II FƏSİL
ABŞERON YARIMADASININ SƏNAYE TULLANTILARI
İLƏ ÇİRKLƏNMİŞ TORPAQLARININ EKOLOJİ
VƏZİYYƏTİNİN ARAŞDIRILMASI
2.1. Abşeron yarımadasının ekoloji şəraitinə təsir göstərən əsas təbii və
antropogen amillər.
Məlumdur ki, Abşeron yarımadası ölkəmizin antropogen təsirə güclü məruz
qalan ərazisidir. Bu da əsasən Bakı şəhəri və Abşeron yarımadasında sənaye
sahələrinin sıxlığı ilə bağlıdır.
Mövcud ədəbiyyatlarda göstərilir ki, Respublika iqtisadiyyatında aparıcı rol
oynayan Abşeron yarmadası ölkənin sənaye istahsalı məhsulunun 70%-ni, quruda
neft istehsalının 60% -ni, neft emalı, neft kimyası, maşınqayırma və metal emalının
80%-ni, yeyinti sənayesinin 40% -ni, yüngül sənayenin 50%-ni, tikinti materalları
sənayesinin 70%-ni özündə cəmləşdirir. Yarımada ərazisində 300-dən çox sənaye
müəssisəsi yerləşmişdir. Digər tərəfdən Abşeronun zəngin təbii ehtiyatları neft-
kimya, metallurgiya və digər sənaye sahələrinin güclü inkişafına səbəb olmuşdur ki,
bu isə öz növbəsində böyük ərazilərin çirklənməsinə, zibillənməsinə, texnogen
pozulmasına gətirib çıxarmişdır.
Neft-qaz yataqlarının istismarı ərazinin təbii landşaftının pozulmasına, hidroloji
rejimin dəyişməsinə, flora və faunanın ekoloji vəziyyətinin pisləşməsinə, əhalinin sıx
yaşadığı ərazilərdə sanitar-gigiyenik şəraitin ağırlaşmasına səbəb olmuşdur [20].
Dostları ilə paylaş: |