I mövzu: psixologiyanin bir elm kiMİ SƏCİYYƏSİ /2 saat



Yüklə 0,57 Mb.
səhifə5/39
tarix18.11.2022
ölçüsü0,57 Mb.
#69797
1   2   3   4   5   6   7   8   9   ...   39
C fakepathmuhazire PIXOLOGIYA AZ (1) (1)

Mən - obrazm əsasını insanın özü haqqında bilikləri təşkil edir. Lakin bu biliklər insan üçün heç de adi xarakter daşımır. Onlar insanın özünə münasibətini ifadə edir. Mən — obrazın psixoloji baxımdan ehəmiyyəti də məhz bundan ibarətdir.
Mən — obraz mürəkkeb hadisədir. İnsanda eyni vaxtda üç «Mən — obraz» «real mən», «ideal mən» və «sosial men» mövcuddur.
«R e a l m ə n». İıısan özünü nece təsəvvür edir? Özünün qabiliyyətlərini, rollarını, statusunu necə qavrayır? 0, əslində necə adamdır? «Real mən»in məzmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözüylə baxır. O, özünün «real-mən»i ilə fəxr edə bilər; insanın özü haqqındakı bu obrazı başqa adamlardan gizlətməsi də mümkündür. Bəzi hallarda isə «real mən» ətrafdakı adamların insana verdikləri qiymətlərə uyğun gəlmir.
«t d e a l m ə n». Hər bir insanın «real mən»indən başqa həm də «ideal mən»i vardır. İnsan özünü necə görmək istəyir? Hansı keyfıyyətləre yiyələnməyə çalışır? «İdeal mən»in məzmununu bu suallara əsasən səciyyələndirnıək olar. Adından göründüyü kimi, «ideal mən» insanm özü haqqında idealları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası da, birinci növbədə, bundan ibarətdir: insan öz «ideal mən»ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük uğur göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün «ideal mən»indən çıxış edir.
İnsanın şəxsi keyfıyyətləri çoxdur. Görəsən, bunların hamısi onun «ideal mən»ində əks olunurmu? Yox. Hər bir insanın yüksək qiymətləndirdiyi müəyyən keyfiyyətlər vardır. «İdeal mən»də nıəhz bu keyfiyyətlər əks olunur. Təsadüfi deyildir ki, insan özünütərbiyə ilə məşğul olarkən də özündə hər hansı bir keyfıyyəti deyil, məhz yüksək qiymətləndirdiklən keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirir.
«S o s i a l m ə n». İnsan həmişə özünə başqalarının gözüylə baxır. Başqa adamlar onu necə görürlər? O, özünü başqa adamlara necə göstərmək istəyir? Nece hərəkət etsə, başqa adamlar onu yaxşı adam və ya mütəxəssis (müəllim, həkim və s.) kimi tanıyarlar? Bu üç sual yaşından asılı olmayaraq insan üçün böyük əhəmiyyətə malikdir. Axı, bizim hər birimiz insanların içərisinda yaşayırıq və istər-istəməz özümüzə onların gözüylə baxmalıyıq. Insanların qarşılıqlı sosial təsiri prosesində «sosial mən»in əhəmiyyəti də məhz bundadır.
İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün «sosial mən»indən çıxış edir: o, həmişə özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır, özünün «pis cəhətlərini» belə müxtəlif yollarla pərdələyir; psixoloji «maskalardan» da bu məqsədlə istifadə edirlər.
İnsanın «real mən»i onu nə dərəcədə təmin edir? Ətrafdakı adamlar onu nə dərəcədə təqdir edir və ya bəyənirlər? O özünün hər hansı bir keyfiyyətini başqa adamlardan nə dərəcədə gizlətməyə çalışır, o, özünü başqa adamlara necə (tutaq ki, yaxşı adam, əsl müəllim, elm adamı və ya varlı adam) kimi göstərmək istəyir? Bu sualları izah etmədən insanın «sosial mən»inin məzmununu aydınlaşdırmaq olmaz.
Psixoloji planda real, ideal, sosial «Mən» birlikdə mövcuddur. Onlar bir-birlərini bir növ tamamlayır və zənginləşdirirlər. Lakin bəzən real, ideal və sosial «Mən»lər arasında köklü ziddiyyətlər də müşahidə olunur. Əgər «real mən» «ideal-mən»ə uyğun gəlmirsə, «sosial mən» «real mən»i gizlətməyə xidmət edirsə, insanın özü haqqında təsəvvürlərində özünəməxsus çətinlikiər meydana çıxır. Belə hallarda insan adətən refleksiya yolu ilə bu uyğunsuzluqları təhlil edir, bir növ onların hamısı üçün «ümumi məxrəc» taparaq müvafıq ziddiyyətləri aradan qaldırır. Bəzən də bu cəhət ona mü-yəssər olmur. Xalq ifadəsi ilə deyilsə, «öz həqiqi sifətini, simasını büruzə verir». Yəni psixoloji maska insanın həqiqi sifətini heç də həmişə pərdələyə bilmir.
«Mən - obraz»ın formalaşması dialektik prosesdir. O, müxtəlif amillərlə şərtlənir. İnsanda özü haqqında təsəvvürlərin formalaşmasında hərəkət və görmə duyğuları mühüm rol oynayır. İnsanın özünü qavramasının təsirli vasitəsi kimi güzgünün əhəmiyyətini qeyd etməmək olmaz. Lakin «Mən - obraz»ın formalaşmasının əsas mənbəyini başqa adamlar - yaşlılar, həmyaşıd oğlan və qızlar təşkil edirlər. İnsan başqa adamlar vasitəsilə kişilik, qadınlıq, mənəvi gözəllik və s. haqqındakı etalon və stereotiplərə yiyələnir, başqa adamları və özünü qiymətləndirməyi öyrənir.
Özünüqiymətləndirmə termini iki sözdən - özünü və qiymətləndirmə sözlərindən əmələ gəlmişdir. Onun psixoloji mənası aydındır: söhbət insanın özünə verdiyi qiymətdən, özünün obrazını qiyməlləndirməsindən gedir.
İnsanın özü haqqındakı təsəvvürlərinin formalaşması bilavasitə özünüqiymatləndirmə ilə bağlıdır. Insan özü özündə hansı cəhətləri qiymətləndirir? Onun üçün bir insan kimi mühüm olan hər şeyi: özünün qabiliyyətlərini, mənəvi keyfiyyətlərini, öz imkanlannı və perspektivlərini, özünün qarşılıqlı münasibətlərini, qrup və kollektivdə, başqa adamlar içərisində tutduğu yeri qiymətləndirir və s. Bununla yanaşı müəyyən həyati situasiyalarda, xüsusilə ailədə və kollektivdə insan öz üzərinə məsuliyyət götürüb mühüm bir addım atdıqda, konflikt şəraiti yarandiqda və s.-də özü-nüqiymətləndirmə xüsusilə mühüm əhəmıiyyət kəsb edir. Aydın məsələdir ki, özünüqiymətləndirmə mürəkkəb prosesdir: o, özünümüşahidə və özünütəhlil yolu ilə formalaşır, bu zaman insan özünə adətən başqa adamların gözüylə baxır, bir qayda olaraq, özünü onlarla müqayisə edir.
Özünüqiymətləndirmə zamanı qiymətin müxtəlif növlərindən - əxlaqi, estetik, intellektual, emosional və s. qiymətlərdən istifadə olunur. Lakin bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur: əxlaqi qiymət də, intellektual qiymət də özünüqiymətləndirmə səviyyəsində emosional çalar kəsb edir. Özünüqiymətləndirmə, hər şeydən əvvəl, özünüsevmə, özünəhörmət, öz ləyaqətini saxlamaq və s. kimi hisslərlə çulğaşır, yəni emosional qiymətlərə əsaslanır. Bu onunla bağlıdır ki, özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni bir adamın şəxsində birləşir: mən - mənə qiymət verir. Bu zaman insan hətta müəyyən obyektiv meyarlara əsaslansa belə özünüqiymətlərıdimədə subyektiv amillər əsas yer tutmağa başlayır.
Öziinüqiymətləndirmə sistemini təhlil edərkən aşağıdakı cəhətiəri xüsusilə nəzərə almaq lazımdır:
a) özünüqiymətləndirmə prosesində «ıeal mən» obrazı ilə «ideal rnərı» obrazının müqayisə edilməsi mühüm rol oynayır. Orıtarın bir-birinə uyğun gəlməsi psixi sağlamlığın mühüm cəhətidir. Müəyyən edilmişdir ki, irısanın «real mən» obrazı «ideal mən» obrazına müvafiq olduqda, o, adətən, özünü yüksək qiymətləndirir. İnsan bu iki mühüm xarakteristika arasında uçurum hiss etdikdə isə özünü adətən aşaği qiymətləndirir. Bəzən belə hallarda insanııı özü özlüyündə hörrnətdən düşür;
b) insan özünün hər hansı bir keyfıyyətini qiymətləndirərkən, onun yaxşı və pis keyfiyyət olduğunu necə müəyyən edir? Lap kiçik yaşından uşaqlara öyrədirik ki, «Yaxşı nədir, pis nədir?». İnsan özünə qiymət verəndə bu təsəvvürlərdən etalon kimi istifadə etməyə başlayır: əgər etdiyi hərəkətlər «yaxşı» etalonuna uyğun gəlirsə, onları müsbət. «pis» etalonuna uyğun gəlirsə mənfi qiymətləndirir. Yaş artdıqca, insanın sərvət meylləri fornıalaşır, ideallarının xarakteri dəyişir və buna müvafiq olaraq onun etalonlar sistemi mürakkəbləşir. Biz hər hansı bir adamın özünü necə qiymətləndirdiyini aydmlaşdırmaq üçün onun özünü hansı etalonla tutuşdurduğunu, özünə hansı etalona əsasən qiymət verdiyini bilməliyik. Bu yolla biz həm də onun «ideal mən»inin məzmununu təhlil etmək imkanı əldə edirik. Çünki müvafiq etalonlar «ideal mən»də xüsusi yer tutur;
v) insanın özünəməxsus qiymətlər sistemı vardır. Bir tərəfdən, insan özü-özünü qiymətləndirir, digər tərəfdən, onun davranış və rəftarı mənsub olduğu qrup tərəfindən qiymətləndirilir. Bundan başqa, adam bu və ya digər tərzdə hərəkət edərkən ətrafdakı adamlann, o cümlədən iş yoldaşlarının və dostlarının onu necə qiymətləndirəcəklərini nəzərə alır. Buna gözlənilən qiymətlər deyilir. Qrupun şəxsiyyətə verdiyi qiymətlərsə gözlənilən qiymətlər bir-biri ilə vəhdətdə olsa da, onları eyniləşdirmək olmaz. Qrupun şəxsiyyətə verdiyi qiymət r e a l q i y m ə t d i r . Özünüqiymətləndirmə müxtəlif üsullarla öyrənilir. Məsələn. şagırdlərə özlərini sərbəst surətdə təsvir etrnək təklif olunur. yaxud onlara müəyyən qiymətverici hökmlər yazılmış vərəqələr verilir: bu zaman şagirdlərə onlann zahiri görkəmini və ya hisslərini ifadə edən vərəqələri qruplaşdırmaq təklif olunur. Şagirdlərin özlərini səciyyələndirrnəsini nəzərdə tutan müxtəlif özünüqiymətləndirmə şkalaları və əmsalları da məlumdur. Bu məqsədlə müəyyən sifət - sözlərdən istifadə olunur.
Özünüqiymətləndirmənin böyük ehəmiyyəti vardır. O, insanın davranışının tənzim olunmasında mühüm rol oynayır. İnsanın başqa adamlarla qarşılıqlı münasibətləri, onun öz uğurlarına və uğursuzluqlarına münasibəti, ayrı-ayrı həyati siluasiyalarda davranış və rəftarı özünüqiymətləndirmədən asılıdır. Başqa sözlə, özünüqiymətləndirmə insanın fəaliyyətinin səmərəliliyinə və onun bir şəxsiyyət kimi inkişafına mühüm təsir göstərir.
Hələ XIX əsrin sonlannda özünüqiymətləndirmənin şəxsiyyətin iddia səviyyəsi ilə bilavasitə əlaqədar olduğunu göstərən maraqlı faktlar müəyyən edilmişdi. 1890-cı ildə U. Cems həmin faktlan aşağıdakı orijinal düsturla bclə ifadə etmişdi:
Özünüqiymətləndirmə = müvəffəqiyyət -- iddia
Düsturdan göründüyü kimi, özünüqiymətləndirmənin səviyyəsi iki mühüm amilin - müvəffəqiyyət və iddianın qarşılıqlı əlaqəsi ilə şərtlənir. Bəs, insanın özünü yüksək qiymətləndirməsi nədən asılıdır? Formulda bunun faktik olaraq iki yolu göstərilir.
XIX əsrin sonlarında özünüqiymətləndirmə ilə müvəffəqiyyət və iddia arasındakı asılılıq hələ eksperimental surətdə öyrənilməmişdi.U. Cems bu asılılığı intiutiv surətdə tapmış və onu ümumi şəkildə ifadə etmişdi. Psixologiyada bu problem eksperimental surətdə XX əsrin 30-cu illərindən öyrənilməyə başlanılmışdır.
İddia nədir? Onun müvəffəqiyyətlə nə kimi əlaqəsi vardır? Bu kəmiyyətlər özünüqiymətləndirməyə nəcə təsir göstərir?
30-cu illərin əvvəllərində motivasiya məsələləri psixologiyada daha çox aktuallıq kəsb edirdi. Bu sahədə eksperimental tədqiqatlar aparan alimlərin diqqətini maraqlı bir fakt cəlb etdi: adamlar özlərinin uğurlarına və ya uğursuzluqlarına eyni münasibət bəsləmirdilər. Bir eksperimentlə tatıış olaq: xüsusi lentə bərkidilmiş dəmir qarmaqlar divar boyu müəyyən səratlə hərəkət edir. Təcriibədə iştirak edən adamlara 16 halqa verilir. Onlar müəyyən vaxt ərzində halqaları qarmaqlara atmalıdırlar. Adamların bir qismi eyni nəticəni əldə etdilər: 16 halqadan 10-nu qarmağın üzərinə ata bildilər. Lakin bu zaman onlann əldə etdikləri eyni nəticəyə miixtəlif münasibət bəsləməsi faktı müəyyən edildi: adamların bir qismi sevinir və özündən razı olduğunu bildirir, digər qismi isə öziündən narazı görünürdü. Bu o deməkdir ki, eyni bir obyektiv nəticəni (16 halqadan 10-nu ata bilən) bir adam özü üçün müvəffəqiyyət, başqa birisi isə uğursuzluq kimi qiymətləndilə bilər. Bundan başqa, eyni bir nəticoniıı bir şəraitdə müvoffoqiyyot, başqa bir şəraitdə isə müvəffəqiyyətsizlik kimi qiymətləndirilməsi mümkündür. Bu faktları nə ilə izah etmək olar?
Eksperiment prosesində adamlar öz qarşılarına konkret məqsəd qoyurlar: onlar bu məqsədə müvafiq olaraq müəyyən nəticə əldə etməyə çalışırlar.
Beləliklə, biz eksperimentdə iki kəmiyyətlə: a) adamın əldə etmək i s t ə d i y i nəticə və; b) faktik olaraq g ö s t ə r d i y i nəticə ilə rastlaşırıq. Məsələn, qarmaqlara 16 halqa salmaq istəyir (A), halbuki ona verilmiş vaxt ərzində ancaq 10-nu ata bilir (B).
Müəyyən edilmişdir ki, eksperiment zamanı adaraların əldə etdikləri nəticə öz-özlüyündə hələ müvəffəqiyyət və ya uğursuzluq kimi nəzərdən keçirilə bilməz, hər hansı bir adamın özü haqqındakı təsəvvürlərindən, özünə verdiyi qiymətlərdən və s. asılı olaraq bu və ya digər nəticə müvəffəqiyyət və ya uğursuzluq kimi qiymətləndirilir.
Müasir psixoloji təsəvvürlərə görə insanı özünütənzimədən və özünütəkmüləşdirən sistemdir. Hər bir sistemin mühüm bir xüsusiyyəti vardır: o, bir qayda olaraq, özünün sabitliyini saxlamağa cəhd göstərir.
İnsanın psixi həyatı çoxcehətlidir. Onun duyğuları, təfəkkürü, eləcə də hissləri sahəsində də müxtəlif ziddiyyətlər özünü göstərir. Şəxsiyyətin inkişafının hərəkətverici mexanizmlərini təhlil etmək üçün bu ziddiyyətləri müəyyən etmək kifayətdirmi? Şübhəsiz ki, yox. Həmin ziddiyyətlərin təhlili öz-özlüyündə duyğunun, təfəkkürün və ya hisslərin inkişaf mexanizmini aydınlaşdırmaq imkanı verir, lakin onlar şəxsiyyətin hərəkəlverici mexanizmlərini izah etmak üçün kafi əsas ola bilməz. Qarşıya sual çıxır: bəs, onda biz şəxsiyyətin inkişafının hərəkətverici mexanizmlərini hansı ziddiyyətlər əsasında izah edə bilərik?
Suala cavab vermək üçün biz şəxsiyyətin fəallığının mənbələri məsələsinə diqqəti cəlb etməliyik.
Təlabatların özlərinin təmin olunması daxilən ziddiyyətli prosesdir. Bu məsələni düzgün başa düşmək üçün iki cəhəti nəzərə almaq lazımdır.
Təlabatlar bir qayda olaraq fəaliyyət və ünsiyyət prosesində dəyişirlər: əmələ gələn və təmin olunan tələbat əsasında başqa tələbat əmələ gəlir. Bu iki (əvvəlki və sonrakı) tələbat hətta eyni tipli olduqda belə, çox vaxt bir-birlərini sadəcə olaraq təkrar etmirlər. Onların məzmunu tədricən genişlənir.
İnsan məhz təlabatların aradan qaldırılması prosesində bir şəxsiyyət kimi formalaşır və inkişaf edir. Bu prosesi ən ümumi şəkildə aşağıdakı kimi təsəvvür etmək olar. Fəaliyyət prosesinde əvvəlki tələbatlar dəyişilir, yeni tələbat əmələ gəlir. Lakin insanın real imkanları həmin tələbatları təmin etmək üçün azlıq edir. O, özünün yeni tələbatlannı təmin etmək üçün yeni vasitələr axtarır: müvafiq üsullara, əməliyyatlara, bacarıqlara, biliyə və s. yiyələnir, beləliklə də tələbatlarla onların təmin olunması imkanları arasın-dakı ziddiyyətləri fəaliyyət prosesinde aradan qaldırır. Bu proses ardıcıl suretdə təkrar olunur: hər dəfe tələbatların təmin olunması zəminində yeni tələbatlar əmələ gəlir, yəni tələbatlarla onların real surətdə təmin olunması imkanları arasında ziddiyyət əmələ gəlir. Şəxsiyyət öz fəaliyyəti prosesində onları aradan qaldırır, bu əsasda yenə də müəyyən tələbatlar yaranır. Proses ardıcıl surətdə davam etdikcə, hər dəfə şəxsiyyətin inkişafında yeni cəhətlər xüsusiyyətlər, xassələr əmələ gəlir. Bu zəmində şəxsiyyətin özünə verdiyi qiymət meyarları dəyişir, əldə etdiyi uğurlar, düçar olduğu uğursuzluqlar, bu yolda rast gəldiyi adamlar onü- özünü dərk etməsi üçün şərait yaradır, iddia və gözləmə səviyyələrinə təsir göstərir, nəinki özü haqqında təsəvvürlərini, həm də dünya, insanın borcu və vəzifələri, həyatın mənası, insanın qiymətli keyfıyyətləri haqqında təsəvvürlərini dəyişir. Bu şəraitdə onun motivasiya sahəsi, sərvət meylləri, münasibətlər sistemi formalaşır, mənlik, şüuru inkişaf edir.
Tələbatlar ictimai tarixi xarakter daşıyır:Belə ki, tələbatların «təbiəti və təminolunma üsulları» insanları bir-biri ilə bağlayır (cinslərarası münasibətlər mübadilə, əmək bölgüsü), buna görə də bir-birilə qarşılıqlı münasibətə girmək onlar üçün zəruriləşir.
Bu mühüm faktdan çıxan ilk nəticə bundan ibarətdir ki: a) insanın tələbatlarının formalaşması prosesinə başqa adamlar, xüsusilə kollektiv mühüm təsir göstərir, b) insan başqa adamlarla qarşılıqlı əlaqə şəraitində öz tələbatlarını təmin edərken onların mənafeyini nəzərə almaqla yeni müəyyən sosial normalara, birinci növbədə, əxlaq normalarına əməl etməlidir. Bu o deməkdir ki, kiçik yaşlarından başlayaraq tələbatlann tərbiyə olunması şəxsiyyətin formalaşmasının çox mühüm bir sahəsini təşkil edir.
3.Əxlaqi şüur
Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.

İctimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlər toplusuna Əxlaqi şüur deyilir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildəəks etdirir. Bu anlayışlardan har hansı bir hərəkətin qiymətləndirilməsi zamanı da istifadə edilir. Əxlaqi şüurun əsas anlayışlarına xeyir və şər, borc və vicdan, şərəf və ləyaqət, əxlaqi hisslər, əxlaq normaları, əxlaqi prinsiplər, əxlaqi ideal, əxlaqi qiymətləndirmə və s. aiddir. Əxlaqi şüur insan həyatının əhəmiyyətli tərəflərini – insanların bir-birinə, cəmiyyətə və bütün dünyaya münasibətlərini əks etdirən norma, adət, ənənə, dəb, baxış, ideya, emosiya, hiss və təsəvvürlərdən ibarətdir ki, bunlar da xeyir, şər, ədalət, vicdan, ləyaqət və s. anlayışlarla ifadə olunur.

Əxlaqi şüur anlayışının təşəkkülü hələ qədim dövrlərdən başlayır. Etika ilə məşğul olan ilk filosoflar – Platon, Aristotel, Epikur və başqaları əxlaqın əsas anlayışlarının bir çoxunun, məsələn, ədalət, xoşbəxtlik, müxtəlif fəzilətlər və s.-ni dərin təhlil etmişlər. Hətta müxtəlif anlayışların təsnifatına, içərilərindən ən əsaslarının seçilməsinə də cəhd göstərmişlər. Əsas anlayışın müəyyən edilməsinə, digər anlayışların onun üzərində qurulmasına da təşəbbüs göstərilmişdir. Bu istiqamətdə hərə öz variantını qurmağa çalışsa da, antik etikanın əsas anlayışı xoşbəxtlik sayılırdı. Həzz (zövq almaq) də bu qəbildən idi. Epikur hesab edirdi ki, bütün fəzilətlər öz təbiətinə görə gözəl həyatla əlaqədardır, həzz isə həyatın bizə verdiyi ilk və fitri xoşbəxtlikdir. Sonralar İ.Kant əsas anlayış kimi borcu diqqət mərkəzinə qoyur və onun vasitəsilə digər anlayışları müəyyən etməyə çalışır.

Antik etikanın diqqət mərkəzində, həmçinin, əxlaqi şüurun əsas anlayışlarından olan şəxsiyyətin mənəvi keyfiyyətləri dururdu ki, bunlar da «fəzilət» və «qəbahət» adlanır. «Fəzilət» dedikdə, müsbət əxlaqi keyfiyyətlər – əməksevərlik, təvazökarlıq, nəzakət, xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək, başqasının halına yanmaq və s., «qəbahət» dedikdə isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrətpərəstlik və s. nəzərdə tutulur. «Xalis» əxlaqi və ya qeyri-əxlaqi mənəvi keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə mənəvi keyfiyyətləri əxlaqi və ya qeyri-əxlaqi, «fəzilət» və ya «qəbahət» kimi müəyyən edə bilər.

Əxlaqi şüur fərdi və ictimai olur.

Fərdi əxlaqi şüur insanın daxili aləmi iləəlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıllı, hissiyatlı, iradəli. Bununla əlaqədar, fərdi əxlaqi şüurun 3 komponenti var: 1) ağıl; 2) hisslər; 3) iradə.

Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali sərvətlər haqqında təsəvvürlər, ideya və ya anlayışlardır. İnsanın mənəvi həyatında ağılın mühüm rol oynadığını hələ Sokrat və Platon da qeyd edirdilər.
Əxlaqi hisslər cəmiyyətdəki əxlaq normalarına bəslənən subyektiv münasibətdir. Əxlaqi hisslərin obyekti adamlar, qruplar, münasibətlər, adamların hərəkət və rəftarı, ictimai həyatın qanunları və s.-dir. Bəzən həyatda vaxt və ya informasiya qıtlığı üzündən elə situasiyalar yaranır ki, tək ağıl kifayət etmir, çünki insan hadisələri ildırım sürətilə qiymətləndirməli olur. Bu zaman məhz əxlaqi hisslər ağılın köməyinə gəlir. Vicdan hissi, borc hissi, ədalət hissi və s. bu qəbildəndir. Onlar mənəvi təcrübəyəəsaslanaraq ağılın görə bilmədiyi hərəkətləri və situasiyaları «tuta bilir». İnsanın gündəlik rəftarında vəşüurunda, eləcə də motivasiyasında müsbət (səmimilik, rəhmlilik, dərdə şərik olma, xeyirxahlıq, dostluq, rəğbət, yoldaşlıq, məsuliyyət və s.) və mənfi (fərdiyyətçilik, bədxahlıq, düşmənçilik, paxıllıq, ikiüzlülük, şöhrətpərəstlik, başqasının dərdinə sevinmək və s.) əxlaqi hisslər böyük rol oynayır. Müsbət əxlaqi hisslər mövcud cəmiyyətin birgəyaşayış qaydalarına uyğun, müəyyən davranış normalarına müvafiq hərəkət etməyə xidmət edir. İnsanda olan utancaqlıq, vicdan, məhəbbət və s. hisslər də xeyirxah əməllərin əsas törədicisidir. Mənfi əxlaqi hisslər insanı mövcud əxlaq normalarına uyğun hərəkət etməməyə, öz mənafeyini cəmiyyətin mənafeyindən üstün tutmağa vadar edir. Bəzən insan məhz nifrət, acıq, qibtə, qısqanclıq, özünəvurğunluq, şöhrətpərəstlik hissləri ucbatından zərərli hərəkətlər törədir. Öz hərəkətlərinin ictimai əxlaqa uyğun gəlmədiyini dərk edərək iztirab keçirən zaman insanda təəssüf, peşimançılıq, utancaqlıq, xəcalət və s. kimi əxlaqi hisslər yaranır. Deməli, əxlaqi hisslər mövcud cəmiyyətin rəftar vəəxlaq normalarına insanın bəslədiyi mənfi və ya müsbət münasibətin əks etdirilməsidir. Müxtəlif həyat şəraitində yaşayan insanların əxlaqi hissləri də məzmun etibarilə bir-birindən fərqlənir. Buna görə də hər bir tarixi dövrdə insan hisslərinin tərbiyə edilməsinin məqsəd və istiqaməti dəyişir, yeni forma və məzmun kəsb edir. Ağıl və hisslərin harmoniyası daha effektli olub, insanın məsləklərini təşkil edir. Bunlar isə heç də həmişə reallaşmır.

İradə – əxlaqi şüurun üçüncü elementi və ya komponenti olub, qətiyyət, dözüm, mərdlik, müstəqillik, təkidlilik, konkret işlərə hazır olma, özünüidarəetmə ilə üzə çıxır. İradə insan fəallığının xüsusi forması olub, mürəkkəb psixi prosesdir. Onun 2 əsas funksiyası var: 1) təhriketmə və 2) ləngitmə. Birincidə insan öz arzu və tələbatlarından imtina edərək, daha vacib olanı seçir (məsələn, özü istirahət etmək əvəzinə xəstəyə baş çəkməyə gedir). İkincidə insan öz dünyagörüşünə, əqidə və ideallarına uyğun gəlməyən işləri görməkdən şüurlu surətdə imtina edir. Məhz bu xüsusiyyətlər iradəni motivdən fərqləndirir.

İctimai əxlaqi şüur fərdi əxlaqi şüurla qarşılıqlı əlaqədə formalaşır ki, bunun da daşıyıcısı bütün cəmiyyətdir. İctimai əxlaqi şüurun strukturuna gündəlik əxlaqi şüur və nəzəri əxlaqi şüur aiddir.

Gündəlik əxlaqi şüur hələ ibtidai icma dövründə kortəbii şəkildə yaranaraq müxtəlif əxlaq problemləri, onların qiymətləndirilməsi, əxlaqi hisslərləəlaqədar gündəlik mülahizələri ifadə edir. Bu anlayışlar adətən ziddiyyətli və anlaşılmaz olur. Gündəlik əxlaqi şüur nəzəri əxlaqi şüurla sıx əlaqədardır. Onların arasında «Çin səddi» çəkmək düzgün deyil.

Nəzəri əxlaqi şüur əqli əməyin fiziki əməkdən ayrılması, peşələrin yaranması və bu peşə sahiblərinin – filosofların, müəllimlərin, din xadimlərinin, dramaturqların və başqalarının gənclərin təlim-tərbiyəsi ilə məşğul olması, mənəvi həyatın müxtəlif problemlərini nəzərdən keçirməsi iləəlaqədardır ki, burada da əsas rolu əxlaq fəlsəfəsi olan etika oynayır. O, daha məqsədyönlü şəkildə formalaşır vəəsasən insan varlığının mərkəzinə, həyat əhəmiyyətli məsələlərə doğru tuşlanaraq ardıcıllığı, rasionallığı, sistemliliyi, aydınlığı ilə xarakterizə edilir.

İnsanın mənəvi həyatında inam və hisslər daha çox iştirak etdiyindən məhz onlar əxlaqi şüurun bütün səviyyələrinə nüfuz edir. Bəzi müəlliflər əxlaqi şüurun 2 səviyyəsini ön plana çəkir: 1) hissi-emosional və 2) rasional.

Əxlaqi şüurun hissi-emosional səviyyəsi əxlaqi hiss və həyəcanların məcmusundan ibarətdir. Hisslərin ümumpsixoloji təsnifatına görə zehni və estetik hisslər kimi ali hisslərə aid olan əxlaqi hisslər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Əxlaqi hisslər insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bu hisslər hərəkətin motivi olduğu üçün əxlaqi əhəmiyyətə malik olur. Onlar adətən müxtəlif emosional vəziyyətlərdə yarana bilən borc və vicdan hisslərindən ibarətdir. Belə vəziyyətlər utancaqlıq, peşimançılıq, vicdan əzabı və s. iləəlaqədardır. Şəxsi ləyaqət və şərəf hissi də bu qəbildəndir. Lakin əxlaqi hisslər bununla bitmir. İnsanın hər hansı bir hissi əxlaqi əhəmiyyətə malik ola bilər, belə ki, o, əməl xarakteri daşıyan hərəkətdən törəyir. Məsələn, hər bir insana xas olan qorxu hissi təbii hiss olub, əsasən özünümüdafiə instinkti ilə bağlı olduğu üçün heç bir əxlaqi əhəmiyyətə malik deyil. Lakin müxtəlif situasiyalarda o, həm qorxaqlıq kimi, həm də qorxunu dəf etməyə yönəlmiş cəsarət, igidlik, şücaət və s. kimi üzə çıxır. Bunu digər hisslərə də aid etmək olar: məhəbbət, nifrət, sevinc, heyfsilənmək, məğrurluq və s. Bu əxlaqi hisslər şəxsiyyətin, kollektivin, qrupun spesifik reaksiyasıdır ki, bunlar da insan-insan və ya insanla cəmiyyət arasında baş verir.

Şüur, əxlaqi hisslər və emosiyalar gerçəkliyi əks etdirmənin və hərəkətin motivinin ayrı-ayrı tərəfləri olsa da, bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Əxlaqi şüuru yalnız qaydalardan ibarət olan insan, real həyatla, insanın hiss və iztirabları ilə qarşılaşdıqda ətrafdakılar üçün, adətən, quru, aciz, sxematik təsir bağışlayır. O, insanlara qarşı laqeyddir, sevməyə və nifrət etməyə layiq deyil, onun «normaları» insan qəlbinin dərin qatlarına nüfuz edə bilmir. Emosiya və hisslər insanın mənəvi həyatını daha dolğun edir, əxlaqi şüura sabitlik və aydınlıq gətirir, hərəkətin qəbul edilib–edilmədiyini, qənaətbəxş olub-olmadığını, alqışa və ya məzəmmətə səbəb olduğunu düzgün müəyyən etməkləəlaqədar əxlaqi şüurun qiymətləndirmə bacarığını gücləndirir, hadisələrə olan reaksiyasını tamamlayır.

Əxlaqi şüurun rasional səviyyəsi normativ-dəyər məzmunlu xüsusi tip anlayışlardan ibarətdir ki, bunlara əxlaq normaları, mənəvi prinsip və ideallar, düzgün olan və olmayanlar haqqında ideyalar, əxlaqi qiymətləndirmə aiddir. Şüurun digər formalarında olduğu kimi, əxlaqi şüurda da emosional tərəflə rasional tərəf bir-biri ilə qovuşur, hissi təcrübə ilə idrak (ağıl) birləşir. İ.Kant yazırdı ki, ağıl hissi təcrübəsiz boşdur, hissi təcrübə isə ağılsız kordur (102, 45). Ağıl hisslərə müəyyən ictimai istiqamət verir, şüur isə emosional hisslərin intellektual əsası kimi çıxış edir.

Əxlaq normaları insanların hərəkətlərini müəyyənləşdirir, istiqamətləndirir, nəyi etmək olar, nəyi yox, hansı şəraitdə nə cür hərəkət etmək lazımdır və s. kimi suallarda onlara yardımçı olur, davranış qaydalarının çərçivəsini, standartlarını bildirir. Əxlaq normaları mənəvi və praktik tərəflərin vəhdətindən ibarətdir. Onlar əxlaqi şüurun özəyidir. Əxlaq normaları yalnız davranış qaydaları qarşısında tələblər qoymur, həm də cəmiyyətin buna münasibətini ifadə edir, onları qiymətləndirir. Əxlaq normaları eyni zamanda həm tələb, həm də qiymətləndirmədir. Bunlara norma-tələblər, norma-qiymətləndirmə deyilir. Bundan başqa, hər hansı davranış xəttini müəyyən edən norma-məqsədlər və hərəkəti məhdudlaşdıran və ya qadağan edən norma-çərçivələr də mövcuddur. Bunlar vasitəsilə cəmiyyət şər əməlləri mühakimə edir, xeyir əməllərə bəraət qazandırır. Beləliklə, əxlaq normaları sonuncuların (xeyirin) katalizatoru kimi çıxış edir.

Əxlaqi şüurun tərkib hissəsi olan adət vəənənələr insanların məişətinə möhkəm daxil olaraq davranış qaydalarının sabit tərəfi kim çıxış edir. Onların formalaşması böyük insan birliklərinin iştirakı ilə illərlə, hətta onillərlə davam edir. Bu zaman insanların tələbatı və ictimai rəy nəzərə alınır. «Ənənə» anlayışı «adət» anlayışından daha genişdir. Ənənəyə bir neçə adət daxil ola bilər, məsələn, qonaqpərvərlik, toy adətləri və s. Hərbi, vətənpərvərlik, inqilabi, mədəni, məişət, milli, beynəlmiləl və s. ənənələr də mövcuddur. Bir çox ənənələr minilliklərin sınağından keçib. Öz dövrünü yaşamış, mürtəce xarakter almış adət-ənənələrlə cəmiyyət heyfsilənmədən vidalaşır, insanların xeyrinə olan adətlərin isə qoruyucusuna çevrilir.

Əxlaq prinsipləri əxlaqi şüurun daha mürəkkəb forması olub, ayrıca əxlaq normalarında konkretləşir. Əxlaqi norma və prinsiplərin məcmusu əxlaq kodeksini yaradır. Bütün dini kitablar (əlbəttə, orijinal variantları), ən başlıcası isə Quran özünəməxsus əxlaq kodeksidir. Əxlaq prinsipləri əxlaqi tələblərin ümumiləşmiş ifadəsidir.

Mənəvi ideal əxlaqi şüurun daha geniş, ümumiləşmiş formasıdır. O, bəşər tarixinin nisbətən sonrakı pillələrində yaranıb. İbtidai və quldarlıq cəmiyyətlərində o hələ inkişaf etməmişdi. Əgər əxlaq normaları bugünkü davranış qaydalarını tələbata uyğun ifadə edirsə, mənəvi ideal əxlaqi tələbləri mümkün qədər mütləqləşdirərək gələcəyə tuşlanır. Mənəvi ideal – əxlaqi qiymətləndirmə, prinsip və normaların sintezidir.

Əxlaqi qiymətləndirmə – əxlaqi şüurun mühüm elementi olub, insanların hadisələr, şəxsiyyətlər, adətlər, davranış qaydalarının mənəvi dəyəri haqqındakı təsəvvürləridir. Burada subyektin qiymətləndirilən obyektə rəğbəti və ya tənqidi ifadə olunur. Subyekt – ayrıca insan, insan birliyi, yəni kollektiv, sinif, cəmiyyət; obyekt isə fərdin əməllərindən tutmuş, qlobal ictimai-siyasi hadisələrə və ya tarixi dövrlərədək olan daha geniş anlayışdır. Qiymətləndirməyə aid olan mühakimələrə «bu yaxşı işdir», «bu ədalətli deyil», «layiqli hərəkətdir», «ləyaqətli insandır» və s. daxildir.


Beləliklə, əxlaqi şüurun çoxşaxəli olduğunun şahidi olduq. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin