İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   66
Mirzacanzade Ixtisasa girish

II. Kitabı necə oxumalı 
əfsanəli növ: bunlar yüksək ədəbi qiymətli əsərləri mütaliə edən 
oxuculardır. 
3. Fəal, məqsədyönlü, müntəzəm mütaliə edən, öz həyatı tələbatını 
dərk edən və bu tələbatı ödəmək yollarını axtaran oxucular. 
4. «Sərbəst olmayan», «qulaq asan», amma fəal olan oxucular. Bun-
lar məsləhətə ehtiyac hiss edən və üçüncü növdən fərqli ədəbi-pedaqoji 
təsirə qapılan oxuculardan ibarətdir. 
5. «Davamlı» növ – müəyyən kitablara meyl edən oxucular. 
6. «Xətti-irəliləmə» növü, sistemsiz olaraq kitab dalınca, kitab 
mütaliə edən və heç vaxt mütaliə etdiyi kitaba yenidən müraciət 
etməyən oxucular. 
Bu təsnifatda da əvvəlkində olduğu kimi bəzi göstəricilər, məsələn, 
mütaliə etmə qaydası, kəmiyyət xarakteristikası nəzərdə tutulur. 
Girl, oxucuları məqsəd və növündən asılı olaraq təsnif edir. 
Məqsədlər aşağıdakılardır: 
1. Başqalarının daxili aləmini nüfuz etmək, ətraf mühitdə düzgün 
mövqe tutmaq cəhdlərinə meyl. 
2. İnsanlar arasındakı fərqi aradan qaldırmaq cəhdi. 
3. İnsan həyatının mənasını axtarmaq cəhdi. 
Mütaliə növləri isə bunlardır: 
1. Məlumat almaq. 
2. Evristik mütaliə etmək (həyat şəraitindən təcrid məqsədilə). 
Girl, oxucuları aşağıdakı növlərə bölür: 
1. Funksional-proqramatik oxucular.
Onlar üçün ən xarakterik olaraq aşağıdakı yarımnövləri göstərmək 
olar: a) mütaliə etməyi bacaran, ancaq nadir hallarda əlinə kitab 
alan oxucular; b) savadsız mütaliə edən elan və qəzet oxucuları; v) 
məqsədyönlü oxucu – sənət və işgüzar məqsədlərlə mütaliə edən ox-
ucular. 
2. Emosional – əfsanəvi oxucu növü. Qeyri-kafi tənqidi və eyni 
zamanda mütaliə etdiklərinə emosional yanaşan oxucular. Bu 
növ oxucular öz məlumat tələbatını ödəməyə və xüsusi biliklərini 
zənginləşdirməyə çalışırlar. 
Bu qrup daxilində: a) fövqəladə hadisə ilə kifayətlənən və mütaliə 
etdiyindən həzz alan passiv oxucu, b) mütaliə etdiyi materialı həqiqi iş 
üçün tətbiq etməyə çalışan fəal oxucu növləri mövcuddur. 
3. Səmərəli-intelektual oxucu növü. Bunlarda mütaliə edərkən 
fikirləşmək, mütaliə etdiyi materiala tənqidlə və təhlillə yanaşmaq və 
öz dünyagörüşü ilə müqayisə etmək xarakterikdir. Belə oxucular elmi 
fəlsəfi əsərlərə, ictimai romanlara, ciddi poeziyaya meyl edir və 
əyləncəli ədəbiyyatda detektiv kitablara üstünlük verirlər. 
Ədəbi oxucu növü. Bu oxucu növü üçün həyatda ən qiymətli vəsait 
bədii ədəbiyyatdır. Belə adamlar qarşılarına heç bir məqsəd qoymayan 
ehtirassız oxuculardır. 
Üçüncü növə birinci və ikinci növə nisbətən daha az təsadüf olunur. 
Səbəb və məqsəddən asılı olaraq mütaliə etmənin aşağıdakı sinifləri 


23
II. Kitabı necə oxumalı
mövcuddur: 
1. Səthi mütaliə etmək. Mütaliə etmənin bu növü ayrı-ayrı söz və 
cümlələrə əsasən oxunan materialın nə dərəcədə maraqlı olmasından 
irəli gəlir. Bu üsulla kitabxanalarda fond materialları ilə tanış olub 
zəruri kitabı seçirlər. 
2. Məlumat məqsədilə mütaliə etmək. Belə mütaliə növündən qəzet 
oxucuları, poçta materialına baxan müəssisə rəhbəri, öz elm sahəsinə 
yaxşı bələd olan mütəxəssis istifadə edir.
3. Əyləncəli mütaliə etmə. Dərin məzmuna malik ideyalı bədii 
ədəbiyyatın mutaliə edilməsi. Oxucu əsərin qəhrəmanını özü ilə 
eyniləşdirir və hadisədən həyəcan keçirir.
4. Xatirədə həkk olunan mütaliə etmə. Kitabın məzmununu, fəlsəfi 
fikirləri mümkün dərəcədə düzgün qavrama cəhdi. 
5. Seçərək mütaliə etmə. Oxucunu müəyyən məqsəd üçün 
maraqlandıran mövzunun və yaxud kitabın mütaliə edilməsi bu növ 
mütaliədə tənqidi və dərk etmə xüsusiyyətləri birləşir. 
6. Analitik mütaliə etmə. Əldə karandaş və kağız olan və gələcək 
düşüncələrə yönələn mütaliə etmə. 
7. Tənqidi mütaliə etmə. Oxucunun dünyagörüşünün 
formalaşmasında mühüm rol oynayan idrakı qiymətləndirici və 
müqayisəli mütaliə etmə. 
8. Təcridi mütaliə etmə. Yüksək bədii və poetik əsərlərin forma və 
məzmununun təhlil edilməsi ilə oxuma.
9. Yaradıcı mütaliə etmə. Mütaliə edilən materialın fəal və yaradıcı 
surətdə mütaliə edilməsi. 
10. Düzəliş verməklə mütaliə etmək. Hecalarla, hərflərlə korrektor 
kimi mütaliə etmə. 
Bunlardan əlavə az maraqlı və mübahisəli növlər də mövcuddur. 
Oxunan materialın məqsədəuyğun və düzgün qavranılmasında 
növlərin kompleksindən istifadə olunmalıdır. 
Məqsəd refleksi yeni biliklərə axtarış, yeni məlumat qavrama in-
stinktiv cəhd olub bütün canlıları (insan və heyvanlar aləminə) aiddir. 
Məqsəd refleksinin icrasında qarşıya çıxan problemlərin birinin 
üzərində dayanaq. 
Əgər mütəxəssis və ya alim, öz ixtisas sahəsində hər il çap olunan 
ədəbiyyatı gündə 8 saat hesabı ilə oxuyarsa (onun kitab axtarmaq və 
əldə etmək vaxtını nəzərə almasaq), mütaliə üçün orta hesabla 1000 il 
vaxt lazımdır. 
Məlumdur ki, insan beyni məlumatı 50 bit/san, elektron hesablayıcı 
maşın isə 10
5
–10
6
bit/san sürətilə qavrayır. Orta mürəkkəb elmi 
problemləri qəbul edib qavramaq üçün 109 bit/san lazımdır. İnsanın 
şüurlu həyat vaxtını 10
9
san qəbul etsək ideal halda o həyat boyu – 
50×10
9
bit qavraya bilər (bit məlumat vahidi olub 1 san ərzində 
impulsların sayını göstərir). Bu o deməkdir ki, insan həyatı boyu orta 
mürəkkəb 50 problem həll etmək qabiliyyətinə malikdir. Sözsüz bu 
yaxşı rəqəmdir. 


24

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin