İnteqral triggerləR



Yüklə 107 Kb.
səhifə2/4
tarix30.12.2021
ölçüsü107 Kb.
#49082
1   2   3   4
TRİGGERLƏR

Q


R Q

a) b)


Şəkil- 20. ''VƏ DEYİL'' məntiqi elementlər əsasında asinxron RS trigger;

a) şərti işarəsi, b) funksional sxemi


''VƏ YA –DEYİL '' elementləri üzərində qurulan asinxron RS triggeri üçün r=S=1 kombinasiyası qadağandır.

'' VƏ DEYİL'' elementləri üzərində qurulan asinxron RS triggeri üçün r=S=0 kombinasiyası qadağandır.

Triggerin etibarlı işləməsi üçün S və R girişlərində siqnalın davametmə müddəti (ti), triggerin tam yeni çıxış vəziyyəti alması üçün hər iki çiyinin çevrilməsindən alınan gecikmələrin cəmindən asılı olmalıdır, yəni

burada ti-impulsun davametmə müddəti t i.d.gec – işə düşmə (çevrilmə) zamanı alınan gecikmə müddətidir.

Çevrilmənin buraxıla bilən işçi tezliyi [f=1/(2 t i.d.gec)] R və S girişlərinə daxil olan ardıcıl siqnallar arasındakı zaman intervalı ilə müəyyən edilir.

RS –triggerlər daha mürəkkəb trigger qurğularının əsasını təşkil edirlər.

Sinxron RS trigger – əgər səviyyə sinxronlaşdırılırsa, onda onun hər bir çiynindəki birinci girişlər ümumiləşdirilib (birləşdirilib), takt impulsları üçün C girişini təşkil edirlər. İkinci girişlər informasiya yazılma girişləri s (1) və R (O) adlanırlar.

Beləliklə, S və R girişlərinə gələn informasiya, yalnız takt impulsunun C girişinə gəlməsi ilə triggerə yazılır, yəni

S * C = 1 Q = 1; R * C = O Q = 0
kombinasiyaları, '' VƏ- DEYİL'' elementləri əsasında qurulan sinxron trigger üçün normaldır. Bu trigger üçün S*R*C=1 kombinasiyası qadağan olunmuşdur. Qadağan kombinasiyasını, sxemə əlavə rabitə (qırıq-qırıq xətt) verməklə aradan qaldırmaq olar (şəkil ---), yəni S=R=C=1 vəziyyətində, DD3 və DD4 elementlərin çıxışlarında eyni zamanda məntiqi '' O'' vəziyyəti yarana bilməz. C=1 halında, hər hansı bir ixtiyari anda, trigger, S və R informasiya girişlərindəki siqnallara əsasən işə düşəcək.

Cəbhə ilə sinxronlaşdırılan sinxron RS trigger almaq üçün yuxarıdakı sxemə ''VƏ-DEYİL'' edementləri və bəzi rabitə dövrələri əlavə etmək lazımdır.

Burada S=O, R=1 və C girişində siqnal ''O'' –dan ''1'' –ə keçən anda DD1 elementinin çıxışında ''O'' səviyyəsi yaranır. Bu qiymət DD3 elementinin girişinə verilir və S girişinə verilən sonrakı siqnalların qiymətindən asılı olmayaraq, onun çıxışında ''1'' səviyyəsi təmin edilir.Beləliklə, S girişi məntiqi siqnal üçün baglanır. S və R girişlərində siqnalların sonrakı dəyişməsi trigger tərəfindən qəbul olunmur. Yalnız C girişinə siqnalın səviyyəsi ''O''- dan ''1''-ə keçən anda trigger işə düşür

Belə bir trigger ‘’VƏ YA-DEYİL’’ elementləri üzərində də qurula bilər. Lakin sinxronlaşdırma ‘’1’’-dən ‘’O’’ –a (1/0) keçən cəbhədə qeyd olunur.

D-növlü (gecikdirici) trigger – iki dayanıqlı vəziyyətli olub, bir informasiya girişinə – D (Delay -gecikdirmə), bir də taktlayıcı C girişinə malikdir.


D 0

Q 1 Q


1 0

Q C Q


a) b)
Şəkil 21- də ‘’VƏ DEYİL’’ məntiqi elementlər üzərində qurulan D-triggerin şərti işarəsi (a) struktur sxemi, (b) zaman diaqramları göstərilmişdir.

Əgər sinxronlaşdırıcı (taktlayıcı) girişdə C=0 məntiqi siqnal olarsa, onda triggerin vəziyyəti sabitdir və informasiyagirişindəki siqnalın səviyyəsindən asılı deyil. Sinxronlaşdırıcı girişə C=1 siqnalı verilərsə, triggerin düz çıxışındakı informasiya, girişinə verilən informasiyanı təkrar edir. Beləliklə, C=0 halında, Qn+1=Qn. Lakin c=1 halında Qn+1=Dn olur.

Burada Qn sinxronlaşdırıcı impulsun verilməsindən əvvəl düz aşağıdakı məntiqi səviyyə, Qn+1,- sinxronlaşdırıcı impuls verildikdən sonra həmin çıxışda məntiqi səviyyədir.

Göstərdiyimiz D triggerldə çıxış siqnalı, giriş siqnalına nisbətən, sinxrosiqnallar arasındakı fasilə müddəti qədər gecikdirilir.’’Q’’ məntiqi ‘’1’’ siqnalı ilə sinxronlaşdırılır. Əgər trigger, ‘’ VƏ YA- DEYİL’’ sxemləri əsasında qurulmuşsa, onda o, məntiqi ‘’O’’ siqnalı ilə taktlanır. Triggerin dayanıqlı işlənməsi üçün informasiya siqnalı, sinxroimpulsun davametmə müddətində dəyişməməlidir.

T- növlü (sayıcı) trigger- iki dayanıqlı vəziyyətli olub, bir idarəedici (C ) girişə malikdir. O, C girişinə gələn hər bir idarəedici (sayıcı) siqnalın təsiri ilə öz vəziyyə tini dəyişir. Triggerin xarakteristik məntiqitənliyini aşağıdakı kimi göstərmək olar.
Q n+1=Qn Qn + Qn Qn ;
T- trigger tamamlanmış mikrosxem şəklində buraxılmır. Lakin bu növ trigger, D- trigger əsasında (əgər D triggerin inkar çıxışı, informasiya girişi ilə birləşdirilərsə) yaxud məntiqi elementlər üzərində qurula bilər.

Şəkil 22- də ‘’VƏ DEYİL’’ elementləri əsasında qurulan T triggerin şərti işarəsi verilmişdir.


Q

Q

Qeyd etmək lazımdır ki, T-triggerin çıxışında alınan siqnal tezliyi, girişə verilən siqnalın tezliyindən iki dəfə azdır, ona görə də bu triggerdən tezlik bölgüsü və ikilik sayğac kimi istifadə etmək olar.




Yüklə 107 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin