Sxem 2.3.
Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.83
Bəzi ədəbiyyatlarda birja dəllalları ifadəsinə də rast gəlmək mümkündür.
Bunlar da birjada yeri olan, müştərilərin tapşırığı ilə və onların hesabına
sövdələşmələr aparan və müəyyən birja əməliyyatları üzrə ixtisaslaşmış şəxslərdir.
Birja oyuncuları birja jarqonlarına görə «öküz» və «ayı»lara ayrılırlar.
«Öküzlər» qiymətlərin qalxmasına ümid edir və tərəfdaşlardan əmtəə, səhm, birja
müqavilələri və sairəni alır ki, sonradan baha qiymətə sataraq xeyli qazanc
götürsünlər. «Ayılar» isə «öküzlərin» əksinə olaraq qiymətlərin düşməsinə
35
oynayırlar. Onlar belə hesab edirlər ki, indi əmtəələri satmaqla əldə edəcəkləri
məbləği gələcəkdə aşağı qiymətə sataraq əldə edəcəklərindən çox olacaqdır [4, 89].
Birjada keçirilən əməliyyatlar onu təşkil edənin, ya da müvafiq dövlət
idarəsinin nəzarəti altında həyata keçirilir. Birjada yerlərin miqdarı məhdud olur və
onun qiyməti tələb və təklifdən asılı olaraq dəyişir. Birja qeyri-kommersiya tipli
dövlət təşkilatıdır. Onun gəliri birjada yer almaq üçün verilən haqdan, orada
bağlanılan sövdələşmələrdən, komisyon ayırmalardan, iştirakçılara göstərilən
müxtəlif xidmətlər üçün ödənclərdən ibarətdir.
Sığorta şirkətləri də biznes infrastrukturunun iştirakçılarından biridir. Bu
şirkətlər bazar təsərrüfatının, ölkə iqtisadiyyatının normal fəaliyyətini təmin edən
amillərdəndir. Çünkü təbiətin və ictimai həyatın digər sahələrində olduğu kimi
iqtisadiyyatda da müxtəlif, gözlənilməz hadisələr baş verə bilər. Bunun nəticəsində
isə iqtisadi subyektlərə müxtəlif dərəcədə ziyan dəyər, iqtisadiyyatın normal ritmi
pozula bilər. Belə hadisələri qabaqlamaq, iqtisadiyyatın normal fəaliyyətini təmin
etmək üçün ehtiyat fondu, sığorta fondu yaradılır [26, 47].
Sığorta fondlarının yaradılması dövlət və özəl sığorta şirkətləri tərəfindən
həyata keçirilir. Yaradılan sığorta fondları gözlənilməz hadisələrdən qorunmaq
üçün zəmanət yaradır.
Sığorta şirkətləri və pensiya fondları müqavilə əsasında fəaliyyət göstərən
əmanət institutlarına aiddir. Bu maliyyə institutları sığorta polisini saxlamaqla və
pensiya fondlarında hesab sahiblərinin vəsaitlərinin sabitliyi ilə xarakterizə
olunurlar. Onlar vəsaitləri uzunmüddətli, yüksək gəlirli maliyyə alətlərinə
investisiya etmək imkanlarına malikdirlər.
Azərbaycan Respublikasında (bundan sonra AR) investisiya fondları
kommersiya banklarına nisbətən daha gec meydana gəlməyə başlamışdır. Onların
birinci oxşarı çek investisiya fondu oldu. Hazırda AR.nın maliyyə bazarında in-
vestisiya fondlarının fəaliyyəti “İnvestisiya fondları haqqında” 5 yanvar 2000-ci il
tarixli, 245 nömrəli Qanunla tənzimlənir.
Qanuna əsasən investisiya fondu - səhmlərin açıq yerləşdirilməsi və
buraxılması sayəsində əldə olunan pul vəsaitlərini qiymətli kağızlar üçün yatırım
36
edən, həmçinin qiymətli kağızların alışı və satısı üzrə fəaliyyəti reallaşdıran və
diversifikasiya olunmuş yatırım portfelinə malik olan açıq tipli səhmdar bir
cəmiyyətidir.
Klirinq mərkəzləri, banklar və ya digər maliyyə təşkilatlarında olan, çek və
sənəd kimi ödəmə vasitələrindən yaranan borc və alacaqları nağd pul istifadə
edilmədən mühasibat əməliyyatları qarşılıqlı olaraq ləğv edilməsini təmin edən
orqana verilən addır [55].
Klirinq palatasının əsas funksiyaları aşağıdakılardır:
birjada bağlanan müqavilələr üzrə məlumatın yığılması, onun yoxlanması və
ayrılmalar halında düzəliş;
birjada qeyd edilmiş müqavilələrin hesablanması və onlar üzrə hesablamaların
keçirilməsi;
birjada müqavilə bağlamış tərəflər arasında qarşılıqlı öhdəliklərin müəyyən
edilməsi və onlar arasında hesablaşmalar;
qiymətli kağızların satıcıdan alıcıya çatdırılmasının təmin edilməsi və pul
hesablamalarının təşkili (alıcıdan satıcıya pulun daxil olması);
təcili müqavilələrdən irəli gələn öhdəliklərin icrası üzrə zəmanət verilməsi.
Klirinq palatası müqavilələrin icrasının təşkilatçısının funksiyalarını öz
üzərinə götürür. Müəyyən edilmiş vaxt ərzində (bir qayda olaraq bir gün ərzində)
bağlanmış sazişlər haqqında alınmış informasiya əsasında tələblər və birja
ticarətinin hər bir iştirakçısının öhdəlikləri təyin edilir. Əgər tələblər, bu
iştirakçının öhdəliklərini üstələyirsə onda bu bildirir ki, müəyyən pul məbləği ona
çatır. Bu halda deyirlər ki, o uzunmüddətli mövqe (ing. long position) tutur. Əgər
bu iştirakçının tələbləri onun öhdəliyindən azdırsa, onda bu onun tərəfindən borclu
olduğu iştirakçılara ödəniş etməyi nəzərdə tutur. Bu halda deyirlər ki, o
qısamüddətli mövqe (ing. short position) tutur. Əgər tələblər öhdəliklərə
bərabərdirsə, onda birja ticarətinin iştirakçısı qapalı mövqedədir.
Ticarət palatası — onda iştirak edən kommersiya təşkilatları və başqa
sahibkar birləşmələri çərçivəsində kommersiya fəaliyyətinin ümumi qaydalarının
hazırlanması (təkmilləşdirməsi), iqtisadi strategiyaların uyğunlaşdırılması, təşkilat-
37
üzvlər arasında iqtisadi informasiya mübadiləsi, satış bazarlarının tapılması,
kommersiya mübahisələrinin həll edilməsi, qanunverici orqanlarda və
hökumətlərdə işgüzar aidələrin ümumi maraqlarının lobbiləşdirilməsi məqsədi ilə
qarşılıqlı təsir edən özünü idarə edən ictimai təşkilatların və könüllü qeyri-
kommersiya birləşmələrinin formasıdır. Sənaye-ticarət palatası — yalnız ticarət
problemlərinə deyil, həm də sənaye sahiblərinin maraqlarına — infrastruktur, əmək
ehtiyatları, texnologiya və innovasiyalara giriş oriyentasiyasını qeyd edən ticarət
palatasıdır.
[55]
E-ticarət sistemi internetdə onlayn şəkildə məhsul satmaq və kredit kartı ilə
ödəmə etməyimizi təmin edən internet əsaslı bir proqramdır. Bu proqram sayəsində
müştərilərinizlə onlayn şəkildə məhsullarımızı tanıda, yəni virtual mağazaya sahib
ola bilərik. http://www.neticaret.com.tr/e-ticaret-sistemi-nedir
İnformasiya və kommunikasiya texnologiyaları (qısaca IKT) informasiya
texnologiyaları və rabitə texnologiyaları terminlərini tək bir dam altında toplayan
və bu texnologiyalar arasında əlaqə vurğulayan bir termindir.
İnformasiya və kommunikasiya texnologiyalarını yaradan əsas sahələr
bunlardır:
Məhsul və istehsal texnologiyaları sahəsi:
Rəqəmsal aparat inkişaf etdirmək və istehsalı.
Rəqəmsal avadanlıq inkişaf etdirmək və istehsalı.
Rəqəmsal material inkişaf etdirmək və istehsalı.
Xidmət texnologiyaları sahəsi:
Telekommunikasiya xidmətləri inkişaf etdirmək və istehsalı.
Şəbəkə xidmətləri inkişaf etdirmək və istehsalı.
Nəşriyyat xidmətləri inkişaf etdirmək və istehsalı.
Emal və xidmət sahələrində inkişaf etdirmək və istehsal fəaliyyətlərinə,
paylanma və satış xidmətləri ilə, hüquqi, inzibati və texniki tənzimləmələrdən üzrə
tənqidçilər də əlavə olunanda İnformasiya və kommunikasiya texnologiyaları
sektoru təşkil edilir.
38
İnformasiya və kommunikasiya texnologiyaları informasiya əsrində ictimai
və iqtisadi inkişafın ən mühüm səbəbini təşkil edir. İctimai sahədə, fərdlərin
qurumlarla və bir-biriləri ilə əlaqələri böyük ölçüdə informasiya və
kommunikasiya texnologiyaları vasitəsi ilə virtual mühitdə aparılır. İqtisadi
sahədə, informasiya və kommunikasiya texnologiyalarının köməyi ilə məhsuldarlıq
və səmərəlilik artır; əlavə dəyərli mal və xidmət ərzində artımlar baş verir; mal və
xidmətlərin istehsal və paylama proseslərində yeniliklər meydana gəlir. [6, 54]
Dostları ilə paylaş: |