Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


  OSI  ETALON MODELİNİN SƏVİYYƏLƏRİ



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   12   13   14   15   16   17   18   19   ...   57


7.  OSI  ETALON MODELİNİN SƏVİYYƏLƏRİ 


 

 

14 

 

Komputer şəbəkələrində standartlaşmanın əsasını şəbəkə qarşılıqlı vasitələrinin 



yaradılmasında çoxsəviyyəli yanaşma təşkil edir. 

1983-i  ildə  Beynalxalq  standartlaşma  institutu  tərəfində  şəbəkələrin  qarşılıqlı 

əlaqələrin  əsası  olan  model  yaradıldı.  Bu  model  OSI  (Open  System 

Interconnection) (Qarşılıqlı əlaqəli açıq sistem) adlandırılaraq müasir kompüter 

şəbəkələrinin əsasını təşkil edir. 

OSI xəyali bir modeldir. Yəni heç bir yerdə OSI proqramı və ya OSI təchizatı 

deyilən  bir  şey  görə  bilməzsiniz.  Ancaq  proqram  və  təchizat  istehsalçıları  bu 

modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan 

mallar  buna  görə  bir-biri  ilə  uyğunlaşa  bilirlər.  OSI  modeli  aparatların  iş 

funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. 

OSI modeli açıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif 

əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı 

funksiyanı yerinə yetirməsini göstərir. 

OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür:  

1.  fiziki səviyyə;  

2.  kanal səviyyəsi;  

3.  şəbəkə səviyyəsi;  

4.  nəqliyyat səviyyəsi;  

5.  seans səviyyəsi;  

6.  təqdimetmə səviyyəsi;  

7.  tətbiqi səviyyə. 



Fiziki  səviyyə  (Physical  layer)  fiziki  əlaqə  kanalında  informasiyanın  (bitlərin) 

ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə kanalı kimi, koaksial kabel, burulmuş 

qoşa kabel, optik lifli kabel və s. nəzərdə tutulur. Bu səviyyədə elektrik siqnallarının, 

məsələn  gərginlik  və  ya  cərəyanın  ötürülmə  siqnallarının  səviyyəsi,  kodlaşdırma 

tipi, siqnalların ötürülmə sürəti və s. müəyyənləşdirilir. 

Fiziki səviyyədə yalnız informasiya bitlərlə ötürülür. Lakin bu zaman əlaqə xətləri 

məşgul ola bilərlər.  



 

 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin