8
Baza interfeysində avadanlıqların sayı minimum olur və o kliyentə 2 kanal
təklif edir:
1. səs üçün və ya 64 Kbit/san sürətlə verilənlərin ötürülməsi üçün,
2. xidməti kanal.
Xidməti kanal vasitəsilə abonent avadanlığının telefon şəbəkəsi ilə informasiya
mübadiləsini təşkil etmək mümkündür.
Genişləndirilmiş interfeys baza interfeysinin genişlənmiş variantı olub, əlavə
olaraq burada 30 informasiya kanalı ayrılır. Bu informasiya kanallarında telefon
nömrələri heç də kanala birdəfəlik bağlanmır. Yüsək sürətlə verilənləri ötürmək
üçün “invers multipleksləşdirmə” kimi xüsusi proqramdan istifadə edilir. Bu halda
bir neçə informasiya kanalından eyni zamanda istifadə etmək mümkün olur. Kanalın
buraxma qabiliyyətini artırmaq üçün peyk rabitə kanallarından istifadə olunur. Bu
məqsədlə kliyent kiçik ölçülü parabolik peyk antenasına malik olmalıdır. Belə
şəbəkəyə yenə də əvvəldə olduğu kimi, telefon kanalı ilə sorğu göndərilir,
informasiya isə peyk rabitə kanalı ilə qəbul edilir. Belə rabitə kanalında hər bir
istifadəçi göndərdiyi sorğuya nəzərən, daha çox informasiya almaq imkanına malik
olur. Təbii olaraq, belə hallarda, siqnalın qəbul olunma sürəti şəbəkəyə verilən
sorğunun sürətindən qat-qat çox olmalıdır. Bundan əlavə, belə kanallarda
verilənlərin ötürülmə etibarlılığı da artır. Fərdi kompüterlərin meydana gəlməsi
qlobal şəbəkələrə böyük təsir göstərərək, onların kəmiyyət və keyfiyyət cəhətcə
yaxınlaşmasına səbəb olmuşdur. Bu artımın çox hissəsini isə istifadəçidə olan
kompüter və modemlər təşkil etmişdir. Bütün qlobal şəbəkələr bir-birilə
əlaqədardırlar, lakin onlardan bəziləri adi rabitə vasitələri kimi teleqraf, telefaks,
teleks, adi poçt xidmətləri də göstərə bilirlər. Bunun üçün şəbəkəni xüsusi qovşağı
olur ki, onlar elektron poçtu ilə məktub və digər materialları qəbul edir və sonra
onları faksla lazımi telefon nömrəsinə göndərirlər. Belə şəbəkə ilə həmçinin adi
məktub və teleqramları da göndərmək mümkündür. Belə halda elektron poçtu ilə
şəbəkənin xüsusi qovşağına mətn göndərilir. Orada o aydınlaşdırılır, zərfin daxilinə
qoyulur və adi poçtla məktubu alacaq şəxsə göndərilir. Şəbəkənin bu cür böyük
9
imkanları lokal və qlobal şəbəkələr arasında olan prinsipial fərqi aradan qaldırır.
Şəbəkələrin belə sürətlə inkişaf etməsi telekommunikasiya şəbəkə və vasitələrin
geniş inkişafı nəticəsində mümkün olmuşdur.
Müasir qlobal kompüter şəbəkələri mövcud olan rabitə vasitələrinin üstün
xüsusiyyətlərini özündə birləşdirir və böyük həcmli müxtəlif informasiyaların böyük
sürətlə və etbarlılıqla ötürülməsini təmin edir.
Dostları ilə paylaş: |