Microsoft Word Materiallar Full


İŞIQ QƏZETİNDƏ ORTAQ TÜRKCƏ İZLƏRİ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə572/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   568   569   570   571   572   573   574   575   ...   1149
İŞIQ QƏZETİNDƏ ORTAQ TÜRKCƏ İZLƏRİ 

 

Elnurə RZAYEVA 

Qafqaz Universiteti 



elnure_rza@hotmail.com 

 

Məlumdur ki, Türklərin birləşməyindən qorxan xarici qüvvələr tarix boyu nə bahasına olursa olsun, bu xalqları 

ayırmağa çalışırdılar. Bu niyyətlərinə dil birliyimizi pozaraq, əlifbalarımızı ayıraraq nail olurdular.  Təəssüf doğuran bir 

hadisədir  ki, hal-hazırda Türk xalqları bir araya gəldikdə, bir məclisdə toplandıqda onların danışdıqları dil eyni olmur. 

Onlar mütləq ortaq bir dil seçirlər və bu dil Türk dili deyil. Bu isə ortaq tarixi keçmişə, ortaq mədəniyyətə sahib Türk 

xalqları üçün böyük bir problemdir. Əsrlərdir ki, Türk xalqlarının ortaq bir dildə danışması, ortaq ünsiyyət vasitəsinin 

yaradılması mövzusunda fikirlər ortaya atılır və müzakirələr edilir. Azərbaycanda hələ 20-ci əsrin əvvəllərində Həsən Bəy 

Zərdabi, Əli Bəy Hüseynzadə və sair mütəfəkkirlərimiz bu mövzuya toxunmuş  və ortaq bir dilin yaranmasının zəruriliyini 

bildirmişlər. Bu sadəcə Azərbaycanın yox, Türk dünyasının böyük ziyalılarının diqqət yetirdiyi bir məsələ olubdur. 

Ümumiyyətlə 19-cu əsrin əvvəllərindən başlayaraq türk xalqları arasında milli mədəni inteqrasiya bunun ardınca maarifçilik 

hərəkatı, siyasi inteqrasiya meydana çıxdıqda  Türklərin vahid, ortaq bir ünsiyyət vasitəsi olması fikri yaranmışdır.  Və ilk 

növbədə diqqət hər zaman Osmanlı Türklərinin üzərində dayanırdı.  19-cu əsrin sonu 20-ci əsrin  əvvəllərində artıq bu 

birləşmə istəyi mətbuata da sirayət etmişdir. Gaspiralı özünün məşhur “Tərcüman” qəzetində,  Həsən Bəy Zərdabi “Əkinçi” 

də, Əli Bəy Hüseynzadə “Füyuzat” da bu ortaqlıq, birlik məsələlərini ortaya qoyurdular. Və əsas yazı dili kimi çox zaman 

Osmanlı türkcəsinə müraciət olunurdu. Yəni Osmanlı türkcəsi hər zaman ən öndə gələn dil kimi müzakirələrin mərkəzində 

gəlirdi. Daha sonra Sovetlər Birliyi yarandı, Rusiya Türkləri Sovetlər Birliyinin tərkibinə daxil oldu. Sonrakı mərhələ isə 

artıq Sovetlər Birliyi dağılandan sonra başladı. Və artıq 20 ildən çoxdur ki, Türk xalqlarının qarşılıqlı münasibətləri kifayət 

qədər intensiv gedir.  

Qeyd edim ki, XX əsrin  əvvəllərində Osmanlı Türkçəsinə yaxınlıq demək olar ki, bütün mətbu orqanlarında hiss 

olunurdu. Eləcə də 1911-ci ildə nəşr olunan İşıq qəzetində. 

“İşıq” qəzeti 1911-1912-ci illərdə Azərbaycanda yayımlanan ilk qadın qəzeti olmuşdur.  H. Zeynalabdin Tağıyevin 

himayəsi ilə təsis edilən “İşıq” qəzetinin məsul katibi xeyriyyəçinin xanımı Sona xanım idi. Qəzet ilk nəşrə 22 yanvar 1911-

ci ildə başlamış və 1912-ci ilə qədər davam etmişdir. Bu dövr ərzində qəzetin 68 sayı dərc olunmuşdur. Qəzet  8, az hallarda 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   568   569   570   571   572   573   574   575   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin