İnternet şəbəkəsində xüsusi İnternet protokolları (İnternet Protokol – İP)
əsasında hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP-protokolu təkcə İnternet
şəbəkəsində deyil, digər şəbəkələrdə də (lokal, korporativ, regional və s.) istifadə
olunur. Bu şəbəkələrdə informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm
və s.) ötürülür. Prinsip etibarilə diskret paket ötürülməsi üsulu ilə səs (danışıq)
56
məlumatlarının ötürülməsi də mümkündür. Danışığın (səsin) bu üsulla – internet
protokolları (paketləri) vasitəsi ilə ötürülməsi “İP-telefon” adını almışdır.
Beləliklə: IP-telefoniya – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə
edilən texnologiyadır. Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış
verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə adresanta
göndərilir. Ünvanına çatan verilənlər paketi yenidən orijinal səs siqnalına
dekodlaşır. İP-telefoniya iki cür işləyir:
1. Kompyuterdən kompyuterə.
2. Kompyuterdən telefona.
İnternet-telefoniyada ötürücü xətt kimi İnternet kanallarından, IP-Telefoniya-da
İnternet kanallarından və ya informasiyanın ötürülməsi üçün xüsusi ayrılmış
rəqəmsal kanallardan istifadə edilir.
Xarici ölkələrdə isə İP telefonun digər abbreviaturalarından: VoİP-Voice over İP və
“İnternet-telefon” terminlərindən istifadə edilir.
Son illər ərzində respublikamızın telekommunikasiya şəbəkəsində də İP telefon
rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir ki, İP texnologiyası
olduqca perspektivli bir informasiya verilişi sahəsidir. Əgər İP telefon rabitəsinin
tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək üçün ilk cəhd 1983-cü ildə ABŞ-
ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən göstərilmişdir. Həmin
layihədə kompyuterlərin tərkibinə analoq səs siqnalına çevirərək paket şəklinə salan
xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Bolt
Berankand Newman şirkətinin ABŞ-ın qərb və şərq hissələrində yerləşən ofisləri
arasında İnternet şəbəkəsindən istifadə etməklə səs siqnal verilişinin təşkil
olunmasına baxmayaraq, rabitə zamanı paketlərin itkisi və gecikməsi nəticəsində
fasilələr yaranaraq səsin keyfiyyətini həddindən artıq aşağı salmışdır.
Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel şirkətinə məxsusdur.
1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına çevrilməsində mövcud elmi
nailiyyətlərin tətbiqi ilə kodek, kompyuter və İP protokolundan istifadə edərək
internet şəbəkəsi ilə danışıq siqnallarının verilməsinə nail olmuşdur.1995-ci ildən
57
başlayaraq İP telefon üçün səsin sıxılması prosesində iki - GSM və TrueSpeech
(DSP Group İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu
təkmilləşdirildi.