20. İnteraktiv söhbət, audio və videokonfrans
Bu xidmət iki və daha çox istifadəçinin real vaxt (on-line) rejimində
informasiya mübadiləsi aparmasını təmin edir. Bu xidmət IRC (İnternet Relay Chat-
İnternet vasitəsilə Söhbət üçün Retranslyator) adlanan protokol və serverlərin
köməyilə həyata keçirilir. Odur ki, bu xidmətlə bəzən İRC və ya Çat (Chat) deyilir.
İRC-nin strukturu İRC -serverlər şəbəkəsindən ibarətdir. Hər bir İRC-server İRC-
kliyentlərdən (proqramlardan) sorğulan qəbul edib, real vaxt rejimində yerinə yetirir.
İRC ilə işləmək üçün çoxlu İRC kliyent proqramları mövcuddur. Onlardan ən
geniş yayılanları və geniş imkanlara malik olanlan bunlardır: İCQ (ünvanı:
www.icq.com), Microsoft Chat (İnternet Explorer proqramının tərkibinə daxildir),
mİRC (ünvanı: www. mirc.com) və s. Bunlardan başqa çoxlu regional Çat
proqramları da mövcuddur.
İRC xidmətlərindən istifadə etmək istəyən istifadəçi bu kliyent
proqramlarından birini öz kompüterinə yükləməli, sonra isə əlverişli bir serverə
qoşulub, qeydiyyat prosedurunu keçməlidir. Qeydiyyatdan keçən hər bir
istifadəçiyə unikal ad və ya identifikator verilir.
İNTERNET vasitəsilə səsli telefon əlaqəsi qurmağa, həmçinin görüntülü və
səsli telefon bağlantısı qurmağa imkan verən vasitələr və proqramlar da mövcuddur.
Səsti telefon əlaqəsi(Səsli Çat) 3-cür yaradıla bilər « kompüter-kompüter», «
kompüter-telefon» və «telefon-telefon». Hər üç halda səsli telefon əlaqəsi yaratmaq
üçün yüksək sürətli kompüter, ötürmə sürəti 28800 bod-dan az olmayan modem və
uyğun proqram təminatı olmalıdır. İternetə qoşulan kompüterdə əlavə olaraq səs
kartı, səs kolonkası və mikrofon olmalıdır. Aralarında səsli əlaqə yaradılan
44
kompüterlərdə eyni proqram təminatından istifadə olunmalıdır. Bu məqsədlə,
məsələn, «NetMeetinq» proqramından, tərkibinə «Net2Phone» proqramı daxil
edilmiş ICQ proqram paketindən, «Vocaltec İnternet Phone» proqram
kompleksindən, «Media-Ring» proqramından və s. istifadə edilə bilər.
Kompüterlər arasında real vaxt rejimində səsli əlaqənin yaradılması müxtəlif
coğrafı nöqtələrdə yerləşmiş şəxslərin (elmi işçilərin, iş adamlarınm və s.) iştirakı
ilə audio-konfrans keçirməyə real imkan yaradır. Bu cür audio-konfransları
reallaşdırmaq üçün yuxanda göstərilən proqramlarla yanaşı, bu məqsəd üçün daha
geniş yayılmış « Paltalk» proqramından istifadə etmək olar.
Müasir informasiya texnologiyasmm metod və vasitələri INTERNET
vasitəsilə kompüterlər arasında real vaxt rejimində həm səsli, həm də görüntulu
əlaqənin yaradılmasına imkan verirlər, yəni bir-birilə səsli əlaqə quran şəxslər, həm
də bir-birini görə bilirlər. Görüntülü əlaqənin yaradılması üçün istifadə edilən
kompüterlərdən və modemlərdən səsli əlaqəyə nisbətən daha yüksək sürət tələb
olunur. Görüntülü əlaqə yaratmaq üçün səsli əlaqədə tətbiq edilən texniki
avadanlığa əlavə olaraq WEB kamera da daxil edilməlidir.
INTERNET vasitəsilə kompüterlər arasında real vaxt rejimində səsli və
görüntülü əlaqənin qurulması imkanı videokonfranslar keçirməyə real şərait yaradır.
Videokonfrans yuxarıda baxılan « Səs Çatı»nın analoqudur, lakin burada səslə
bərabər videotəsvirlər də ötürülür və qəbul edilir.
Kompüterlər arasında səsli və görüntülü əlaqənin yaradılması üçün şəbəkədə səsin
və təsvirin sıxılıb ötürülməsini və qəbul edilib açılmasını təmin edən xüsusi proqram
təminatı tətbiq edilir. Bu proqramlardan ən tanınmışları yuxanda adı çəkilən
«NetMeeting» və xüsusilə videokonfrans keçirmək üçün nəzərdə tutulan « CU-
SeeMe» proqramlarıdır.
|