II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
323
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Bu tip bənzətməyə Dədə Qorqud dastanının dilində də rast gəlmək olur. “Bayburanın oğlu Bamsı Beyrək boyu”nda
Beyrəyin ölüm xəbərini alan yavuqlusu Banuçiçək üzüntüsündən “güz alması kimi al yanağını dartdı, yırtdı” ifadəsi türk
təfəkkürünün yas anlayışından irəli gəlir. Aradakı zaman və məsafəyə baxmayaraq türkün yas törəsi dəyişmir.
Bədii təzadlar
Kanımız, eçimiz, kazğanmış bodun atı, küsi yok bolmazun tiyin türk bodun üçün tün udımadım, küntüz oturmadım
“Atamızın, əmimizin qazandığı xalqın adı adı, şöhrəti yox olmasın deyə türk xalqı üçün gecə uyumadım, gündüz
oturmadım”. (K.T. şq, 27)
İçrə aşsız, tışra tonsız yabız yablak bodunka üzə oturtım “Qarnı (içi) aşsız, üstü (bayırı) donsuz qorxaq və zavallı
xalqın üzərində (xaqan oldum) oturdum”. (K.T. şq, 26)
Bənzətmələr
Kül tigin abidəsinin şərq tərəfində bir sətirdə maraqlı bir bənzətmə və litota işlədilir. Belə ki, burada türklər özlərini
qurda bənzədərək həm maraqlı bənzətmə yaradılır, eyni zamandaisə düşmən qoyuna bənzədilərək, güc əlaməti türklərlə
müqayisə edilib kiçik şəkildə təqdim olunur.
Tengri küç birtük üçün kanım kağan süsi börü təg ermis, yağısı koy təg ermis “Tanrı güc verdiyi üçün atam xaqanın
qoşunu qurdtək imiş, yağısı qoyun tək imiş” (K. T. şq, 12)
Barduk yirde edgüg ol erinç: kanın subça yügürti, süngüking tağça yatdı “Getdiyin yerdə yaxşı olanı o idi: qanın su
kimi axdı, sümüyün dağ kimi yatdı”. (K.T. şm, 24)
Yağımız təgirə üçük təg erti, biz şək ertimiz “Yağımız ətrafda yırtıcı quş təkidi,biz sayıq idik”. (T. c, 8)
Türgis kağan süsi Bolçuda otça, borça kəlti, süɳüşdimiz “Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi,
döyüşdük”. (K.T, şq, 37)
Yenisey abidələrindən biri olan Açura abidəsinin sol tərəfindəki belə bir yazılı bənzətmə türkün mücərrəd təfəkkürünü
ortaya qoyur. Türkün var –dövlətinə konkret say demir, sonsuz qədər çox olduğunu bildirmək üçün möhtəşəm bir bənzətmə
edir.
... bakırı buɳsız erti kara saçın təg “varı –dövləti sayısız idi qara saşların tək”.
Beləliklə, Orxon –Yenisey abidələrinin zəngin və orijinal dil xüsusiyyətləri türkün düşüncə tərzinin genişliyini sübut
edir.
Dostları ilə paylaş: |