Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə484/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   480   481   482   483   484   485   486   487   ...   507
397

Tarix

195 

illiyi

Mir Mehdi Xəzani 

1819-1894 

2014

Mir  Mehdi  Mir  Həşim  bəy  oğlu 

Xəzani  1819-cu  ildə  Qarabağın 

Bərgüşad mahalının Məmər kəndində 

anadan olmuşdur. İbtidai təhsilini mol-

la yanında almışdır. Sonra mədrəsədə 

oxumuşdur. 

Molla Rəfi bəy Mirzə Məhəmməd 

bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə 

Dizaq mahalına köçmüşdür. Bir müddət 

bu kənddə məktəbdarlıq edəndən son-

ra  kürəkənin  dəvəti  ilə,  1859-cu  ildə 

Tuğ kəndində yerləşmişdir. O, burada 

da məktəbdarlıqla məşğul olmuşdur.

Öz  ana  dilini  dərindən  sevən  Mir 

Mehdi  Xəzani  müsəlman  dini  ehka-

mına  dair  uşaqlar  üçün  Azərbaycan 

dilində  mənzum  bir  əsər  yazmış, 

1884-cü ildə çap etdirmişdi. Mir Meh-

di kənddə yaşasa da, Qarabağın ədəbi-

mədəni  mərkəzi  Şuşa  ilə  daim  əlaqə 

saxlamışdır. 

Mir Mehdi tarixçi idi. Onun yara-

dıcılığında ən əsas yeri onun “Kitabi-

tarixi-Qarabağ”  tutmuşdur.  Müəllif 

özünün  müqəddimədə  qeyd  etdiyinə 

görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə 

Camal  Cavanşir  Qarabağinin  “Qa-

rabağ  tarix”lərindən  əlavə  “təvarixi-

qədimlər”dən  geniş  istifadə  edərək 

Mirzə  Camalın  nəvəsi  Məhəmməd 

bəy Cavanşirin xahişi ilə “xalis türki” 

(Azərbaycan) dilində yazmışdır. Əsər 

müqəddimə,  24  fəsil  və  xatimədən 

(nəticə) ibarətdir. 

XIX  əsr  Azərbaycan  tarixşu-

naslığında 

“Kitabi-tarixi-Qarabağ” 

əsərinin  muəllifi  kimi  tanınan  Mir 

Mehdi Xəzani həm də şair olmuşdur. 

Xəzani təxəllüsü ilə xoştəb şeirlər yaz-

mışdır.  Bədii  yaradıcılığında  Füzuli 

ənənələrinə  və  xalq  ədəbiyyatı  üslu-

buna söykənən Mir Mehdi Xəzaninin 

qəzəl,  qəsidə,  müxəmməs,  müstəzad, 

qoşma, gəraylı, bayatı janrlarında ya-

zılan şeirləri tapılmış və 1989-cu ildə 

əsərləri Bakıda çap olunmuşdur.

Mir  Mehdi  Xəzani  1894-cü  ildə 

vəfat etmişdir.

Onun  tərcümeyi-halı  haqqında 

ətraflı və dəqiq məlumat yoxdur.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   480   481   482   483   484   485   486   487   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin