17
istifadəçiyə verilən informasiyanın təsvirindən ibarətdir. Belə sxemin müsbət cəhəti
inzibati rəhbərliyin asan olması, proqram təminatının təkmilləşdirilməsinin mümkün
olması və informasiyanın mühafizə olunmasıdır. Mənfi cəhəti isə aşağı etibarlılığa
malik olmasıdır (komputerin sıradan çıxması bütün hesablama prosesinin dağılması
deməkdir).
Aparat və proqram təminatının artırılması çətin başa gəlir və bir qayda olaraq şəbəkə
istifadəçilərinin sayı artdıqda operativliyi aşağı düşür. Klient – server
arxitekturasında terminalı müştəriyə məxsus olan fərdi komputer, böyük komputeri
(mainframe) isə informasiya emalının ümumi məsələlərini həll etmək məqsədilə
ayrılan bir və ya bir neçə güclü komputer (komputer-server) əvəz edir. Belə modelin
müsbət cəhəti onun daha canlı olması və hesablama sisteminin etibarlılığı,
istifadəçinin bir neçə tətbiqi proqramı eyni zamanda işləyə bilməsi, informasiya
emalının yüksək operativliyi, istifadəçinin yüksək keyfiyyətli interfeysi ilə təmin
edilməsidir. Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak
edir: müəyyən resurs (servis, xidmət) imkanlarını ayıran tərəf və bu resurslardan
istifadə edən tərəf.
Resurslardan istifadə edən klient (müştəri), resursları təmin edən tərəf isə server
adlanır. Resurs kimi aparat komponenti (məsələn: disk, printer, modem, skaner və
s.), proqram, fayl, verilənlər bazası, hətta komputer də ola bilər. Buradan da bir sıra
terminlər meydana gəlmişdir. Məsələn: fayl-server və ya disk-server, printer-server
və ya çap serveri, verilənlər bazası serveri, SQL – server (SQL dilində verilənlər
bazasında sorğuların emal proqramları), komputer-server və s. Bütün bu serverlərin
öz klientləri (müştəriləri) vardır.
Proqram
təminatı
baxımından klient-server texnologiyası klientlərin
(müştərilərin) və serverlərin ayrı-ayrılıqda öz proqramlarının olmasıdır. Klient
proqramlarında mətn və cədvəl prosessorları kimi proqramlardan, server proqramı
kimi isə verilənlər bazasının idarəetmə proqramlarından istifadə edilə bilər. Klient –
server proqram cütlüyü kimi verilənlər bazasından götürülmüş informasiyalı cədvələ
malik sənədi emal edən mətn prosessorunun proqramını misal göstərmək olar.
18
Şəbəkədə yerinə yetirilən hər hansı bir proqram bir halda klient, digər halda isə
server rolunda çıxış edə bilər. Müəyyən zaman intervalında bir proqramda klient və
server rolları dəyişə bilər. Daha mürrəkkəb klient-server modeli kimi server
əlavəsinin üçbəndli modelindən – AS modeli (application server) istifadə edilir. Bu
model verilənlər bazasından istifadə edən şəbəkələrin iş prosesini təsvir edir. AS
modelinə əsasən verilənlərin idarə olunması, emalı və son istifadəçiyə
informasiyanın çatdırılması kimi üç funksiyadan hər biri ayrı-ayrı komputerlər
tərəfindən yerinə yetirilə bilər.
Dostları ilə paylaş: |