İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə41/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   37   38   39   40   41   42   43   44   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
40 
MÜXTƏLİF ƏLAMƏTLƏRƏ GÖRƏ İNFORMASİYA 
SİSTEMLƏRİNİN TƏSNİFATI 
 
İqtisadi informasiya sistemləri texnoloji aspektdə idarəetmə prosesində 
yerinə yetirdiyi funksiyalara görə aşağıdakı kimi təsnifləndirilir:

informasiya-axtarış; 

informasiya–işlənmə; 

informasiya - məsləhətçi; 

məlumatların ötürülməsi sistemləri; 

informasiya - sorğu və s. 
İnformasiya-axtarış sistemləri məlumatların axtarışına və təzələnməsinə 
görə məntiqi əməliyyatların yerinə yetirilməsinə istiqamətlənir. 
İnformasiya–işlənmə sistemlərinə iqtisadi informasiyanın çevrilməsi 
məsələlərinin həllini təmin edən sistemlər daxildir. 
İnformasiya-sorğu sistemlərinin vasitəsilə yalnız axtarış əməliyyatlarının 
reallaşdırılması deyil, həmçinin axtarış, nəticələrin məntiqi işlənməsi, cavabların 
formalaşdırılması, sorğular üzrə verilməsi həyata keçirilir. 
İnformasiya-məsləhətçi bir sistem kimi daha yüksək pillədə durur. Onların 
vasitəsilə standart proqramlar üzrə istehsal–maliyyə fəaliyyətinin təhlili, idarəetmə 
qərarlarının qəbul edilməsi üzrə nəticələrin və tövsiyələrin formalaşdırılması təmin 
edilir. 
İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS 
KOMPONENTLƏRİ VƏ FƏALİYYƏT SXEMİ 
 
İqtisadi informasiya sistemləri növlərinin müxtəlifliyindən və tətbiq edildikləri 
sahələrdən asılı olmayaraq özünün tərkibində aşağıdakı üç əsas komponentlər 
yığımını birləşdirir: 

funksional komponentləri

məlumatların işlənməsi sisteminin komponentlərini

təşkilati komponentləri. 
Ümumiyyətlə iqtisadi informasiya sistemlərinə aşağıdakıları aid etmək olar: 

funksional komponentləri; 

funksional altsistemləri

funksional məsələləri; 

modellər və alqoritmləri; 

məlumatın təhlili (işlənməsi) sisteminin komponentlərini; 

informasiya təminatını; 

proqram təminatını; 

texniki təminatı; 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin