənbələr-də həmən peyğəmbərlər barəsində birbaşa sənəd mövcud deyildir. Qeyri-din alimləri Əhdi-Ətiqin 2500 illik keçmişə və Əhdi-Cədid üçün kilsənin bildirdiyi tarixə uyğun olan tarix, yəni 1900 illik keç-mişə malik olduğunu bildirirlər.
19. İnam və etiqadları

Xristyanların nəzərincə Lahut elmi (yəni ilahiyyat) onların bü-tün səylərin üzərində qurularaq xristyan imanını dərk etmək üçün nə-zərdə tutulmuşdur. Fundamental ilahiyyatçı alimlər biz Allahı tanıya


215


bilmərik məsələsinə təkid göstərirlər. Amma bir halda istisna nəzərdə tutulur və o da Allahın özünün bəndəsinin gözü önündəki pərdələri götürməkdir. Elə bu səbəbdən də, ilahiyyat elmi dəqiq şəkildə vəhy elmi mənasını daşıyır. Xristyanların nöqteyi nəzərindən dini mütaliə və araşdırmaların əsasını təşkil edir və bu da İslam dinindəki kəlam bəhsindən daha genişdir. İlahiyyat elminə daxil olan mövzular aşağı-dakılardır:


  • Müqəddəs kitabın təlimləri barəsində olan mütaliələr




  • Xristyan təlimlərinin nuru altında həqiqətləri anlamaq üçün göstərilən səylər və təlaşlar




  • Xristyan iman və etiqadını bəyan edən tərkiblərdə əsrlər boyu meydana çıxmış tarixi dəyişikliklər




  • Allahı yalnız ağıl və düşüncə yolu ilə anlamağın mümkün-lüyü barəsində olan açıqlamalar




  • Xristyan müqədddəsliyi məfhumunun açıqlanması və ona çatmaq yollarının bəyan edilməsi




  • Əxlaq prinsipləri və xristyan təlimlərinin xristyanların həya-tında göstərdiyi praktik təsirlər.


19-1. Köklər və əsaslar
Qurani-Kərimdə belə buyurulmuşdur:
نﻮُﺌِهﺎَﻀُﻳ ﻢِﻬِهاَﻮْﻓَﺄِﺑ ﻢُﻬُﻟْﻮَﻗ ﻚِﻟَذ ﻪﱠﻠﻟاِ ﻦْﺑاُ ﺢﻴِﺴَﻤْﻟاُ ىَرﺎَﺼﱠﻨﻟا ﺖَﻟﺎَﻗَوِ ﻪﱠﻠﻟاِ ﻦْﺑاُ ﺮْﻳَﺰُﻋٌ دﻮُﻬَﻴْﻟا ﺖَﻟﺎَﻗَوِ نﻮُﻜَﻓْﺆُﻳ ﻰﱠﻧَأ ﻪﱠﻠﻟاُ ﻢُﻬَﻠَﺗﺎَﻗ ﻞْﺒَﻗُ ﻦِﻣْ اوُﺮَﻔَآ ﻦﻳِﺬﱠﻟاَ لْﻮَﻗ

“Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” – de-yənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lə-nət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!” (Tövbə surəsi, ayə 30)


Son əsrlərdə bir dəstə qərb alimi apardıqları müşahidələrdən sonra belə qənaətə gəlmişlər ki, xristyanların əqidəsi ilə Hindistan dinlərində mövcud olan əqidələr arasında qeyri-adi oxşarlıqlar möv-cuddur. Onlar həyata keçirdikləri araşdırma işlərində xristyanlıqda mövcud olan üçlük, fədakarlıq, xaç, çarmıxa çəkilmə və sair əqidələ-

216


rin bütpərəst məzhəblərinin əqidələrində də mövcud olmasını gör-müşlər. Qeyd etmək lazımdır ki, belə əqidə formaları Bəni-İsrail əqi-dələrində mövcud deyildir.
Tədqiqatçı alimlər hətta İncildən olan bəzi cümlələri də Hin-duizm və Buddizmin müqəddəs kitablarından olan cümlələrlə müqa-yisə edərkən öz təəccüblərini gizlədə bilməmişlər. Onlar hətta İsaya (ə) aid edilən Allahın qurbanı, Allahın övladı, günahları götürən, fəda olan və sair ləqəblər belə həmən məzhəblərdə də mövcuddur. Hin-duizm və Buddizm dinlərinin tarixi daha keçmişə qayıtdığı üçün alimlər xristyanlıqda olan belə etiqadların və terminlərin o dinlərdən götürülməsi ehtimalının çox güclü olduğunu bildirirlər.
1947-ci ildə Fələstin səhrasında Ölü dənizin sahillərində yerlə-şən mağaralarda tapılan kağızlara yazılmış yazılar xristyanlıq barə-sində yeni düşüncə hərəkatı yaratdı. Bu yazılı kağızlarda təxminən 2000 yaşı olan və müqəddəs kitabların bəzi hissələrindən, təfsirlərdən və dualardan ibarət yazılar mövcud idi. Yəni onlarda aşkarlanmış xətt bu papirusların Həzrət İsaın (ə) dövründə yazılasını sübut edirdi. Alimlər papirusları diqqətlə oxuduqdan sonra belə qərara gəldilər ki, həmən papiruslar Yəhudilərin İsinilər adlı dəstəsinə aiddir və yəhu-dilik bölümündə biz buna işarə etmişdik. Bu firqə səhralarda yaşayır-dı, irfani dünya görüşlərinə malik idilər və Bəni-İsrailin Məsihini gözləyirdilər. Həmən yazıları kuzələrə dolduraraq onları Ölü dənizin ətrafındakı mağaralarda gizlətdilər və sonra naməlum bəlaya düçar olaraq məhv oldular. Hal-hazırda onlar barəsində heç bir yeni xəbər mövcud deyildir.
Bu papirusların kəşfi elm aləmində geniş əks-səda doğurdu. Ön-cə onların bəzilərinin saxta olduğunu bildirdilər, amma texniki baxış-lardan və yoxlamalardan sonra onların həqiqi olması sübuta yetirildi.
Alimlərin bəziləri bu tapıntılardan sonra belə bir iddia ilə çıxış etdilər ki, əldə olunmuş papirus yazılar bizim Həzrət İsa (ə) və xrist-yanlığın yaranması barəsindəki baxışlarımızı dəyişdirəcək.

İndiyədək bu papiruslar barəsində bir neçə min kitab yazılmış-dır. Onlardan biri də, azad düşüncəli xristyan ruhani A. Pavel Dey-visdir və kitabının adı “Ölü dəniz papiruslarının məfhumu”-dur. Bu


217


kitab olduqca maraqlıdır. O, həmin papiruslari diqqətlə oxuduqdan və araşdırmalar apardıqdan sonra belə yazır:
Adi bir xristyanın xristyanlığın yaranması barəsindəki nəzə-riyyəsi belə ola bilər ki, Məsih öz xeyir xəbərini və bəşarətinin təbliğ etdi, Məsih və nicat verən şəxs kimi öldü, ölülər arasında qalxaraq yenidən dirildi, xristyan kilsəsini yaratdı və sonda həvarilərin fəa-liyyəti ilə həmən kilsələr bütün dünya boyu genişlənməyə başladı.
Eləcə də, adi bir xristyanın nəzərini öyrənsək onun nəzərincə İsanın irsi şəkildə yəhudi mədəniyyətinin davamçısı olan bir Yəhudi olduğunu bildirər. Bundan əlavə elçilərin İsanın bəşarətindən və müjdəsindən xüsusi nəticələr çıxartdığını, onun təlimlərindən yarar-landıqlarını, onların İsanın həyatda olduğu zaman ondan gördüklə-rini və eşitdiklərini, sonda özlərinin şəxsi təcrübələrindən istifadə et-məklə onun xilaskar, bəşər formasında Tanrı və Allahın oğlu olması-nı anlamaları kimi məsələləri deyə bilərlər.
Hər halda, adi bir xristyan xristyanlıq əqidə və etiqadını belə bəyan edə bilər, amma bu etiqadların bir əksəriyyətinin xristyan-lıqdan öncə də mövcud olması və bir çox etiqadların özəklərinin mü-qəddəs kitabda mövcud olmaması onun zehninə gəlməz.
Adi bir xristyanın bilmədiklərini alim bilir və bu biliklər də on-dan ibarətdir ki, Məsihin zamanında və ondan sonra bütpərəstlərin öz Tanrıları sahəsində xüsusi inancları və etiqadları var idi. Həmin etiqadlar Tanrılarına verilən adlardan ibarət idi və buna bənzər mə-sələlər xristynalıqda da mövcuddur. Mitra bəşəriyyətin xilaskarı idi və eləcə də,Temmuz, Edonis və Osiris. Sonda xristyanlığa da daxil olan Məsihin Fadi olması Yəhudi etiqadlarından biri deyildi və Fə-ləstində olan ilk xristyanlar da ona inanmırdılar.
Yəhudilərin və Yəhudi əsilli xristyanların intizarında olduqları xilaskar Məsiha Allahın oğlu deyildi. O, Allah tərəfindən göndərilən peyğəmbər idi. O, öz qanıyla başqalarının günahlarını yumamalı idi və yer üzərində xristyan hökuməti yaratmaq yolu ilə insanları xilas etməməliydi. Yəhudi əsilli xristyanlar onların göylərə daxil olmaları-na icazə verən xilasa göz dikməmişdilər. Onlar yer üzərində yeni qu-ruluş yaradacaq xilasın olacağına inanırdılar və bu onların yeganə

218


tələbi idi. Onlar eyni ruhun fani olmamasına və əbədi mövcudluğuna da inanırdılar.
Bütpərəstlərin Məsihanın mövcudluğuna olan inamı İsanın “Xi-laskar Tanrı” olması əqidəsinin meydana çıxmasından sonra yaran-dı. Bu etiqad ondan öncə mövcud olan Mitra anlayışı ilə tam üst-üstə düşür. Eləcə də, 25 dekabr Mitranın dünyaya gəldiyi gündür və son-ralar bu gün xristyanlar tərəfindən dəyişdirilərək İsanın doğum gü-nükimi qeyd olunmağa başladı. Qeyd etmək lazımdır ki, Yəhudilərin istirahət günü saydığı, Musanın şəriət kitabında Allah tərəfindən müəyyənləşdirilən və müqəddəs günə çevrilən “Səbt”, yəni şənbə gü-nü də Mitraizm düşüncələri və etiqadlarının təsiri altında bazar gü-nünə, yəni “Sunday”-ə, “Fateh Günəş gününə” dəyişdirildi.
Xristyanlığın kəskin şəkildə yayıldığı zaman Aralıq dənizi hövzə-sində bakirə ana və onun insanların günahlarının bağışlanılması yo-lunda qurban verilməsi etiqadının mövcud olmadığı yer yox idi. Ümumilikdə yer ilahələrdən biri idi və hər bahar fəslində yenidən ba-kirə olurdu. Onun övladı yerin meyvəsi kimi qəbul olunurdu və o ölmək üçün dünyaya gəlirdi. Ölən kimi də yerdə dəfn edilirdi və onun toxumları yeni meyvənin əsasına çevrilirdi. Bu “bitmək əfsanəsi” azadlığa çatdıran Tanrı və qəmgin ana hekayələrini olduqca böyük məharətlə meydana çıxartdı.

Fəsillərin yer üzərində gəzməsi göylərin bənzər gəzməsi ilə əlaqələndirilirdi. Belə bir etiqad da mövcud idi ki, qütb ulduzu şərq tərəfdə yeni günəşin çıxmasını elan edəndə, bakirə ilahə ulduzu kimi tanınan qız bürcü göyün şərq hissəsində görsənməyə başlayır, qız bürcünün ulduzlarının arasında üfüqi xəttin yaranması günəş tərəfin-dən hədiyyə edilən bakirə ananın rəmzi kimi qəbul olunur. Beləliklə də, yer əfsanəsi səma əfsanəsi ilə qarışdı. Bu iki düşüncə tərzi qədim dövürlərin həqiqi və uydurma qəhrəmanları ilə qarışdı özünü fəda edən qəhrəman hekayəsi meydana çıxdı.

Həzrət İsanın dünyaya gəldiyi yer kimi hesab olunan mağara daha öncələr Horosun dünyaya gəldiyi yer kimi tanınırdı. Horos bö-yüyəndən sonra Osiris kimi tanınmağa başladı və o da öz qövmünün

219


azadlığı yolunda ölmək taleyinə məhkum olunmuşdu. İzis “Qəmgin ana” idi. Ümumiyyətlə fəda verilmək üçün bir çox insanlara müxtəlif qədim yazılarda rast gəlmək olar və bu məsələ bir çox yazıçılar tərə-findən şərh edilmişdir. Belə açıqlamalar və şərhlər yazan yazıçılara nümunə olaraq Freyzer və onun “Qızıl budaq” (The Golden Bough) və Yunan-Roma ədəbiyyatı sahəsində əvəzsiz alim olmuş Professor Jilber Morini misal çəkmək olar.
Bu sahədə bir çox adət-ənənələr mövcud idi və sonralar həmin adət-ənənələr xristyanlığın adətləri kimi tanındı. Sonuncu şam ye-məyi əslində Mitraizmə aiddir və sonralar bu təfəkkürün təsiri altın-da xristyanların sonuncu şam yeməyi məsələsi yarandı. Adət-ənə-nə-lərdən əlavə bir çox etiqadlar belə, o cümlədən “Keçi qanı” (Öküz və Buğa) etiqadı da Mitraizimdən götürülmüşdür. Təkcə dini adət-ənə-nələr yox, hətta bir çox əxlaqi məsələlər də xristyanlığı qəbul etmiş şəxslərdən əldə edilirdi.
Xristyanlıqla bütpərəstlik arasındakı əlaqə o qədər sıxdır ki, bunları ayırmaq mümkün deyildir. Əgər yəhudilik əsasında qurulmuş xristyanlıq məfhumu mövcud olmuşdursa da hal-hazırda mövcud olan xristyanlıq qeyd olunan prinsiplər üzərində qurulmamşdır. Yəni müasir xristyanlıq əsil xristyanlıqdan o qədər də təsir almamışdır. Qeyd etmək lazımdır ki, İsa öləndən sonra çox nadir hallarda ona “Müəllim” deyə müraciət olunurdu. O artıq Məsih, xilaskar və xrist-yanların ağası olmuşdur.”
Kitabın müəllifi əlavə edir:
Yəhudi xrityanların fəda olmaq və qurban edilmək məsləyinə inanan digər rəqiblərindən daha üstün olmasının və bu rəqabətdən qalibiyyətlə çıxmasının yeganə səbəbi Paul olmuşdur. O bütpərəstli-yin bütün incəliklərini bilən, sonradan yəhudiləşmiş Yunanıstanlı mü-qəddəs idi. Onun müxtəlif tərkiblər yaratmaqda xüsusi istedadı var idi. Pavel İsrail düşüncələrini Afina düşüncələri ilə, Urşəlim məbə-dini Mitraistləri qurban kəsdiyi məkanla və Eseni firqəsinin Yəhvəsi-

220


ni tanınmamış Aropaqos1 dağı ilə peyvənd etməyibeynində canlandı-rırdı.2
Həzrət İsanın (ə) ləqəblərindən biri Kəlmədir (Logos) və bu ad
qədim Yunan fəlsəfəsindən götürülmüşdür. Xristyanlar daha çox Yü-hənna İncilinə istinad edərək Allahın kəlməsinin İsada yaşamasına və onun bu kəlməni daşıya biləcək yeganə şəxs olduğuna inanı rlar . Yə-ni, Allahın hər şeyi onun vasitəsilə yaratdı ğı əzəli sözü insan övladı olan İsada təcəssüm tapmış və insanlar arasında qalmışdır. İsada yer-ləşdirilmiş əbədiyyət kəlməsi insan formasına düşmüşdür və həmən kəs digər insanlar kimi çörək arxasınca ged ərək həyatını yaşayı rdı, qohumları, dostları var idi və digər insanlar kimi həyatın əzab-əziy-yətlərinə qatlaşırdı.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin