I. ÜMUMİ MÜDDƏALAR Maddə 1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. iv[4]
Maddə 2. Əsas anlayışlar Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.