Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 48-ci maddənin adında və mətnində ismin müvafiq hallarında “əlillərin” sözündən sonra ismin müvafiq hallarında “, sağlamlıq imkanları məhdud 18 yaşınadək işçilərin” sözləri əlavə edilmişdir.
cviii[108] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 49-cu maddədən “pensiya fondunun, sosial sığorta fondunun” sözləri çıxarılmışdır.
15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 49-cu maddədə "əlilləri sosial müdafiə fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilmişdir.
9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (