Mehdiyeva səADƏt faziL qızı “Abşeron yarımadasında sənaye tullantıları ilə çirklənmiş torpaqların ekoloji vəziyyəti və onların yaxşılaşdırılması



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix02.01.2022
ölçüsü0,95 Mb.
#44219
1   ...   14   15   16   17   18   19   20   21   ...   40
Mehdiyeva Səadət Fazil qızı

İbtidai boz-qonur torpaqlar. Bu torpaqların profilin zəif inkişaf etmiş, torpaq 

qatı  yuxa  olub  (>  30  sm)  və  genetik  qatları  zəif  differensasiya  olunmuşdur.  Bu 

torpaqlarda çox hallarda humusun miqdarı azdır, yumşaq qat əsasən əhəng daşları və 

ya dəniz mənşəli qumların üzərində formalaşır [1,4]. 



 

1.7. Bitki örtüyü. 

 

Abşeron yarımadasının bitki örtüyü insanın və müasir ekoloji şəraitin qarşılıqlı 

təsiri  ilə  uzlaşır.  Abşeron  yarımadasında  torpaq-iqlim  şəraitindən  asılı  olaraq 

yarımsəhra quru bozqır bitki örtüyü formalaşmışdır [10]. 

Abşeron  yarımadasında  hallofit  bitkilər,  tipik  yarımsəhra  bitkiləri,  həmçinin 

iydə, söyüd, armud, püstə və s. subtropik ağac və kol cinsləri bitir. Litoral-psammofit 

bitkilərə isə şoran və şorakətli torpaqlarda rast gəlinir. 

Ərazinin müasir bitki örtüyünü əsasən mədəni bitkilər təşkil edir ki, ilkin bitki 

örtüyünə  örüş  və  otlaq  kimi  istifadə  olunan  yerlərdə  rast  gəlinir.  Burada  subtropik 



 

 

15 



bağçılıq  (püstə,  badam,  əncir,  zeytun),  üzümçülük,  tərəvəzçilik,  yaşıllaşdırma, 

dekorativ və bağ təsərrüfatı yaratmaq sahəsində böyük işlər görülür. 

Abşeronda bitki örtüyü üç qrupda təsnifatlandırılır: 

1. Yarımsəhra  bitkiləri  –  buraya  ot  bitkiləri  aiddir  ki,  onlar  da  zəif  şorlaşmış 

torpaqlarda bitir. Qurumuş duzlu göllərin ərazilərində və onların ətrafında, həmçinin 

yarımadanın  mərkəzi  hissələrində  təsadüf  olunur.  Qarağan  yarımsəhra  bitkiləri 

içərisində üstünlük təşkil edir. 

2. Dəvətikanı- bu bitki qruplaşması da əsasən yarımadanın bütün sahəsi boyunca 

yayılmışdır. 

3. Dənli bitkilər  -yarımadanın şimal hissəsində geniş yayılmışlar. 

Abşeron  kanalının  çəkilişindən  sonra  yarımadada  əkinçiliyin  inkişafı 

yüksəlməyə  başladı.  Xüsusən  iqlim  şəraitinin  bu  cür  əlverişli  olması  il  boyu 

gülçülüyün və tərəvəzçiliyin inkişaf etdirilməsi üşün zəmin yaradır.. 

Hal-hazırda  Abşeronda  və  Bakıda  yerləşən  parklarda  Amerika,  Afrika  və 

Avstraliya floralarından olan bitkilərə təsadüf olunur. 4]. 

 



 

 

16 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin