3.2. Sərbəst bazarların formalaşması və inkişaf istiqamətləri
Sərbəst bazar – bu, istənilən kənar müdaxilədən (dövlət tənzimlənməsi də
daxil olmaqla) azad olan bazardır. Bu zaman sərbəst bazarda dövlətin funksiyası
70
mülkiyyət hüququnun müdafiə edilməsi və müqavilə öhdəliklərinin saxlanılmasına
xidmət edir. Həmçinin sərbəst bazarı kənar müdaxilə və digər xarici amillərdən
müstəqil olan sərbəst qiymət qoymanı nəzərdə tutan bazarlar kimi də müəyyən
edirlər.
Hər bir istehsalçının istənilən malı və ya xidməti yaratmaq və onu
istehlakçılara təklif etmək və istehlakçının istənilən təklif edilən mal və ya xidməti
istənilən istehsalçıdan əldə etmək hüququ sərbəst bazarın əsasını təşkil edir. Bu
zaman qiymətlər satıcı və alıcı arasında razılaşma nəticəsində müəyyən edilir.
Lakin, hər nə qədər sərbəst bazar, hökumətin təklif, tələb və ya qiymətlər
üzərində hər hansı bir müdaxilə etməməsini tələb etsə də, satıcıların bir-birlərini
məcbur etməməsini, ya da aldatmamasını da tələb edir. Bu görə bütün alqı-satqılar
könüllü həyata keçirilir [47, 15].
Sərbəst bazarın tərifi, hökumətin iqtisadi müdaxilələrini, yalnız, bazar
iştirakçılarının arasında reallaşa bilən məcbur etmə və ya saxtakarlıq kimi
vəziyyətlərdə olmaqla, böyük ölçüdə məhdudlaşdırmasını müdafiə edən laissez-
faire iqtisadi fəlsəfəsi ilə yaxından əlaqəlidir. Bu görə, dövlətin gücü müdafiə
etməyə istiqamətli bir şəkildə məhdudlaşdırıldığı üçün, dövlət, sərbəst bazarın
yerinin yaxşılaşdırılması məqsədilə vergi almaq xaricində gücündən istifadə
etmir. Bəzi sərbəst bazar vəkilləri, bazarın müdafiəsi və ya qanunların tətbiqi kimi
xidmətlər göstərməkdə daha yaxşı olacaqlarını düşündükləri üçün, vergitutmaya da
qarşı çıxırlar. Məsələn, anarxo-kapitalistlər hakimlik agentlikləri və xüsusi müdafiə
agentliklərindən istifadə etməyi seçirlər.
İlk dəfə XVI əsrin ikinci üçdə birində ispan və peru hüquqşünası və
iqtisadçısı Xuan de Matenso sərbəst bazarın ətraflı hazırlamasını ortaya çıxardı.
Onun subyektiv dəyər nəzəriyyəsi bazarın daxilində tələb və təklifin elementlərinin
fərqləndirilməsinə gətirib çıxarır. Matenso sərbəst bazarın daxilindəki rəqabəti
təsvir etmək üçün "rəqabət" terminindən istifadə edir. Lakin eləcə də (onun
ölümündən sonra dərc edilmiş "Commentaria Ioannis Matienzo Regii senatoris in
cancellaria Argentina Regni Peru in librum quintum recollectionis legum
Hispaniae.— Mantuae Carpentanae: Excudebat Franciscus Sanctius, 1580"
71
traktatında təsvir edilmişdir), ədalətli qiymətin müəyyən edilməsinə təsir edən və
bazarın variativ morfologiyasını təsvir edən tələb və təklifdən başqa digər amillər
də mövcuddur. Onlar aşağıdakılardır [47, 20].:
malların bolluğu və ya çatışmazlığı
alıcıların və satıcıların bolluğu
hər hansı mala tələbat
istehsalın işi və xərcləri
xammalın çevrilməsi
nəqliyyata və onun köhnəlməsinə xərclər
pulun bolluğu və ya çatışmazlığı
coğrafi və illik amillər
bazarın iştirakçılarının subyektiv fikiri
inhisar strukturlarının mövcudluğu və ya yoxluğu
bütün yuxarıda göstərilən amillərin gələcək vəziyyətinin gözlənməsi
Tədqiqatçı Orest Popesku Matensonun tədqiqatlarından çıxardılmış siyahı
haqqında fikir bildirərək qeyd edir ki, XVI əsrdə "Avropa hətta belə
biliklərxəzinəsindən səmərəli istifadə etməyə hazır deyildi [47, 24].
Matenso kimi Salamank iqtisadi məktəbinin nümayəndəsi olan Xuan de
Luqa 1643-cü ildə özünün “De justitia et jure” əsərində Matensonun nəzəriyyəsini
tamamladı. Belə ki, onun fərz etdiyi kimi, malın istənilən rasional
qiymətləndirilməsinin elementi onun faydalılığı idi. Lakin o qeyd edir ki, bu
insanların kollektiv subyektiv qiymətləndirilməsinə uyğun olaraq təyin edilmişdir.
De Luqo sübut edirdi ki, malın subyektiv ümumi qiymətləndirilməsi beləliklə onun
obyektiv istifadəçi dəyərindən fərqlənirdi. Bu nəticədə baxılan malın nisbi
çatışmazlığı və tələbin ölçüsü kimi amillərlə çətinləşirdi. Bu müşahidələr de
Luqonu belə nəticəyə gəlməyə məcbur etdi ki, bazar qiyməti ədalətli qiymət idi.
Heç vaxt özünə iqtisadçı kimi baxmayan kardinal de Luqo Salamansk məktəbinin
sərbəst bazarın nəzəriyyəsinə töhfə verən işlər yaratdı. Onun tədqiqatları insan
seçiminin və təsirinin iqtisadi qanunları açmağa kömək edən ciddi nəzəri tədqiqat
kimi nümunə olur.
72
Sərbəst bazar iqtisadiyyatı "iqtisadi fəaliyyətlərə və davranışlara təsir edəcək
qərarların böyük əksəriyyətinin dövlətin yerinə şəxslərin verdiyi bir iqtisadi
sistemdir. " Sosial fəlsəfədə, sərbəst bazar iqtisadiyyatı müəyyən bir birliyə malları
həvalə etmək üçün istifadə edilən bir sistemdir: kimin nə alacağını və nəyin
çıxarılacağını dövlət deyil, tələb və təklif təyin edir. XVIII əsrdə Avropada sərbəst
bazar iqtisadiyyatının tərəfdarları, orta əsr, köhnə-müasir və merkantalist
iqtisadiyyatları ilə bir çox ziddlik yaşadılar.
Sərbəst bazarın açar düşüncəsi könüllü mübadilədir. Əgər bir mübadilə
məcbur etmə və ya saxtakarlıq ilə edilirsə, bu mübadilənin sərbəst bazar altında
edildiyi düşünülə bilməz. Məsələn, əgər kimsə silahdan istifadə edərək satdığı şeyi
kiməsə təhdid edərək aldırarsa bu, sərbəst bazar deyil. Əgər dövlət qanuni yollarla
bir satıcının və alıcının razılaşdığı qiymətlə ticarət aparmasına maneə törədirsə, bu
sərbəst bazar deyil. Və ya, dövlət kommersiya malının nə keyfiyyətdə
çıxarılacağına qərar verərsə yenə sərbəst bazardan bəhs edilə bilməz. Yəni, təklif
və tələbə aid qərarlar məcbur alınmamalıdır. Əgər fərd, bir məhsulu alması üçün
aldadılarsa, məsələn məhsul ya da xidmət səhv təqdim edilirsə, könüllü mübadilə
kimi qəbul edilmir. Yəni sərbəst bazar "məcbur etmə və ya saxtakarlıq" qəbul
etmir.
Hər hansı bir məhsul (mal və ya xidmət) üçün tələb onu almaq istəyən
insanların bazara təzyiqini ifadə edir. Məhsul üçün pul təklif edilir və satıcılar da
məhsul üçün qiymət təyin edirlər. Əgər, qiymət, təklif ilə üst-üstə düşürsə,
əməliyyat asanlıqla reallaşır. Əgər təklif tələbi keçsə, alıcılar təkliflərini aşağı sala
bilər və ya satıcılar rəqabət üçün qiymətlərini aşağı sala bilər. Təchizatçılar
vəziyyətə istehsalı aşağı salaraq, ya da bazardan çəkilərək qarşılıq verə bilərlər.
Məsələn, bir qovşağa qoyulmuş 4 ədəd bufet daha çox təklif yaradacağı üçün
qiymətlər düşəcək.
Əgər tələb təklifi keçsə, təchizatçılar qiymətlərini artıra bilər. Yüksək
qiymətləri qarşılaya bilən istehlakçılar yenə ala biləcəklər, lakin digərləri almaqdan
imtina edə, oxşar bir məhsul ala bilər, ya da eyni məhsulu başqa bir təchizatçı ala
bilər. Qiymət yüksəldikcə, təchizatçılar, istehsalı artırmağı da seçə bilərlər. Bəzən
73
də başqa təchizatçıları sektora çəkə bilərlər. Məsələn, Starbucks tərəfindən
başladılan qəhvə bazarı, böyük bir tələb olduğunu ortaya çıxardıqda, tələbi
qarşılamaq üçün sektora bir sıra firmalar daxil oldu [26, 124].
Bəzən yüksələn tələb də qiymətləri aşağı sala bilər. Bunun üçün ən böyük
nümunə kimi kompüterlər və elektron məhsullar verilə bilər. Ardıcıl istehsal
texnikaları 1960-cı illərdən bəri qiymətləri 20% ilə 30% arasında aşağı salır. Lakin
ardıcıl istehsal, sərhədsiz istehsal təbii resursları sürətlə yox edir.
Təklif tələb qaydaları, ideal sərbəst bazarda hakimdir. Qiymətləri bir tarazlıq
nöqtəsinə doğru, məhsullar üçün olan tələblərin təklifə qarşı bir tarazlıq meydana
gətirəcəyi şəkildə təsir edir. Sərbəst bazarların tarazlayıcı davranışları,
nümayəndələri haqqında bəzi təxminlər etməmizə imkan verir. Məsələn, müstəqil
bir şəkildə hərəkət edirlər. Ekonofizikadakı bəzi modellər də göstərir ki, bir sərbəst
bazarda nümayəndələrə yerli olaraq qarşılıqlı təsirə girmə azadlığı verildikdə
(başqa sözlə, qərarları yalnız istifadə sahəsi və ya alış gücünə deyil, eyni zamanda
həmsöhbətlərinin qərarlarına da bağlı olduqda), əksərən ani bir şəkildə, qiymətlər
qərarsızlaşa bilir və tarazlıq nöqtəsindən uzaqlaşır. Bu səbəbdən, sərbəst bazarın
davranışlarının xətti olmadığı deyilə bilər (eyni alışı edən fərqli tacirlər bir-
birlərindən və ya ümumi orta fərqli qiymətlərdə razılaşa bilər). Birjada müşahidə
edilən fərziyyələr və sürü psixologiyasından təsirlənən davranışlar da tarazlıq
nöqtəsinə yönəlməyən qiymət dəyişmələrinə nümunə ola bilərlər.
Nəzəri cəhətdən, sərbəst bazarın tərəfdarları sistemdən qaynaqlanan sərvət
bölgüsünə elə də əhəmiyyət vermirlər, lakin, tətbiqi siyasət səviyyəsində vəziyyət
olduqca əhəmiyyətlidir. Bir iqtisadiyyatda alış gücünün bölgüsünə ən çox təsir
edən faktorlar ictimai sinif, işçi qüvvəsi və maliyyə bazarlarıdır. Bunlardan başqa,
ailə bağları, miras, hədiyyə kimi kiçik faktorlar da vardır. Sərbəst bazarın
işləməsini izah edən bir çox nəzəriyyə, ümumi olaraq istehlak məhsullarına fikir
cəmləyir və işçi qüvvəsinin tərifi və ya maliyyə bazarlarının istiqamətinə aid daha
kompleks və mübahisəli təriflərə sahibdirlər. Sərbəst bazar pul səsverməsi adıyla
bilinən bir növ qərar vermə sisteminə malikdir. Pul səsverməsində bir məhsul
74
almaq, o məhsulun çıxarılmasının davamı üçün istehsalçıya verilmiş bir səs hesab
edilə bilər.
İqtisadi müstəqilliyin birliyin və ya fərdin sərvətinə olan təsiri müzakirəyə
açıq bir mövzudur. Kenneth Arrow və Gerard Debreu göstərdi ki, bəzi xüsusi
uyğun şərtlər altında, bir sərbəst ticarət sistemi Pareto optimumuna yönəlir.
Xüsusilə Milton Friedman kimi sərbəst bazarın bir çox tərəfdarı da hər nə qədər
nəzəri və ya empirik olaraq sübut etməsi çox çətin olsa da, iqtisadi artım və iqtisadi
müstəqillik arasında bir əlaqə olduğunu müəyyən ediblər. Joshua Epstein və Robert
Axtell, sərbəst bazarın xüsusiyyətlərini sugarscape adında bir kompüter
simulyasiyası ilə təxmin etməyə çalışmışlar. Onlar da uyğun şərtlər altında sərbəst
bazarların, "sərvətin Pareto bölgüsü"nə yönəldiyini müəyyən etmişlər.
Hazırda kənd təsərrüfatının dayanıqlı inkişafı müasir AR iqtisadiyyatı üçün
ən mühüm məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Bu isə, öz növbəsində,
qısa zaman ərzində neftdən asılılığı aradan qaldırmaq və iqtisadi inkisafın
regionlara daha çox yayılmasını təmin etmək deməkdir. İndi ölkə iqtisadiyyatında
kənd təsərrüfatı informasiya-kommunikasiya texnologiyaları və turizm ilə bərabər,
neft sektorundan sonra ən iri sahələrdən biri hesab olunur. Kənd təsərrüfatının
çoxşaxəliliyinin təmin olunması, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı
ilə bərabər, onların emal edilməsi, son istehlakçıya çatdırılması kimi məsələlər
müasir aqrar sektorun inkişafının əsas istiqamətlərindən biridir. Sərbəst bazar
prinsiplərinə keçidlə əlaqədar islahatların aparılması, onların genişləndirilməsi,
yeni təsərrüfat formaları yaradılması da bu baxımdan günün vacib
məsələlərindəndir.
Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bazar iqtisadiyyatı prinsipləri
əsasında yenidənqurma strategiyasını elan etmiş və bu yola start vermişdir. Bu
məqsədlə Azərbaycanda mövcud olan böyük iqtisadi potensial, məhsuldar
qüvvələr, əmək ehtiyatları və təbii sərvətlərdən xalqın rifahı, ölkənin iqtisadi
qüdrətinin möhkəmlənməsi üçün səmərəli istifadə olunmasının konkret
strategiyası müəyyənləşdirilməli idi. Bütün bu vəzifələrin icrası ilə əlaqədar
Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkədə bazar münasibətləri
75
əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyən etmiş və xalqının sosial rifahının artırılmasını öz
fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdi: «Hesab edirik ki, bu
respublikamızın müstəqilliyini möhkəmləndir-
mək və əhalinin rifah halını get-gedə yaxşılaşdırmaq üçün strateji xətdir, yoldur.
Bu yol sərbəst bazar iqtisadiyyatı, sərbəstləşdirmə proseslərinin davam etdirilməsi,
sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaradılması yoludur. Həmin
tədbirlərin hamısı ilk növbədə əhalinin, xalqın mənafeyinə xidmət edir. Ona görə
də sərbəst iqtisadiyyatına geniş yol verərək, bazar iqtisadiyyatı prinsipləri tətbiq
edilərək, onu başlıca yol hesab edərək, bütün bunların hamısını bütün əhali
təbəqələrinin sosial vəziyyətinin, rifahının yaxşılaşdırılmasına yönəltməliyik.» [10,
19].
Ulu öndərin rəhbərliyi və təşəbüsü sayəsində hazırlanaraq, ümumxalq
səsverməsi üsulu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında
ölkəmizdəki dövlətin sosial konsepsiyası öz əksini tapmış, Azərbaycanın hər bir
vətəndaşının sosial müdafiəsi və layiq olduğu həyat səviyyəsinin qayğısına qalmış,
rifahının yüksəldilməsi üçün ən yüksək səviyyədə diqqət göstərilmişdir. Bu
baxımdan əsas qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri əsasında
formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını müəyyən edən
fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məqsədyönlü xarici və
daxili siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla münaqişə zonasında
atəşkəs elan olunduqdan və siyasi vəziyyət sabitləşdikdən sonra iqtisadi tənəzzül
dayandırıldı. Respublikada sabitlik proqramının fəal surətdə inkişaf etdirilməsi,
struktur və sahə islahatlarının aparılması, Azərbaycan iqtisadiyyatını böhrandan
çıxarmaq üçün zəruri tədbirlər görülməsi sürətləndirildi. Nəticədə müstəqilliyin ilk
illərini dərinləşən sosial-iqtisadi böhran vəziyyətində yaşamış AR.da 1995-ci ildə 5
ildən artıq davam edən gerililəyiş prosesinin qarşısı tam alındı və dəyişməz inkişaf
istiqamətində dönüşün meydana çıxmasına nail olundu.
76
Təbii ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsinin başlıca səbəbi Heydər
Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə bağlı olmuşdur. Buna paralel
olaraq ölkə əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasının əsas
amillərindən biri kimi bazar iqtisadiyyatı mexanizmlərinin işə salınması və onların
nizamlanması çıxış edirdi. İqtisadiyyatda aparılan islahatlar, xüsusilə dövlətin
mülkiyyəti sayılan müəssisə və təşkilatların özəlləşdirilməsi, məşğul əhalinin
dövlət, qeyri-dövlət sektoru üzrə bölüşdürülməsində əhəmiyyətli dəyişikliklərlə
nəticələnmişdir. Belə ki, 1995-ci ildə dövlət sahəsində işləyənlərin xüsusi çəkisi
iqtisadiyatda məşğul olan insanların ümumi sayının 56,1 faizini təşkil edirdisə,
2003-cü ildə bu göstərici 31,5 faizə enmiş, qeyri-dövlət sahəsində işləyənlərin sayı
isə bu dövrdə 1,6 dəfə artmışdı. Qeyri-dövlət sektorunda çalışanlar arasında 724,6
min nəfər sərbəst məşğul əhali qeydə alınmışdı ki, bu da ümumi iqtisadiyyatda
çalışanların 19,3 faizini təşkil etmiş və 1995-ci il səviyyəsindən 20,5 faiz çox
olmuşdur [10, 21]..
Bütün bunlar da öz növbəsində əhalinin həyat səviyəsinin ümumi göstəricisi
hesab olunan əhalinin maliyyə gəlirlərinə yaxşı təsir edirdi. 1991-1994-cu illərdə
həmin bu göstərici 3,6 dəfə aşağıya enmişdi. Həmin illər zamanı respublika
ərazisində əhalinin adambaşına düşən pul gəlirləri, hər ötən il orta hesabla
təxminən 1,4 dəfə aşağı düşürdü. İnflyasiyanın günü-gündən daha da çox
sürətlə yuxarı qalxması və bunun nəticəsi olaraq əhalinin sosial-iqtisadi
durumunun getdikcə pisləşməsi müşahidə edilirdi. Əhalinin gəlirlərində önəmli
əhəmiyyət kəsb edən əmək haqlarının artırılması, bu zamanda pulun dəyərdən
düşməsiylə ayaqlaşa bilməmişdir və 1991-ci ildən etibarən dörd il içində əhalinin
əmək haqqları üzrə qazandığı gəlirlərinin səviyəsi 8,2 dəfə azalmışdı. 1995-ci ildən
etibarən özəl sektor və sahibkarlığın inkişafı sahəsində görülmüş sistemli işlər
nəticəsində əhali gəlirlərinin, həmçinin bu gəlirlərin quruluşunda sahibkarlıq
fəaliyətindən daxilolmaların xüsusi çəkisi çoxalmağa başladı. 1995-2003-cü illərdə
çərçivəsində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 6 dəfədən çox
artdı.
Əminliklə qeyd etmək olar ki, ölkəmizdə keçid dövrü tamamilə
77
yekunlaşmışdır. Siyasi pluralizmə və sərbəst bazar əlaqələrinə söykənən, öz
qanunauyğunluqlarna sahib olan yeni sosial-iqtisadi struktur yetişmişdir. Effektiv
iqtisadiyyatın fəaliyət göstərə bilməsi üçün vacib infrastrukturun formalaşdırılması
yekunlaşmaq ərəfəsindədir. Əhalinin etıbarlı sosial müdafiə sistemi qurulubdur və
bu sistemin daha da təkmilləşdirilməsi üçün işlər davam etdirilməkdədir.
AR.nın Prezidenti özünün Sərəncamı uyğun olaraq "Azərbaycan 2020;
gələcəyə baxış” İnkişaf Konsepsyası hazırlanması barəsində öz tapşırığını
vermişdir. Belə konsepsiyanın hazırlanmasının vacibliyi ölkəmizin yeni inkışaf
mərhələsinə addım atması əlqədardır. Qazanılan uğurlar şərait yaradır ki,
Azərbaycan qarşısına daha da böyük məqsədlər qoysun, və bu məqsədlərdən
doğan vəzifələri müəyyənləşdirə bilsin.
|