Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə571/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   567   568   569   570   571   572   573   574   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

323 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Bu tip bənzətməyə Dədə Qorqud dastanının dilində də rast gəlmək olur. “Bayburanın oğlu Bamsı Beyrək boyu”nda 

Beyrəyin ölüm xəbərini alan yavuqlusu Banuçiçək üzüntüsündən “güz alması kimi al yanağını dartdı, yırtdı” ifadəsi türk 

təfəkkürünün yas anlayışından irəli gəlir. Aradakı zaman və məsafəyə baxmayaraq türkün  yas törəsi dəyişmir.  



Bədii təzadlar 

Kanımız, eçimiz, kazğanmış bodun atı, küsi yok bolmazun tiyin türk bodun üçün tün udımadım, küntüz oturmadım 

“Atamızın,  əmimizin qazandığı xalqın adı adı,  şöhrəti yox olmasın deyə türk xalqı üçün gecə uyumadım, gündüz 

oturmadım”. (K.T. şq, 27) 

İçrə  aşsız,  tışra tonsız yabız yablak bodunka üzə oturtım “Qarnı (içi) aşsız, üstü (bayırı) donsuz qorxaq və zavallı 

xalqın üzərində (xaqan oldum) oturdum”. (K.T. şq, 26) 



Bənzətmələr 

Kül tigin abidəsinin şərq tərəfində bir sətirdə maraqlı  bir bənzətmə və litota işlədilir. Belə ki, burada türklər özlərini 

qurda bənzədərək həm maraqlı  bənzətmə yaradılır, eyni zamandaisə düşmən qoyuna bənzədilərək, güc əlaməti türklərlə 

müqayisə edilib kiçik şəkildə təqdim olunur. 

Tengri küç birtük üçün kanım kağan süsi börü təg ermis, yağısı koy təg ermis “Tanrı güc verdiyi üçün atam xaqanın 

qoşunu qurdtək imiş, yağısı qoyun tək imiş” (K. T. şq, 12) 

Barduk yirde edgüg ol erinç: kanın subça yügürtisüngüking tağça yatdı “Getdiyin yerdə yaxşı olanı o idi: qanın su 



kimi axdı, sümüyün dağ kimi yatdı”. (K.T. şm, 24) 

Yağımız təgirə üçük təg erti, biz şək ertimiz “Yağımız ətrafda yırtıcı quş təkidi,biz sayıq idik”. (T. c, 8) 

Türgis kağan süsi Bolçuda otçaborça kəlti, süɳüşdimiz “Türgiş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi

döyüşdük”. (K.T, şq, 37) 

Yenisey abidələrindən biri olan Açura abidəsinin sol tərəfindəki belə bir yazılı bənzətmə türkün mücərrəd təfəkkürünü 

ortaya qoyur. Türkün var –dövlətinə konkret say demir, sonsuz qədər çox olduğunu bildirmək üçün möhtəşəm bir bənzətmə 

edir. 


 ... bakırı buɳsız erti kara saçın təg “varı –dövləti sayısız idi qara saşların tək”. 

Beləliklə,  Orxon –Yenisey abidələrinin zəngin və orijinal dil xüsusiyyətləri türkün düşüncə tərzinin genişliyini sübut 

edir. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   567   568   569   570   571   572   573   574   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin