Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki rejimdən
birində işləyə bilər:
1. verilənlərin ötürülməsi rejimi (modem is online)
2. əmrlər rejimi.
Verilənlərin ötürülməsi rejimində modem kompüterdə ona göndərilən bütün
informasiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon
xəttinə ötürür.
Əmrlər rejimi isə modemi idarə edir. Bu rejimdə kompüterlər tərəfindən verilən
xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem
kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr
aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv
kimi qəbul edir. Əmrlər rejiminin bir növü zəngi gözlətmək rejimidir. Bu hAlda
modem elə bir gözləmə vaziyyətini alır ki, o, istənilən anda telefon dəstəyini
qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik
olsun. Baxmayaraq ki, modemin əmrlər toplusu onu istehsal edən firmadan və
istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də
mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir:
1. telefon dəstəyini qaldırmaq;
2. lazımi nömrəni yığmaq;
3. iş rejimini əldə etmək.
Modemi qoşduqdan sonra onda əmrlər rejimi işləməyə başlayır. Verilənlərin
ötürülməsi rejimi telefon dəstəyini qaldırmaq və lazımi nömrəni yığmaq əmri
veriləndən sonra həyata keçirilir. Əks istiqamətdə bir rejimdən o birisinə keçmək
üçün isə xüsusi kodlar ardıcıllığından (escape-ardıcıllıq) istifadə edilir. Bu kod
modem tərəfindən verilənlərin ötürülməsi rejimini həyata keçirmək əmri kimi qəbul
edilir.
|