I[1] azərbaycan respublikasinin qanunu ii[2]



Yüklə 396,5 Kb.
səhifə6/33
tarix02.01.2022
ölçüsü396,5 Kb.
#5428
1   2   3   4   5   6   7   8   9   ...   33
Sosial reabilitasiya – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları sistemidir. v[5]
Maddə 3. Tibbi-sosial ekspertiza vi[6]
Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.

Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə, əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.

Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. vii[7]


Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır. viii[8]


Maddə 4. Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi ix[9]
Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspert komissiyasının rəyinə əsasən və əlilin, sağlamlıq imkanları məhdud uşağın peşə və məişət fəaliyyəti, təhsil alma qabiliyyəti nəzərə alınmaqla təyin edilir. Əlilin, sağlamlıq imkanları məhdud uşağın zəruri sosial müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi proqram şəklində təqdim olunur. x[10]

Maddə 4-1. Şəxsin əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılması xi[11]


Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır.

Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir.

Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. xii[12]
Maddə 5. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına müvafiq Dövlət Proqramına uyğun olaraq maliyyələşdirilir. Dövlət Proqramı hər il müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. xiii[13]
Maddə 6. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin edən dövlət orqanları
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.

Müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir. xiv[14]


Maddə 7. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə dair dövlət siyasətinin həyata keçirilməsində müəssisələrin, idarələrin və təşkilatların iştirakı
Müəssisələr, idarələr və təşkilatlar əlillərin və sağlamlıq imkanları məhdud uşaqların problemlərinə dair dövlət siyasətinin həyata keçirilməsində iştirak edirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial təminatını yaxşılaşdırmaq məqsədilə müəssisə, idarə və təşkilatların öz vəsaiti hesabına onların həyatının sığortası və bədbəxt hadisələrdən sığortası təmin edilir.



Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən azad edilir.

Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin edilir. xv[15]

Maddə 8. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması


Azərbaycan Respublikasında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur.

Respublika vətəndaşı onun əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılıb-sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər. xvi[16]

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulmasında təqsiri olan vəzifəli şəxslər və başqa vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş qaydada və hədlərdə maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. xvii[17]


Yüklə 396,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin