başını qaldırdı, qəlbindəki həyəcanı boğmadı, böyük günün əbədiliyi eşqinə, inqilabın tribunu
dilləndi:
-Yoldaşlar!...
Bu səs bahar havası, bayram müjdəsi kimi kəndləri, şəhərləri ayıltdı.
-Yoldaşlar!...
Bu səs adamları yeni mübarizələrə, bəxtiyar həyat yollarına çağırdı.
-Yoldaşlar!...
Bu səs parlaq bir qılınc kimi üfüqləri kəsdi, gələcəyə qədər işlədi (Mir Cəlal)
Kataforik əlaqə. Katafor-mətn daxilində sonra gələcək məlumata işarə edən dil elementidir.
Mətndə həmin funksiyada adəti üzrə determinativlər və əvəzliklər çıxış edir. Determinativlər və
əvəzliklər söyləm (söz birləşməsi) şəklində çıxış edərək mürəkkəb sintaktik bütövləri məntiqi-
semantik cəhətdən də bütövləşdirir (13, s.193 (s.138-209).
“Bütövlükdə cümləyə aid olan, cümlənin ümumi məzmunu ilə bağlı olan determinantlar” (3,
s.156) mətndə kataforik əlaqə yaradır, mətnin həcmini genişləndirir: Bir həftə sonra uşaq yoxa
çıxdı. Bir həftədən sonra isə onu dağ yamaclarından birində tapdılar (S.Əhmədli).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
238
Qeyri-determinant vasitələrin də kataforik əlaqənin yaradılmasında rolu var. Məs.: O,
anaların üsyanını çağıran vulkan kimi səsləndi. Bu yaralı səsi nə hava itirdi, nə torpaq boğdu, nə
sular əritdi, nə məsafə pozdu. Busəs ildırım kimi üfüqləri, dağları yarıb ötürdü. Daşları, qayaları
əridirdi. Hər şey, hər yer, həyatın damarına daraşan vəhşilikdən başqa hər kəs busəsi duyur, anaya
acıyır, ananı dinləyirdi. Böyük qəlblər bu səsə, şərəfli anaya acıdı və önündə əyildi (Mir Cəlal).
Beləliklə “mətnin kommunikativ təşkili tipi” anlayışı mətnin funksional, məntiqi-semantik və
formal-qrammatik xarakteristikasının cəmini (yekununu) bir yerə toplayır: 1) mətnin ümumi
funksional istiqaməti- janr tipini müəyyənləşdirməyə imkan verir; 2) mətnin məntiqi-semantik
strukturu bütövlük əmələ gətirir; 3) mətnin tərkibində cümlə-söyləmlərin tipik semantikası və
formal-qrammatik cəhətdən təşkili-qaydaya salınır.
ƏDƏBIYYAT
1.Musayev M. Türkoloji dilçilik. Bakı, Mütərcim, 2012, 456 s.)
2.Гальперин И.Р. Текст как объект лингвистического исследования. М., 1980
3.Kazımov Q. Seçilmiş əsərləri. 10 cilddə, V cild, Bakı, «Nurlan», 2008
4.Məmmədov A. Mətn yaranmasında formal əlaqə vasitələrinin sistemi. Bakı, Elm, 2001
5.Лосева Л.М. Как строится текст. М., 1980
6.Лосева Л.М. Синтаксическая структура целого текста. Одесса, 1974
7.Дресслер В. Синтаксис текста. М., Наука, 1976
8.Гальперин И.Р. О понятии текста. М.: Наука, 1974
9.Гальперин И.Р. Текст как объект лингвистического исследования. М.: Наука, 1981
10.Verdiyeva Z., Ağayeva F., Adilov M. Dilçilik problemləri.I hissə, Bakı, «Maarif»
nəşriyyatı, 1982
11.Закиев М.З. Синтаксический строй татарского языка. Казань, 1963
12.Abdullayev Ə. Mətni anlama modelləri. Bakı, Səda, 1999
13.Kazımov İ. Azərbaycan dilinin funksional sintaksisi: Söyləm.- Veysəlli F.Y., Kazımov
Q.Ş., Kazımov İ.B., Məmmədov A.Y. Azərbaycan dilinin funksional qrammatikası: Sintaqmatika,
söyləm və sadə cümlə sintaksisi. III cild, Bakı, 2014
Vafa Ibishova
Summary
The article analyzes logical-semantic characteristics of the belles- lettristic texts of
Azerbaijan language. Communicative and logical-semantic approach of text opens great
perspectives for investigation of some language mechanisms. The shown characteristics and results
of logical-semantic integrity may accelerate proqress of new linguistic sectors.
Key words: connectivity, cohesion, integration, retrospection, prospection
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
239
BÖLMƏ 6
TÜRK XALQLARININ ƏDƏBIYYATI VƏ FOLKLORU
Alxan Bayramoğlu, fil.ü.e.d., prof.
Bakı Dövlət Universiteti
alxan.memmedov@mail.ru
SEYİD ƏZİM ŞİRVANİNİN İKİ SATİRASI HAQQINDA
Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatı tarixində lirik və satirik şair, publisist,
təzkirəçi, alim, maarifçi, realist qələm sahibi kimi tanınmışdır. Onun əsərləri dəfələrlə nəşr edilmiş,
haqqında elmi əsərlər – məqalə və monoqrafiyalar yazılmışdır. Həmin əsərlərin bir çoxunda şairin
“Həmədan kəndinin əhvalatı” və “Yerdəkilərin göyə şikayəti” satiraları da təhlilə cəlb edilmişdir.
Təhlil və nəşr zamanı “Həmədan kəndinin əhvalatı” satirasına ikinci bir ad verilərək, “Allaha
rüşvət” kimi təqdim olunmuşdur. Bu da həmin satiranın ideyasının, müəllif qayəsinin yanlış dərki
və elmi şərhi ilə nəticələnmişdir. Belə ki, Kamil Mir Bağırovun yazdığına görə, guya, “Allaha
rüşvət” və “Yerdəkilərin göyə şikayətə getmələri” satiralarında müəllifin (S.Ə.Şirvaninin – A. B.)
dinə laqeydlik ruhu özünü hiss etdirir. “Allaha rüşvət” satirası oxucuda allahın “adil” olması
haqqındakı uydurmalara inamsızlıq doğurur. Satirada şairin dini etiqada laqeydliyi və ateistik ruhu
aydın görünür, (5, 226). Sonra K.M.Bağırov sözünə davam edərək bildirir ki, Seyid Əzim “....
ateistik ruhu tərənnüm edən qəzəllərində dini ehkam əleyhinə çıxdığı kimi, “Allaha rüşvət” şeirində
də allahı lağa və məsxərəyə qoyur, allahı rüşvətxor hakimlərə oxşadır, yağışın bol yağmasını allahın
çoxlu rüşvət alması və “həbbi-nişat” atması ilə əlaqələndirir...” (5, 226).
Göründüyü kimi, burada satiranın əsas ideyası izah edilərkən müəllif mövqeyi düzgün
müəyyənləşdirilməyib. Ona görə də S.Ə.Şirvani ateist, “Həmədan kəndinin əhvalatı” isə allaha,
onun rüşvətxorluğunun tənqidinə yönəlmiş bir əsər kimi mənalandırılmış, nəticədə, əsl mətləbdən
yayınılmışdır.
Bu cür vəziyyəti akademik Feyzulla Qasımzadənin yanaşmasında da müşahidə edirik. O,
“XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” (Bakı, 1974) adlı tədqiqatında yazır: “Cahil adamların və
ruhanilərin tənqidində şair bir maarifçi kimi feodalizmə, onun ictimai həyatda və hüquq sahəsində
doğurduğu nəticələrə qarşı çıxır. “Allaha rüşvət” və “Yerdəkilərin göyə şikayətə getmələri” kimi
satiralarında şair ateizmə yaxınlaşır. “Allaha rüşvət” satirasında müəllif avam kəndlinin dili ilə
kəndxudanı allaha, onun yanındakı tazıları isə ölüm məlaikəsi Əzrailə oxşadır... Avam və cahil
mühitdə allahı məsxərəyə qoymağın özü ateizm əlamətlərindən biridir” (4, 426).
Göründüyü kimi, F. Qasımzadə Seyid Əzimin feodalizmin “.... ictimai həyatda və hüquq
sahəsində doğurduğu nəticələrə qarşı çıxdığını” qeyd etsə də, adı çəkilən satiralarda onun ictimai və
hüquqi bəlanı tənqid etdiyini deyil, məhz ateizmə yaxınlaşdığını, ... avam və cahil mühitdə allahı
məsxərəyə qoymağın elə ateizm əlamətlərindən biri” olduğunu vurğulayır.
Bu satiradan danışarkən filologiya elmləri namizədi, dosent Əlifağa Bağırov onun
mövzusunun 1876-cı ildə “Kafkaz” və “Bakinskoe izvestiya” qəzetlərində Şamaxı mahalında
quraqlıq və yağış yağdırmaq məqsədi ilə bağlı keçirilən mərasim haqda “Zaqorsk” imzası ilə dərc
edilmiş bir məqalədən götürüldüyünü yazır (1, 72-73). Ancaq o da satiranın adını “Allaha rüşvət”
şəklində göstərərək bildirir ki, Seyid Əzim “... kəndlilərin dili ilə söylənilən, yuxarıdakı sözlərlə,
xalq arasında müsəllaya olan inamı qırmağa çalışmış, allahın varlığı haqqındakı fikri məsxərəyə
qoymuşdur. Kəndlinin ovçunu “Xudaya”, yanındakı iki tazını Əzrailə, əlindəki şahini Cəbrailə
bənzətməsi Seyid Əzimin, heç şübhəsiz, dinə müxalifətçi meylindən doğmuşdur” (1, 74).
Bu sətirlər Ə.Bağırovun da satiranın mətnindən çıxış etmədiyini göstərir.
Haqqında söhbət gedən satiradan danışarkən filologiya elmləri doktoru Sadıq Hüseynov bir
qədər irəli gedərək yazır:
“Allaha rüşvət şeirində kəndxuda ilə həmin şəxsin yanında ov tazıları olan atlı adamın –
(A.B.) arasında baş verən hadisənin (daha doğrusu, olan söhbətin – A.B.) təsvirində şairin allaha və
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
240
onun simasında hakim qüvvələrə, özlərini imam övladı hesab edən ruhanilərə qarşı istehzası
qüvvətlənir, satirası daha da kəskinləşir.
Burada maymaq, sadəlövh kəndxudanın obrazı nə qədər real, təbiidirsə, avam xalqı soymağa
adət etmiş əmiri-Şahsuvarın obrazı da eyni dərəcədə inandırıcı və qüvvətlidir” (3, 63). Ancaq,
təəssüf ki, S.Hüseynov kəndxudanın maymaqlığı, əmiri-Şahsuvarın xalqı soymağa adət etmələrinin
sosial-psixoloji səbəb və kökləri haqda heç nə demir. Sadəcə olaraq, fikrini belə yekunlaşdırır ki,
“... şeirdə, ümumiyyətlə, allahın “adilliyi” barəsindəki dini əfsanələrə inamsızlıq təbliğ olunur. Şair
(S.Ə.Şirvani – A.B.) yoxsul kəndliləri başa salır ki, sənin “allah”ın bir ovuc tüfeyli ünsürlərdir,
onlar sənin son tikəni belə əlindən alır və səni suya, çörəyə möhtac qoyurlar. “Həbbi-nişat” atmaq
əhvalatı ilə şair zəhmətkeş xalqın hesabına yeyib harınlayan və rəiyyətin üstündə “allahlıq”
edənlərin məişətcə pozğun, əxlaqsız olduqlarını demək istəmişdir” (3, 64).
Bu mülahizələrin hamısı şeirin mətninə və onun yazıldığı dövrün sosial-psixoloji, mənəvi-
əxlaqi xüsusiyyətlərinə əsaslanmayıb, ancaq sovet ideoloji qəliblərindən irəli gəldiyi üçün satiranın
ideyasını, orada güdülən əsas məqsədi ifadə etmir. Professor Xeyrulla Məmmədov “Həmədan
kəndinin əhvalatı” satirasından, onun mövzusu və ideya istiqamətindən, şairin ümumiləşdirmə
bacarığından söhbət açarkən yazmışdır:
“Allaha rüşvət”də ... hakimlərə hər iri və xırda işdən ötrü rüşvət verən kəndlilər yağış
yağdırmaq üçün allaha da rüşvət verməyi qərara alırlar. Kəndli həyatından alınıb məharətlə
ümumiləşdirilmiş bu epizodlar şairə gerilik və maarifsizlik üzündən vətəndaşların avam və nadan
qaldıqlarını göstərmək üçün lazım olmuşdu” (7,19). Müəllif bir neçə il sonra bu fikrini belə
ümumiləşdirmişdir: “Allaha rüşvət” satirasında məmur və ruhanilər tərəfindən soyulan və hər işdən
ötrü rüşvət verməyə adət edən kəndlilərin obrazı ümumiləşdirilmişdir” (8, 193).
Göründüyü kimi, X.Məmmədov özündən əvvəlki müəlliflərdən fərqli olaraq, haqqında
söhbət gedən satiraya əsasən, Seyid Əzimi ateist elan etmir. Ancaq o da fikrini axıradək söyləmir;
mövzusu kəndli həyatından alınan əsərdə, satiranı yazmaqda müəllifin əsas məqsədinin “gerilik və
maarifsizlik üzündən vətəndaşların avam və nadan qaldıqlarını göstərmək, ... məmur və ruhanilər
tərəfindən soyulan və hər işdən ötrü rüşvət verməyə adət edən kəndlilərin obrazını ümumiləşdirmək
üçün lazım olduğunu” bildirməklə kifayətlənmişdir. Bu zaman vətəndaşların, kəndlilərin hər işdən
ötrü məmurlara rüşvət verməyə “adət etmələrinin” sosial-psixoloji, mənəvi-əxlaqi kökləri haqda bir
söz deməmişdir.
Məlum olduğu kimi, çar Rusiyası Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etdikdən
sonra yerli əhalinin güzəranı get-gedə daha da ağırlaşmağa başladı. Bəy, xan, mülkədar zülmünə çar
məmurlarının özbaşnalıqları, qəddarcasına soyğunçuluq və bürokratlıqları, yerli-yersiz həbs, sürgün
və kötək cəzaları da əlavə edilmişdi. Həmin qansızlıq, məmur rüşvətxorluğu və soyğunçuluğu
haqda apardığı real müşahidələrin nəticəsi olaraq, hələ XIX əsrin ortalarında Qasım bəy Zakir
ölkədəki mövcud sosial-psixoloji vəziyyət haqda yazmışdı:
Yüz təşnələbi-qəhr olasan, xadimi dövlət
Verməz bir içim su sənə ta almaya dərya.
Simü zər ilə doldurasan ta gərək ovcun,
Ondan sora zahir qıla şayəd yədi-beyza.
... Hər kimsə ki düşdü tora müşküldü xilası,
Çəkməzlər əl ondan şirəsin sormayalar ta.
Professor Kamran Məmmədov Q.Zakirin “Gün kimi tutub aləmi...” (10, 78-79) sözləri ilə
başlayan bu satirasından danışarkən haqlı olaraq yazmışdır:
“Zakir çar hakimlərinin və yerli ağaların rüşvətxorluğunu xüsusi bir qəzəblə lənətləyirdi”.
O, satiradan dörd misra misal gətirdikdən sonra sözünə belə davam edirdi:
“Böyük şair öz tənqidini konkret həyati hadisələr üzərində qurur, gördüklərinə əsaslanırdı.
Belə olmasaydı, onun satiraları bu qədər həyati, kəskin, canlı olmazdı” (6, 9).
Doğrudan da, satiranın əvvəlində divan əhlinin ədalətdə tayı-bərabəri olmadığı barədəki
söhbətin tamamilə yanlışlığı haqda Q.Zakir belə yazırdı:
...Vallah, yalandır, dəxi billah, yalandır,
Şol söylənən əhval quru ismdir əmma.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
241
Keyfiyyəti-məlumdən ötrü mən özüm də
Bir neçə biladi elədim seyrü təmaşa.
Şair bu müşahidələrinin nəticəsi kimi sözünə davam edir ki, “yüz təşnələbi qəhr olasan
xadimi dövlət...”.
Ölkədə getdikcə kütləvi hal alıb adi həyat tərzinə və yazılmamış qanuna çevrilən bu vəziyyət
əsrin (XIX əsrin) ikinci yarısında artıq ehkama çevrilmişdi. Camaatda belə bir qəti fikir
formalaşmışdı ki, rüşvətsiz ən xırda məsələni belə həll etmək mümkün deyil. Ona görə quraqlıq
ucbatından məhsulun yanıb tələf olmasının qarşısının alınması üçün də hökmən kiməsə rüşvət
verməyin gərəkliyini düşünürlər. Yağışın yağıb-yağmaması isə o zamankı təsəvvürə görə allahın
əlindədir. Belə olan halda rüşvət ancaq allaha verilməlidir ki, quraqlıqdan əziyyət çəkən Həmədan
kəndinin camaatı da məhz bu yolu seçməli olur. Odur ki, mövcud vəziyyətdən bu cür nəticə
çıxarılıb allaha da rüşvət vermək qərarına gəlmələri həmədanlıların avamlıqlarından və
maarifsizliklərindən çox yaşadıqları sosial-siyasi, mənəvi-psixoloji həyat tərzindən irəli gəlmişdir.
Satirada da allahın rüşvətxorluğundan, həmədanlıların allahı rüşvətxor kimi tanıdıqlarından deyil,
düşdükləri quraqlıq bəlasından yaxa qurtarmaq üçün yığışıb “gərək tanrıya rüşvət verək ki, bizə
göydən yağış göndərə (endirə)” (9, 440) qərarına gəlmələrindən söhbət gedir. Qeyd etdiyimiz kimi,
həmədanlılar burada gülüş hədəfindən çox ölkədə hökm sürən məmur özbaşınalığı və
rüşvətxorluğun qurbanıdır. Onlar ümumən Azərbaycanda çarizmin çoxqatlı zülm, işgəncə və
soyğunçuluq siyasətinin acılarını yaşayan, ağır sosial-psixoloji məngənəsi altında əzilən kəndlilərin
ümumiləşdirilmiş obrazıdırlar. Daha bu satirada allah yox, çarizmin işğalçılıq əməllərinin nəticələri,
xalqı hər cəhətdən zəlalətə və cəhalətə salan siyasəti tənqid hədəfi kimi seçilmişdir.
“Yerdəkilərin göyə şikayəti” (9, 478) satirası bu baxımdan “Həmədan kəndinin hekayəsi”nin
məntiqi davamı təsiri bağışlayır; yer üzündəki o zamankı vəziyyətlə bağlı əsərdə oxuyuruq:
Bir zaman tutdu zülm dünyanı,
Ucalır xəlqin ərşə əfqanı.
Hərcü mərc oldu dari-mülki-cahan,
Dəhrdə qətlü qarət oldu əyan.
Yığışıb xəlq etdilər şura,
Göyə getsin gərək neçə dana.
Eyləsinlər şikayət allahə,
Çarə qılsın bu qövmi-gümrahə.
Beləliklə, on nəfərdən ibarət seçmə qrup allahın yanına göndərilir ki, yer üzündə, insanlar
arasında əmələ gələn hərc-mərcliyin, qətl və soyğunçuluğun, insanların bir-birlərinə qənim
kəsilməsinin qarşısının alınması üçün ondan məsləhət alsın. Ancaq onlar dərdlərini, düşdükləri
çıxılmaz vəziyyətdə çarəsizliklərini bildirsələr də, allahdan heç bir məsləhət ala bilmirlər. Daha
doğrusu, tanrı qocalıb əldən düşdüyünü, dünya işlərinin nizamına nəzarəti İsayə verdiyini bildirir.
İsa peyğəmbər isə ondan dərdlərinə çarə istəyən kimsələrə vaxtilə onun və istəklilərinin, əzizlərinin
başına gətirilən oyunları birbəbir onların üzlərinə çırpıb bildirir ki, mənim yenidən yer üzünə,
adamların arasına gəlməyimi istəyirsiniz ki, həmin əməlləri yenidən daha amansızlıqla başıma
açasınız? Bu niyyətinizdən əl çəkin. O həmin imtinanın səbəbini belə izah edir:
Bu xəyalatdan düşün, heyhat!
Zatüvüz çün mənə olub isbat.
Yəni mən bir də xakdanə gələm,
Qoyuban göyləri cahanə gələm?
Canuvuz çıxsın, ey üzü qarə,
Başıvuzçün gedin qılın çarə.
İsanın insanları, ona minnətə gedən kimsənələri rədd etməsinin sosial-mənəvi-əxlaqi
səbəbləri haqda professor Zaman Əsgərli haqlı olaraq yazır: “... İsa... haqq yolundan azmış
bəndələrin dərdinə çarə etmək istəmir. Çünki bir-birinə qənim kəsilmiş bu bəndələr olduqca qəddar
və zülmkardılar” (2,32). Əsərin əsas ideyası da bəşər övladının haqq yolundan, insanlıqdan
tamamilə uzaq düşmələrini, onların hər iki dünyada “üzü qarə” olduqlarını açıb göstərməkdən
ibarətdir. İsa peyğəmbər də onlara sərt şəkildə bildirir ki, öz dərdinizə özünüz çarə qılın, dünyanın
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
242
nizamını öz bəd əməllərinizlə necə pozubsunuz, elə də qaydasına qoyun, başınızın çarəsini qılın.
Demək, yer üzünün, təbiət və cəmiyyətin nizamı, harmoniyası o dərəcədə pozulub ki, bəşər
övladından Allah da, İsa da bezar olub, üz döndəribdir.
Hər iki əsərdə – “Həmədan kəndinin əhvalatı” (“Allaha rüşvət” yox) və “Yerdəkilərin göyə
şikayətə getmələri” satiralarında insanlar düçar olduqları, üz-üzə dayandıqları fəlakətdən qurtarmaq
üçün Allaha müraciət etmək qərarına gəlirlər. Bu fəlakətin biri təbiət hadisəsi, digəri cəmiyyətdə
əmələ gələn xaosla bağlı olub bir-birinin davamı təsiri bağışlayır. Hər iki fəlakətdən xilas yolunu isə
Allaha müraciətdə görürlər. Əslində, birinci əsərdəki Allaha müraciət qərarı da, göstərdiyimiz kimi,
cəmiyyətdə nizamın pozulması, məmur özbaşınalığı və rüşvətxorluğun tüğyan etməsi səbəbindən
insanları, Həmədan kəndlilərini həmin qərara – Allahın da onlardan rüşvət umub gözləməsi
qənaətinə gətirmişdir. Seyid Əzim Şirvani isə cəmiyyətdə əmələ gələn bu nizamsızlıqları – əqli,
şüuri, sosial-siyasi, mənəvi-əxlaqi pozuntuları (Allahı yox) tənqid etmək, bəşər övladını haqq
yoluna çağırmaq məqsədi ilə həmin əsərləri qələmə almışdır.
ƏDƏBIYYAT
1.
Bağırov Ə.A. S.Ə.Şirvani və məktəb. Bakı, Maarif, 1986.
2.
Əsgərli Z. S.Ə.Şirvani. Bakı, Elm, 2005.
3.
Hüseynov S. S.Ə.Şirvani. Bakı, Yazıçı, 1987.
4.
Qasımzadə F. XIX əsr Azərbaycan Ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974.
5.
Mir Bağırov K. S.Ə.Şirvani. Bakı, Uşaqgəncnəşr, 1959.
6.
Məmmədov K. Ön söz. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, Yazıçı, 1984, səh. 3-18.
7.
Məmmədov X. Seyid Əzim Şirvani. S.Ə. Şirvani. Seçilmiş əsərləri. Bakı, Maarif, 1990,
səh. 5-23.
8.
Məmmədov X. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, CBS, 2006.
9.
Şirvani S.Ə. Əsərləri. 3 cilddə. II c. Tərtibçi və şərhlərin müəllifi Süleyman Rüstəmov.
Bakı, Azərb.SSR EA nəşr-tı, 1969.
10.
Zakir Q. Seçilmiş əsərləri. Tərtib və müqəddimə Kamran Məmmədovundur. Bakı,
Yazıçı,1984.
Elman Hilaloğlu (Quliyev), fil.ü.e.d., prof.
AMEA akad.Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
“Türk filologiyası” şöbəsi, aparıcı elmi işçi
elman.guliyev@box.az
ZİYA PAŞA YARADICILIĞINDA SATİRA
XIX əsr Türkiyə türk ədəbiyyatının Avropa meylli nümayəndələrindən biri də Əbdülhəmid
Ziya Paşa (1829-1880) olmuşdur. Ziya Paşanın yaradıcılığı olduqca zəngin və maraqlıdır. O,
Tənzimat ədəbiyyatının əsas simalarından biridir. Şair Tənzimat ədəbiyyatının nümayəndəsi olmaq
etibarilə divan şeirinin də inkişafında xidmətləri olan sənətkarlardandır. “Tərcibənd”, “Tərkibbənd”,
“Zəfərnamə şərhi”, “Röya”, “Vərasəti səltənəti seniyə”, “Ərzi-hal” və s. əsərlərin, bir çox
tərcümələrin və dil-ədəbiyyatla bağlı məqalələrin müəllifidir. Ziya Paşanın “Külliyatı Ziya Paşa”
adlı şeirlər toplusu 1924-cü ildə İstanbulda çap olunmuşdur. Divan adlandırılan həmin şeirlər
toplusuna Şeyx Qalib, Füzuli, Nedim, Nabi kimi klassik şeir ustadları üslubunda yazılmış minacat,
nət, mərsiyə, qəsidə, qəzəl və s. nümunələr daxil edilmişdir. Lakin Ziya Paşa yaradıcılığında klassik
şeir ənənəsi mühafizə olunsa da, bu şeirlərin bir çoxu mövzu və ideya baxımından Avropayönlü
ədəbiyyat nümunələrinə yaxındır. Çünki bu nümunələr forma etibarı ilə köhnə, məzmun etibarı ilə
yeni şeirlər hesab olunurdu. Ziya Paşanın qəsidələrində İran, qəzəllərində isə türk şeir ənənələrinə
bağlandığı qeyd olunsa da, bir tənzimatçı kimi yaradıcılığındakı üstünlük Qərb ədəbi ənənələrinin
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
243
xeyrinə inkişaf edirdi.
Ziya Paşanın qəzələ gətirdiyi yeni məna və ifadələr şairin Avropa ədəbi dəyərlərinə verdiyi
üstünlüyün nəticəsi idi. Konkret desək, Ziya Paşa ilk növbədə qəzəldəki lirik duyğu ifadəsini
ictimai-siyası düşüncə ifadəsi ilə əvəzləyə bildi. Bu səbəbdən şairin yaradıcılığında ictimai-siyasi
səciyyə genişlənməyə başladı.
Ziya Paşa divan ədəbiyyatındakı məhəlliləşmə cərəyanının fəal üzvlərindən biri kimi
tanınmışdır. Divan ədəbiyyatındakı məhəlliləşdirmə cərəyanı aşıq tərzi ilə divan tərzinin
birləşməsindən yaranan bir ədəbi hərəkatdır. Ona görə də Ziya Paşanın belə bir üslubda yazılmış
şeirləri dil baxımından sadə və anlaşıqlıdır.
Dağları duman bürüdü, əğyar seçilməz,
Ovçu qurmuş tuzağını yarə keçilməz,
Vəfasızın məclisində badə içilməz.
Gir sürüyə, qurd qapmasın, gəl, quzucağım,
Sonra yardan ayrılarsan, ah, yavrucağım.
Ziya Paşanın bir çox şeirləri dil və ifadə baxımından xalq yaradıcılığı ənənəsinə uyğun
olaraq daha çox diqqəti cəlb edir:
Neçün naləndəsən böylə,
Könül, dərdin nədir, söylə
Səni mən istəməm öylə,
Könül, dərdin nədir, söylə.
Havalandın bu günlərdə,
Nə yel əsdi əcəb sərdə.
Dəva olmazmı bu dərdə?
Könül, dərdin nədir, söylə.
Yaxud:
Dostları ilə paylaş: |