III. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN TƏRBİYƏSİ, TƏHSİLİ VƏ PEŞƏ HAZIRLIĞI
Maddə 15. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün şəraitin təmin edilməsi xxvi[26]
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şəraitin yaradılmasına təminat verir.
Müvafiq icra hakimiyyəti orqanları sağlamlıq imkanları məhdud uşaqların və 18 yaşından yuxarı əlillərin məktəbəqədər təhsilini, dərsdənkənar vaxtlarda tərbiyəsini, psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını Azərbaycan, Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada təmin edirlər.xxvii[27]
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili və peşə hazırlığı müxtəlif formalarda, o cümlədən evdə təhsil və fərdi təhsil formalarında həyata keçirilir. xxviii[28]
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığı üçün xüsusi olaraq pedaqoji kadrlar hazırlanmasını təmin edir.
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili qanunvericilik aktları ilə tənzimlənir. xxix[29]
Dostları ilə paylaş: |