Fond birjasında qiymətli kağızların ilkin və təkrar satışı həyata keçirilir.
Onların ilkin bazarı dedikdə yeni buraxılmış qiymətli kağızların səhmdar
cəmiyyətlər və ya dövlət tərəfindən reallaşdırılması nəzərdə tutulur. Qiymətli
kağızların təkrar bazarı dedikdə isə əvvəllər buraxılmış qiymətli kağızların alqı-
satqısı nəzərdə tutulur. Təkrаr bazarın xeyli hissəsi birjadan kənarda həyata
iqtisadiyyatın inkişafı dövründə qiymətli kağızların birja kursu yüksəlir, digər
dövrlərdə isə aşağı düşür. Müasir dövrdə fond birjalarının rolu getdikcə azalır.
33
telekommunikasiya vasitələri həyata keçirilir. Buna səbəb sərbəst pul vəsaitlərinin
getdikcə daha çox banklara toplanması və ictimai həyatın bütün sahələrində ЕТТ -
nin nailiyyətlərindən geniş istifadə edilməsidir.
İqtisadiyyatda mühüm rol oynayan birjanın növlərindən biri də valyuta
birjasıdır. Açıq iqtisadiyyat şəraitində hər bir ölkənin iqtisadiyyatında özünün milli
valyutası (pulu) ilə yanaşı, digər ölkələrin beynəlxalq valyutası rolunu oynayan
valyutalardan da istifadə olunur. Bazar subyektləri tərəfindən valyutanın əldə
edilməsi və satılması valyuta birjalarında həyata keçirilir. Ölkələrarası valyuta
ticarəti əsasən banklararası sövdələşmələrlə, ölkə daxilində isə banklarla qeyri-
bank müəssisələri arasında baş verir. Valyuta birjasında aparılan ticarət valyuta
kursuna əsaslanır. Valyuta kursu dedikdə bir-birindən fərqli iki pul vahidinin
mübadilə nisbəti nəzərdə tutulur. Valyuta birjalarında həm rəsmi, həm də azad
valyuta kursları mövcud olur. Rəsmi kursa əsasən dövlətin valyuta ilə bağlı olan
bütün əməliyyatları tətbiq edilir. Valyutanın azad kurs siyasəti banklararası
maliyyə sövdələşmələrində tələb və təklifin təsir gücü altında formalaşır. Lakin
azad kurs rəsmi kursa əsaslanır. Valyuta kursunun formalaşmasına dövlətin iqtisadi
siyasəti, tədiyyə balansının vəziyyəti və s. təsir göstərir.
Birjanın mühüm növlərindən biri də əmək birjasıdır. Əmək birjası işçi və
işverənlərin maraqlarını razılaşdıran, iş qüvvəsinə tələb və təklifi uzlaşdırmaq,
işsizlərə sosial yardım göstərən vasitəçi təşkilatdır. Dövlətə məxsus olan əmək
birjası əsasən aşağıdakı vəzifələri yerinə yetirir: ərazidəki işsizlərin və boş yerlərin
(vakansiyaların) uçotu; işsiz statusu almışlara maddi yardım; işsizlərə yeni
ixtisasların öyrədilməsi və onların ixtisaslarının artırılmasının təşkili; işsizlərə
müxtəlif məsləhətlərin verilməsi və s. İşsişlərə verilən müavinətin miqdarı və
müddəti hər bir ölkənin qanunvericiliyinə əsasən müəyyən olunur. Əgər işsiz əmək
birjası tərəfindən təklif olunan yerə getməkdən boyun qaçırarsa o, işsizliyə görə
müavinətdən məhrum olur. Onu da qeyd etmək lazımdır ki, əmək birjası tərəfindən
göndərilən iş qüvvəsini sahibkar işə götürməyə də bilər, yəni əmək birjasının
göndərişi sahibkar üçün qanun deyildir.
Birjada kütləvi istehsal olunan, daimi tələb olunan standart əmtəələr
34
reallaşdırılır. Bu proseslə broker və dilerlər məşğul olurlar. Brokerlər müştərilər
(maraqlı tərəflər) arasında sövdələşmənin aparılmasına köməklik edir. Onlar
müştərilərin tapşırığı və onların hesabına alqı-satqı müqavilələri bağlayır və buna
görə haqq alır. Brokerlər müştərilərə bazarın öyrənilməsini, reklam, kredit almaq
kimi xidmətlər də göstərə bilər. Dilerlər isə öz hesabına əmtəəni alıb-satmaqla
məşğul olan fiziki və ya hüquqi şəxsdir. Onların qazancı əmtəənin alış-satış
qiymətləri arasındakı fərqdən ibarətdir.
Dostları ilə paylaş: