Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


  MODEM. MODEMLƏRİN XARAKTERİSTİKASI, İŞ REJİMLƏRİ



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   8   9   10   11   12   13   14   15   ...   57


5.  MODEM. MODEMLƏRİN XARAKTERİSTİKASI, İŞ REJİMLƏRİ 

1960-cı  ildə  "AT&T"  firması  kompüterlər  arasında  verilənlərin  ötürülməsi 

üçün  ilk  modem  qurğusunu  yaratdı.  Modemlər  terminalların  ana  kompüterlərə 

telefon xətti üzərindən başlanması məqsədiylə istifadə edilməyə başlamışdır. 

İlk  çıxan  modemlər  300  bps-lik  (bits  per  second  –  1  saniyədəki  bitlər) 

modemlərdir.  Bu   modemlər  ədədi  məlumatı  telefon  xətti  üzərindən  göndərmək 

üçün  Frequency  Shıft  Keying  (FSK)  yəni  tezlik  sürüşməli  açarlama  texnikası 

istifadə  edər.  Bu  metodda  hər  bir  biti  təmsil  etmək  üçün   fərqli  tezliklər  istifadə 

edilmişdir. 

Modem  kompyuterə  verilənləri  telefon  xətti  ilə  ötürməyə  imkan  verir. 

Komputerdə informasiya rəqəmli formada, yəni sıfır (0) və birlərdən (1) ibarət ikilik 

kod şəklində saxlanılır. Bu kodlar telefon xətti ilə ötürülmək üçün analoq siqnallara 

çevrilməlidir.  Bu  işi  məhz  modem  görür.  Başqa  sözlə,  modem  komputerdəki 

informasiyanı  telefon  xətləri,  televiziya  kabelləri  ilə  ötürmək  və  ya  açıq  fəzaya 

göndərmək üçün yararlı formaya salır. Xəttin o biri ucunda isə ikinci modem həmin 

siqnalları komputerin başa düşdüyü dilə çevirir və beləliklə, bu iki kompyuter bir-

biri ilə ünsiyyətdə olur. “Modem” sözü bu qurğunun iş prinsipindən yaranmışdır: 

rəqəmli  verilənlərin  analoq  verilənlərə  çevrilməsinə  modulyasiya,  əks  prosesə  isə 




 

 

10 

 

demodulyasiya  deyilir;  beləliklə,  modem  –  modulyator-demodulyatordur. 

Kompyuterlərin əksəriyyətində daxili modemlər quraşdırılmış olur. 

Adətən analoq siqnalları 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və 

faza.  Müasir  modemlərədə  hər  3  xarakteristikadan  istifadə  olunur.  Modem 

kompüterdən 3”bit” informasiya qəbul edir, sonra isə onu analoq siqnalı formasında 

xəttə  göndərir.  Bu  analoq  siqnalının  amlitudu  qəbul  olunmuş  birinci  bitə  ,tezliyi 

ikinci  bitə  və  fazası  isə  üçüncü  bitə  uyğun  gəlir.  Modem  –  qəbuledici  bu  cür 

informasiyanı qəbul edərək, analoq siqnalını aydınlaşdırır və onu göndərlimiş 3”bit” 

şəklinə salır. Ilkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır.1500 Hs tezlikli belə 

siqnallardan  telefon  rabitə  xətlərində  istifadə  olunur  və  həmin  siqnal  modem- 

ötürücü vasitəsilə lazımi çevrilməyə  məruz qalır. Telefon xəttində aparıcı tezlikli 

siqnalın olması modemlər arasında əlaqənin yaranma əlamətinin göstəricisidir. 

Modemin buraxma qabiliyyəti aşağıdakı 2 parametrlə xarakterizə olunur:  

1.  informasiyanın ötürülmə sürəti; 

2.  informasiyanın tutumu.  

İnformasiyanın  ötürülmə  sürəti  bodlarla  ölçülür  və  o,  modemin  bir  analoq 

siqnalından digərinə keçmək qabiliyyəti ilə təyin edilir. Belə ki, əgər modem, analoq 

siqnalının  xarakteriskasını  bir  saniyədə  3200  dəfə  dəyişirsə,  onda  onun 

verilənlərinin ötürmə sürəti 3200 bod olacaq. 

İnformasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin edilir. Modemin 

buraxma qabiliyyəti bu 2 parametrin hasilinə bərabər olub, bps (bit/san)-lə ölçülür. 

Əgər  modem  3200  bod  sürətə,  analoq  siqnalları  isə  3  bitlik  informasiyaya  malik 

olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600 bps olacaq. 

Rabitəyə  qoşulduqda  hər  iki  modem  eyni  bir  sürətlə  işləməli  və  eyni  bir 

modulyasiya üsulundan istifadə etməlidir. Əks təqdirdə rabitəni əldə etmək mümkün 

olmaz.  Buna  görə  də,  hər  bir  modem  verilənlərin  ötürülməsinin  standart  sürətinə 

malik olmalıdır. Ötürmə sürəti modemin modulyasiya üsulunu təyin edir. Modem 

lazımi maksimal sürətə malik olmaqla bərabər, həmçinin rabitənin digər tərəfindəki 




 

 

11 

 

modemin kiçik ola bilən sürəti ilə də işləməyi bacarmalıdır. Kiçik sürətə keçmək 



məcburiyyəti keyfiyyətsiz telefon xətlərindən istifadə etdikdə baş verir. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin