Məmmədov N. R.,Aslanov Z. Y.,Seydəliyev İ. M.,Hacızalov M. N.,Dadaşova K. S



Yüklə 7,93 Mb.
Pdf görüntüsü
səhifə39/46
tarix24.05.2020
ölçüsü7,93 Mb.
#31490
1   ...   35   36   37   38   39   40   41   42   ...   46
Zabit-Aslanov metrologiya


Uyğunluq  dərəcəsi.  Məhsulun  və  ya  digər  obyektlərin, 

istismarı, saxlanılması, nəqli, satış və utilləşdirilməsi, yerinə 

yetirilən  işlərin  və  göstərilən  xidmətlərin  texniki 

reqlamentlərin  tələblərinə,  standartların  müddəalarına, 


422 

 

müqavilələrin  şərtlərinə  və  tələblərinə  uyğunluğunu  sənədli 



müəyyən  edən  uyğunluğun  təsdiqi  üzrə  fəaliyyətin 

nəticəsidir.  



 

Bununla 


yanaşı 

sertifikatlaşdırma 

– 

sertifikatlaşdırma  orqanı  tərəfindən  həyata  keçirilən 



obyektlərin  texniki  reqlamentlərin  tələblərinə,  standartların 

müddəalarına  və  ya  müqavilələrin  şərtlərinə  uyğunluğunun 

təsdiqinin formalarından biridir.  

Sertifikatlaşdırma  və  uyğunluğun  təsdiqi  üzrə 

fəaliyyət haqqında bu kitabın 14-cü fəslində geniş danışılır. 

Rusiyada  və  digər  xarici  ölkələrdə  sertifikatlaşdırmanın 

təşkilati-metodik prinsipləri təhlil edilir, həmçinin bu sahədə 

beynəlxalq  və  regional  təşkilatların  fəaliyyətindən  bəhs 

edilir. 

Sertifikatlaşdırma 

orqanları 

və 


sınaq 

laboratoriyalarına  aid  olan  akkreditləşdirmə  məsələləri  də 

işıqlandırılır.  

Metrologiya, standartlaşdırma və sertifikatlaşdırmanın 

sıx  əlaqələrini  ölçmələrin  dövlət  sisteminin  (ÖDS) 

timsalında  göstərmək  olar.  ÖDS-nin  əsas  obyektləri 

aşağıdakılardır: 

-fiziki kəmiyyətlərin vahidləri; 

-dövlət  etalonları  və  dövlət,  idarə  və  lokal  (yerli) 

yoxlama sistemlərinin qurulmasının prinsipləri; 



423 

 

-ölçmə 



vasitələrinin 

(ÖV) 


metroloji 

xarakteristikalarının normalaşdırılması, təyini və nəzarəti; 

-ölçmələrin nəticələrinin xətalarının xarakteristikaları, 

qiymətləndirmə  üsulları,  ölçmə  nəticələri  və  onların 

xətalarının ifadə və formaları; 

-ölçmələrin yerinə yetirilməsi metodikaları; 

-ölçmə 

vasitələrinin 



metroloji 

təminatının 

vəziyyətinin  qiymətləndirilməsi,  habelə  ölçmə  vasitələri  və 

onların  metroloji  təminatına  dövlət  və  idarə  metroloji 

nəzarəti və yoxlanması; 

-ölçmə  vasitələrinin,  onların  konstruktor  və  texnoloji 

sənədlərinin  işlənməsinə  texniki  tapşırıqların  layihələrinin 

metroloji ekspertizasının aparılması; 

-ölçmə  vasitələrinin  tipinin  təsdiqi  və  metroloji 

attestasiyası  məqsədilə  dövlət  sınaqlarının  aparılmasının 

təşkili və qaydaları; 

-ölçmə vasitələrinin yoxlanılması; 

-maddələrin  və  materialların  xassələrinə  dair  məlum 

aktların 

təqdim 

edilməsinin 



dürüstlüyünün 

qiymətləndirilməsinin metodikaları və formaları; 

-standart sorğu məlumatları; 

-maddə və materialların standart nümunələrinin tərkib 

və xassələrinə tələblər; 


424 

 

-dövlət  və  idarə  metroloji  xidmətlərinin  strukturu, 



funksiyaları və vəzifələri; 

-metrologiya sahəsində termin və təriflər. 

   Texniki  vasitələri  və  metroloji  fəaliyyətin  əsas 

növlərini  özündə  birləşdirən  standartlaşdırmanın  sadalanan 

obyektləri 

onları 


reqlamentləşdirən 

normativ-texniki 

sənədlərlə  (NTS)  birlikdə  metroloji  təminatın  (MT) 

qanunverici,  hüquqi  və  ya  normativ-texniki  əsasını  təşkil 

edir  və  hamısı  birlikdə  ölkədə  ölçmələrin  vəhdətini  təmin 

edən bir sıra sistemləri formalaşdırır.  

Onların sırasından aşağıdakı sistemləri ayırd etmək olar: 

-fiziki kəmiyyətlərin vahidlərinin etalonları;  

-fiziki 

kəmiyyətlərin 

vahidlərinin 

ölçülərinin 

etalonlardan bütün işçi ölçmə vasitələrinə ötürülməsi; 

-işçi  ölçmə  vasitələrinin  işlənməsi,  istehsala  qoyulması 

və tədavülə buraxılması; 

-tiplərini  təsdiqləmək  məqsədilə  ölçmə  vasitələrinin 

məcburi dövlət sınaqları; 

-ölçmə vasitələrinin məcburi dövlət və idarə yoxlanması; 

Son iki sistem mahiyyətinə görə ölçmə vasitələrinin 

müəyyən  edilmiş  tələblərə  uyğunluğunu  təsdiq  edir  və  (və 

ya)  onu  yaradan  istehsal  proseslərinin  attestasiyası,  onların 

sınaqlarının  nəticələri  əsasında  həyata  keçirilir.  Belə 



425 

 

sınaqları ölçmə vasitələrinin geniş tətbiqi olmadan keçirmək 



mümkün deyil.  

Ölçmə 


vasitələrinin 

metroloji 

vəziyyətindən 

sınaqların  nəticələri  asılı  olur,  bu  nəticələr  əsasında  həm 

məhsulun,  həm  də  proseslərin  müəyyən  edilmiş  tələblərə 

uyğunluğu haqqında qərar qəbul edilir. Beləliklə, burada da 

metrologiya, 

standartlaşdırma 

və 

sertifikatlaşdırma 



arasındakı sıx əlaqələr müşahidə edilir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

426 

 

Fəsil 13 



 STANDARTLAŞDIRMANIN  

Ə

SASLARI 



13.1. Ümumi xarakteristika 

 

İ



nsan  cəmiyyəti  standartlaşdırma  ilə  daha  qədim 

zamanlardan  məşğul  olmağa  başlamışdır.  Beləki,  yazılı 

abidələrin ən azı 6 min il yaşı vardır və son tapıntılara görə 

onların  Şumer  və  ya  Misirdə  yarandığı  güman  edilir.  İşarə, 

piktoqram və digər yazı formalarına standartlaşdırmanın ilk 

nümunələri kimi baxmaq olar.  

Məsələn,  rəqəmlər  Vavilyonda  hələ  4  min  ilə  qədər 

bundan  əvvəl  meydana  gəlmişdir.  Not  yazısı  da  qədim 

normalaşdırılmış 

dildir. 


O, 

b.e.ə. 


200-cü 

illərdə 


Yunanıstanda yaranmışdır.  

Şə

hər  və  kəndlərin  simvolik  işarələrindən  ibarət 



xəritələr Çində hələ b.e.ə. 206-cı ildə məlum olmuşdur. Çap 

işi isə b.e.ə. 1700-1600-cü illərdə Festenin sarayında gildən 

olan cədvəllərdə qeydə alınmışdır.  

Çinin  imperatoru  Şin  Sıxuandi  (b.e.ə.  259-210-cü 

illər)  vergiləri  yığmağı  sadələşdirmək  üçün  bütün  çəki 

daşlarını, ölçüləri və pulları eyni cür buraxmışdı. İmperator 

ieroqliflərin yazılışını unifikasiya etmiş, hətta yollarda vahid 


427 

 

aşırımı təmin etmək üçün arabalarda oxun uzunluğunu eyni 



müəyyən etmişdi.  

Ölçmələr  sənəti  isə  hələ  təxminən  7  min  il  əvvəl 

Qədim 

Misirdə 


məlum 

idi. 


Misir 

ehramlarında 

(qəbirlərində)  uzunluq  etalonları  tapılmışdır,  piramidaların 

tikintisində isə 52,6 sm-ə yaxın uzunluğa malik “çar arşını” 

tətbiq  olunmuşdur.  B.e.ə.  XVIII  əsrdə  Vavilyonda  çar 

Xammurani  çəki  və  ölçülərin  müəyyən  edilməsinə  dair  bir 

qanun vermişdir.  

Həcmin  ölçüsü  də  xeyli  erkən  normalaşdırılmışdır. 

Məsələn, qədim romalılar “konrius” adlanan standart ölçünü 

istifadə  edirdilər,  o  altı  sekstariyə  (bir  sekstar  təxminən 



pintə  bərabərdir)  bərabər  idi.  Səkkiz  konrius  bir  amforanı 

təşkil edirdi. 

Vaxtın  da  ölçülməsinin  tarixi  və  standartlaşdırılma 

nümunələri  çox  qədimdən,  ən  azı  vavilyonlar  dövründən 

məlum  olmuşdur.  Çində  artıq  b.e.ə.  V  əsrdə  365,25  günü 

olan təqvim qəbul olunmuşdu.  

Türkiyədə  Çatal-Huyuk  şəhərinin  tikintisində  (b.e.ə. 

6-7  min  il)  standart  ölçüləri  (8x16x32  sm)  olan  kərpiclər 

istifadə edilmişdir.  

İ

ntibah  dövründə  dövlətlər  arasında  iqtisadi 



ə

laqələrin  inkişafı  nəticəsində  standartlaşdırmanın  müxtəlif 



428 

 

metodlarının  geniş  istifadəsinə  başladılar.  Belə  ki, 



Venetsiyada böyük miqdarda gəmilərin tikilməsi zərurəti ilə 

ə

laqədar  olaraq  pilləkanları  əvvəldən  hazırlanmış  detal  və 



hissələrdən  yığmağa  (burada  unifikasiya  metodu  istifadə 

olunmuşdur) başladılar.  

Maşın  istehsalına  keçid  dövründə  standartlaşdırma 

sahəsində  böyük  nailiyyətlər  qazanılmışdır.  Fransız 

kimyaçı-texnoloqu  N.  Leblan  1785-ci  ildə  50  silah  kilidi 

yaratmışdı,  onların  hər  biri  eyni  zamanda  hazırlanmış 

istənilən silah üçün heç bir ilkin yonma olmadan yararlı idi. 

Bu,  qarşılıqlı  əvəzetmənin  və  uyğunluğun  gözəl 

nümunəsidir. 

Almaniyada  kütləvi  istehsala  kömək  məqsədilə 

kralın  silah  zavodunda  silaha  müəyyən  standart  həsr 

edilmişdi.  Bu  standarta  görə  silahın  kalibri  13,9  mm  təyin 

edilmişdi. 1845-ci ildə İngiltərədə bərkidici yivlərin sistemi, 

Almaniyada isə dəmir yolun eni standartlaşdırılmışdı.  

Beynəlxalq  büronun  1875-ci  ildə  19  dövlətin 

nümayəndələrinin  iştirakı  ilə    təsis  edilməsini  Beynəlxalq 

standartlaşdırmanın başlanğıcı hesab etmək olar.  

Rusiyada  standartlar  haqqında  ilk  məlumatlar  İvan 

Qroznunun  hakimiyyəti  dövrünə  (XVI  əsr)  təsadüf  edir, 


429 

 

məhz o vaxt top mərmilərini ölçmək üçün standart kalibrlər 



– krujal (dairə) qəbul edilmişdi.  

I  Pyotr  digər  ölkələrlə  ticarəti  genişləndirməyə 

çalışaraq,  nəinki  ölkə  mallarının  keyfiyyətinə  xarici 

bazarların yüksək tələblərini nəzərə alan yeni texniki şərtlər 

irəli  sürdü,  eləcə  də  Peterburq  və  Arxangelskdə  dövlət 

komissiyası  təşkil  etdi.  Bu  komissiyaya  Rusiyadan  ixrac 

edilən bütün məhsulların (ağac, parça, xammal, material və 

ya hazır məmulat) keyfiyyətinin yoxlanılması tapşırılmışdır.  

Geniş  miqyasda  dövlət  standartlaşdırma    tədbirləri 

Sovet  hakimiyyəti  dövründə  həyata  keçirilmişdir.  1918-ci 

ildə  V.  Lenin  “Ölçü  və  çəkilər  üzrə  Beynəlxalq  metrik 

sisteminin  qüvvəyə  minməsi”  haqqında  Xalq  Komissarları 

Sovetinin (XKS) dekretini imzaladı.  

1923-cü  ildə  XKS  yanında  Standartlaşdırma  üzrə 

Büro  yaradıldı və ona standartlaşdırma üzrə  rəhbər orqanın 

təşkilinə  dair  təkliflərini  hazırlamaq  tapşırıldı.  1925-ci  ildə 

SSRİ  Əmək  və  Müdafiə  Şurası  (ƏMŞ)  yanında 

Standartlaşdırma Komitəsi təşkil olundu və SSRİ-də dövlət 

standartlaşdırma sistemi qüvvəyə mindi. Dövlət Komitəsinin 

ilk sədri V.V. Kuybışev təyin olundu.  

1926-cı 

ildə 


“Buğda 

Selektiv 

sortları. 

Nomenklaturası”  adlı  ilk  ümumittifaq  standartı  təsdiq 



430 

 

olundu.  Sonrakı  üç  ildə  XKS  yanında  Standartlaşdırma 



Komitəsi 300-dən çox standart təsdiq etdi. 1930-cu ildə isə 

məhsulun  keyfiyyətinə  görə  cavabdehlik  məsuliyyəti 

müəyyən edildi.  

1929-1932-cı  illər  dövründə  SSRİ-də  4500-dən  çox 

standart  təsdiq  edildi,  onların  əksəriyyəti  ağır  sənaye 

sahələrinə  aid  idi.  1940-cı  ildə  SSRİ  XKS-in  qərarı  ilə 

Dövlət  Standartları  (ГОСТ)  kateqoriyaları  qüvvəyə  mindi. 

İ

kinci  beşilliyin  əvvəlindən  bəri  artıq  8600  ГОСТ  işlənmiş 



və  təsdiq  olunmuşdu.  Məhz  bunlar  SSRİ  sənayesini  ağır 

müharibə şəraitinə hazırlamışdır.  

Müharibə dövrü və müharibədən sonrakı beşilliklərin 

(1941-1965)  standartları  məmulatların  tipləri,  markaları, 

növləri və ölçülərinin ixtisar edilməsini nəzərdə tuturdu. Bu 

isə  cəbhə  və  xalq  təsərrüfatının  bərpası  üçün  məhsul 

buraxılışının  xeyli  sürətləndirilməsini  şərtləndirirdi.  Təkcə 

müharibənin  birinci  ilində  ölkənin  resurslarını  səfərbər 

etməyə imkan verən 2200 yeni standart təsdiq olunmuşdu. 

1954-cü  ildə  SSRİ  Nazirlər  Soveti  yanında 

Standartlar, ölçülər və ölçü cihazları Komitəsi təşkil olundu 

və    bununla  da  ölkədə  standartlaşdırma  və  metrologiyaya 

vahid  rəhbərlik  təmin  edildi.  1970-ci  ildə  bu  Komitə  SSRİ 


431 

 

Nazirlər  Sovetinin  Standartlar  üzrə  Dövlət  Komitəsinə 



çevrildi.  

1968-ci  ildə  “Dövlət  Standartlaşdırma  Sistemi” 

(DSS) dövlət standartları kompleksi işləndi və təsdiq edildi. 

ГОСТ


 1.0–68-ə uyğun olaraq standartların dörd kateqoriyası 

müəyyən  edildi:  SSRİ  dövlət  standartı  (ГОСТ),  respublika 

standartı  (RST),  sahə  standartı  (SST)  və  müəssisə  standartı 

(MST).  


Standartlaşmanın  inkişafına  əhəmiyyətli  töhfə 

Qarşılıqlı  İqtisadi  Yardım  Şurası  (QİYŞ)  tərəfindən 

verilmişdir.  1962-ci  ildə  QİYŞ  təşkilatı  çərçivəsində 

Standartlaşdırma  üzrə  Daimi  Komissiya  (SDK)  və 

Standartlaşdırma İnstitutu yaradılmışdı.  

SDK-nın 


yaradılması 

QİYŞ 


ölkələrində 

standartlaşdırma  üzrə  tam  miqyaslı  işlərin  aparılmasında 

dönüş  nöqtəsi  oldu.  QİYŞ-ə  üzv  olan  ölkələrin  sosialist 

inteqrasiyası  proqramının  vacib  bir  elementi  kimi 

standartlaşdırma 

və 


metodologiya 

üzrə 


çoxtərəfli 

ə

məkdaşlığın daimi təşkilati əsası yaradıldı.  



21  iyun  1974-cü  ildə  QİYŞ  növbəti  sessiyasının 

iclasında  Qarşılılıqlı  İqtisadi  Yardım  Şurasının  müstəqil 

standartlar  sistemi  təsdiq  edildi.  Bundan  sonrakı  illərdə  isə  

QİYŞ-in  ümumtexniki  baza  standartları  sistemi  yaradıldı. 



432 

 

Məhz bu dövrdə QİYŞ-in layihə – konstruktor sənədlərinin 



vahid  sistemi,  müsaidə  və  oturtmaların  vahid  sistemi 

yaradıldı və tətbiq olundu.  

QİYŞ-ın 

ümumtexniki 

standartlar 

sisteminin 

yaradılması  standartların  işlənməsi  üçün  əsas  verdi.  Bu 

dövrdə  kənd  təsərrüfatı  maşınqayırması,  konteyner  – 

nəqliyyat  sistemləri,  yükləmə  –  boşaltma  və  ambarlama 

işlərinin  mexanikləşdirilməsi  vasitələri,  yüksək  təzyiq 

tutumları,  yanacaq  nasosları,  yayma  boruları  və  s.  üçün 

standartlar işləndi və qüvvəyə mindi.  

1  yanvar  1985-ci  ildə  artıq  QİYŞ-in  5000-dən  çox 

standartı  təsdiq  olunmuşdur,  onlardan  800-ü  ümumtexniki 

xarakterli,  1100-dən  çox  standart  maşınqayırma  emalı 

sənayesi  məhsuluna,  400-ə  yaxın  standart  elektrotexnika 

məmulatına,  200-ə  yaxın  standart  isə  yüngül  və  yeyinti 

sənayesi və digər sahələrə aid idi.  

1974-cü ildə QİYŞ standartlarının QİYŞ ölkələrində 

istifadəsinin məcburiliyi haqqında Konvensiya qəbul edildi.  

QİYŞ 

çərçivəsində 



standartlaşdırma 

zamanı 


kompleks  standartlaşdırmaya  böyük  diqqət  yetirilirdi. 

Kompleks standartlaşdırma dedikdə həm standartlaşdırma 

obyektinə  bütövlükdə,  həm  də  onun  əsas  elementlərinə 



433 

 

QİYŞ  standartlarında  olan    qarşılıqlı  əlaqəli  tələblərin 



məqsədyönlü və planlı müəyyən edilməsi başa düşülürdü.  

SSRİ  dağıldıqdan  sonra  MDB  dövlətlərinin 

hökumətləri  standartlaşdırma  sahəsində  razılaşdırılmış 

texniki  siyasətin  aparılmasını  zəruri  hesab  edərək  13  mart 

1992-ci 

ildə 


standartlaşdırma, 

metrologiya 

və 

sertifikatlaşdırma  sahəsində  Siyasət  haqqında  Müqavilə 



imzaladılar.  

Bu 


Müqaviləyə 

uyğun 


olaraq 

metrologiya, 

standartlaşdırma  və  sertifikatlaşdırma  üzrə  Dövlətlərarası 

Ş

ura 



yaradıldı 

və 


ona 

dövlətlərarası 

səviyyədə 

standartlaşdırma 

üzrə 

(həmçinin 



metrologiya 

və 


sertifikatlaşdırma  üzrə)  işlərin  təşkili  və  koordinasiyası 

tapşırıldı.  

8  oktyabr  1996-cı  ildə  “Standartlaşdırma  haqqında” 

Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 

 Bu qanun standartlaşdırma üzrə normativ sənədlərin 

işlənməsi  və  tətbiqi  vasitəsilə  istehlakçıların  maraqlarının 

dövlət müdafiəsi tədbirlərini müəyyən edirdi.  

Bu  Qanun  çox  böyük  sosial-iqtisadi  əhəmiyyət 

daşıyır,  çünki  xalq  istehlakı  malları  da  daxil  olmaqla 

məhsula,  məhsulun  hazırlanması  ilə  əlaqədar  proseslərə 

tələblərin  dövlət  tənzimlənməsi  qaydalarının  müəyyən 


434 

 

edilməsinə,  həmçinin  istehlakçıların  maraqlarının,  iş  və 



xidmətlərə tələblərin təmin edilməsinə istiqamətlənmişdir. 

Digər  tərəfdən,  Qanun  iqtisadiyyatın  daha  da 

demokratikləşdirilməsini,  sahibkarların  icra  hakimiyyəti 

orqanlarının xırda qəyyumçuluqdan azad olunması, bu vacib 

fəaliyyət  sahəsində  hüquqi  tənzimləmə  səviyyəsinin 

kardinal şəkildə yüksəldilməsinə şərait yaradırdı.  

Qanun  bu  sahədə  inkişaf  etmiş  bazar  iqtisadiyyatı 

ölkələrinin  iş  təcrübəsinə,  Ümumdünya  Ticarət  Təşkilatı 

(ÜTT)  da  daxil  olmaqla  beynəlxalq  iqtisadi  təşkilatların 

tələblərinə tam uyğun hazırlanmışdır. Bu isə dünya iqtisadi 

prosesinə  Azərbaycanın  inteqrasiya  etməsi  üçün  çox  vacib 

bir şərtdir.  

Qanun  inqilabi  xarakter  daşıyır  və  məhsula  (işlərə, 

xidmətlərə),  onun  istehsal  proseslərinə  və  istifadəsinə 

qoyulan  tələblərin  tənzimlənməsi  sahəsində  iqtisadiyyatın 

inzibati idarə edilməsinin aradan qaldırılmasına yönəlmişdir.  

Bu  Qanuna  görə  normativ  sənədləşmə  sahəsində 

dövlət  normalaşdırmasının  prinsipial  yeni  sistemi  müəyyən 

edilir,  standartlaşdırma  və  standartların  rolu  və  əhəmiyyəti 

dəyişir, bir çox anlayışlara aydınlıq gətirilir.  

Dövlət  nəzarətinin  təşkili  də  daxil  olmaqla,  bu 

sahədə  müxtəlif  institutların  fəaliyyətinin  qaydaları 



435 

 

dəqiqləşdirilir, 



işlərin 

aparılması 

və 

xidmətlərin 



göstərilməsinə tələblərin müəyyənləşdirilməsi qaydası köklü 

surətdə dəyişir.  

Qanun  Azərbaycan  Respublikasının  kompleks 

qanunverici aktıdır və Azərbaycanın Konstitusiyası əsasında 

ə

n  yüksək  ali  hüquqi  səviyyədə  aşağıdakıları  müəyyən 



edir:  

-məhsula,  onun  istehsal  proseslərinə,  istismarına 

(istifadəsinə),  saxlanmasına,  daşınmasına,  satışına  və 

utilləşdirilməsinə 

ümumməcburi 

dövlət 


tələblərinin 

işlənməsi, qəbulu, tətbiqi və icrası qaydalarını; 

-həmin  prosedurların  və  qeyri-məcburi  tələblərin 

göstərilən  obyektlərə,  habelə  işlərə  və  xidmətlərə  tətbiq 

edilməsi qaydalarını; 

-tənzimlənən  obyektlərə  müvafiq  tələbləri  özündə 

ehtiva edən normativ və tövsiyə edici aktlarını; 

-tənzimlənən  obyektlərin  məcburi  və  ya  qeyri-

məcburi tələblərə uyğunluğunun təsdiqi  qaydasını; 

-tənzimlənən  obyektlərə  ümumməcburi  tələblərin 

yerinə  yetirilməsinə  dövlət  nəzarətinin  (yoxlanmasının) 

təşkili və həyata keçirilməsi qaydasını; 

-tənzimlənən  sahədə  informasiya  təminatı  və  işlərin 

maliyyələşdirilməsi qaydalarını.  



436 

 

13.2. Texniki tənzimləmə 



 

“Texniki 

tənzimləmə 

haqqında” 

Qanunun 

terminologiya  bölməsində  texniki  tənzimləmə  məhsula, 

istehsal  proseslərinə,  istismara,  saxlanmaya,  daşınmaya, 

satışa  və  utilləşdirməyə  qoyulan  məcburi  və  tövsiyə 

xarakterli  tələblərin  müəyyənləşdirilməsi,  tətbiqi  və  icrası 

sahəsində  münasibətlərin  hüquqi  tənzimlənməsi  kimi  təyin 

olunmuşdur.  

Texniki 


tənzimləmə 

həmin 


prosedurların 

tənzimlənən 

obyektlərə 

könüllü 


tələblərin 

yerinə 


yetirilməsini,  habelə  görülən  işlər  və  göstərilən  xidmətlərin 

normativ 

sənədlərdəki 

normalara 

uyğunluğunun 

qiymətləndirilməsi 

sahəsində 

münasibətlərin 

hüquqi 

tənzimlənməsini nəzərdə tutar.  



Ümumi  texniki  reqlamentlərdə  istənilən  növ 

buraxılan  məhsul,  istehsal  prosesləri,  istismar  və 

utilləşdirmə,  o  cümlədən  yanğın  təhlükəsizliyi,  sanitar  və 

epidemioloji  təhlükəsizlik,  ekoloji  təhlükəsizlik  və  digər 

sahələrdə  tətbiqi  və  riayət  edilməsi  məcburi  olan  tələblər 

nəzərdə tutulur.  



437 

 

Xüsusi  texniki  reqlamentlərdə  ayrı-ayrı  fəaliyyət  və 



ya  məhsul  növlərinin  texniki  və  digər  xüsusiyyətlərini 

nəzərə alan tələblər irəli sürülür.  

“Texniki tənzimləmə” haqqında Qanun iştirakçıların 

hüquq 

və 

vəzifələrini 

aşağıdakı 

münasibətlərdə 

tənzimləyir: 

-məhsula, 

istehsal 

proseslərinə, 

istismara, 

saxlanmaya,  daşınmaya,  satışa  və  utilləşdirməyə  qoyulan 

məcburi  tələblərin  işlənməsi,  qəbulu,  tətbiqi  və  icrası 

zamanı; 

-məhsula, 

istehsal 

proseslərinə, 

istismara, 

saxlanmaya,  daşınmaya,  satışa  və  utilləşdirməyə,  işlərin 

yerinə 

yetirilməsi 



və 

xidmətlərinin 

göstərilməsinə 

könüllülük  əsasında  tələblərin  işlənməsi,  qəbulu,  tətbiqi  və 

icrası zamanı; 

-uyğunluğun qiymətləndirilməsi zamanı. 

Bu Qanunun müddəaları dövlət təhsil standartlarına, 

mühasibat uçotu haqqında Əsasnaməyə (standartlara), audit 

fəaliyyəti  qaydalarına  (standartlarına),  qiymətli  kağızların 

emissiyası  və  qiymətli  kağızların  emissiya  prospektlərinin 

standartlarına şamil edilmir.  


438 

 

Fərqli anlaşmanı aradan qaldırmaq üçün Qanunun 2-



ci  maddəsində  bu  qanunda  istifadə  olunan  əsas  anlayışlar, 

terminlər və təriflər verilmişdir.  

Müdafiə  təyinatlı  məhsula  (iş  və  ya  xidmətlərə)  və 

məlumatları dövlət sirri ilə əlaqədar olan məhsula (iş və  ya 

xidmətlərə)  dair  texniki  tənzimləmənin  xüsusiyyətləri 

reqlamentə  uyğun  olaraq  xüsusi  şərtlər  kimi  ayrıca  şərh 

edilir.  

Texniki  tənzimləmə  aşağıdakı  prinsiplərə  uyğun 

olaraq həyata keçirilir: 

-məhsula, 

istehsal 

proseslərinə, 

istismara, 

saxlanmaya,  daşınmaya,  satışa  və  utilləşdirməyə,  işlərin 

yerinə  yetirilməsi  və  xidmətlərin  göstərilməsinə,  tələblərin 

müəyyən edilməsinin vahid qaydalarının tətbiqi; 

-texniki  tənzimləmənin  milli  iqtisadiyyatın  inkişaf 

səviyyəsinə,  maddi-texniki  bazanın  inkişafına,  həmçinin 

elmi-texniki inkişafın səviyyəsinə uyğunluğu; 

-akkreditləşdirmə  üzrə  orqanların,  sertifikatlaşdırma 

üzrə orqanların istehsalçılardan, satıcılardan, icraçılardan və 

alıcılardan qeyri-asılılığı; 

-akkreditləşdirmənin vahid sistemi və qaydaları; 


439 

 

-uyğunluğun 



məcburi 

qiymətləndirilməsi 

prosedurunun  aparılması  zamanı  tədqiqatların  (sınaqların) 

və ölçmələrin qayda və metodlarının vəhdəti; 

-sövdələşmələrin  növləri  və  xüsusiyyətlərindən  asılı 

olmayaraq,  texniki  reqlamentlərin  tələblərinin  tətbiqinin 

vəhdəti; 

-akkreditləşdirmənin  və  sertifikatlaşdırmanın  həyata 

keçirilməsi 

zamanı 


rəqabətin 

məhdudlaşdırılmasının 

yolverilməməzliyi; 

-dövlət  nəzarəti  (təftişi)  orqanı  və  sertifikatlaşdırma  

üzrə 

orqanın 


səlahiyyətlərinin 

birləşdirilməsinin 

yolverilməməzliyi; 

-akkreditləşdirmə  və  sertifikatlaşdırma    səlahiyyətlərinin 

bir orqanda cəmləşməsinin yolverilməməzliyi; 

-texniki 

reqlamentlərin 

tələblərinin 

yerinə 

yetirilməsinə  dövlət  nəzarətinin  (təftişinin)  büdcədənkənar 



maliyyələşdirilməsinin yolverilməməzliyi. 

Qanunun  2-ci  fəslində    Texniki  Reqlamentin  (TR) 

məzmunu və ona tələblər verilir. TR növləri müəyyən edilir, 

onların  tətbiqi  üzrə  məsələlərin  əhatəsi  göstərilir  və  TR 

işlənməsi,  dəyişdirilməsi  və  qüvvədən  düşməsi  qaydası 

verilir.  



440 

 

Qanun beynəlxalq standartları tamamilə və ya qismən 



texniki  reqlamentlərin  layihələrinin  işlənməsi  üçün  əsas 

kimi  istifadə  etməyə  icazə  verir.  Buraxılan  risk  dərəcəsini 

təyin  etməyə  imkan  verməyən,  məhsulun  uzunmüddətli 

istifadəsi  zamanı  və  digər  amillərdən  asılı  olaraq  toplanan, 

insanların  həyatı  və  sağlamlığına  zərər  yetirə  bilən 

məhsullara qoyulan tələblərin məzmunu ilə əlaqədar texniki 

tənzimlənmə tələbləri xüsusi vurğulanır.  

Ümumi  səpgidə  TR-ə  aşağıdakı  məsələlərdə  tətbiq 

edilən reqlamentlər aid edilir: 

-maşın  və  avadanlıqların  təhlükəsiz  istismarı  və 

utilləşdirilməsi; 

-bina,  qurğu  və  tikililərin  təhlükəsiz  istismarı  və 

onlara bitişik ərazilərin təhlükəsiz istifadəsi; 

-yanğın təhlükəsizliyi; 

-bioloji təhlükəsizlik;  

-elektromaqnit təhlükəsizliyi; 

-ekoloji təhlükəsizlik; 

-nüvə və radiasiya təhlükəsizliyi. 

Xüsusi  texniki  reqlamentlər  ancaq  elə  ayrıca  məhsul, 

istehsal  prosesləri,  istismar,  saxlanma,  daşınma,  satış  və 

utiləşdirmə  növlərinə  tələbləri  müəyyən  edir  ki,  onların 


441 

 

zərərvermə  riskinin  dərəcəsi  ümumi  texniki  reqlamentlərdə 



nəzərdə tutulandan yüksək olmuş olsun.  

 

 



Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin