Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə488/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   484   485   486   487   488   489   490   491   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www az.wikipedia.org

www.muallim.edu.az


399

2014

Bakı Dövlət Universitetinin Elmi 

Kitabxanası

1919  

Bakı Dövlət Universiteti 1919-cu ildə yaradıl-

mış və həmin ildə onun strukturunda önəmli yeri 

olan kitabxana təşkil olunmuşdur. 

Elmi  kitabxana  fondunun  zənginliyinə,  bibli-

oqrafiya və informasiya işinin nümunəvi təşkilinə, 

oxuculara  yüksək  xidmət  mədəniyyətinə,  yüksək 

ixtisaslı  kadrlarına  görə Azərbaycan  SSR Ali  və 

Orta İxtisas Təhsili Nazirliyinin 1971-ci il 7 may 

tarixli 131 saylı əmrinə əsasən, ali və orta ixtisas 

məktəb kitabxanalarının metodiki mərkəzidir. 

1974-cü ildən universitetin kitabxanasına “Elmi 

kitabxana”  statusu  verilmişdir.  Hazırda  2,5  mil-

yondan çox kitab fondu var.

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 

1999-cu il 171 saylı əmrinə əsasən, tarix elmləri 

doktoru, professor A.Xələfovun rəhbərliyi ilə “Ki-

tabxananın kompyuterləşdirilməsi” Elmi Tədqiqat 

Laboratoriyası 2000-ci ildən fəaliyyətə başladı. La-

boratoriyanın əsas məqsədi universitet kitabxana-

sının informasiya fəaliyyətinə müxtəlif kitabxana 

prosesi səviyyələrində yeni texnologiyaların daxil 

olması  ilə  əlaqədar  nəzəri  və  təşkilati  məsələləri 

təkmilləşdirməkdir. 

2001-ci ildən, respublika ali məktəb kitabxana-

ları arasında ilk dəfə olaraq, BDU-nun Elmi kitab-

xanasında elektron kataloqun (EK) yaradılmasına 

başlanmışdır.  Kitabxananın  Azərbaycan  dilində 

olan fondu tam elektron kataloqa daxil edilmiş və 

bu proses hal-hazırda davam etdirilir.

Kitabxanada Azərbaycan, rus və xarici dillərdə 

olan  dövri  nəşrlər,  dissertasiya  və  nadir  kitablar 

da  elektron  kataloqa  daxil  edilmişdir.  Bu  pros-

ses  İRBİS-64  avtomatlaşdırılmış  kitabxana-

informasiya  sistemi  ilə  həyata  keçirilir.  Elektron 

kataloq beynəlxalq kompyuter şəbəkəsi vasitəsi ilə 

oxuculara  dünyanın  istənilən  nöqtəsində  xidmət 

göstərməyə imkan verir.

Hal-hazırda Elmi kitabxanada tammətnli elekt-

ron kitabxana yaradılır.

2002-ci  ildən  Elmi  kitabxananın  bdu.az  saytı 

sərbəst fəaliyyət göstərir. İstifadəçilər bu sayta da-

xil olmaqla, kitabxana haqqında məlumat ala bilər 

və eyni zamanda, elektron kataloq vasitəsilə On-

line rejimində daha operativ axtarış apara bilərlər.

Son 10 illikdə Elmi kitabxananın qiraət zalla-

rı müasir standartlara uygun əsaslı təmir edilmiş, 

yeni, rahat mebel avadanlıqları, kompyuter texno-

logiyaları alınmışdır.

Azərbaycan Respublikasının 1999-cu il 12 mart 

tarixli  “Kitabxana  işi  haqqında”  Qanununun  15-

ci maddəsinə əsasən, BDU-nun Elmi kitabxanası 

poliqrafiya  müəssisələri  və  digər  hüquqi  şəxslər 

tərəfindən buraxılan çap məhsullarından 2 pulsuz 

məcburi nüsxə alır.

Elmi kitabxana həm respublika ali məktəb kitab-

xanaları ilə, həm də 21 ölkənin 49 universiteti və 

beynəlxalq  nəşriyyatı  ilə  informasiya  mübadiləsi 

aparır.

Amerika Kitabxana Assosiasiyası, Azərbaycan-

da Kitabxana İşinin İnkişafı Assosiasiyası və uni-

versitetin Elmi kitabxanası ilə birgə işlənilən layihə 

çərçivəsində  “Hinari”  verilənlər  bazasında  olan 

elektron  jurnallardan  oxucuların  istifadəsi  müm-

kün  olmuşdur.  BDU-nun  Elmi  kitabxanası  hal-

hazırda  Respublika  Mərkəzi  Metodiki  Kitabxana 

Komissiyasının,  Azərbaycanın  Kitabxana  İşinin 

İnkişafı Assosiasiyasının, Azərbaycan Kitabxana-

çılar Cəmiyyətinin və Avroasiya Kitabxanaşünas-

lıq Assambleyasının üzvüdür.



Kitabxanaşünaslıq.Biblioqrafiya


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin