Komputer şƏBƏKƏLƏRİ VƏ telekommunikasiYA


Bu sistemlərdən bəzilərini qısaca nəzərdən keçirdək



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix10.05.2022
ölçüsü1,04 Mb.
#57181
1   ...   49   50   51   52   53   54   55   56   57


Bu sistemlərdən bəzilərini qısaca nəzərdən keçirdək

ALTAVİSTA  (

www.altavista.com

)  –  ən  böyük  axtarış    portallarından  biri 

olub, təqdim etdiyi servislərin sayına görə axtarış sistemləri arasında liderlik edir, 

30-a qədər dildə (rus və türk dilləri də daxil olmaqla) informasiya axtarışı apara və 

tapılan sənədləri lazımi dilə çevirə bilir. Bu sistem yazıldığı dildən asılı olmayaraq 

bütün WEB səhifələrini indeksləyir. ALTAVİSTA-nın sorğu dili ən güclü dillərdən 

biri  hesab  olunur.  Burada  sorğunun  genişləndirilməsi,  yəni  mürəkkəb  sorğu 

formalaşdırmaq imkanı var. Açar sözləri «AND», «OR», «NOT» operatorları ilə 

əlaqələndirmək, frazalara görə axtanş aparmaq, beşə qədər istənilən hərfı əvəz edən 

«*»  metasimvolundan  istifadə  etmək  mümkündür.  Bundan  əlavə,  məzmunlu 

axtarışı  reallaşdırmaq  üçün  terminlərin  bir-birilə  yanaşı  yerləşməsini  tələb  edən 

«NEAR» (yanaşı) operatoru da mövcuddur. Frazalara görə axtarış aparmaq üçün 

həmin frazaları özündə cəmləyən kifayət qədər böyük lüğətə malikdir. 

Bütün  bunlarla  yanaşı,  axtarış  apararkən  sorğuda  açar  sözün  sənəddə  rast 

gəldiyi sahənin adını - hiperistinad (link), applet (ingilis dilində app – application 

sözündən, -let isə kiçiltmə sufiksindən gəlir), hostların adları, şəkillərin adları, mətn, 

başlıq, URL - da vermək olar. Xəbərlər qruplarında axtarış aparmaq mümkündür. 

Verilən  dildə  sənədlərin  axtarışını  aparmaq  olar.  Lakin  bu  halda  digər  dillərdəki 

səhifələrə baxmaq mumkün olmur. 



GOOGLE  (

www.google.com

)  –  digər  sistemlərdən  fərqli  axtarış 

alqoroitmindən istifadə edir, çox sadə interfeysə və yüksək relevantlıq (relevant – 

ödənişsiz  onlayn  lüğət)  dərəcəsi  ilə  ölçülən  yaxşı  axtarış  nəticələrinə  malikdir. 

Axtarış  zamanı  sorğunun  axtarış  surətini sənədin  axtarış  surətinə  (indeksinə) tam 

daxil olması ilə yanaşı sənədə digər serverlərdən edilən istinadların sayı da nəzərə 

alınır.  İstinadların  sayı  çox  olan  sənədlərə  üstünlük  verilir  və  onlar  axtarış 

nəticələrinin siyahısının lap əvvəlində təqdim edilir. 

GOOGLE  sisteminin  maraqlı  xüsusiyyətlərindən  biri də  onun  interfeysində 

ənənəvi  axtarış  mexanizmini  işə  salan  «GOOGLE  Search»  düyməsi  ilə  yanaşı, 



 

 

50 

 

sorğuya  maksimal  cavab  verən  sayta  müraciət  etmək  üçün  «I'm  Feeling  Lucky» 



düyməsinin də nəzərə alınmasıdır. GOOGLE-də müxtəlif dillərdə,o cümlədən, rus, 

azərbaycan dillərində axtarış aparmaq imkanı var. Xəbərlər qruplarında da axtarış 

aparmaq mümkündür. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin