210) İkifazalı menstrual siklin əsas meyarı:
A) Ovulyasiya
B) Menstrual siklin düzgün ritmi
C) Cinsi yetişkənlik dövründə menstrual funksiyanın xüsusiyyətləri
D) Qan itkisi
E) Birinci menstruasiyanın vaxtı
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
211) Funksional diaqnostikanın hansı testi 2 fazalı menstrual sikl haqqında xəbər verir?
A) Bazal hərarət
B) Kariopiknotik indeks
C) «Qıjı» simptomu
D) Menstrual tsiklin 12 - 14 günü steroid cinsi hormonların səviyyəsinin təyini
E) «Bəbək» simptomu
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
212) Bazal temperaturun ölçülmə testi aşağıdakılardan hansının hipertermik effektinə əsaslanır:
A) Estradiol
B) LH
C) Prostaqlandinlər
D) FSH hipertermik effektinə əsaslanır
E) Progesteron
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
213) Mestrual siklin ortasında lüteotropinin «pik» göstəricisi nəyin nəticəsidir?
A) Estradiolun səviyyəsinin yüksəlməsinin
B) Qanda prolaktinin yüksəlməsinin
C) Qonadotropin - rilizinq hormonunun sintezinin azalmasının
D) Follitropinin azalmasının
E) Proqesteron və estrogenlərin səviyyəsinin azalmasının
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
214) Lüteotropin və follitropinin siklik ifraz edilməsi bunun nəticəsində baş verir:
A) Hipofizin portal sistemində qan dövranının dəyişilməsi.
B) Follikulyar mayedə prostaqlandinlərin periodik olaraq artması
C) Qonadotropin - rilizinq hormonunun 60 - 90 dəq. bir ifraz olması
D) Yumurtalıqlarda steroidgenezlə mənfi və müsbət ikitərəfli mexanizm nəticəsində
E) Neyrotransmitterlərin periodiki ifrazı
Ədəbiyyat: Savelyeva G.M., Breusenko V. G. ,2007
Dostları ilə paylaş: |