Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Qazların molekul kütləsini hidrogen və ya havaya görə sıxlıqlarına əsasən hesablamaq olar: M = 2∙ D



Yüklə 264,24 Kb.
səhifə3/25
tarix26.04.2023
ölçüsü264,24 Kb.
#103108
1   2   3   4   5   6   7   8   9   ...   25
kimya imtahan cvb

2. Qazların molekul kütləsini hidrogen və ya havaya görə sıxlıqlarına əsasən hesablamaq olar: M = 2∙ DH2 ; M = 29∙ Dhava
3. Qazların bir molunda olan hissəciklərin (molekul, atom , ion) sayı, eləcə də onun bir mol atomunda olan atomların sayı eyni olub, 6,0231023-ə bəra­bər­dir ki, bu ədədə Avoqadro ədədi deyilir və NA ilə işarə olunur. NA=6,0231023.
Avoqadro ədədini müxtəlif üsullarla hesablamaq müm­kün­dür.
Fransız alimi J.Perren 1908-1910-cu illərdə apardığı təd­qi­qat­lar nəticəsində molekulların mövcudluğunu sübut etməklə, qazın 1 molunda olan molekulların sayını da hesablamağa müvəffəq oldu.
Deməli, hər hansı maddənin bir molunda 6,021023 atom və ya molekul olduğundan, maddənin miqdar ölçüsü kimi mol anlayı­şından istifadə olunur.


  1. Atomun quruluşu haqqında ümumi məlumat. Rezerfordun plonetar modeli.Nüvənin tərkibi. Atoma uzun müddət maddənin ən kiçik, yəni elementar hissəciyi kimi baxılmışdır. XIX əsrin sonunda fizika və kimya sahəsindəki kəşflər göstərdi ki, atom mürəkkəb mikrosistem olmaqla yanaşı o həm də parçalanandır. Atomun mürəkkəb bir sistem olduğu sübut edildikdən sonra onun quruluşu, yəni elektron, proton və neytronun atom daxilində necə yerləşməsi məlum deyildi. Atomun ilk modelini Tomson 1904 – cü ildə irəli sürmüşdür. Tomson modelində atoma həcmi boyu bərabər paylanmış müsbət yüklərdən və elektronlardan ibarət olan bir sistem kimi baxılırdı. Lakin atomun Tomson modeli özünü doğrultmadı.

Rezefordun plonetar modeli. Rezerford müsbət yüklü nüvənin varlığını kəşf etdikdən sonra atomun planetar modelini təklif etdi. Bu modelə görə atomun mərkəzində müsbət yüklü nüvə yerləşir, onun ətrafında isə elektronlar müəyyən orbitlər üzrə hərəkət edir.
Nüvənin tərkibi. 1932-ci ildə rus alimləri D. İvanenko, E. Qapon və alman alimi V. Heyzenberq nüvənin proton və neytronlardan ibarət olduğunu təcrübi yolla əsaslandırdılar. Proton və neytron birlikdə nüklon adlandırılır. Proton müsbət yüklüdür və onun mütləq qiyməti elektronun yükünə bərabərdir. Neytron yüksüz hissəcikdir. Protonla neytronun kütləsi təqribən eyni olub, vahidə bərabər götrülür. Nüvənin yükü protonların sayı ilə kütləsi isə proton və neytronların ümumi kütləsi ilə müəyyən olunur.


  1. Yüklə 264,24 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin