DİQQӘT! Başqasının cavablarını köçürmәyin. Özünüz dә diqqәtli olun ki, sizin cavablarınızı heç
kim köçürmәsin. Nәticәlәriniz yoxlanarkәn xüsusi araşdırma zamanı köçürmә faktı aşkar edilәrsә,
hәm köçürәnin, hәm dә köçürmәyә şәrait yaradanın imtahan nәticәlәri lәğv olunacaqdır.
5. Hesablamaları vә qeydlәri aparmaq üçün sual kitabçasında boş yerlәr nәzәrdә tutulmuşdur. Buna
görә dә әlavә kağızdan istifadә etmәyә icazә verilmir.
6. “İmtahan başlandı” elan olunan andan 2 saat müddәt keçәnәdәk vә imtahanın son 15 dәqiqәsi
әrzindә imtahandan çıxmaq qadağandır. Qalan vaxt әrzindә imtahandan çıxan abituriyentlәr cavab
kartı vә cavab vәrәqi ilә birlikdә sual kitabçasını da nәzarәtçiyә tәhvil vermәlidirlәr. İmtahanda
yalnız sona qәdәr iştirak edәn abituriyentlәr sual kitabçasını özlәri ilә apara bilәrlәr.
7. “İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı vә cavab vәrәqinizi mütlәq nәzarәtçiyә tәhvil
verin.
8. Cavab kartını vә cavab vәrәqini nәzarәtçiyә tәhvil verdikdәn sonra imtahana buraxılış vәrәqәsindә
nәzarәtçiyә imza etdirmәlisiniz. Bu sәnәdlәri nәzarәtçiyә tәhvil vermәsәniz, imtahan nәticәlәriniz
lәğv olunacaqdır.
DİQQӘT! Öz cavab kartının vә cavab vәrәqinin tәhvil verilmәsinә görә abituriyent şәxsәn
mәsuliyyәt daşıyır.
9. Siz cavab kartlarının vә cavab vәrәqlәrinin sayılıb zәrfә qoyularaq bağlanmasında iştirak edib,
zәrfin üzәrindәki protokolu imzalaya bilәrsiniz.
Dostları ilə paylaş: |