I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 396,5 Kb.
səhifə16/33
tarix02.01.2022
ölçüsü396,5 Kb.
#5428
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
xvi


[16] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 8-ci maddənin ikinci hissəsində “həkim-əmək” sözləri “tibbi-sosial” sözləri ilə, “Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyinə” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.


xvii[17] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrin adında və mətnində müvafiq hallarda “əlillərin”“əlillər” sözlərindən sonra müvafiq olaraq “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri və “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir və 8-ci maddənin ikinci hissəsində “əlil” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilmişdir.



xviii[18] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə II fəsil yeni redaksiyada verilmişdir. Fəslin əvvəlki redaksiyasında deyilirdi:

II. ƏLİLLİYİN QARŞISININ ALINMASI VƏ TİBBİ BƏRPA

Maddə 9. Əlilliyin qarşısının alınması

Əlilliyin qarşısının alınması irsi xəstəliklərin aradan qaldırılmasına, əhalinin sağlam həyat tərzi, ekoloji təhlükəsizlik, zərərsiz əmək şəraiti, səmərəli qida maddələri ilə təmin olunmasına, xəstələrin vaxtında müalicəsinə yönəldilmiş kompleks tədbirləri özündə birləşdirir.

Əlilliyin qarşısının alınması üzrə tədbirlər sistemini respublikanın səhiyyə orqanları hazırlayırlar. həmin tədbirləri müəssisələr, idarələr və təşkilatlar səhiyyə müəssisələri və həm-karlar təşkilatları ilə birlikdə həyata keçirirlər.

Maddə 10. Müəssisələr, idarələr və təşkilatlar tərəfindən orada işləyən vətəndaşların təhlükəsiz əmək şəraiti ilə təmin olunması

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar orada işləyən bütün vətəndaşları təhlükəsiz əmək şəraiti ilə təmin edir və onların əmək qabiliyyətinin aşağı düşməsinə, sağlamlığına yetirilmiş ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır, müalicə və bərpa xərclərini öz öhdəsinə götürür.

Maddə 11. Tibbi bərpa

Tibbi bərpa—əlilliyə gətirib çıxaran xəstəliyin, fəsadların qarşısını almaq məqsədilə müxtəlif xəstəliklərin, xəsarətlərin, fiziki, əqli və başqa qüsurların müalicəsinə yönəldilmiş tədbirlər sistemidir.

Tibbi bərpanı tibbi-sanitariya xidməti və ixtisaslaşdırılmış bərpa mərkəzləri həyata keçirirlər.

Maddə 12. Tibbi-peşə bərpası

Tibbi-peşə bərpası əlilin yenidən əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpasına, peşə seçilməsinə və əlilin yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmişdir.

Maddə 13. Əlillərin fərdi bərpa proqramı

Əlillərin tibbi, peşə və sosial bərpası dövlət orqanları və əlillərin ictimai təşkilatları nümayəndələrinin iştirakı ilə tibbi-sosial ekspertizanın rəyi əsasında müəyyənləşdirilmiş fərdi bərpa proqramı üzrə həyata keçirilir.

Əlillərin fərdi bərpa proqramı bərpa tədbirlərinin, eyni zamanda sosial yardımın növlərinin konkret həcmini, növünü və keçirilmə müddətini müəyyən edir.

Fərdi bərpa proqramı elə bir sənəddir ki, müvafiq dövlət orqanları, eyni zamanda mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələr, idarələr və təşkilatlar tərəfindən hökmən icra edilməlidir.

Maddə 14. Əlillərə tibbi xidmət

Əlillərə dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmət göstərilməsinə zəmanət verilir.

Əlillər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada ambulator-poliklinika müəssisələrində və apteklərdə müstəsna xidmətdən istifadə etmək, eyni zamanda sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüququna malikdirlər.


xix[19] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 10-cu maddədə "Əlilləri Sosial Müdafiə Fondundan, tibbi sığorta fondundan, məşğulluq fondundan ayırmalar, habelə hüquqi və fiziki şəxslərin ianələri və digər qanuni mənbələrdən daxil olan vəsait" sözləri "Dövlət Sosial Müdafiə Fondu vəsaiti" sözləri ilə əvəz edilmişdir.
22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 10-cu maddədə “dövlət və yerli büdcələrdən, Dövlət Sosial Müdafiə Fondu” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz edilmişdir.


xx[20] 20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 3, maddə 145) ilə 11-ci maddəyə ikinci hissə əlavə edilmişdir.

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə II fəslin adında, 9-cu maddənin adında və mətnində, 10-cu maddənin adında və mətnində və 11-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “əlilliyin” və “əlillərin” sözlərindən sonra ismin müvafiq hallarında “, uşaqların sağlamlıq imkanları məhdudluğunun”“, sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.



xxi[21] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 13-cü maddənin adında “əlilliyin” sözü “sağlamlıq imkanları məhdudluğunun” sözləri ilə əvəz edilmişdir.


xxii[22] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 13-cü maddəyə ikinci hissə əlavə edilmiş, əvvəlki ikinci hissə üçüncü hissə hesab edilmişdir.


xxiii[23] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 14-1-ci maddədən "güzəştli şərtlərlə apteklərdən dərman almaq" sözləri çıxarılmışdır.


xxiv[24] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 14-2-ci maddəsinin üçüncü hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Fərdi reabilitasiya proqramının müvafiq dövlət təşkilatları, eyni zamanda müəssisələr, idarələr və təşkilatlar tərəfindən icrası məcburidir.


xxv[25] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 14-2-ci maddəyə maddənin adında "reabilitasiya müəssisələri" sözlərindən sonra "(mərkəzləri)" sözü əlavə edilmiş və əvvəlki üçüncü hissə dördüncü hissə hesab edilmişdir.


xxvi[26] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 15-ci maddənin adında, birinci, üçüncü və dördüncü hissələrində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilsin, ikinci hissəsində “əlil uşaqların və yeniyetmələrin” sözləri “sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin” sözləri ilə əvəz edilmişdir.


xxvii[27] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 15-ci maddənin ikinci hissədə “təlim-tərbiyəsini” sözləri “təhsilini” sözü ilə, “orta, texniki-peşə” sözləri “ümumi, ilk peşə-ixtisas” sözləri ilə əvəz edilmişdir.


xxviii[28] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 15-ci maddənin üçüncü hissədə “evdə tədris formasında və fərdi dərs planları üzrə” sözləri “evdə təhsil və fərdi təhsil formalarında” sözləri ilə əvəz edilmişdir.


xxix[29] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 15-ci maddənin ikinci hissəsində "fərdi reabilitasiya proqramına uyğun surətdə" sözləri "psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədərə," sözləri ilə əvəz edilmiş, həmçinin beşinci hissə əlavə edilmişdir.


xxx[30] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 17-ci maddənin ikinci hissəsində “əlilə” sözü “uşağa” sözü ilə əvəz edilmişdir.


xxxi[31] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 18-ci maddənin adında və mətnində “tərbiyəsi” sözü “təhsili” sözü ilə əvəz edilmişdir.


xxxii[32] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 19-cu maddənin adında “orta,” sözü “ümumi,” sözü ilə əvəz edilmişdir.


xxxiii[33] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 19-cu maddənin birinci hissədə “orta,” sözü “ümumi,” sözü ilə, hər iki halda “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.


xxxiv[34] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 19-cu maddənin ikinci hissədə “texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin” sözləri “ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.


xxxv[35] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 19-cu maddənin üçüncü hissəsində "reabilitasiya müəssisələrində" sözlərindən sonra "(mərkəzlərində)" sözü əlavə edilmişdir.


xxxvi[36] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 19-cu maddənin dördüncü hissədə hər iki halda “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.


xxxvii[37] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 19-cu maddənin altıncı hissəsi çıxarılmışdır.


xxxviii[38] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 19-cu maddənin yeddinci hissəsində “əlil tələbələrə” sözləri “əlil və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrə, şagirdlərə” sözləri ilə əvəz edilmişdir.



xxxix[39] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 19-cu maddənin səkkizinci hissədə “ödənişli formada” sözləri “ödənişli əsaslarla” sözləri ilə əvəz edilmişdir.


xl[40] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 19-cu maddənin doqquzuncu, onuncu və on birinci hissələri çıxarılmışdır.


xli[41] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə 20-ci maddədə "daim qalan" sözləri "uzunmüddətli (21 gündən artıq) olan" sözləri ilə əvəz edilmişdir.



xlii[42] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 21-ci maddənin adında və birinci hissədə “ixtisasının artırılması” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.


xliii[43] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 21-ci maddənin birinci hissədə “ocaqlarında” sözü “müəssisələrində” sözü ilə əvəz edilmişdir.


xliv[44] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 21-ci maddənin birinci hissəsində “fərdi bərpa proqramına” sözlərindən sonra “və əlillərin reabilitasiyası haqqında dövlət proqramına” sözləri, “təhsil ocaqlarında” sözlərindən sonra “o cümlədən dövlət məşğulluq xidmətinin tədris mərkəzlərində” sözləri əlavə edilmiş, eyni zamanda maddəyə birinci hissədən sonra ikinci hissə əlavə edilmişdir.


xlv[45] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 21-ci maddənin birinci hissədə “ocaqlarında” sözü “müəssisələrində” sözü ilə əvəz edilmişdir.


xlvi[46] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40) ilə 21-ci maddənin dördüncü hissədə “ixtisasartırma” sözü “əlavə təhsil” sözləri ilə əvəz edilmişdir.


xlvii[47] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 24-cü maddənin ikinci hissəsində ismin müvafiq hallarında “əlilin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud uşağın” sözləri əlavə edilmişdir və “əlillik” sözü “sağlamlıq imkanlarının məhdudluğu” sözləri ilə əvəz edilmişdir.



xlviii[48] 25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378) ilə 24-cü maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Müvafiq müəssisələrdə tibbi, peşə və sosial reabilitasiya keçən şəxsin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq müdiriyyətin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.


xlix[49] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddənin birinci hissəsində “Yerli hakimiyyət orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar Sosial Təminat Nazirliyinin orqanları” sözləri “Müvafiq icra hakimiyyəti orqanları, müəssisələr (birliklər), idarələr və təşkilatlar” sözləri ilə əvəz edilmişdir.


l[50] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Əlillər cəmiyyətlərinin həmkarlar ittifaqları və sosial təminat orqanları ilə birlikdə əlillər üçün iş yerləri yaradılması, müəssisə və təşkilatlarda iş yerləri üzrə kvota müəyyən edilməsi barədə təklifləri yerli hakimiyyət orqanları təsdiq edirlər.

1 iyun 2004-cü il tarixli 679-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 596) ilə 25-ci maddənin ikinci hissəsində "mövcud olan hər iyirmi beş iş yerindən biri əlillər üçün nəzərdə tutulur" sözləri "əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir" sözləri ilə əvəz edilmişdir.




li[51] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddəyə ikinci hissəsindən sonra üçüncü hissə əlavə edilmiş və üçüncü, dördüncü və beşinci hissələr müvafiq olaraq dördüncü, beşinci və altıncı hissələr hesab edilmişdir.


lii[52] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddənin dördüncü hissəsindən “ilin yekunlarına görə mənfəətlərindən” sözləri çıxarılmış, “minimum” sözü “respublika üzrə orta aylıq” sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 25-ci maddənin dördüncü hissəsində "əlilləri sosial müdafiə fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilmişdir.


22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 25-ci maddənin dördüncü hissəsində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilmişdir.


liii[53] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddənin beşinci hissəsindən “kvota müəyyənləşdirilmiş” sözləri çıxarılmışdır.


liv[54] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 25-ci maddənin altıncı hissəsi çıxarılmışdır.


lv[55] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 26-cı maddənin birinci hissəsində “əlil ” sözündən sonra “ və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud” sözləri əlavə edilmişdir.


lvi[56] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 26-cı maddənin ikinci hissəsində “həmin işçinin on illik əmək haqqı” sözləri “respublika üzrə orta aylıq əmək haqqının 120 misli” sözləri ilə əvəz edilmişdir.

15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 26-cı maddənin ikinci hissəsində "əlilləri sosial müdafiə fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilmişdir.



25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378) ilə 26-cı maddənin ikinci hissəsində “Göstərilən” sözündən əvvəl “Müəssisənin ləğv edilməsi halları istisna olmaqla” sözləri əlavə edilmiş və “(bağlaşmasını)” sözü “(kontraktı)” sözü ilə əvəz edilmişdir.
22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 26-cı maddənin ikinci hissəsində və 49-cu maddədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilmişdir.


lvii[57] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 27-ci maddənin adı dəyişdirilmişdir. Əvvəlki redaksiyasında deyilirdi:

Maddə 27. Əlillərin əməyindən istifadə üçün ixtisaslaşdırılmış müəssisələrin, sexlərin və sahələrin yaradılması


lviii[58] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 27-ci maddəyə yeni ikinci, üçüncü və dördüncü hissələr əlavə edilmişdir.


lix[59] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 23-cü, 24-cü, 25-ci, 27-ci, 28-ci maddələrin adında və mətnində ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin” sözləri əlavə edilmişdir.



lx[60] 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 28-ci maddəsinin birinci hissəsinin ikinci cümləsi və ikinci hissəsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Belə müəssisələrə, idarələrə və təşkilatlara mənfəət vergisinin 50 faizi məbləğində güzəşt verilir.

İşləyənlərin ümumi sayının (əvəzçilik üzrə işləyənlər nəzərə alınmadan) azı 50 faizinin əlillərdən ibarət olduğu müəssisə, idarə və təşkilat mənfəət vergisindən azad edilir.


Yüklə 396,5 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin