Neytral atdmlar əsasında işləyən qaz lazerlərindən ən geniş yayılanı He-Ne lazeridir. Şəkil 1-də He və Ne qazlarının işci enerji səviyyələri sxemi göstərilmişdir.
Sürətli sərbəst elektronlarla toqquşmalar nəticəsində He və Ne atomları əsas enerji səviyyələrindən həyacanlan- mış səviyyələrə keçir. Bundan başqa He qazının E2vəE3metastabil enerji səviyyələri ilə Ne-nun E4 və E6 səviyyələri arasında enerji mübadiləsi nəticəsində E4 və E6 səviyyələrində atomların sayı artır. Nəticədə Ne qazının E4 və E6 enerji səviyyələrində kifayət qədər atom toplana bilir və 3s-3p (λ=3,39 mkm), 3s-2p (λ=0,63 mkm) və 2s-2p (λ=1,15 mkm) keçidlərində lazer şüalanması alınır. Neonun 2p-1s keçidində spontan şüalanma və ls səviyyəsindən əsas hala isə qeyri-optik yolla keçid baş verir. Lazerin çıxışında şüalanma gücü λ=l,15 və λ=0,63 mkm keçidlərdə 10mVt və λ = 3,39 mkm keçidində isə 100 mVt -a çatır.
He-Ne lazerində generasiya prosesində enerji itkilərini azaltmaq üçün borunun pencərələrini Bryüster bucağı altında yerləşdirirlər.
He-Ne lazerində atomun spektral xətti qeyri-bircins genişlənmişdir. Verilmiş spektral xəttin daxilində rezonatorun modalarından bir neçəsi yerləşə bilər. Bu modalar müxtəlif atomlarla qarşılıqlı təsirdə olacaqdır. Ona görə də güclənmə əmsalının konturunda generasiya tezliyində iki "çuxur" omələ gələcəkdir. Generasiya spektral xəttin mərkəzinə uyğun tezlikdə baş verirsə, onda yalnız bir "çuxur" yaranır.