6
Qәbul qaydalarında hәr hansı bir pozuntuya vә saxtakarlığa yol vermәsinә görә (saxta sәnәd
tәqdim etmә, köçürmә, köçürmәyә şәrait yaratma, imtahana öz yerinә başqasını göndәrmә vә qәbul
qaydalarına zidd digәr hәrәkәtlәr) abituriyentin imtahan nәticәlәrinin lәğv olunması vә onun
haqqında müvafiq hüquqi tәdbirlәrin görülmәsi nәzәrdә tutulmuşdur. Siz bununla әlaqәdar öz
üzәrinizә öhdәlik götürәrәk Bәyannamә imzalayırsınız.
Nәzarәtçi müәllimlәr qeyri-fәnn müәllimlәridir. Onların vәzifәsi imtahanın gedişi zamanı nizam-
intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdәn sonra sizin onlara sual vermәyiniz,
onların sizә yaxınlaşıb hәr hansı bir mәlumat almaq üçün müraciәt etmәsi imtahan qaydalarına
ziddir. Nәzarәtçi müәllimlәrin fәaliyyәti imtahan prosesinin tәlәblәrinә uyğun olmazsa, bu barәdә
imtahan rәhbәri zala gәldikdә ona mәlumat verin.
Әgәr siz imtahan zamanı qaydaların pozulması halları ilә rastlaşsanız, mütlәq nәzarәtçiyә
müraciәt edin, nәzarәtçi lazımi ölçü götürmәzsә, imtahan rәhbәrinin vә ya DİM-in nümayәndәsinin
zala gәlmәsini tәlәb edin. İmtahan binasından çıxdıqdan sonra imtahanın gedişi ilә әlaqәdar
şikayәtlәrә baxılmayacaqdır.
Sizә müvәffәqiyyәtlәr arzulayırıq!